Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə40/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   36   37   38   39   40   41   42   43   ...   101

 

 

201 



 

üçün  K.Petrova,  T.Basik,  N.Belov,  L.Nozadze  dəvət 

olunmuĢdular. Bunların hamısı demək olar ki, peĢəkar 

qiraətçilər idilər. Hətta T.Basik Qomel televiziyasının 

diktoru idi. ġeir oxuyanlar içərisində Y.Markaryan da 

var idi. O milliyyətcə rus, əri isə Rostov ermənisi idi. 

Gecənin  keçirilməsinə  bir  neçə  gün  qalmıĢ  mənə 

dedilər  ki,  Yelena  Markaryan  məni  görmək  istəyir. 

GörüĢdük.  O  bizim  Sovet  məktəbində  iĢləyirdi. 

Yelena çox üzrxahlıq eyləyib bildirdi ki, xəstələnib və 

bizim  gecədə  iĢtirak  edə  bilməyəcək.  Lakin  o,  üz-

gözündən heç də xəstəyə oxĢamırdı. 

Mən ona: 

 



Hələ tədbirin  keçirilməsinə  çox  qalır,  -  dedim. 

Bəlkə o vaxta kimi sağaldınız. 

O isə ümidsizcəsinə: 

 



Bəlkə də - dedi. 

Düzü  gecənin  təĢkili  və  keçirilməsi  ilə  bağlı 

hamımız  böyük  həyəcan  keçirirdik.  Qadınlarımız 

Ģəkərbura,  paxlava, Ģirin çörək  biĢirmiĢdilər.  Səməni, 

Ģamlı xonçalar hazırlanırdı. 

Dəvətnamələr  paylanmıĢ,  xüsusi  zövq  ilə  tərtib 

olunan  elanımız  da  vurulmuĢdu.  Biz  dəvətnamələri 

müxtəlif 

millətlərin 

nümayəndələri 

arasında 

bölüĢdürmüĢdük.  Gecənin  keçirilməsinə  bir  gün 

qalmıĢ  Yerevan  Politexnik  Ġnstitutunun  dosenti 

M.Ayvazyan mənə yaxınlaĢıb dedi: 

 

Vaqif, məni bağıĢla, sizin keçirəcəyiniz gecəyə 



gələ  bilməyəcəyəm.  Çünki  24  aprel  bizim  xalqın 

matəm günüdür. Genosid günü. 




 

 

202 



 

Düzü mən tarixdə belə bir günün olduğunu birinci 

dəfə  idi  ki,  eĢidirdim  və  o  saat  baĢa  düĢdüm  ki, 

Y.Markayanın  da  “xəstələnməyi”nin  səbəbi  və 

tezliklə  sağalacağına  “ümidsizliyi”  nədən  irəli 

gəlirmiĢ. 

Elə  həmin  gün  Bumerdesdə  yaĢayan  sovet 

mütəxəssislərinin  rəhbəri  məni  öz  yanına  çağırdı. 

R.ġagiyev Ufadan gəlmiĢdi, milliyyətcə tatar idi. 

O üzünü mənə tutub dedi: 

       -  Mənim  yanıma  erməni  yoldaĢlar  gəlmiĢdilər. 

Onlar deyirlər ki, siz bilərəkdən öz bayram Ģənliyinizi 

onların matəm gününə salmıĢsınız. 

Mən özümü bilməzliyə vurub soruĢdum: 

      - Söhbət hansı matəm günündən gedir: 

O: 


       -  Genosid  günündən,  Türk  genosidindən  söhbət 

gedir, - dedi 

Mən onun düz gözlərinin içinə baxaraq: 

       -  Rudolf  Genduloviç,  bizim  ölkədə  rəsmi  olaraq 

qəbul edilmiĢ belə bir gün varmı? – soruĢdum. 

      -  Mən  bilmirəm  –  deyə  o,  cavab  verdi.  Amma 

erməni yoldaĢlar deyirlər ki, YUNESKO rəsmi olaraq  

belə bir günü qeydə alıb. 

      -  Yox  –  dedim  -  Rudolf  Genduloviç,  qeyd 

olunmuĢ  belə  bir  gün  yoxdur  (Ayvazyanın 

“bəyanatı”ndan sonra mən bununla maraqlanmıĢdım). 

Ġstəyirsiniz YUNESKO-ya müraciət edib soruĢun. Bir 

də ona and içə bilərəm ki, genosid günü haqqında ilk 



 

 

203 



 

dəfə,  elə  burada  –  Əlcəzairdə  bir  erməninin  özündən 

eĢitmiĢəm. 

ġagiyev gülümsədi və çox qətiyyətlə: 

      -  Mən  sizə  inanıram,  -  dedi.  Gedin  gecənizi 

keçirin. Orada mən də iĢtirak edəcəyəm. 

Bayram  Ģənliyinin  baĢlanmasına  hələ  yarım  saat 

qalmıĢ salon ağzına qədər dolmuĢdu. Qapıda duranlar 

üzüyumĢaqlıq  edib,  qonaqlarla  yanaĢı  dəvətnaməsiz 

gələnləri  də  buraxmıĢdılar.  Mübaliğəsiz  deyə  bilərəm 

ki, salonda iynə atsaydın yerə düĢməzdi. 

Üzeyir  bəyin  məĢhur  “Koroğlu”  uvertürasının 

fonoqramı  səsləndi.  Bu  musiqi  sona  yetən  kimi 

“Azərbaycan” Ģeri səsləndi: 

 

... “Ayrılarmı könül candan”? – 



Vurğun necə gözəl demiĢ! 

Mənim ruhum, mənim qəlbim, 

Mənim canım səndə imiĢ. 

Ġndi bildim, babalarım 

Candan əziz balaların 

Niyə sənə qurban demiĢ? 

Sən namusum, ləyaqətim, 

Qeyrətimsən, Azərbaycan! 

Tarixlərə zinət olan 

ġöhrətimsən, Azərbaycan! 

 

Milli  paltarlar  geymiĢ  oğlan  və  qızlarımız 



“Vağzalı”nın həzin sədaları altında zala daxil oldular. 

Qızlar  əllərində  xonçalar,  oğlanlar  isə  gül-çiçək 




 

 

204 



 

dəstələri  tutmuĢdular.  TamaĢaçılar  sürəkli  alqıĢlarla 

konsert iĢtirakçılarını qarĢıladılar. 

Mahnı rəqsi, Ģer isə nəğməni əvəz edirdi. Misralar 

doğma Vətənimizə, elimizə, obamıza, bayramlarımıza 

həsr olunmuĢdu. Gecənin sonunda konsert iĢtirakçıları 

birlikdə  Q.Qarayevin  “Neftçilər  marĢı”nı  ifa  etdilər. 

Milli  geyimli  qızlarımız  tamaĢaçıları  xonçalara 

düzülmüĢ  Ģərq  Ģirniyyatına  qonaq  etdilər.  Konsert 

qurtarmıĢdı.  Lakin  ayağa  qalxmıĢ  tamaĢaçıların  uzun 

sürən  alqıĢları  kəsilmək  bilmirdi.  Zaldan  “Var  olsun 

Azərbaycan”  səsləri  gəlirdi.  Hamı  bizi  təbrik  edirdi. 

Təbrik  edənlərin  arasında  ġagiyev  də  var  idi. 

Bəzilərimizin gözlərində sevinc yaĢları parıldayırdı. 

Gecənin  tamaĢaçıları  arasında  sovet  vətəndaĢları 

ilə  yanaĢı  əlcəzairlilər  və  fransızlar  da  var  idi. 

Əlcəzairdə  iĢləyən  bir  qrup  bolqar  mütəxəssis  də 

bizim Ģənlikdə iĢtirak edirdi. 

ġənlik qurtaran kimi bir ərəb mənə yaxınlaĢıb dedi: 

 



Azərbaycan  dilində  bircə  söz  də  olsun  belə 

bilmirəm  (Əslində,  o,  düz  demir.  ġərikli  sözlərimiz 

çoxdur). Ancaq sizin Azərbaycan dilində söylədiyiniz 

Ģerlərin  hamısını  baĢa  düĢdüm.  Minnətdaram  Sizə. 

Sağ olun. 

Əlcəzairdə  keçirdiyimiz  və  hamımızın  yaddaĢına 

həkk  olan  tədbirlərdən  biri  S.Vurğunun  80  illiyinə 

həsr olunmuĢ poeziya gecəsi idi. 

Gecəyə  hazırlaĢarkən  məlum  oldu  ki,  bizdə  rus 

dilində  S.Vurğunun  Ģerləri  çox  azdır.  Bu  məqsədlə 

ölkənin  paytaxtında  yerləĢən  mədəniyyət  mərkəzinə 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə