Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə38/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   34   35   36   37   38   39   40   41   ...   101

 

 

193 



 

olduğunu ona inandırmağa çalıĢdım. Hava da çox isti 

idi.  Çox  söhbətdən  sonra  bazara  qayıtmalı  oldum. 

DəhĢətli  istidə,  tərin-suyun  içində  gəlib  bazara 

çıxdım.  BirbaĢa  güman  etdiyimiz  yerə  yönəldim.  Nə 

görsəm yaxĢıdır? Zənbil olduğu kimi yerində dururdu. 

Qəribə  də  olsa,  həmin  gün  baĢıma    baĢqa  bir  hadisə 

gəldi.  Bizim  klubda  abunə  olduğum  qəzetləri  alıb, 

yoldaĢlarla  bir  qədər  Ģahmat  oynadım.  Necə  oldusa 

qəzetləri  yaddan  çıxarıb  evə  getdim.  On  dəqiqədən 

sonra qayıtdım və...qəzetləri yerində görmədim. 

Ġrəlidə  çəkdiyim  misalla  mən  heç  də  sübut  etmək 

istəmirəm ki, Əlcəzairdə oğrular yoxdur. Xeyir, orada 

oğrular da, canilər də vardır. Mənim zənbilim oğruya 

rast  gəlsəydi,  Ģübhəsiz  ki,  onu  yaddan  çıxardığım 

yerdə  tapmazdım.  Maraqlı  orasıdır  ki,  mənim 

zənbilim  o  boyda  izdihamın  içərisində  oğruya  rast 

gəlməmiĢdi. 

 

 

BİZİM   AİLƏ 

 

Çox güman ki, oxucular üçün Əlcəzairdəki adət və 



ənənələr,  əhalinin  həyat  və  iĢ  Ģəraiti,  bizə  münasibət 

və s.-lə yanaĢı, orada yaĢayan sovet mütəxəssislərinin, 

xüsusilə  azərbaycanlıların  həyat  Ģəraiti,  iĢi  və 

istirahəti  də  maraqlı  olar.  Ona  görə  də  mən  bizim 

qürbətdəki  həyatımız  barədə  onlarda  az  da  olsa, 

təsəvvür yaratmaq istəyirəm. 




 

 

194 



 

Əlcəzairdə  çoxlu  sovet  mütəxəssisi,  o  cümlədən 

azərbaycanlı  mütəxəssislər  iĢləyir  və  yaĢayırlar. 

Bumerdes  Ģəhərində  27  azərbaycanlı  ailəsi  yaĢayırdı. 

Onların  bir  qismi  müəllim,  digər  qismi  isə  neftçi, 

geoloq,  tərcüməçi  və  baĢqa  sənət  sahibləri  idilər. 

Ümumiyyətlə,  Bumerdesdə  1000-dən  artıq  sovet 

vətəndaĢı vardır. Bunlar  mütəxəssislər  və onların  ailə 

üzvləri 

idilər. 


Burada 

baĢqa 


“növ” 

sovet 


vətəndaĢlarına  da  rast  gəlinirdi.  Onlar  vaxtilə 

ölkəmizdə  təhsil  almıĢ  əlcəzairli  oğlanlarla  ailə 

qurmuĢ  qadınlardırlar.  Onlardan  birisi  lap  bizim 

qonĢuluqda yaĢayırdı... 

Əlcəzairin  nigah  haqqında  qanunu  hər  kiĢiyə  üç 

dəfə  evlənmək  hüququ  verir. Bir Ģərtlə ki, kiĢi həmin 

qadınların normal  həyat  Ģəraitinə tam  təminat vermiĢ 

olsun.  Həmin  qonĢumuz  ikinci  arvad  almaq  qərarına 

gəlmiĢdi.  Rus  arvadı  isə  buna  tam  etiraz  edirdi  (Axı 

bizdə  rəsmi  olaraq  belə  qanun  yoxdur).  KiĢi  birinci 

arvadını (rus arvadını) Fransaya gəzməyə göndərdi və 

ikinci  arvadı  aldı.  Birinci  arvad  səfərdən  qayıtdıqdan 

sonra  çox  haray-həĢir  qopardı,  lakin  nəticəsi  olmadı. 

Bədbəxtlikdən  birinci  arvad  heç  yerdə  iĢləmirdi. 

Bizim  səfirliyin  yaxından  köməyi  nəticəsində  iĢə 

düzəldi  və  istər-istəməz  ailədə  yaranan  yeni  Ģəraitlə 

razılaĢmalı  oldu.  Bumerdesdə  digər  rus  qadınları  da 

var  idi  ki,  ərləri  bizimlə  bir  institutda  çalıĢır,  həmin 

qadınların müəyyən qismi də bizimlə iĢləyirdilər. Hər 

dəfə  onlarla  söhbət  edəndə  hiss  olunurdu  ki,  nədənsə 

bu  qadınlar  özlərini  xoĢbəxt  göstərməyə  çalıĢır,  öz 



 

 

195 



 

üstünlüklərini  (?)  büruzə  verməyə  cəhd  göstərirdilər. 

Söhbət əsnasında Fransaya, Ġspaniyaya, ABġ və digər 

kapitalist ölkələrinə səfərlərindən, bankda olan dollar 

hesabının 

üstünlüklərindən, 

ailələrinin 

firavan 


yaĢamasından  ağızdolusu  danıĢırdılar.  Gözlərinə 

diqqətlə  fikir  verəndə  görürsən  ki,  baxıĢlarının 

dərinliyində  bir  kədər,  bir  həsrət  özünə  həmiĢəlik 

yuva salmıĢdır. Fəxrlə danıĢdıqları da həmin kədər və 

həsrətin  içərisində  boğularaq  göz  yaĢlarına  çevrilirdi. 

Bu  zaman  ixtiyarsız  olaraq  müdrik  el  bayatısı  yada 

düĢürdü: 

 

ġaftalıyam, kalam mən, 



Dilim yoxdu, lalam mən; 

Eldən ayrı düĢmüĢəm – 

Çətin ki, sağ qalam mən... 

 

Ərəb gəlinləri içərisində azərbaycanlı qızlarımız da  



var  idi.  Onlardan  birisi  bizim  Neft  və  Kimya 

Ġnstitutunda    oxuyan  əlcəzairli  oğlana  ərə  getmiĢdi. 

Gənc ailənin bir oğul övladı var idi. Ailədə baĢ verən  

və bizə məlum olmayan hansısa narazılığa görə bizim 

bakılı  qızı  səfirlik  xəlvəti  olaraq  uĢağı  ilə  birlikdə 

Bakıya qaçırmıĢdı. Həmin müddətdə onun əri Parisdə 

imiĢ.  Parisdən  qayıtdıqdan  sonra  hadisədən  xəbərdar 

olan  ər  on  sovet  vətəndaĢını  öldürəcəyini  bəyan 

etmiĢdi.  O  vaxt  bizim  hamımızı  iclasa  yığdılar  və 

axĢam  saat  8-dən  sonra  evdən  bayıra  çıxmamağı 




 

 

196 



 

tapĢırdılar.  Bu  hadisə  bizdə  böyük  əsəbi  gərginlik 

yaratmıĢdı. 

Daha bir baĢqa misal. Mən dərs dediyim qrupda iki 

“müsəlman  bacı”  vardı.  Mənə  xüsusi  hörmətlə 

yanaĢdıqlarını hiss edir, lakin səbəbini bilmiĢdim. Bir 

gün onlar birlikdə mənə yaxınlaĢıb soruĢdular! 

-Siz doğrudanmı Bakıdansınız? 

Dedim; - Bəli. 

Onlar  cavabında  gəlinlərinin  (qardaĢı  arvadının) 

bakılı  olduğunu  bildirdilər.  Bu  qızların  qardaĢları  və 

gəlinləri  Moskva  Dövlət  Universitetini  bitirdikdən 

sonra  evləniblər.  Qızlar  gəlinlərinin  məni  görmək 

istədiklərini bildirdilər. 

Mən  görüĢə  razılıq  verdim.  Lakin  həmin  görüĢ 

alınmadı.  Yəni  həmyerlimiz  gəlmədi.  Mən  də  heç 

sonradan  bu  məsələ  ilə  maraqlanmadım.  Sadəcə 

olaraq  MDU-nu  bitirmiĢ  bir  qızın  “müsəlman 

bacıları”  ailəsində  necə  yaĢaması  məni  çox 

düĢündürdü. 

Bumerdesdə  yaĢayan  sovet  mütəxəssisləri  və 

onların  ailə  üzvləri  vahid  bir  orqanizmi  xatırladırdı. 

Ġrəlidə qeyd etdiyim kimi bizim öz klubumuz, musiqi 

məktəbimiz, səkkizillik məktəbimiz, bədii özfəaliyyət 

kollektivlərimiz,  güclü  Ģahmat,  voleybol,  futbol,  və 

baĢqa komandalarımız var idi. 

Vladimirli  kimyaçı  V.Ġvanovun  rəhbərlik  etdiyi 

“Raduqa” vokal-instrumental ansamblı və Azərbaycan 

Dövlət  Universitetinin  dosenti  Vahid  Əliyevin 

rəhbərlik  etdiyi  “Azərbaycan  təranələri”  instrumental 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə