Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə34/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   30   31   32   33   34   35   36   37   ...   101

 

 

177 



 

Mən  RəĢid  müəllimə  öz  təĢəkkürümü  bildirərək 

dedim ki, bu mümkün deyil. Xarici ölkədə, gecə vaxtı 

150  uĢağı  yaxĢı  tanımadığın  bir  Ģəhərə  konsertə 

aparmaq, sonra onları bir yerə toplayıb geri qaytarmaq 

riskli iĢdir. 

Mənim  bikef  olduğumu  görüb,  R.Behbudov  əlini 

çiynimə qoyaraq dedi: 

      - Ġyulun 2-də gələrəm. 

Öz-özümə  fikirləĢdim  ki,  bu  da  baĢ  tutmayacaq. 

Çünki  həmin  tarixdə  düĢərgəmizdə  iĢçilərdən  baĢqa 

heç kim olmayacaqdı. Belə ki, birinci növbənin vaxtı 

qurtaracaqdı. 

       -  Bilirsiniz,  olmazmı  Siz  rekvizitsiz  gələsiniz?  – 

soruĢdum. Mən istəyirəm uĢaqlara SSRĠ Ali Sovetinin 

deputatı,  SSRĠ  xalq  artisti,  Sosialist  Əməyi 

Qəhrəmanı RəĢid Behbudovu təqdim edim. 

O gülə-gülə: 

      -  Mənə  kələk  gəlmə,  qardaĢ  –  dedi.  RəĢid 

danıĢmaq bilmir, yalnız oxumaq bilir. Mənim sözüm-

söhbətim mahnıdır-mahnı. 

Araya bir anlıq sükut çökdü və o, birdən soruĢdu: 

      -  Siz  SSRĠ-dən  buraya  pioner  düĢərgəsində 

iĢləmək üçünmü gəlmiĢsiniz? 

      -  Xeyir  dedim.  Mən  burada,  ali  məktəblərin 

birində 


fizika 

fənnini 


tədris 

edirəm. 


Pioner 

düĢərgəsində ictimai əsaslarla iĢləyirəm. Bu iĢ mənim 

məzuniyyətim hesabınadır. 

      - BağıĢlayın, siz hansı dildə o dərsi deyirsiniz? 

      - Fransız dilində. 



 

 

178 



 

O məni özünə tərəf çəkib qucaqlayaraq dedi: 

      -  Bu  böyük  iĢdir,  qardaĢ,  bu  böyük  iĢdir.  Əsil  iĢi 

siz görürsünüz. Bizimki də, yəni iĢdir? 

Bəli,  bu  sözləri  RəĢid  Behbudov  deyirdi.  Dünya 

Ģöhrətli Behbudov. Öz xalqını bütün aləmə tanıtdıran 

Behbudov.  Xalqını  tanıtdıra  biləcək  ən  kiçik  addımı 

belə o, nəhəng adlandırırdı. 

O  danıĢırdı,  mən  isə  öz  musiqisi  ilə  milyonlarla 

insan  ürəyi  fəth  etmiĢ,  peĢəkar  Azərbaycan 

musiqisinin  tərənnümçüsü  və  yaradıcılarından  biri 

olan 


R.Behbudovun 

təvazökarlığından 

ovsunlanmıĢdım. 

O,  bizi  maĢınlarımızı  saxladığımız  yerə  qədər 

ötürdü.  QucaqlaĢdıq,  öpüĢdük.  Ayrıldıq.  Bir-birimizə 

“Vətəndə görüĢənədək” dedik. 

Sonradan 

qəzetlər 

vasitəsilə 

öyrəndim  ki, 

Azərbaycan  Dövlət  Mahnı  Teatrının  qastrolları 

Əlcəzairin 

müxtəlif 

Ģəhərlərində 

çox 

böyük 


müvəffəqiyyətlə  keçmiĢdir.  Yerli  qəzetlər    teatrın 

konsert proqramını bir üzüyə, R.Behbudovun çıxıĢını 

isə həmin üzüyün brilyant qaĢına bənzədirdilər. 

Haşiyə.  Mən  Əlcəzairdən  qayıtmıĢdım.  Bir  gün 

iĢdən çıxıb evə gedərkən R.Behbudovu indiki və onun 

adını  daĢıyan  Mahnı  Teatrının  qarĢısında  gördüm.  O 

məni  görmədi  və  mən  onun  arxa  tərəfində  dayandım 

RəĢid  müəllim  isə  Teatrın  binasının  fasadına  “Mahnı 

teatrı”  sözünün  hərflərini  yapıĢdıran  birisinə 

istiqamətləndirici göstəriĢlər verirdi. 

Astaca irəli keçib: 




 

 

179 



 

- RəĢid müəllim, salam-dedim. 

O  mənə  diqqətlə  baxıb,  Əlcəzairdə  olduğu  kimi 

birdən; 


-Bay,  sən  hardan  gəldin,  qardaĢ  dedi  və 

qucaqlaĢdıq.  Əlcəzairdən  qayıtdığımı  ona  söylədim. 

Xeyli söhbət etdik. Teatrın açılıĢının nə vaxt olacağını 

soruĢdum. O isə mənə: 

- Bu yaxınlarda olacaq dedi. Nə qədər istəsən sənə 

dəvətnamə verəcəyəm. AçılıĢa gələrsən. 

Çox təəssüflər olsun ki, böyük sənətkarımıza illərlə 

zəhmət  çəkib  yaratdığı  teatrın  açılıĢı  qismət  olmadı. 

Ömür vəfa etmədi. Təbii ki, teatrın açılıĢında mən də 

iĢtirak edə bilmədim (dəvətnaməm  olsa da). 

 

ƏLCƏZAİR,  YOXSA  BRAZİLİYA? 

 

Əlcəzairlilər,  böyükdən kiçiyə və yaxud kiçikdən 



böyüyə  qədər  demək  olar  ki,  hamısı  futbol 

azarkeĢləridirlər. 

Hətta 

həyət 


komandalarının 

oyunçularında  özünəməxsus  ustalıq,  gözəl  futbol 

texnikası  görmək  olur.  Xüsusilə  onlar  özlərini 

Braziliya futbolçularına bənzətməyə çalıĢırlar. 

Əlcəzairlilərin futbola böyük məhəbbətini mən elə 

ilk  günlərdən  hiss  etdim.  Tələbələrin  ölkəmiz 

haqqında ən yaxĢı bildikləri bizim yığma komanda ilə 

bağlı  idi.  Onlar  mənim  sovet  diyarından  gəldiymi 

bilən  kimi  tez-tez  Bloxin,  Kipiani,  Roqovun  adını 

çəkməyə  baĢladılar  (Roqov  bir  vaxt  Əlcəzair  milli 

futbol komandasının rus baĢ məĢqçisi olmuĢdu). Onlar 



 

 

180 



 

öz  komandalarının  oyununu  braziliyalıların  oyununa 

bənzədirlər.  Əlcəzair  azarkeĢlərinin  fikrincə  onların 

futbol 


komandası 

oyun 


texnikasına 

görə 


braziliyalılardan  üstündürlər.  Onlar  bu  fikrin  Pele 

tərəfindən 

söylənildiyini 

öz 


müsahiblərinə 

inandırmağa çalıĢırlar. 

Deyilənlərə  görə,  Ġspaniyada  keçirilən  dünya 

futbol  çempionatında  Əlcəzair  yığma  komandasının 

AFR  komandası  üzərindəki  qələbəsi  bu  ölkədə  əsil 

xalq  bayramına  çevrilib.  Bu  matçdan  uzun  müddət 

keçməsinə  baxmayaraq  həmin  qələbə  oyununu 

televiziya  ilə  tez-tez  göstərirlər.  Xüsusilə  bu  oyunun 

videoyazısı  milli  bayram  günləri  ölkə  televiziyası  ilə 

nümayiĢ etdirilir. 

“Əl-Mücahid”  qəzeti  həftədə  bir  dəfə  “Bizim 

gənclər 


televiziya  ekranlarında  nəyi  görmək 

istəyirlər?”  rubrikası  altında  yazı  verirdi.  Ölkə 

gənclərinin  maraq  dairəsini  bilmək  üçün  bu  yazını 

oxumaq  pis  deyil.  Mən  həmin  yazıları  vaxtaĢırı 

oxuyurdum.  Bu  yazılardan  məlum  olurdu  ki,  nəinki 

oğlanlar,  hətta  qızlar  belə  Əlcəzair  –  AFR  matçına 

baxmaqdan doymurlar. Bir qız yazırdı: “Mən hər dəfə 

bu  matça  baxanda  gənclərimizin  bacarığının, 

istedadının  və  gücünün  Ģahidi  oluram.  Bu  qələbə 

bizim  xalqımızın  nəyə  qadir  olduğunu  göstərdi.  Mən 

bu qələbə ilə fəxr edirəm”. 

Meksikada 

keçirilən 

futbol 


üzrə 

Dünya 


çempionatına Əlcəzair komandası vəsiqə aldığı zaman 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə