Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə30/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   26   27   28   29   30   31   32   33   ...   101

 

 

160 



 

Hər  suala  cavab  verdikcə  yenisi  ortaya  çıxırdı. 

Dərsin  ikinci  hissəsinin  baĢlanması  canımı  bu 

suallardan  qurtardı.  Dərs  qurtaran  kimi  özümü  evə 

yetirdim. Hiss etdim ki, həyatımda bugünkü kimi heç 

vaxt  yorulmamıĢam.  Beləliklə  mənim  həyatımın 

qürbətdəki fəal hissəsi baĢlandı. 

 

 



 


 

 

161 



 

QÜRBƏTDƏ  HƏYAT 

 

Ġnsan 



qəribə 

məxluqdur. 

Taleyin 

ondan 


əsirgəmədiyi  Ģeyə  o,  çox  vaxt  biganə  qalır.  Bəzən 

görürsən  ki,  bir  əziz  adamınla  illərlə  görüĢməyir  və 

hətta  görüĢməyə  can  atmırsan.  Lakin  onu  həmiĢəlik 

itirdikdən  sonra  isə,  həmin  adam  haqqında  xatirələr 

toplayır, onun çəkdiyi siqaretdən tutmuĢ  əlyazmasına 

qədər yığır və saxlayırsan, əzizləyirsən. 

Qürbətdə  həyat  nələri  adama  xatırlatmır?  Kimləri 

görmək  istəmirsən?  Elə  adamları  ki,  vətəndə  onlar 

bəlkə  də  ildə  bir  dəfə  yadına  düĢmür  belə.  Bəli, 

qəriblikdə, qürbət eldə Vətənlə bağlı nə varsa, hamısı 

sənə əziz olur; hamısı sənin xatirində özünə yer tapır. 

Arada  bir  “Mayak”  radiostansiyası  vasitəsilə 

Moskvanı  dinləmək  imkanına  malik  olanda,  heç 

bilmirsən  sevindiyindən  nə  edəsən.  Sənə  elə  gəlir  ki, 

indi  eĢitdiyin  veriliĢ  və  yaxud  musiqi  sənin  illərlə 

eĢitdiklərindən deyildir. 

Kosmonavtlar  qeyd  edirlər  ki,  Yer  kürəsinin 

gözəlliyini, cazibəsini hiss etmək üçün gərək kosmosa 

çıxasan.  Doğrudan  da  Vətənin  cazibəsini,  əzizliyini, 

doğmalığını və ona olan böyük məhəbbəti hiss etmək 

üçün  bu  doğma  torpaqdan  azacıq  uzaqlaĢmaq 

kifayətdir. Məhz buna görə də Vətəndən ayrılan kimi 

bu  müqəddəs  torpaq  üçün,  el-oba  üçün  darıxmağa 

baĢlayırsan: 

 

 

 




 

 

162 



 

Mənzil uzaq, ayaq iĢdə, baĢ iĢdə, 

Bax beləcə karıxmıĢam, ay Vətən. 

Balalarım dörd yanımı tutsa da, 

Mən səninçün darıxmıĢam, ay Vətən... 

 

Qürbətdə  Vətən  həyatını  yaĢamaq  üçün  bizim 



mütəxəssislər  xeyli  iĢ  görmüĢlər.  Həm  Neft  Ġnstitutu 

və  həm  də  MYSĠ  sovet  mütəxəssisləri  üçün  xüsusi 

klublar ayırmıĢdı. Klub deyəndə bu heç də bizim baĢa 

düĢdüyümüz  mənada  klub  deyildir.  Ġrəlidə  qeyd 

etdiyim  kimi  beĢ-altı  otaqlı  villalardır.  Orada  bizim 

kitabxanamız,  bufetimiz,  kiçik  iclas  zalımız  (biz 

iclassız  keçinə  bilmərik)  var  idi.  ĠĢdən  sonra 

mütəxəssislər  ailə  üzvləri  ilə  birlikdə  hər  iki  klubun 

qarĢısına  yığılır,  bir-birindən  hal-əhval  tuturdular. 

Klublardan  birinin  (Neft  Ġnstitutunun)  iclas  salonu 

nisbətən 

böyük  olduğundan  orada  kinoqurğu 

yerləĢdirilmiĢ  və  həftədə  iki  dəfə  rus  dilində  filmlər 

nümayiĢ  etdirilirdi.  Klubların  nəzdində  iki  musiqi 

məktəbi  vardı.  Orada  bizim  uĢaqlar  təhsil  alırdılar. 

Musiqi 


məktəbində 

dərs 


deyən 

müəllimlər 

mütəxəssislərin  həyat  yoldaĢları  olub,  ali  təhsilli 

musiqiçilərdirlər.  Bəzi  ərəb  uĢaqları  da  bizim  musiqi 

məktəbində təhsil alırdılar. Bunlar atası ərəb, anası rus 

olan uĢaqlar idilər. Musiqi müəllimləri demək olar ki, 

ictimai əsaslarla iĢləyirdilər. 

Ayda  iki  dəfə  məktub  alır  və  yola  salırdıq.  Bizim 

məktublar kluba gəlir və oradan paylanırdı. Məktublar 

əvvəlcə  institut,  sonra  isə  kafedralar  üzrə  bölünürdü. 




 

 

163 



 

Hər  kafedranın  öz  poçtalyonu  vardı.  Poçtalyon-

müəllim məktubları sahiblərinə çatdırırdı. 

Həyatımın  ən  dəhĢətli  günləri  evdən  məktub 

almadığım  günlərdir.  Məktublar  paylananda  hansı 

hissləri  keçirmirsən?  Məktub  almayanda  nələri 

düĢünmürsən? 

 

...Ġndi qərib diyarda 



Həsrətlə gözləyirəm 

Dörd bükülü varağı – 

Adi varaq deyil o, 

Mənim əziz anamın 

Mürəkkəbli dodağı. 

 

Hər  iki  institutdakı  mütəxəssislərimiz  nəqliyyat 



kooperativi  yaratmıĢdılar.  Hər  iki  kooperativin  bir 

neçə  avtobus  və  minik  maĢını  var  idi.  Ekskursiyaları 

bizim  nəqliyyat  kooperativləri  təĢkil  edirdi.  Bu  yerli 

ekskursiya bürolarının təĢkil etdiyi səyahətlərdən çox-

çox  ucuz  baĢa  gəlirdi.  Təbiidir  ki,  bu  kooperativin 

sürücüləri  biz  mütəxəssislər  idik.  Bizim  kafedranın 

əməkdaĢı,  Leninqrad  Elektrotexnika  Ġnstitutunun 

dosenti L.Ulpe həmin kooperativin sürücülərindən idi. 

Əsil səyahət aĢiqi olan L.Ulpe zarafatla deyirdi ki, evə 

qayıtdıqdan  sonra  beynəlxalq  nəqliyyat  xətlərində 

sürücü iĢləyəcək. 

Klubda  tez-tez  nərd,  Ģahmat  və  dama  yarıĢları 

keçirirdik.  Bundan  əlavə  bizim  yaxĢı  voleybol  və 

futbol 


komandalarımız 

var 


idi. 

Sovet 



 

 

164 



 

mütəxəssislərindən  ibarət  yığma  Ģahmat  komandası 

hətta  Əlcəzairin  milli  yığma  komandasına  qalib 

gəlirdi. 

Bumerdesdə  bir  tibb  məntəqəmiz  var  idi.  Təkcə 

məntəqənin  müdiri  Ģtatlı  idi.  Yerdə  qalan  iĢçilərin 

hamısı  ictimai  əsaslarla  iĢləyirdilər.  Mənim  həyat 

yoldaĢım  da  həmin  məntəqədə  həkim-allerqoloq 

vəzifəsini daĢıyırdı. 

Sovet 


səfirliyinin 

səkkizillik 

məktəbi 

də 


Bumerdesdə yerləĢir. Əlcəzairin müxtəlif Ģəhərlərində  

iĢləyən  sovet  mütəxəssislərinin  uĢaqları  oxumağa  bu 

məktəbə  gəlirdilər.  Paytaxtın  özündə  belə  səkkizillik 

məktəb  olmadığından  diplomatların  uĢaqları  da  bu 

məktəbdə 

oxuyurdular 

(1978-ci 

ildə 


Əlcəzair 

Ģəhərində də sovet səfirliyinin yeni səkkizillik məktəb 

açıldı). 

 

ƏLCƏZAİRƏ BALACA PARİS  DEYİRLƏR 

 

Deyirlər ki, avropalılar ƏXDR-in paytaxtı Əlcəzair 



Ģəhərini balaca Paris adlandırırlar. Mən Parisdə bir ilə 

yaxın  yaĢadığımdan  bu  iki  Ģəhəri  müqayisə  edə 

bilərdim.  Ona  görə  də  Əlcəzair  Ģəhərinə  ayaq  basan 

kimi  onunla  Paris  arasındakı  oxĢar  cəhətləri 

axtarmağa  baĢladım.  Tezliklə  belə  qərara  gəldim  ki, 

bu Ģəhər  bizim  Bakı  ilə  əkiz  qardaĢdır.  Aralıq dənizi 

sahilində  yerləĢən  Əlcəzair  özünün  ruhu,  binalarının 

arxitekturası,  bizim  ĠçəriĢəhərə  bənzər  “Qasba”sı  ilə 

Bakıya daha çox bənzəyir, nəinki Parisə. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə