Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə29/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   25   26   27   28   29   30   31   32   ...   101

 

 

156 



 

olmaq  istəyənlər  isə  qəbul  imtahanı  verirlər  (bu  da 

abituriyentlərin  sayı  ilə  bağlıdır).  Qəbul  imtahanları 

üç fəndən yazılı formada aparılır: fizika, riyaziyyat və 

kimyadan.  Abituriyentlər  bir  gün  ərzində  bütün 

imtahanları  verib  evlərinə  qayıdırlar.  Günün  birinci 

yarısı (3 saat müddətində) fizika və kimyadan, ikinci 

yarısı  isə  riyaziyyatdan  imtahan  verirlər.  Ġmtahanın 

nəticəsi  20  ballı  sistemlə  qiymətləndirilir.  Tələbələr 

pulsuz  yataqxana,  gündə  üç  dəfə  pulsuz  yeməklə  və 

üç aydan bir təqaüdlə təmin olunurlar (üç aylıq təqaüd 

1500 dinardır). 

Ġnstitutun  tədris  binaları,  yataqxanaları  və 

yeməkxanası  eyni  ərazidə  yerləĢir.  Həmin  ərazidə 

dindar tələbələr üçün xüsusi məscid də vardır. Həmin 

məscidin üstündə qurulmuĢ ucadandanıĢanlar gündə 5 

dəfə tələbələri namaz qılmağa çağırır. 

MYSĠ-də dərslər səhər saat 8-də baĢlayır. Bir qoĢa 

saat  iki  50  dəqiqədən  ibarətdir.  Hər  50  dəqiqədən  bir 

10  dəqiqə  tənəffüs  verilir.  Saat  12-dən  13-ə  kimi 

günorta fasiləsi elan olunur. Sonra dərslər saat 13-dən 

17-ə  kimi  davam  edir.  Böyük  birləĢmələrdə 

mühazirələr bir saat yarım ərzində fasiləsiz aparılır. 

Ümumiyyətlə,  tələbələr  həmiĢə  vaxtın  azlığından 

Ģikayətlənirlər. Doğrudan da tələbələrin hər dəfə dərs 

cədvəlini 

nəzərdən 

keçirdikdə  onlara  ürəkdən 

acıyırsan. Həqiqətən müstəqil iĢ üçün vaxt qalmır. 

Tələbələrin  semestr  ərzində  hazırlığına  nəzarət 

xüsusi  sistem  üzrə  aparılır.  Bu  “illik  qiymət”  sistemi 

adlanır.  Tələbələr  hər  semestrdə  iki  kompozisiyon 




 

 

157 



 

(bizdəki 

kollokviumlara 

bənzəyir) 

və 

iki 


interraqasiyon  verməlidirlər.  Kompozisiyon  hökmən 

yazılı  (burada  hər  variant  bir  nəzəri  sualdan  və  bir 

neçə  məsələdən  ibarət  olur),    interraqasiyon  isə 

(fransız  sözüdür,  sorğu deməkdir)  Ģifahi də  ola  bilər. 

Tələbənin illik qiyməti belə hesablanır: kompozisiyon 

və interraqasiyonların ümumi balları toplanır və onun 

əlli  faizi  götürülür  və  bu  öz  növbəsində  laboratoriya 

məĢğələsindən  alınan  balın  əlli  faizi  ilə  toplanır. 

Həmin  hesablama  əməliyyatı  bütün  fənlər  üzrə 

aparılır,  toplanıb  fənlərin  sayına  bölünür  və  ümumi 

orta  qiymət  tapılır.  Əgər  ümumi  orta  qiymət  10-dan 

(yəni  maksimum  balın  yarısından)  böyükdürsə,  onda 

tələbə  heç  bir  imtahan  vermir.  (Əgər  tələbə  bir-iki 

fəndən 10 baldan kiçik qiymət alsa belə). Əgər ümumi 

orta  qiymət  10-dan  kiçik olsa, onda həmin  tələbə 10-

dan  kiçik  qiymət  aldığı  bütün  fənlərdən  imtahan 

verməlidir. Əgər tələbənin ümumi orta qiyməti 10-dan 

böyük,  lakin  bir  və  ya  iki  fəndən  qiyməti  7-dən 

kiçikdirsə,  onda  o,  hökmən  (baxmayaraq  ki,  ümumi 

orta  10-dan  böyükdür)  həmin  fənlərdən  imtahan 

verməlidir.  Bu  cür  hallar  olur.  Məsələn,  deyək  ki, 

tələbə  fizikadan  6,  ərəb  dilindən  isə  16  bal  almıĢdır. 

Əlbəttə orta qiymət 10-dan böyükdür. Lakin belə olan 

halda  həmin  tələbə  fizikadan  hökmən  imtahan 

verməlidir.  Bundan  əlavə  tələbənin  illik  orta  qiyməti 

10-dan  böyük  olarsa  və  həmin  tələbə  ayrı-ayrı  

fənlərdən  aldığı  qiymətləri  yaxĢılaĢdırmaq  istəyirsə, 

onda  o,  könüllü  imtahan  verə  bilər.  (Belələri  çox  az 




 

 

158 



 

olur) 


Ayrı-ayrı 

fənlərin 

çətinlik 

dərəcəsini 

müəyyənləĢdirmək  üçün  balların  hesablanması 

zamanı  əmsal  daxil  edilir.  Məsələn,  ərəb  dili  üçün 

əmsal  1-dirsə,  fizika  və  riyaziyyat  üçün  əmsal  2-dir. 

Bu  o  deməkdir  ki,  ümumi  orta  qiymət  hesablananda 

ərəb  dilindən  alınan  qiymət  1-ə,  fizika  və 

riyaziyyatdan alınan qiymət 2-yə vurulur. 

Təqaüd 

qazandığı 



müvəffəqiyyətdən 

asılı 


olmayaraq  bütün  tələbələrə  verilir.  Tələbə  buraxdığı 

dərslərin  miqdarına  görə  təqaüddən  məhrum  edilə 

bilər.  Ümumiyyətlə,  MYSĠ-də  son  illər  intizama 

böyük  diqqət  yetirilir.  Belə  ki,  tələbə  üzürsüz 

səbəbdən  3  saat  dərs  buraxmıĢsa,  o,  institutdan  xaric 

edilir.  Ümumiyyətlə,  irəlidə  qeyd  etdiklərimiz  təkcə 

MYSĠ-na  aid  olmayıb,  bütün  Əlcəzair  ali 

məktəblərinə Ģamil oluna bilər. 

 

ƏLCƏZAİRLİ   TƏLƏBƏLƏRLƏ   GÖRÜŞ 

 

Mən  Əlcəzairə  gələndə  ali  məktəblərdə  artıq 

dərslər  baĢlanmıĢdı.  Dərslər  sentyabrın  1-dən  deyil, 

havanın temperaturundan asılı olaraq bir qədər gec də 

baĢlana  bilir.  Mən  iĢlədiyim  dörd  il  müddətində 

dərslər  hər  dəfə  bir  tarixdə  baĢlanırdı  və  mənim 

tələbələrlə  ilk  görüĢüm  gəliĢimdən  üç  gün  sonra  baĢ 

verdi.  Adətən  yeni  gələn  müəllim  tərcüməçi 

müəllimin  müsahibəsindən  keçir,  sınaq  mühazirəsini 

oxuyur  (sınaq  mühazirəsində  kafedranın  bütün 

əməkdaĢları,  dekan,  habelə  tərcüməçi  iĢtirak  edir)  və 



 

 

159 



 

bu  mühazirədən  müvəffəq  qiymət  aldıqdan  sonra 

auditoriyaya  buraxılır.  Onu  da  qeyd  edim  ki,  sınaq 

mühazirəsi  müəllimin  biliyini  deyil,  dil  hazırlığını 

yoxlamaqdan  ötrüdür.  Qəbul  olunan  qaydaya  görə 

yeni 


gələn 

müəllimlər 

tərcüməçi-müəllimlərin 

tutduqları  plan  üzrə  bütün  il  boyu  fransız  dilini 

təkmilləĢdirmək  üzərində  iĢləyir  və  ilin  sonunda 

imtahan verirlər. 

Ġlk  mühazirəni  ikinci  kurs  tələbələrinə  oxumalı 

idim.  BirləĢmədə  150  tələbə  var  idi.  Müvafiq 

auditoriya  olmadığından  həmin  mühazirə  tələbə 

yeməkxanasının  böyük  salonuna  təyin  olunmuĢdu. 

(Qeyd  edim  ki,  bir  il  ərzində  institutun  ərazisində  iki 

böyük  mühazirə  zalı  –  amfiteatr  tikdilər). 

Auditoriyaya  daxil  olan  kimi  tələbələr  yeni  müəllimi 

görüb  əl çalmağa baĢladılar. Düzü bu məni bir qədər 

çaĢdırdı.  Yazı  taxtasının  qarĢısına  keçib  bir-biriylə 

çox  sıx  Ģəkildə  oturmuĢ  tələbələri  nəzərdən  keçirib 

özümü təqdim etməyə baĢladım. 

Tənəffüsdə  kiçik  “mətbuat  konfransı”    özü-özünə 

yarandı:    Ölkənizdə  çoxlu  Bakı  Ģəhəri  var.  Siz 

hansındansınız? 

- Azərbaycan Özbəkistanda yerləĢirmi? 

      - Ölkənizdə nə qədər müsəlman var? 

       -  Siz  necə  oldu  ki,  bura  iĢləməyə  gəldiniz?  Öz 

istəyinizlə, 

yoxsa 

sizi 


məcbur 

edib 


buraya 

göndəriblər? 

- Ailəniz haqqında bizə danıĢın. 

       - Bizim ölkə barədə ilk təəssüratınız və s. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə