Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə32/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   28   29   30   31   32   33   34   35   ...   101

 

 

169 



 

       - Sizin içdiyiniz suyu bax bu çəlləkdən götürürlər 

–  dedi.  Ola bilsin  sizə  bir  ziyanı dəyməsin.  Amma  o 

uĢağa bu sudan verməyin, yazıqdır, xəstələnər. 

Sonra  o  mənə  hasara  alınmıĢ  (əlcəzairlilər  hasar 

çəkməyi  necə  də  sevirlər)  imarətin  sahibi  olduğunu 

söylədi  və  bizim  haralı  olduğumuzu  soruĢdu.  (Qoca 

sir-sifətimizdən  qəribə  olduğumuzu  hiss  etmiĢdi). 

Mən  Sovet  ölkəsindən  gəldiyimizi  və  özümün 

müəllim olduğumu söylədim. O mənə: 

        -  Axı  siz  rusa  oxĢamırsınız  –  dedi.  Ruslar 

sarıbəniz olurlar. 

Mən: 

       -  Siz  düz  buyurursunuz  –  dedim.  Biz  sovet 



vətəndaĢıyıq,  lakin  rus  deyilik.  Sovet  ölkəsində 

yüzdən  artıq  millətin  və  xalqın  nümayəndələri 

yaĢayırlar. Biz azərbaycanlıyıq. 

KiĢinin gözləri sanki iĢıqlandı. 

       - Siz müsəlmansınız, eləmi? – deyə soruĢdu. 

Dedim: 


      -  Bəli  azərbaycanlılar  müsəlmandırlar.  Bəs  siz 

bunu haradan bilirsiniz? 

O,  dərin  köks  ötürərək  bizi  evinə  dəvət  etdi.  Mən 

tələsdiyimizi  bildirib,  ona  təĢəkkür  etdim.  Sonra  o, 

evdən kimisə səslədi. Evdən  cavan bir qız  çıxdı. Ona 

ərəbcə  müraciət  etdi.  BaĢa  düĢdüm  ki,  qıza  deyir  ki, 

qonaqlar  üçün  su  gətir.  Heç  iki  dəqiqə  keçmədi  ki, 

həmin qız “Muzaya” adlı mineral su gətirdi. (Muzaya 

Əlcəzairdə  Ģəhər  adıdır.  Həmin  mineral  su  orada 

istehsal  olunur.)  Büllur  stəkanlarda  bizə  həmin 




 

 

170 



 

mineral  sudan  verdilər,  içdik.  Mən  qocaya  təĢəkkür 

edib Azərbaycan haqqında nə bildiyi ilə maraqlandım. 

KiĢi  mənə  baxdı  və  gözlərini  bir  məchul  nöqtəyə 

zilləyərək dedi: 

-  Mən  fransız  ordusunun  tərkibində  Ġkinci  Dünya 

müharibəsində  vuruĢmuĢ  və  əsir  düĢmüĢdüm. 

Əsirlikdə Məhəmməd adlı bir azərbaycanlı ilə tanıĢ 

oldum və dostlaĢdıq. Ġgid, qorxmaz, kiĢi adam idi. 

Əgər  sağdırsa,  allah  onun  canını  salamat  eləsin, 

ölübsə,  rəhmət  eləsin.  Halal  olsun  ona.  Allahı 

sevən  halal  adam  idi.  O,  çətin  Ģəraitdə  də 

ibadətindən qalmırdı. 

KiĢinin gözləri yaĢardı. 

Artıq maĢınımızın təkəri hazır idi. Qocaya bir daha 

təĢəkkürümü bildirib, ayrıldıq. Yol boyu qoca və adını 

ilk dəfə eĢitdiyim el oğlumuz barədə düĢünürdüm. 

 

BİZİM  PİONER   DÜŞƏRGƏMİZ 

 

Heç  ağlıma  gəlməzdi  ki,  xarici  ölkədə  pioner 



düĢərgəmiz  olsun.  Bir  gün  sovet  mütəxəssislərinin 

rəhbəri məni çağırıb pioner düĢərgəsində rəis iĢləməyi 

təklif etdi. Bu, 1984-cü ilin yayı idi. Əvvəlcə tərəddüd 

etdim.  Axı  biz  hamımız  bir  illik  gərgin  iĢdən  sonra 

Vətənə  qayıtmaq,  doğma  el-oba  ilə  görüĢmək  arzusu 

ilə alıĢıb yanırdıq. 

SSRĠ-nin  ƏXDR-dəki  Fövqəladə  və  Səlahiyyətli 

səfiri  V.N.Taratuta  ilə  söhbətdən  sonra  mən  Tipaza 




 

 

171 



 

Ģəhərində  yerləĢən  pioner  düĢərgəsinə  rəis  təyin 

olunmuĢdum. 

DüĢərgə ölkənin paytaxtından 75 km-lik məsafədə, 

dəniz  kənarında  yerləĢir.  DüĢərgənin  ərazisi  bizim 

dövlət tərəfindən icarəyə götürülmüĢdü. Orada yüzdən 

artıq  uĢaq,  o  cümlədən  Sovet  səfirliyi  və  sosialist 

ölkələri  səfirlikləri  əməkdaĢlarının,  habelə  sovet 

mütəxəssislərinin uĢaqları dincəlirdilər. 

DüĢərgənin  bütün  iĢçiləri  qadınlar  idilər.  Bir 

sürücü,  bir  keĢikçi  (bu  ərəb  idi)  və  bir  də  mən  kiĢi 

cinsinə  mənsub  idik.  27  qadına  rəhbərlik  etmək 

çətindən də çətin idi. 

DüĢərgənin açılıĢı mərasimi çox təntənə ilə keçdi. 

BaĢda  səfir  olmaqla  səfirliyin  bütün  əməkdaĢları 

açılıĢda  iĢtirak  edirdilər.  Komsomolun  mərkəzi 

komitəsinin  Moskvadan  gəlmiĢ  məsul  iĢçisi,  sosialist 

ölkələri səfirliklərinin nümayəndələri də burada idilər. 

Söz  mənə  verildi.  ÇıxıĢımı  bitirən  kimi  səfirliyin 

məsul iĢçisi mənə yaxınlaĢıb həyəcanla dedi: 

       - Bilirsinizmi, yoldaĢlar ət tapa bilməyiblər. 

Mən: 


      -  Ola  bilməz  –  dedim.  Axı  yaxındakı  mağazada 

bizə söz veriblər. 

       -  Yox,  onlar  verdikləri  sözdən  imtina  edirlər. 

Deyirlər  ki,  orucluqdur,  ət  özümüzə  lazımdır.  Siz 

təcili gedin, görün onlarla dil tapa bilərsinizmi. 

Doğrudan  da  əlcəzairlilər  adətən  az  ət  yeyirlər. 

Onlar “kus-kus” deyilən darıya bənzər bir məhsuldan 

daha çox istifadə edirlər, nəinki ətdən. Lakin orucluq 




 

 

172 



 

vaxtı  ət  növbəsindən  mağazalara  yaxınlaĢmaq 

mümkün olmur. 

DüĢərgə  rəisi  üçün  ayrılmıĢ  “Folsvaqen”  markalı 

maĢına  minib  birbaĢa  mağazaya  getdim.  Mağaza 

müdirini tapıb soruĢdum: 

       - Cənab Seyyid (müdirin adı Seyyid idi), siz bizə 

söz vermiĢsiniz. Axı uĢaqları ac qoymaq olmaz. 

O isə: 

      -  Cənab,  məni  düz  baĢa  düĢün,  -  dedi.  Ġndi 



ramazan  ayıdır.  Bizim  özümüzə  ət  lazımdır.  Bu  gün 

isə normadan iki dəfə az ət almıĢıq. 

Mən: 

       -  Bizə  xarici  ət  lazımdır,  -  dedim.  Yerli  ət 



istəmirik. 

        - Nə fərqi var, ət ətdir. Ya xarici olsun, ya yerli. 

Mən gülə-gülə: 

      -  ġəriətə  görə  müsəlman  xarici  ət  yeməməlidir, 

xüsusilə orucluqda, - dedim. 

O təəccüblə: 

       - Nəyə görə? – soruĢdu. 

       -  Müsəlman  o  əti  yeyə  bilər  ki,  həmin  heyvan 

müsəlman  qaydası  ilə  kəsilsin.  Üzü  qibləyə  tutulsun. 

Filan dua oxunsun. (həmin duanı ərəbcə oxudum) 

O gülümsəyərək mənə dedi: 

       - Siz bunu haradan bilirsiniz? 

        -  Axı,  mən  də  müsəlmanam  –  deyə  cavab 

verdim. Sovet müsəlmanı. 

O  məni  buzxanaya  apardı.  Buzxananın  içərisi 

kəsilib  soyulmuĢ  heyvanlarla  dolu  idi.  Seyyid 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə