Siz bilirsinizmi



Yüklə 10,03 Kb.
tarix17.10.2017
ölçüsü10,03 Kb.





2009-01-01

Siz bilirsinizmi....
... Chevrolet 490 ilk dəfə 1915-ci ildə istehsal olunmuş, onun adı qiymətinə görə verilibdir? Bu, model - öz rəqibi olan - Ford avtomobilinin T modelindən götürülmüşdür, bu modeli cəmi 490 ABŞ dolları almaq mümkün idi. Bu avtomobil, françayzinq sistemi vasitəsilə Chevrolet Avtomobil Şirkəti ilə bağlı olan müxtəlif zavodlarda, fabriklərdə yığılmışdır.
...ABŞ-da istehsal olunan ilk azlitrajlı avtomobil Chevrolet idi? Bu, 1971-cü ildə istehsal olunan Veqa modeli idi. Bu, o vaxt 1976-ci ildə istehsal olunan Chevette modeli, bütün dövrlərdə olan ən kiçik Chevrolet avtomobili idi. Bu model, General Motorsun dünyada avtomobil nümayəndəsi sayılan T-avtomobil idi, ilkin olaraq bu avtomobil 1.4 və 1.6 litrlik həcmində olan mühərriklərlə buraxılırdı.
...1950-ci ildə təqdim olunan "powerglide" transmissiya sistemi tam ölcülü nəqliyyat vasitəsindən aşağı kateqoriyalı avtomobillər üçün nəzərdə tutulmuş ilk avtomatik transmissiya sistemi idi? Chevrolet şirkəti təkcə birinci il ərzində 300,000 mindən çox bu tipli transmissiya sistemlərini istehsal etmişdi.
...1914-ci ildə Lui Chevrolet şirkəti tərk edir, çünki onunla tərəfdaşı Billi Düran arasında şirkətin iş fəaliyyəti barədə mübahisə yaranır? Chevrolet eksklüziv tipli avtomobilləri istehsal etməyi təklif edirdi, Düran isə populyar avtomobillərin tərəfdarı idi. Nəticədə kimin bu mübahisədə qalib gəlməyi sirr deyil, çünki adı Chevrolet adı o vaxtdan bəri yüksək keyfiyyətli, lakin ucuz avtomobillərin və yük maşınlarının sinoniminə çevrilmişdir.
...Chevrolet avtomobilləri, 1918-ci ildən başlayaraq General Motors Qrupunun tərkibinə daxil oldu?
...Hələ 1929-cu ildən bu brendin dəyər strategiyası "Dördün qiymətinə altı al" şüarını reklam ilə nümayiş etdirilməyə başladı? Sonralar yeni "Stovebolt Altılıqda" modeli ilə, müştərilərə, doğrudan da, dörd-silindrdən ibarət olan mühərriyi olan avtomobil qiymətinə altı-silindrli mühərriyi olan rəvan və sürətli idarəetməyə malik olan avtomobil almaq mümkün oldu.
...Şimali Amerikanın hüdudlarından kənarda ilk GM zavodu 1923-ci ildə Danimarkada tikilmişdir? Bu GM filialının İstehsalat üzrə rəhbəri olan Uilyam Knudsen (1879-1948) idi, o, hələ 1899-ci ildə Danimarkadan ABŞ-ya mühacirət etmişdi.
...Chevrolet, 1921-ci ildən başlayaraq avtomobil mis mühərikklərinin (mis kürəklər istifadə edərək mühərriyin hava ilə soyudulması) soyudulması üçün soyuq su əvəzinə mis kürəklərdən istifadə olunması nəzərdə tutulur? Bu dəyişiklik davamlılıq problemlərinə görə həyata keçirilə bilmir, və yalnız ümumilikdə 800 sayda mis kürəklərlə soyudulan avtomobillər istehsal olunmuşdu.
...Mis kürəklərlə soyudulan mühərriklə təchiz olunmuş avtomobilin istehsalının baş tutmaması avtomobillərin sınaqdan keçirilməsi üçün poliqonda yoxlanılmasına gətirib çıxardı? Bu günə qədər, GM-in 1924-ci ildə Milfordda açılmış Sınaq Poliqonu dünyada ən böyük poliqonlardan biridir.
... Chevrolet və General Motors şirkətlərinin hər ikisinin təsisçisi "Billi" Düran (1861-1947) maliyyə problemlərinə ümumilikdə üç dəfə şirkəti tərk etməli olmuşdu. Vaxtilə 120 mln. dollarlıq sərvətə malik olan Düran, bir "bouling xiyabanı" meneceri kimi dünyasını dəyişdi.

Əlaqə:

Beáta Novák

Marketing and PR Manager

Tel.: +36 23 446 650



Mobile: +36 30 247 1765

beata.novak@gm.com




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə