Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə36/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   32   33   34   35   36   37   38   39   ...   101

 

 

185 



 

Bütün yazılar yoxlandıqdan sonra qiymətlər xüsusi 

jurnallara köçürülür və ən çox bal toplayanlar instituta 

qəbul  olunurdular.  Onu  da  qeyd  edim  ki,  bütün  bu 

əməliyyatların  hamısını  ümumtəhsil  kafedralarının 

müdirləri  baĢda  olmaqla  həmin  kafedraların 

müəllimləri aparırdılar. 

Yazıları yoxlayarkən tez-tez elə abituriyentlərə rast 

gəlirsən 

ki,  fransızca  qətiyyən  bilmir.  Bəla 

burasındadır ki, Əlcəzairdə orta təhsil ərəbcə, ali təhsil 

isə  fransızca  aparılır.  Belə  uĢaqlar  instituta  daxil 

olduqdan  sonra  da  çətinliklə  oxuyurlar.  Mühazirədən 

sonra dəfələrlə tələbələr mənə yaxınlaĢıb fransız dilini 

pis  bildiklərini  söyləmiĢdilər.  Lakin  nə  etmək 

olardı?... 

ġübhəsiz 

ki, 


bizim 

oxucuları 

əlcəzairli 

valideynlərin 

qəbul 

imtahanlarına 



münasibəti 

maraqlandıracaqdır. Qəbul imtahanı vaxtı bir nəfər də 

olsun  belə  valideyn  institutun  nə  həyətində  nə  də  ki, 

ətrafında  gözə  dəymir.  Abituriyentlər  himayəçisiz 

qəbul  imtahanlarına  gəlir  və  gedirlər.  Onlar 

himayəçinin olmasını özləri üçün təhqir hesab edirlər. 

 

BUMERDES   GƏNCLİK ŞƏHƏRİDİR 

 

YaĢadığımiz  Bumerdes  Ģəhərini  gənclik  Ģəhəri  də 



adlandırmaq olar. Buranın əhalisi əsasən gənclərdirlər. 

Bunun  da  əsas  səbəbi  odur  ki,  Bumerdesdə  bir  neçə 

ali  məktəb  fəaliyyət  göstərir.  Ġrəlidə  qeyd  etdiyim 



 

 

186 



 

kimi  bu  ali  məktəblərin  yalnız  ikisində  sovet 

müəllimləri çalıĢırdılar. 

Bizim  institutun  tələbələri  əsasən  oğlanlardırlar. 

Hər  qrupda  iki  və  ya  üç  qız  oxuyur.  Bu  qızların 

əksəriyyəti  müasir  dəbdə  geyinirlər.  Bir  qrup  qızlar 

isə  (bunlara  “müsəlman bacılar” deyirlər) mavi və  ya 

ağ rəngdə uzun paltar geyir və həmin rəngdə də yaylıq 

bağlayırlar.  Tələbələr  arasında  “müsəlman  qardaĢlar” 

da var idi. Onlar adətən saqqal saxlayır, ağ rəngdə əba 

geyinirdilər.  Tələbələrin  içərisində  ən  sakiti  və 

intizamlısı  həmin  o  “müsəlman  bacı  və  qardaĢlar” 

idilər. Bu tələbələr ölkədə olan xüsusi dini cəmiyyətin 

nümayəndələridirlər. 

Əlcəzairdə  qızlar  ərə  getdikdən  sonra  çarĢab  salır 

və 


ağızlarını  yaĢmaqla  örtürlər  (Əlbəttə  bu 

avropalılaĢmıĢ  ailələrin  qızlarına  aid  deyildir). 

Gəlinlər ya ağ, ya da ki, qara çarĢab salırlar. ÇarĢabın 

rəngi  müxtəlif  regionlarda  müxtəlif  olur.  Qadınların 

yaĢmağı  isə  ağ  parçadan  üç  künc  formada  kəsilir  və 

iplər  vasitəsilə  bağlanır.  Bəzən  çox  isti  havalarda 

çarĢablı qadınlar dükan və ya mağazaların yanında öz 

çarĢablarını  qaydaya  salırlar.  Bu  zaman  çarĢab 

altından  onların  müasir  dəbdə  geyimləri  adamda 

təəccüb doğurur. 

Tələbə  qızların  demək  olar  ki,  hamısı  sürücülük 

kurslarında  təhsil  alırdılar  (Bumerdesdə  Ģəxsi 

sürücülük  məktəbi  var  idi).  Tələbə  oğlanlar  da 

Mustafa  bəyin  sürücülük  məktəbində  oxuyurdular. 




 

 

187 



 

Tələbələrin  ən  böyük  arzuları  avtomobil  və  ev 

almaqdan ibarətdir. 

Tələbə  qızların  bəziləri  özlərini  lap  fransız 

qızlarına  bənzədirlər  və  demək  olar  ki,  açıq-saçıq 

gəzirlər.  Hətta  oğlanlarla  qol-boyun  gəzən  qızlar  da 

vardır. Lakin belələri çox azdır. Belə qızlar haqqında 

bizim kafedranın laborantı deyirdi ki, onların heç vaxt 

ailələri olmayacaqdır (yəni ərə getməyəcəklər) . 

Əlcəzairli  qızların  həm  geyimində,  həm  də 

hərəkətlərində  müəyyən  təzadlar  açıq hiss  olunur. Bu 

hiss adamın beynində bir suala çevrilir: 

 

Biriniz ağ çadrada, 



ağ yaĢmaqda, 

Biriniz cins Ģalvarda, 

“Adidas” baĢmaqda. 

Birinizin görünür 

bir cüt gözü

Birinizin – bədəninin 

hər üzü. 

Biriniz – xəcalət yaxasında, 

O biriniz – sükan arxasında. 

Biriniz ərəbcə danıĢır, 

ağzını yaĢmaqla örtür, 

Biriniz – fransızca 

dil-dil ötür. 

Adınız bir, ünvanınız bir: 

Ġkiniz də bu torpaqda 

doğuldunuz, 




 

 

188 



 

Ġkiniz də bir xəmirdən 

yoğruldunuz. 

Məəttəl qalmıĢam 

mən burda düzü, 

Hansınızsınız, 

ərəb qızı? 

 

Tələbə  oğlanlar  çox  kasıb  geyinirlər.  Onların 



əksəriyyəti demək olar ki, dərsə ev paltarında gəlirlər. 

Ev paltarında dərsə gəlmək o qədər kütləvi hal almıĢdı 

ki,  institut  rəhbərliyi  xüsusi  əmrlə  tələbələrin  ev 

paltarında instituta gəlmələrini qadağan etdi. 

Bir  dəfə  yağıĢlı  bir  gündə  bir  tələbəni  ev 

baĢmağında  görüb,  danladım.    O,  baĢını  aĢağı  salıb 

cavab vermədi. Sonra xəstə olduğunu bildirib, dərsdən 

azad  olmaq  üçün  icazə  istədi.  Ġcazə  verdim.  O 

gedəndən  sonra  tələbə  yoldaĢları  dedilər  ki,  onun  nə 

ayaqqabısı  var,  nə  də  ki,  ayaqqabı  almağa  imkanı. 

Təqaüdü  gözləyir  ki,  özünə  ayaqqabı  alsın.  Onu  da 

qeyd  edim  ki,  bəzi  tələbələr  də  harınlıqdan  ev 

paltarlarında  dərsə  gəlirdilər.  Düzü,  mən  səhv 

etmiĢdim və bunun üçün xəcalət çəkirdim. 

Əlcəzairli  gənclər  idmanı  çox  sevirlər.  Onların 

futbola  olan  məhəbbətindən  irəlidə  qeyd  etmiĢəm. 

Onlar  eyni  dərəcədə  həndbol,  voleybol,  Ģahmat  və 

tennis oyunlarını da sevirlər. Bu gənclərin (istər oğlan 

və  istərsə  də  qız  olsun)  karateyə  də  böyük  maraqları 

vardır. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə