Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə46/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   42   43   44   45   46   47   48   49   ...   101

 

 

225 



 

Əlcəzairdə gəzməli və görməli yerlər çoxdur. Son 

illər ölkənin rəhbərliyi də bu iĢə xüsusi diqqət yetirir. 

Əlcəzairə  gələn  turistlər  müxtəlif  marĢrutlar  üzrə 

səyahətə 

çıxa 


bilərlər. 

Səyyahları 

ən 

çox 


maraqlandıran  ölkənin  bütün  ərazisi  boyu  “səpilən” 

qədim Roma xarabalıqlarıdır. 

Əlcəzairdə  olarkən  bir  neçə  dəfə  müxtəlif 

marĢrutlar  üzrə  səfərlərə  çıxmıĢam.  Xatirimdə  ən 

dərin iz buraxanı Böyük Səhra vadisi boyu səyahətdir. 

MarĢrutun uzunluğu 2100 km-dir. Səyahət zamanı rast 

gəldiyimiz  Ģəhərlər  bir-birindən  orijinal,  adamlar  isə 

bir-birindən  maraqlı  idilər.  Səyahət  zamanı  bəzən 

adama  elə  gəlir  ki,  yuxudasan.  Çünki,  yalnız  yuxuda 

tarixi  keçmiĢə  qayıtmaq  mümkündür.  Məhz  bu  növ 

səfərdə  səyyah,  sanki  keçmiĢə  baĢ  vurur  və  hərdən  o 

keçmiĢlə  bu  günün  təzadlı  sərhəddində  durub 

müĢahidəçi rolunu oynayır. Belə ki, səyyah bu aləmə 

(bu  barədə  ətraflı  bəhs  edəcəyəm)  müdaxilə  edə 

bilmir. 

 

SƏHRA  GÖZƏLİ  QARDAYA 

 

QurumuĢ 


Mzab 

çayı 


vadisində 

ərəblərin 

yerləĢdirilməsi  qeyri-adi  tarixə  malikdir.  Ərəb 

mənbələrinin  yazdığına  görə  bu  VII  əsrin  ortalarında 

Osmanın  ölümündən,  Əlinin  –  “Ġslam  Ģiri”nin 

hakimiyyətə  gəlməsindən  sonra  baĢ  vermiĢdir. 

Peyğəmbərin  düĢmənləri  onun  kürəkəni  hakimiyyəti 

ələ  aldıqdan  sonra  ona  qarĢı  mübarizə  aparmıĢ, 




 

 

226 



 

xaincəsinə  onu  öldürmüĢlər.  Beləliklə  yeni  lider  – 

Abdulla-ibn Ġbad meydana çıxmıĢ və onun tərəfdarları 

ibadilər adlandırılmıĢlar. 

Omeidlər imperiyasının iflası zamanı ibadilər həm 

Omanda,  həm  Yəməndə  və  Ġranda,  xüsusilə  Məqrib 

ölkələrində  (Liviya,  Tunis,  Əlcəzair,  MərakeĢ) 

özlərinə  yaxĢı  tərəfdarlar  tapmıĢlar.  Ġbn  Rüstəm 

Tunisdə  kifayət  qədər  güclü  dövlət  yaratmıĢ,  bu 

dövlət  dini  düĢmənlərin  təsiri  nəticəsində  məhv 

olmamıĢ  və  o,  Tunisdən  qərbə,  Tlemsen  rayonuna 

yerini  dəyiĢmiĢdir. Bu  dövlət 130  il  (paytaxtı  Tahert) 

mövcud  olmuĢ,  ərazisi  MərakeĢdən  Liviyaya  qədər 

uzanmıĢdır.  Ġbadilərin  düĢmənləri  nəhayət  Tahertə 

gəlib  çıxıb,  onları  Səhraya  sıxıĢdırmıĢlar.  Ġbadilər 

Mzaba vadisində yurd salmıĢ, burada quyular qazmıĢ, 

xurma  ağacları  əkmiĢ,  su  anbarları  tikmiĢlər.  XIII 

əsrin  ortalarında  ibadilər  yenidən  hücuma  məruz 

qaldıqda,  Mzaba  vadisinin  dərinliyində  gizlənmiĢlər 

və bu günə kimi onları narahat edən olmamıĢdır. 

XI  əsrin  birinci  yarısında  Mzaba  vadisində  beĢ 

Ģəhər yaradılmıĢdır. Bunlar Əl-Atif, Malika (ġahanə), 

Bunura  (Parlayan),  Beni-Ġzgen  (mühitin  adamları)  və 

Qardaya (Dayya mağarası) Ģəhərləridir. 

Əfsanəyə  görə  gözəl  qadın  olan  Dayya 

susuzluqdan  ölümcül  vəziyyətə  düĢən  ibadilərə  su 

yerini göstərir. Bu qadın guya köçəri qəbilə tərəfindən 

mağarada doğum üçün qoyulmuĢdur. Dayya ibadilərin 

Ģeyxi  Sidi  Bu  Qdemaya  və  onun  nökərinə 

qonaqpərvərlik  göstərmiĢ  və  Ģeyx  də  ona  evlənmək 




 

 

227 



 

təklif  etmiĢdir.  ġeyx  mağaranın  yanında  ev  tikdirmiĢ 

və  beləliklə  Qardaya  Ģəhərinin  əsasını  qoymuĢdur. 

Dayya  mağarası  bu  gün  də  durur  və  qadınlar  oraya 

ziyarətə gedirlər. 

Vadi məhbusluğunda qalan ibadilər demək olar ki, 

min  illərlə  özlərinin  adət  və  ənənələrini  qoruyub 

saxlaya  bilmiĢlər.  Bura  xəlifənin  seçilməsi  prinsipi, 

təkkəbinlilik, dinin təmizliyi və adətlərə ciddi surətdə 

riayət  etmək,  dini  doqmaların  və  ənənələrin  hər 

Ģeydən  üstün  tutulması  daxildir  ki,  bu  da  ibadilərin 

həyatını anadan olandan ölənə kimi nizamlayır. 

Qadınların  Ģəhəri  tərk  etməyə  əsla  ixtiyarları 

yoxdur.  Onlar  Ģəhərin  daxilində  də  tək  yox 

“müĢayiətçi” ilə gəzə bilərlər. Bu qadınlar çadraya elə 

bürünürlər  ki,  yalnız  bir  gözləri  ilə  ətrafa  baxırlar. 

Yad  adamla  üz-üzə  gələndə  ya  yaxındakı  tində 

gizlənir,  ya  da  üzlərini  divara  tuturlar  ki,  tək  gözləri 

belə görünməsin. 

Əvvəllər  qızları  az  qala  beĢikdə  ərə  verirlərmiĢ. 

Son  zamanlar  isə  müasirlik  ibadilərin  də  ailələrinə 

nüfuz  edə  bilmiĢdir.  Lakin  qadın  ailədə  yenə  də 

hüquqsuzdur.  KiĢi  evdən  çıxanda  qapını  açarlayıb 

gedir... 

Ġbadilərin  ağsaqqalları  çoxdan  məcbur  olublar  ki, 

kiĢilərin  Ģimala  pul  qazanmağa  getmələrinə  razılıq 

versinlər.  Onların  ailələri  isə  həmin  kiĢiləri  evlərində 

gözləyirlər. Bu ailələrə himayədarlığı yaxın qohumlar 

edirlər.  Ailə  baĢçısı  evdə  olmadıqda  belə,  onun  ailə 

üzvlərinin  sayı  arta  bilər  (Bizimlə  səfərdə  olan  rus 




 

 

228 



 

qadınları  deyirdilər  “nə  yaxĢı  adətdir”).  Ġbadilərin 

xurafatında deyilir ki, uĢaqlar ana bətnində illərlə yata 

bilərlər və  beləliklə  ailə baĢçısı  evdə olmadıqda  belə, 

dünyaya gələn uĢaqlara ata olmaq hüququnu saxlayır. 

Bizi  müĢayiət  edən  bələdçinin  dediyinə  görə  belə 

hallar tez-tez olur. 

Bir  neçə  əsr  bundan  əvvəl  pirat  Əlcəzairində 

hamam,  dükan,  çörək  biĢirilən  yerlərin  və  s. 

əksəriyyəti ibadilərə mənsub olmuĢdur. Burada çoxlu 

pul  qazanan  ibadilər  öz  vətənlərinə  qayıtmıĢ  (hətta 

Əlcəzairdə  ölənləri  dəfn  etmək  üçün  Mzab  vadisinə 

gətirirlərmiĢ) və öz iĢlərini qohumlarına tapĢırırlarmıĢ. 

Kifayət  qədər  pulu  olanlar  yüksək  hasar  arxasında, 

xurma və meyvə ağacları kölgəsində, “yerdə cənnət”, 

yəni yay evi tikirdilər. 

Adətlərin  qeyri-adiliyi,  vadidəki  nadir  coğrafi 

Ģərait,  Mzaba  Ģəhərlərində  “arxitektura  möcüzəsi” 

yaratmağı  tələb  edirdi.  Burada  hər  bir  ev  kub 

formasında olub,  orada  yaĢayanları  həm  istidən, həm 

soyuqdan və həm də ki, özgələrin qərəzli marağından 

qoruyur.  Evlərin  bir  qayda  olaraq  pəncərəsi  yoxdur. 

Bu  evlər  2-3  mərtəbəli  olub,  iĢıq  yalnız  dairə  Ģəkilli 

evin  mərkəzinə-həyətə  düĢür.  Bütün  Ģəhər  kublar 

ehramından  təĢkil  olunmuĢ  və  vadinin  yamacında 

tikilmiĢdir.  Bunda  əsas  məqsəd  xurma  ağaclarını 

əkmək  üçün  çox  qiymətli  olan  vadidəki  torpağı 

tutmamaqdır. 

ġəhərin  yuxarı  hissəsində  kvadrat  Ģəkilli,  konus 

minarəli  məscid  ucaldılmıĢdır.  AĢağıda,  bir  qədər 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə