Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə55/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   51   52   53   54   55   56   57   58   ...   101

 

 

261 



 

yenidən  ucalmıĢdır.  Yerli  alimlərdən  bu  Ģəhərdə 

dəhĢətli 

zəlzələlərin 

baĢ  verməsinin  səbəbini 

soruĢdum.  Alimlərin  fikrincə  Əl-Əsnam  Ģəhərinin 

bəlası  orasındadır  ki,  bu  Ģəhər  MərakeĢdən  Alpa 

gedən  Əlcəzair,  Tunis,  Siciliya  və  Ġtaliyadan  keçən 

böyük tektonik sınıq xətti üzərində yerləĢir. Litosferin 

Böyük  Səhra  ilə  nəhəng  bloku  ġimala  doğru  yerini 

dəyiĢir, bu zaman Əlcəzair sahillərində yerləĢən digər 

blok  deformasiyaya  məruz  qalır.  On  illərlə  bu  və  ya 

digər  yerdə  toplanan  gərginliklər  Messin,  Ağadir  və 

Əl-Əsnamda  zəlzələ  ilə  nəticələnir.  Bu  sınıq 

Bumerdesdən  100  km-lərlə  uzaqdan  təxminən  Əl-

Əsnam,  Medea,  Buira  xətti  üzrə  Telə  doğru  uzanır. 

Zəlzələnin  gücü  Oranda  6,5,  Əlcəzairdə  6,0, 

Bumerdesdə 5,5 bala çatmıĢdır. 

259 km-likdə Bu-Qadir Ģəhəri yerləĢir. Bu Ģəhər də 

1980-ci il zəlzələsi nəticəsində dağılmıĢdır. Burada da 

Roma xarabalıqlarına rast gəlinir. ġelif çayı üzərində 

irriqasiya bəndi tikilmiĢdir. 

282  km-likdə  Ued-Riu  Ģəhərciyi  yerləĢir.  Bu 

Ģəhərciyin  ətrafında  28000  hektar  sahəni  sulamaq 

üçün iki irriqasiya bəndi yaradılıb. 

291  km-likdə  Ciduya  kəndi  yerləĢir.  Bu  balaca 

kəndin adamları o qədər  mehriban, qonaqpərvərdirlər 

ki, turistlər özləri ilə apardıqları hədiyyələrin hamısını 

onlara  vermək  istəyirdilər.  Bu  kənd  Roma  Ģəhərciyi 

Kadaum Kastronun yerində salınmıĢdır. Çay üzərində 

böyük su bəndi vardır. Məhz burada ġelif çayı dənizə 

doğru yönəlir. 




 

 

262 



 

379  km-likdə  Məhəmmədiyyə  Ģəhərciyi  yerləĢir. 

Bu  Ģəhərcik  kənd  təsərrüfatı  rayonunun  mərkəzidir. 

Yerli  əhalinin  dediyinə  görə  bu  rayonda  pambıq 

əkməyə  bir  neçə  dəfə  cəhdlər  göstərilmiĢdir.  Nəticə 

müsbət  olmasa  da  yerli  mütəxəssislər  ruhdan 

düĢməyiblər. 

Onlar 


bu 

torpaqda 

pambıq 

yetiĢdirəcəklərinə  inanır  və  bu  sahədə  iĢlərini  davam 



etdirirlər.  ġəhərciyin  cənubunda  böyük  su  bəndi 

gördük. 


405  km-likdə  Siq  Ģəhəri  (Tassakora-romaca) 

yerləĢir.  Əlcəzairin  ən  böyük  bitki  yağları  zavodu 

buradadır.  Siq  vadisi  özünün  sahələri  və  bağları  ilə 

ġimala-Moastahanemə  və  Arzevə  qədər  uzanır. 

Arzevdə ABġ tərəfindən yaradılan, sıxılmıĢ qaz almaq 

üçün  dünyada  ən  böyük  qurğu  vardır.  Bu  Ģəhərdə 

kimya  zavodu,  böyük  liman,  neftayırma  zavodu 

fəaliyyət göstərir. 

478  km-likdə  470  m  hündürlükdə  Sidi-Bel  Abbas 

Ģəhəri  yerləĢir.  Onun  300000  əhalisi  vardır. 

Universiteti  1973-cu  ildən  fəaliyyət  göstərir.  Yüngül 

sənaye,  məiĢət  elektronikası  müəssisələri  Ģəhər 

əhalisinin  əsas  iĢ  yerləridir.  Fransız  iĢğalı  zamanı  bu 

Ģəhərdə məĢhur Xarici Legionun bazası yerləĢmiĢdir. 

Bumerdesin  568  km-liyində,  dəniz  səviyyəsindən 

800  m  yüksəklikdə  əhalisi  700000  olan  Tlemsen 

Ģəhəri  yerləĢir.  Bu  Ģəhər  ölkənin  ən  gözəl  turist 

Ģəhərlərindən  biri  olub,  çoxlu  orta  əsr  abidələrinə 

malikdir. 



 

 

263 



 

Bu  Ģəhərdə  çoxlu  su  mənbələri,  yumĢaq  iqlim, 

cürbəcür  bitkilər  vardır.  Zəngin  tarixi  olan  bu  Ģəhər 

müsəlman  Əlcəzairinin  intellektual  mərkəzidir. 

Tlemsenlilərə  çox  vaxt  “intellektuallar”  da  deyirlər. 

Onlar öz Ģəhərlərinin tarixi ilə fəxr edirlər. Bu Ģəhərdə 

doğulub boya-baĢa çatanların çoxusu ƏXDR-in ruhani 

və  dövlət  idarələrində  mühüm  mövqelər  tutmuĢlar. 

ġəhər  yavaĢ-yavaĢ  sənayeləĢdirilir.  Telefon  aparatı 

zavodu,  ipək  fabriki,  əczaçılıq  fabriki,  efir  yağı 

kombinatı,  süni  liflər  fabriki  və  s.  son  illərdə  bu 

Ģəhərdə tikilmiĢdir. 

Tlemsenin  mənası  “Su  bulaqları”  deməkdir.  Bu 

yerdə  vaxtilə insanlar  qayaların  ətəyində mağaralarda 

yaĢamıĢlar.  Onların  əmək  alətləri  Ģəhər  muzeyində 

saxlanılır. 

Roma  hökmdarları  vaxtı  indiki  Ağadir  Ģəhərinin 

(Ağadir-qaya  deməkdir)  yerləĢdiyi  təpədə  Pomariya 

qalası  tikilmiĢdir.  Ağadir  Ģəhərinin  müsəlman  əhalisi 

burada  VIII  əsrdə  dağılmıĢ  Roma  qalası  yerində 

məskunlaĢmıĢdır.  Sonradan  bura  bərbər  tayfalarının, 

Kordov xilafəti vassallarının paytaxtına çevrilmiĢdir. 

Ġndiki  Tlesmen  XI  əsrin  sonralarında  Ağadir 

divarları  yanında  salınmıĢdır  (Burada  köçəri  bərbər 

tayfaları  yaĢayıralrmıĢ).  Yeni  Ģəhər  surətlə  böyümüĢ 

və Ağadirlə birləĢmiĢdir. Bu Ģəhərdə ilk məscid 1082-

ci 

ildə 


tikilmiĢ, 

sonradan 

böyüdülüb 

zənginləĢdirilmiĢdir.  Bu  gün  həmin  məscidin  iri  zalı 

1250 kv.m ölçüdə, minarəsi isə 35 m hündürlükdədir. 

Deyilənlərə  görə  məscidin  yanında  bərbərlərin  əmiri, 




 

 

264 



 

zianidlər  nəslinin  yaradıcısı,  Tlemsenin  hökmdarı 

Yaqmorasen  dəfn  olunmuĢdur.  Məhz  bu  əmirin 

dövründə 

Tlemsen 

ağlasığmaz 

dərəcədə 

çiçəklənmiĢdir. 

Yüz  ildən  artıq  Tlemsen  ġimalla  Qara  Afrika 

arsında  əlaqəçi rolunu oynayıb varlanmıĢdır. ġəhərdə 

xalçaçılıq,  dəmirdöymə,  tikmə,  taxta  emalı  alətləri 

geniĢ  yayılmıĢdır.  Burada  toxunan  xalçaların  95%-i 

Avropaya  göndərilir.  Qurani-Kərimi  saxlamaq  üçün 

mücrülər  məhz  bu  Ģəhərdə  düzəldilir.  Əhalinin 

əksəriyyəti savadlı olub, məscidlərdə və mədrəsələrdə 

təhsil almıĢdır. 

Telemsenin 

var-dövləti 

qonĢularını 

qıcıqlandırmıĢdır.  MərakeĢli  Fesa  sultanı  Yaqub  bir 

neçə  müvəffəqiyyətsiz  həmlədən  sonra  XIII  əsrin 

sonunda  çox  böyük  qoĢunla  bu  Ģəhərə  hücuma  

keçmiĢ,  onun  divarlarını  canlı  mühasirəyə  almıĢdır. 

Mühasirə  doqquz  il  davam  etmiĢdir.  Sultan  elə 

buradaca  yeni  Ģəhəri  –  Mənsurahi  (tərcüməsi 

“Qələbə”  deməkdir)  tikdirmiĢdir.  ġəhərdə  böyük 

saray  və  məscid  inĢa  etdirmiĢdir.  Səhranın  karvanları 

artıq  Mənsurahiyə  gələrmiĢ.  Tlemsenin  sağ  qalan 

azsaylı  döyüĢçüləri  son  və  ümidsiz  döyüĢə 

hazırlaĢdığı  vaxt  Fes  sultanı  Vannada  öz  qulu 

tərəfindən  öldürülür.  Tacdan  ötrü  narahat  olan 

sultanın  varisləri  mühasirəni  dağıdıb  Fesə  qaçırlar. 

Tlemsen rahat nəfəs alır. Lakin bu uzun çəkmir. 30 il 

sonra  amansız  qonĢular  tərəfindən  bu  Ģəhər  zəbt 

olunur.  Mənsurahi  Ģəhərini  onlar  yenidən  qurmağa 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə