Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə52/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   48   49   50   51   52   53   54   55   ...   101

 

 

249 



 

mal  apardığını  müəyyən  etmiĢlər  (eĢĢəyə  bir  bax!). 

Əlbəttə  sərhədçilər  eĢĢəyi  saxlamasaydılar,  o, 

əvvəlcədən  məĢq  olunmuĢ  marĢrutla  əlcəzairli 

sahibini  tapacaqdı.  Lakin  bu  dəfə  qaçaq  mal 

aparanların  hiyləsi  baĢ  tutmamıĢdı...  Zəl-Ued  Ģəhəri 

ilə  vidalaĢaraq,  onun  gözəlliyini  bir  daha  heyran-

heyran süzüb, Biskra Ģəhərinə üz tutduq. 

 

BİSKRA DA BÖYÜK SƏHRANIN QAPISIDIR 

 

Biskra  Ģəhəri  Ģimalda,  Əl-Ueddən  220  km 



məsafədə yerləĢir. Bu yolun 50 km-i qum “dənizinin” 

içindən  keçir.  Sonra  yol  dəniz  səviyyəsindən  aĢağı 

enir.  Hər  tərəf  Ģoranlıqdır.  Güclü  yağıĢlardan  sonra 

Ģosse bəzi yerlərdə duzlu su ilə örtülür. Ġsti vaxtlarda 

tez-tez  ilğımlara  rast  gəlmək  olur  (Ġlğımlar,  gözə 

görünən  “göllər”dir  ki,  bu  da  mavi  səmanın  yerüstü 

isti havada əksidir). 

Yol  uzunu  mən  ətrafa  baxdıqca  bu  duzlu  səhrada 

özümə  bir  doğmalıq,  bir  yaxınlıq  hiss  edirdim.  Bir 

anlığa  mənə  elə  gəlirdi  ki,  mən  nə  Afrika 

qitəsindəyəm,  nə  də  ki,  səyahətdə.  Sadəcə  olaraq 

Bakıdan Masallıya gedirəm və avtobusumuz da Ələtlə 

Xələc  arasındadır.  Səhranın  bu  hissəsi  Ələtlə  Xələc 

arasındakı  Ģoran  sahəyə  elə  bənzəyir  ki,  daha 

deməyəsən. 

Biskra  Ģəhəri  dəniz  səviyyəsindən  125  metr 

yüksəklikdə yerləĢib, 100 mindən artıq əhalisi vardır. 

Qumluluq  dərəcəsi  azdır,  xurma  ağaclarının  sayı  isə 




 

 

250 



 

çoxdur.  Qeyd  edək  ki,  Biskra  Ģəhəri  ətrafında  iki 

milyona kimi xurma ağacı vardır. 

Qədim  romalılar  vaxtilə  burada  özlərinin  Afrika 

mülklərini 

Böyük 


Səhradan 

gəlmiĢ 


köçəri 

bərbərlərdən  qorumaq  üçün  Biskra  qalasını  tikmiĢlər. 

Sonralar  bu  Ģəhər  vandallara  məxsus  olmuĢ,  yüz  il 

sonra isə ərəb sərkərdəsi Sidi Əkba Atlantik okeanına 

kimi getmiĢ və fəxrlə demiĢdir: 

 



Mən islamı dünyanın axırına gətirib çıxardım. 

Geriyə  dönərkən  Biskra  ətrafında  bərbərlərlə 

döyüĢmüĢdür.  Kahinin  rəhbərlik  etdiyi  ordu  ərəbləri 

məğlub etmiĢ və Sidi Əkbanı öldürmüĢlər. Sidi Əkba 

Biskanın  17  km-də  dəfn  olunmuĢ  və  hazırda  ərəblər 

onun qəbrini müqəddəs yer kimi ziyarət edirlər. 

XI  əsrdə  Biskranın  ərazisi  hilalilər,  Misir  və 

Ərəbistandan  gələn  köçəri  ərəblər  tərəfindən 

tutulmuĢdur.  Hilalilər  buranı  darmadağın  etmiĢ,  yerli 

əhalini  –bərbərləri  dağlara  qovmuĢ  və  burada 

ərəbləĢmə  aparmıĢlar.  Sonralar  bu  Ģəhər  əldən-ələ  

keçmiĢ,  Əlcəzair  Türk  imperiyasının  tərkib  hissəsi 

olduqda,  Ģəhər  sabit  dövlətə  malik  olmuĢdur.  Türk 

qarnizonu 

bu 

Ģəhərdə 


oazisi 

canlandırmağa 

baĢlamıĢdır.  1838-ci  ildə  bu  Ģəhər  Əmir  Əbdül 

Qədirin  yaratmıĢ  olduğu  cavan  Əlcəzair  dövlətinin 

tərkibinə  daxil  edilmiĢdir.  Bu  dövlət  də  təpədən 

dırnağa 


kimi 

silahlanmıĢdır. 

Lakin 

Fransa 


müstəmləkəçilərinin 

təzyiqinə 

dözməyərək 

məğlubiyyətə uğramıĢdır. 




 

 

251 



 

ġəhərin vaxtilə fransızlar yaĢayan hissəsində çoxlu 

kazarmalar  vardır.  Küçələrin  əksəriyyəti  tağlı  olub, 

evlər  sanki  səkilərin  üstündən  asılmıĢdır.  Bu  da 

GünəĢdən gizlənmək üçün bir vasitədir. 

Biz  Biskra  Ģəhərinə  çatanda  artıq  qaĢ  qaralmıĢdı. 

Mehmanxanada  yerlərimizi  alıb,  təzəcə  istirahətə 

baĢlamıĢdıq  ki,  Biskrada  iĢləyən  bir  qrup  Sovet 

mütəxəssisi  yanımıza  gəldi  (Onlar  bizim  bu  Ģəhərə 

gələcəyimizi  qabaqcadan  bilirlərmiĢ).  Hərə  öz  dost-

tanıĢı ilə görüĢməyə gəlmiĢdi. Mən bilirdim ki, Biskra 

Universitetində  bizim  Azərbaycandan  da  bir  yoldaĢ 

iĢləyir.  Bu  bizim  Politexnik  Ġnstitutunun  dosenti 

Nazim Ağayev idi. Gələn yoldaĢlardan onu soruĢdum. 

Dedilər  ki,  tanıyırıq.  Artıq  iki  saatdan  sonra  Nazim 

bizi  tapdı.  GörüĢdük,  öpüĢdük.  Nazim  mənim 

Bumerdesli  dostum  Rafiqlə  Əlcəzair  torpağında  ilk 

dəfə  idi  ki,  görüĢürdülər.  Rafiqlə  Nazim  Bakıda  eyni 

ali  məktəbdə  iĢləyirlər.  Hiss  olunurdu  ki,  Nazim 

bizdən də çox darıxır. Axı zarafat deyil, o, ailəsiz, tək 

yaĢayırdı.  Bəli,  burada  uĢaqların  təhsil  alması  üçün 

Ģərait olmadığından, analar öz övladlarını evdə qoyub 

buraya  gələ  bilmirlər.  KiĢilərin  isə  ailəsiz  Böyük 

Səhranın  “qapısı”  ağzında  “dayanması”  həddindən 

artıq çətindir. Öz-özümə deyirəm: 

 



Bir  az  da  döz,  qardaĢ,  döz.  Məzuniyyətə  az 

qalıb. Evdə hər Ģeyi unudacaqsan. 

Həmyerlimizi  yola  saldıqdan  sonra  baĢımın 

ağrıdığını hiss etdim. Dərman almaq üçün əczaxanaya 




 

 

252 



 

yollandım.  QarĢıma  çıxan  ilk  əczaxanaya  girdim. 

Əczaçı məni görcək: 

       -  Cənab-deyə  müraciət  etdi  (Bu  onlarda  bir 

adətdir. 

Məncə 


bu 

adəti 


onlar  fransızlardan 

götürmüĢlər.  Bu  o  deməkdir  ki,  cənab,  nə 

istəyirsiniz?) 

Mən: 


       - BaĢağrısı dərmanı verin zəhmət olmasa-dedim. 

O,  mənə  bir  dərman  təklif  etdi  və  xeyli  təriflədi 

(Yəqin əcnəbi olduğumu hiss etmiĢdi). Sonra soruĢdu: 

       - Siz əcnəbisiniz? 

        - Bəli-dedim. 

        - Hansı ölkədən gəlmiĢsiniz? 

       - Sovet ölkəsindən. 

Sonra Əlcəzairdə dəfələrlə eĢitdiyim sözləri bu da 

təkrar etdi: 

       - Axı siz rusa oxĢamırsınız? 

Mən  onun  bizim  ölkə  haqqında  müəyyən 

məlumata  malik  olduğunu  hiss  etdim  və  bunu 

yoxlamaq üçün dedim: 

      -  Məgər  Sovet  ölkəsində  yaĢayanların  hamısı 

ruslardır? 

      -  Bilirəm,  bilirəm-dedi.  Sizin  ölkədə  müxtəlif 

xalqlar  yaĢayır.  Siz  hansı  millətdənsiniz?  Təsadüfən 

azərbaycanlı deyilsiniz ki? 

Sevincimdən  az  qala  bu  cavan  oğlanı  qucaqlayıb 

öpəm. Əlcəzairdə iĢlədiyim  müddətdə ilk dəfə idi ki, 

mənim  hansı  millətə  mənsubluğumu  doğru  güman 

edənlə rastlaĢırdım. Azərbaycanı tanıyanlar çoxdur və 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə