Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə51/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   47   48   49   50   51   52   53   54   ...   101

 

 

245 



 

Uled-  Nail  nəslindən  olan  rəqqasələrin  xüsusi 

məhəlləsi  olan  BolluĢda  az  miqdarda  da  olsa, 

yəhudilər də məskunlaĢıblar. 

Turist 

marĢrutuna 



görə 

bizim 


növbəti 

dayanacağımız  Əl-  Ued  Ģəhərində  olmalı  idi. 

Tuqurtdan  bu  Ģəhərə  kimi  95  km-lik  yoldur.  Bu  yol 

özünün  qeyri-adiliyi  ilə  fərqlənir.  Avtobusumuz 

nəhəng  “qum  dənizində”  üzürdü.  Burada  400  min 

kvadrat  km-lik  sahə  qumla  örtülmüĢdür.  Əl-Ued 

Ģəhərinə  çatmamıĢ  hündürlüyü  yüz  metr  olan  qum 

təpələri  görünür.  Adətən  bu  qum  təpələrinin  əsasını 

qayalıqlar təĢkil edir. Küləyin əsmə istiqamətindən və 

sürətindən asılı olaraq bu qayaların təpəsi də müxtəlif 

formalar  alır.  Böyük  təpənin  arxasındakı  dərədə  bir 

milyonçunun  zəngin  malikanəsi  yerləĢir.  Deyilənlərə 

görə  həmin  milyonçu  öz  qonaqlarını  xüsusi 

traktorlarda  qəbul  edir  və  yola  salır.  Belə  ki,  küləkli 

havada burada asfalt yol tamamilə “yoxa” çıxır. 

 

ƏL-UED MİN GÜMBƏZLƏR ŞƏHƏRİDİR 

 

Əl-Ued  Böyük  Səhranın  ən  maraqlı,  gəzməli  və 



görməli  Ģəhərlərindən  biridir.  ġəhər  bütövlükdə  qum 

dənizinin  içərisində  yerləĢmiĢdir  və  evlərin  xüsusi 

arxitekturası vardır. GeniĢ yarğanlarda xurma ağacları 

əkilmiĢdir. Bu qumlar diyarının kifayət qədər əhalisi, 

Səhra  Ģəraiti  üçün  zəngin  flora  və  faunası  vardır. 

Sonuncunu  onunla  izah  edirlər  ki,  yer  altından 

(təxminən  3  metrdən  20  metrə  kimi  dərinlikdə) 



 

 

246 



 

yarıĢor,  yarıiçməli  su  sızır.  Bu  su  Hoqqar  dağından 

axan  məĢhur  Səhra  çayının  tör-töküntüsüdür.  Burada 

qum içərisində çoxlu sayda zəhərli əqrəblər vardır. 

Yerli adamlar qum təpələri arasındakı çökəkliyi bir 

qədər  qazır  və  böyük  müstəvi  səthli  dərə  yaradırlar. 

Sonra  burada  xurma  ağacları  əkirlər.  Bu  ağacların 

köklərini  yerə  elə  batırırlar  ki,  onların  kökləri  irəlidə 

qeyd  etdiyim  yeraltı  su  axınına  çata  bilsinlər.  Bu 

olduqca  orijinal  və  səmərəli  irriqasiya  üsuludur. 

Səhranın  digər  rayonlarında  suyu  yerdən  çıxarıb 

bitkiləri  sulayırlar.  Lakin  burada  isə  bitkinin  kökünü 

suya batırırlar. Xurma ağacı sevir ki, onun “ayaqları” 

suyun,  “baĢı”  isə  odun  içərisində  olsun.  Bu  ərazinin 

təbii  Ģəraiti  irəlidə  söylədiyimiz  tələbata  çox  uyğun 

gəlir. Məhz ona görə də buradakı xurma plantasiyaları 

öz  məhsuldarlığına  görə  Böyük  Səhrada  birinci  yeri 

tutur. 


Bu  torpaqda  yaĢayan  hər  bir  Ģəxsin  xurma 

plantasiyaları  ola  bilər.  Bir  Ģərtlə  ki,  həmin  adam 

gərək özü bu ağacları əkmək üçün dərə qazsın. 

Irriqasiya  üsulunun  nöqsanları  da  vardır.  Belə  ki, 

küləyin  doldurduğu  dərəni  həmiĢə  təmizləmək 

lazımdır.  Burada  elə  qum  qasırğası  qopur  ki,  xurma 

ağaclarının  kökünü  qumla  örtür.  Əlbəttə  onları 

təmizləmək  və  əvvəlki  vəziyyətinə  gətirmək  böyük 

zəhmət istəyir. 

Xurma  ağacı  çox  zəhmət  tələb  edən,  ona  qayğı 

göstərəni  incidən  ağacdır.  Onun  tozlanma  prosesi 



 

 

247 



 

həddən  artıq  mürəkkəbdir.  Bunu  yerli  adamlar  əl  ilə 

icra edirlər. 

Əsli  Yəməndən  olan  ərəblər  bu  qum  dənizində 

dörd  əsr  bundan  əvvəl  yurd  salmıĢlar.  Xəstəlik  və 

ehtiyac  onları  bu  yerlərə  gətirib  çıxarmıĢdır.  Onlar 

əvvəllər  Ģimali-Ģərqdə,  dəniz  kənarında  Liviyada  və 

ya  Tunisdə  yaĢamıĢlar.  Lakin  böyük  vergilər  onları 

Səhraya qaçmağa məcbur etmiĢdir. Onlar əvvəlcə Riq 

çayı 


vadisində 

yerləĢmiĢlər. 

Lakin 

burada 


arasıkəsilməz  xəstəliklər  və  epidemiya  onları  zara 

gətirdiyinə  görə  qərara  gəlmiĢlər  ki,  geri  qayıtsınlar. 

Geri  qayıdarkən  təpələr  arasındakı  çuxurlarda  çoxlu 

xurma  ağacları  görmüĢlər.  Yeri  qazmıĢ  və

 

çox  kiçik 



dərinlikdən  su  çıxdığını  müĢahidə  etmiĢlər.  Beləliklə 

Suf  oazisi  meydana  gəlmiĢ  və  burada  əhalinin  sayı 

artmağa  baĢlamıĢdır.  Hazırda  bu  oazisdə  500  min 

ədəd  xurma  ağacı  vardır.  Bu  ağacların  əksəriyyəti 

dünyada  ən  yaxĢı  xurma  növü  olan  “iĢıq 

barmaqları”nı, yerdə qalanlar isə “Qars” növünü verir. 

Qeyd edək ki, bu növ xurma ağacı çox su tələb etmir 

və  onu  uzun  müddət,  məsələn  15  ilə  kimi  saxlamaq 

olur. 

Əl-Ued  Ģəhərinin  tamamilə  qeyri-adi  forması 



vardır.  Səhranın  digər  Ģəhərlərində  gördüyümüz 

müstəvi  formalı  damlardan  fərqli  olaraq  burada 

damlar günbəz Ģəklindədir. Ona görə də bu Ģəhərə min 

günbəzli Ģəhər deyirlər. 

Suf  özünün  orijinal,  müxtəlif  formalı,  həddindən 

artıq  gözəl  qum  “gülləri”  (“Səhra  gülü”  kimi)  ilə 




 

 

248 



 

məĢhurdur.  Bu  “güllər”dən  həm  Əl-Ued  bazarında 

almaq  olar  və  həm  də  səyyah  bu  Ģəhərdən  ayrılarkən  

qarĢısına  çıxan  ilk  təpənin  ətəyindən  bu  “güllər”dən 

tapıb  istədiyini  seçə  bilər.  Bu  səyyahın  Səhradan 

gətirə biləcəyi ən yaxĢı xatirə hədiyyəsidir. Belə ki, bu 

cür  qips  kristalları  Böyük  Səhradan  baĢqa  heç  yerdə 

yaranmır. 

Buranın Ģəhər muzeyi də çox maraqlıdır. Muzeydə 

“Səhra gülləri” kolleksiyası toplanmıĢ, yerli fauna və 

flora,  yerli  sənaye  məhsulları  və  arxeoloji  tapıntılar 

nümayiĢ  etdirilir.  Suf  oazisi  Tunis  sərhəddinə  çox 

yaxın  olduğundan  Ģəhər  bazarında  xeyli  kontrabanda 

malları satılır. 

Yeri  gəlmiĢkən  bir  neçə  kəlmə  kontrabanda 

(qaçaq) 


malları 

barədə. 


Əlcəzairin 

müxtəlif 

Ģəhərlərinin bazarlarında qaçaq mallarına rast gəlmək 

olur.  Bu  mallar  əsasən  Tayvanın  istehsal  etdiyi 

müxtəlif  cür  elektron  saatları,  elektron  alıĢqanları  və 

s.-dir.  Ölkənin  bazarlarında  yapon  maqnitofonlarına 

demək  olar  ki,  rast  gəlmək  olmur.  Deyilənə  görə 

qaçaq mallar müxtəlif yollarla Əlcəzairə ötürülür. 

“Əl-Mücahid”  qəzetində  bir  dəfə  böyük  məbləğli 

qaçaq malının tutulduğu barədə yazmıĢdılar. Bu malı 

necə  keçirirlərmiĢ?  MərakeĢdə  malı  eĢĢəyə  yükləyib 

sərhəd  yaxınlığında  buraxıblar.  EĢĢək  özü  sərhəddi 

keçmiĢ  (əlbəttə  buradakı  sərhəddə  tikanlı  məftillər 

yoxdur və sərhədçilər də səhrada bir yerdə durmurlar)  

və  Əlcəzairdəki  sahibigilə  istiqamət  almıĢdır.  Bu 

zaman  sərhədçilər  eĢĢəyi  yaxalamıĢ  və  onun  qaçaq 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə