Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə56/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   52   53   54   55   56   57   58   59   ...   101

 

 

265 



 

baĢlayırlar.  Lakin  bu  Ģəhər  Tlemsenlə  rəqabətə  girə 

bilmir  və  bir  neçə  on  illərdən  sonra  baxımsız  qalır. 

Indi Mənsurahi Ģəhərində məscid, saray, qala divarları 

və qüllələrinin xarabalıqları qalmıĢdır. 

Kordov  xilafəti  (Ġspaniya)  ilə  ticarət  əlaqələri 

zəiflədikcə  Tlemsen  özünün  əhəmiyyətini  itirməyə 

baĢlamıĢdır.  Ġspanlar  Oran  Ģəhərini  zəbt  etdikdən 

sonra Tlemsen onların vassalına çevrilmiĢdir. 

Tlemsenlilər  “Barbaros”  ləqəbli  dəniz  qulduru 

Arudhun  köməyi  ilə  Ġspaniyadan  azad  olmağa 

çalıĢmıĢlar.  Pirat  qısa  müddətdə  Tlemsenə  sahib 

olmuĢ, onu bura dəvət edənləri edam etmiĢ və tezliklə 

özü də ispanlar tərəfindən öldürülmüĢdür. Sonra Oran 

Əlcəzairdən gələn türk dəstələri tərəfindən blokadaya 

alınmıĢdır.  Türklərin  bu  Ģəhərdə  inzibati  orqanları 

yaradılmıĢ, tezliklə Ģəhərdə türkə ərə getmiĢ tlemsenli 

qadınların  dünyaya  gətirdikləri  yeni  nəsil  sürətlə 

artmağa  baĢlamıĢdır.  Üç  yüz  illik  türk  hökmranlığı 

nəticəsində  Ģəhərdə  etnik  tərkib  nəzərə  çarpacaq 

dərəcədə dəyiĢmiĢdir. 

Fransızlar bu Ģəhərdə “fəaliyyətə” mərkəzi meydan 

yaratmaq üçün ən gözəl məscidlərdən birini sökməklə 

baĢlamıĢdır.  Fransız  iĢğalı  zamanı  bu  Ģəhər  Əlcəzair 

millətçiliyinin 

mərkəzinə 

çevrilmiĢ, 

ƏXDR-in 


rəhbərləri,  inqilabi  mühit  bu  Ģəhərdə  yetiĢmiĢdir. 

1962-ci  ildə  bu  Ģəhərdə  Əhməd  Benbella  öz 

hökumətini  formalaĢdırmıĢ,  1970-ci  ildə  isə 

Bumediyən 

MərakeĢlə 

sərhəd 


münasibətlərini 

nizamlamaq barədə müqaviləni imzalamıĢdır. 




 

 

266 



 

Tlemsendə  ilk  növbədə  mərkəzi  meydanda 

yerləĢən  böyük  məscidə,  sonra  isə  Sidi-Bel-Həsən 

məscidinin içərisində yerləĢən Ģəhər muzeyinə səyahət 

etmək  etmək  və  Qədim  Ģəhərə  baxmaq  lazımdır.  Bu 

Ģəhər  dar  küçələri  və  küçələrdə  isə  saysız-hesabsız 

dükanları ilə zəngindir. 

ġəhərin  əsas  mağazaları  Müstəqillik  küçəsində 

yerləĢir.  Bu  küçədən  qərbdə  əl  sənəti  nümunələri 

sərgisi  və  satıĢı  səhərdən  axĢama  kimi  davam  edir. 

Buradakı suvenirlər demək olar ki, əvəzedilməzdir. 

ġəhər  muzeyi  ikimərtəbəlidir.  Birinci  mərtəbədə 

müsəlman  kolleksiyaları  –mozaika,  taxta  kəsmələri, 

daĢlar  üzərində  yazılar  və  s.,  ikinci  mərtəbədə  isə 

geologiya və botanika kolleksiyaları nümayiĢ etdirilir. 

Muzeyin  həyətində  Mənsurahi  məscidinin  iki  sütunu 

saxlanılır. Sütunların üzərində latınca yazılar vardır. 

ġəhərin qərbində XII əsr divarlarının xarabalıqları 

və böyük, (2000 kv.m) hazırda susuz hovuz vardır. Bu 

hovuz  1318-ci  ildə  suvarma  və  yaxud  da  sultanın 

hərəmlərinin  kütləvi  çimməsi  məqsədilə  tikilmiĢdir. 

Rəvayətə  görə  bu  hovuzda  Arudh  onu  Tlemseni 

ispanlardan  azad  etməyə  çağıran  tac  varislərini  və 

onların qohumlarını boğmuĢdur. 

Tlemsenə  gələnlər  hökmən  Sidi  Bumediyən 

məscidinə  gedirlər.  Bu  məĢhur,  müqəddəs  müsəlman 

adamı  Bərcayi  universitetindən  Fesə  gedən  zaman 

Tlemsendə  vəfat  etmiĢ,  Ģəhərin  2  km-liyində  dəfn 

olunmuĢdur.  Məhəmməd  Bukaruba  Oranda  fransız 

iĢğalçılarına qarĢı silahlı mübarizəni təĢkil edərək ona 




 

 

267 



 

baĢçılıq etmiĢ, sonralar ölkənin prezidenti seçilmiĢ və 

hamıya Huari Bumediyən kimi tanınmıĢdır. 

ġəhərin  cənubunda,  ondan  3  km  məsafədə 

Mənsurahi  Ģəhərinin  xarabalıqlarına  səyahət  çox 

maraqlıdır,  40  m-lik  yarıuçulmuĢ  məscid  minarəsi 

(məscidin  ölçüsü  6000  kv.m)  çox  gözəldir.  Əfsanəyə 

görə  bu  minarənin  yoxa  çıxmıĢ  aĢağı  hissəsini  bir 

yəhudi tikmiĢdir. 

Tlemsen  və  Mənsurahiyə  tamaĢa  etdikdən  sonra 

avtobusumuz  Tafna  çayının  vadisi  boyu  Orana 

istiqamətləndi. 

Bu  yolun  üstündə  Hepnaya  Ģəhərciyi  (11  km), 

RemĢi Ģəhəri (27 km) Lin TemuĢet Ģəhərciyi (76 km), 

Əl-Məllah kəndi  (89  km)  yerləĢir.  Quldur  Arudh  Əl-

Məllah 


kəndində 

öldürülmüĢdür. 

Tlemsendən 

qaçarkən onu izləmiĢlər. O, təqibçilərin baĢını qatmaq 

üçün Tlemsen xəzinəsindən götürdüyü qızıl pulu yola 

səpirmiĢ. Lakin qızıl pul da qulduru ölüm  cəzasından 

xilas edə bilməmiĢdir. 

Tlemsendən  146  km  məsafədə  Əlcəzairin  ikinci 

Ģəhəri,  onun  qərb  paytaxtı,  Oran  yerləĢir.  Oranın 

əhalisi 700000-dən artıqdır. Burada liman, universitet 

və  xeyli  yeni  tikililər  vardır.  Oran  Universitetində  öz 

yerlilərimizdən də iĢləyənlər var idi. 

Qədim  zamanlarda  bu  Ģəhərin  yerində  insanlar 

mağaralarda  yaĢamıĢlar.  Romalıların  buranı  zəbt 

etməmələrinin  səbəbi  çox  güman  ki,  dalğalardan 

gizlənən təbii limanın cəmi 2 hektar sahəyə malikliyi, 

Ģimal və Ģərq küləklərinin çox təhlükəli olmasıdır. 



 

 

268 



 

Orandan  Qərbdə  Əlcəzairin  Ģimal  sahilində  ən 

gözəl liman olan Mərs Əl-Kəbir yerləĢir. Hal-hazırda 

burada hərbi dəniz bazası yerləĢir. Oranın əsası 937-ci 

ildə  bərbər  tayfaları  (Digər  mənbələrə  görə  Əndəluz 

dənizçiləri)  tərəfindən  Murcaca  dağ  massivi  ətəyində 

yaĢayıĢ  məntəqəsi  kimi  qoyulmuĢdur.  Əvvəlcə  bu 

Ģəhərə elə də böyük əhəmiyyət verilməmiĢdir. Ancaq 

sonralar  Tlemsen  böyüdükcə,  Oran  müsəlman 

Ġspaniyası ilə ticarət etməkdə liman rolunu oynamağa 

baĢlamıĢdır.  YaxĢı  havalarda  yüklər  Oranda,  pis 

havalarda isə Mərs Əl-Kəbirdə boĢaldılırmıĢ. 

Avropadan  cəmisi  90  mil  məsafədə  yerləĢən  Oran 

1509-cu  ildə  ispanların  əlinə  keçmiĢdi.  Ġspanlar  bu 

vaxt 

quldurluqdan 



əl  çəkib  ġimali  Afrikada 

möhkəmlənmək qərarına gəlmiĢdilər. Ġspanlar 1790-cı 

ilə 

kimi  orada  qalmıĢ,  1790-cı  ilin  faciəli 



zəlzələsindən sonra Ģəhər dağılmıĢ, mindən artıq adam 

tələf  olmuĢdur.  Nəhayət  əhali  buranı  tərk  etmiĢdir. 

BoĢalmıĢ  Ģəhəri  türklər  yəhudilərlə  doldurmuĢlar. 

Onlar  özlərinin  40  illik  idarəetmə  dövründə  ispan 

əsirlərini  satmaqla  əldə  etdikləri  pulların  hesabına 

böyük bir məscid tikmiĢ və istehkamları təzələmiĢlər. 

Oranı  və  qərb  limanını  fransızlar  ələ  keçirərək 

orada  hərbi  dəniz  bazası  yaratmıĢlar.  Bu  Ģəhərin 

əhalisi uzun müddət 4000–i aĢmamıĢdır. Onun 3000-i 

yəhudu imiĢ. 

Fransız müstəmləkəçiləri torpaq sahələrindən geniĢ 

istifadəyə 

baĢladıqda  Oran  sürətlə  böyüməyə 

baĢlamıĢdır.  Hazırda  o,  Avropa  tipli  böyük  bir 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə