269
Ģəhərdir. Bu Ģəhər fransızların Böyük Səhraya nüfuz
etmələri üçün baza rolunu oynamıĢdır.
Əlcəzair xalqı milli istiqlaliyyətə nail olduqdan
sonra Oranı 300000 fransız tərk etmiĢdir. Beləliklə,
Oran “ölü” Ģəhərə çevrilmiĢdir. Qısa müddətdə bu
“ölü” Ģəhər yenidən canlanmıĢ, Arzevdə Oranın
sənaye zonası yaradılmıĢdır.
Oranın dəniz limanı ildə 3 milyon ton yük qəbul
edir. Bu liman öz gücünə görə ölkədə ikinci yeri tutur.
1980-ci ilin qasırğası onu dağıtmıĢ, bir neçə gəmini
batırmıĢdır. Hazırda liman yenidən qurulur.
Səyahət zamanı biz günün yarısını Ģəhərlə tanıĢlığa
sərf etdik. Səyahətə 1847-ci ildə əsası qoyulmuĢ Ġbn-
Badi bağından baĢladıq. Bu bağ limanın və köhnə
Ģəhərin üzərində ucalan qalanın (Bu qala “Yeni saray”
adlanır)
divarları
yanında
yerləĢir.
“Saray”
divarlarının qərb hissəsindəki üç qüllənin 500 illik
tarixi vardır. Bu qüllələrin və böyük məscidin
yanından keçərək birbaĢa mərkəzi 1 noyabr
meydanına çıxırsan. Meydanda bağça, fəvvarə, teatr
(1906), Ģəhərin bələdiyyə idarəsi (1888-ci il) və böyük
mehmanxana vardır. Bu meydandan iki əsas ticarət
küçəsi cənuba və Ģərqə doğru uzanır. Bağça və
bağlarda kəsiĢən küçələrin demək olar ki, hamısında
mağazalar vardır. Mağazalar hündür evlərin (burada
hətta 24 mərtəbəli evlər vardır) birinci mərtəbəsində
yerləĢir. Bu mənada indi Bakıdakı komisyon
mağazalar mənə Oranda gördüyüm mağazaları
xatırladır.
270
Mərkəzi meydandan vağzala doğru uzanan Əmir
Əbdül Qadir küçəsi yanında böyük Sakre Kör
(Fransızca “Müqəddəs ürək” deməkdir, belə bir kilsə
Parisdə də var) kilsəsi neovizit üslubunda tikilmiĢdir.
Bu kilsədən 300 m cənubda Əlcəzairin ən böyük
muzeyi yerləĢir. Muzeyin birinci mərtəbəsində əmək
alətləri nümayiĢ etdirilir. Muzeydəki heykəltəraĢlıq,
təsviri incəsənət əsərləri içərisində XVII – XIX əsr
Avropa və Fransa sənətkarlarının da əsərləri vardır.
Etnoqrafiya zalında Əlcəzair, Tunis, MərakeĢ,
ümumiyyətlə Afrika xalqlarının silah və məiĢət
alətləri nümayiĢ etdirilir. Oranın böyük kitabxanası bu
zalda yerləĢir. ġəhərdə çoxlu gözəl tikililər var:
vağzal, məscidlər, kilsə, sinaqoq. AxĢam Murcaca
dağına qalxmaq və Ģəhərə tamaĢa etmək olduqca
maraqlıdır. Dağdan Ģəhərin və limanın ecazkar
gözəlliyi aydın görünür. Dağın təpəsində kilsə və
qalaça tikilmiĢdir.
Murcaca dağından Ģəhərə tamaĢa etdikdən sonra
avtobusumuz Bumerdesə doğru hərəkət etdi.
ƏLVİDA, YAD SAHİL!...
Hamımız səbirsizliklə bu günü, dörd qürbət ilin
son gününü gözləyirdik. ġeylərimizi yığıĢdırmıĢ,
aeroporta gedən avtobusu gözləyirdik.
Bir gün əvvəl ailəliklə həmiĢə gəzintiyə çıxdığımız
yerlərə baĢ çəkdik. Aralıq dənizinin sahilinə gəldik.
HəmiĢə bu dənizin sahilinə gələndə və ona tamaĢa
271
edəndə Xəzəri düĢünürdük. Aralıq dənizi ilə söhbət
edir və Xəzəri ondan soruĢurduq...
Dənizə xırda pullar salıb, evə sarı döndük. Bir azca
getdikdən sonra çevrilib geri baxdıq və:
Əlvida, yad sahil! – dedik və dərhal gözlərimiz
önündə bizim Xəzər canlandı. Ġxtiyarsız olaraq
dodaqlarımdan: Salam, doğma sahil sözləri qopdu.
Evimizdə çoxlu qonaqlarımız var idi. Ərəb
qonĢularımız, azərbaycanlı və rus dostlarımız bizimlə
xudahafizləĢməyə gəlmiĢdilər. Adətən Vətənə yola
düĢənlər evlərində çay dəstgahı düzəldir. Biz də
həmin ənənəni pozmadıq. Çay dəstgahı təĢkil etdik.
Kafedramızın laborantı Əhməd də bizə gəlmiĢdi. O,
mənimlə qucaqlaĢaraq dedi:
- Cənab Nəsirov, sizsiz darıxacağıq.
Gözləri yaĢardı. Düzü mən də kövrəldim.
Doğrudan da zarafat iĢ deyil. Mən dörd il Əhmədlə
çiyin-çiyinə bir kafedrada iĢləmiĢdim. Bir də bizim
tərəflərdə deyildiyi kimi, “dörd il bir igid ömrüdür”.
Özümü ələ alıb dedim:
- Əhməd, darıxma. O qədər buraya mənim
kimilər gəlib, gedib ki... Hamısını unutmusan, məni
də unudacaqsan.
O, etiraz edərək:
- Yox – dedi. Hamısını unutmamıĢam və
unutmayacağam da.
Avtobuslara doluĢduq. Bizim reysdəki sərniĢinlərin
hamısı evə həmiĢəlik qayıdanlar olduğundan,
Ģeylərimizin bir hissəsini təyyarə qəbul edə bilmədi.
272
Əlcəzair “Huari Bumediyən” adına təyyarə
meydanından Əlcəzair – Praqa – Moskva marĢrutu ilə
uçan “Boinq 747” markalı təyyarə səhər tezdən
havaya qalxdı. YumĢaq kürsüdə yerimi rahatlayıb
gözlərimi yumdum. Beynimdən sürətlə bir fikir keçdi:
“qürbətdə keçən dörd il sona yetdi”. Evə çatmağa,
dostlarla, qohumlarla, el-oba ilə görüĢməyə tələsdim.
Gələcək görüĢün Ģirinliyindən məst oldum:
Sizinlə görüĢə, ay əzizlərim,
ġirin söhbət ilə, sözlə gəlirəm.
Qət edib həsrəti qucan yolları,
Səmadan açılan izlə gəlirəm.
Ayrılıq girsə də gündə yüz dona,
Bu günlər yetirrəm onu mən sona,
Yolumu gözləyən ay əziz ana,
Bir az da səbr eylə, gözlə, gəlirəm.
Mənə arxa olan Ana Vətənim,
Ġlhamıma qanad, çölüm, çəmənim,
Sizinlə görüĢə, ay elim mənim,
Açıq alın ilə, üzlə gəlirəm.
Bu 1987-ci ilin iyul ayı idi. Bu həmin iyul ayı idi
ki, Əlcəzairin paytaxtında ərəb dünyasının liderləri
toplaĢaraq, Fələstin problemini müzakirə edirdilər.
DüĢmən qüvvələrinin təcavüzündən ehtiyat edən
Dostları ilə paylaş: |