Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə57/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   53   54   55   56   57   58   59   60   ...   101

 

 

269 



 

Ģəhərdir.  Bu  Ģəhər  fransızların  Böyük  Səhraya  nüfuz 

etmələri üçün baza rolunu oynamıĢdır. 

Əlcəzair  xalqı  milli  istiqlaliyyətə  nail  olduqdan 

sonra  Oranı  300000  fransız  tərk  etmiĢdir.  Beləliklə, 

Oran  “ölü”  Ģəhərə  çevrilmiĢdir.  Qısa  müddətdə  bu 

“ölü”  Ģəhər  yenidən  canlanmıĢ,  Arzevdə  Oranın 

sənaye zonası yaradılmıĢdır. 

Oranın  dəniz  limanı  ildə  3  milyon  ton  yük  qəbul 

edir. Bu liman öz gücünə görə ölkədə ikinci yeri tutur. 

1980-ci  ilin  qasırğası  onu  dağıtmıĢ,  bir  neçə  gəmini 

batırmıĢdır. Hazırda liman yenidən qurulur. 

Səyahət zamanı biz günün yarısını Ģəhərlə tanıĢlığa 

sərf  etdik. Səyahətə 1847-ci  ildə  əsası  qoyulmuĢ  Ġbn-

Badi  bağından  baĢladıq.  Bu  bağ  limanın  və  köhnə 

Ģəhərin üzərində ucalan qalanın (Bu qala “Yeni saray” 

adlanır) 

divarları 

yanında 

yerləĢir. 

“Saray” 

divarlarının  qərb  hissəsindəki  üç  qüllənin  500  illik 

tarixi  vardır.  Bu  qüllələrin  və  böyük  məscidin 

yanından  keçərək  birbaĢa  mərkəzi  1  noyabr 

meydanına  çıxırsan.  Meydanda  bağça,  fəvvarə,  teatr 

(1906), Ģəhərin bələdiyyə idarəsi (1888-ci il) və böyük 

mehmanxana  vardır.  Bu  meydandan  iki  əsas  ticarət 

küçəsi  cənuba  və  Ģərqə  doğru  uzanır.  Bağça  və 

bağlarda  kəsiĢən  küçələrin  demək  olar  ki,  hamısında 

mağazalar  vardır.  Mağazalar  hündür  evlərin  (burada 

hətta  24  mərtəbəli  evlər  vardır)  birinci  mərtəbəsində 

yerləĢir.  Bu  mənada  indi  Bakıdakı  komisyon 

mağazalar  mənə  Oranda  gördüyüm  mağazaları 

xatırladır. 




 

 

270 



 

Mərkəzi  meydandan  vağzala  doğru  uzanan  Əmir 

Əbdül  Qadir  küçəsi  yanında  böyük  Sakre  Kör 

(Fransızca “Müqəddəs ürək” deməkdir, belə bir kilsə 

Parisdə  də var) kilsəsi neovizit üslubunda  tikilmiĢdir. 

Bu  kilsədən  300  m  cənubda  Əlcəzairin  ən  böyük 

muzeyi  yerləĢir.  Muzeyin  birinci  mərtəbəsində  əmək 

alətləri  nümayiĢ  etdirilir.  Muzeydəki  heykəltəraĢlıq, 

təsviri  incəsənət  əsərləri  içərisində  XVII  –  XIX  əsr 

Avropa  və  Fransa  sənətkarlarının  da  əsərləri  vardır. 

Etnoqrafiya  zalında  Əlcəzair,  Tunis,  MərakeĢ, 

ümumiyyətlə  Afrika  xalqlarının  silah  və  məiĢət 

alətləri nümayiĢ etdirilir. Oranın böyük kitabxanası bu 

zalda  yerləĢir.  ġəhərdə  çoxlu  gözəl  tikililər  var: 

vağzal,  məscidlər,  kilsə,  sinaqoq.  AxĢam  Murcaca 

dağına  qalxmaq  və  Ģəhərə  tamaĢa  etmək  olduqca 

maraqlıdır.  Dağdan  Ģəhərin  və  limanın  ecazkar 

gözəlliyi  aydın  görünür.  Dağın  təpəsində  kilsə  və 

qalaça tikilmiĢdir. 

Murcaca  dağından  Ģəhərə  tamaĢa  etdikdən  sonra 

avtobusumuz Bumerdesə doğru hərəkət etdi. 

 

ƏLVİDA, YAD SAHİL!... 

 

Hamımız  səbirsizliklə  bu  günü,  dörd  qürbət  ilin 



son  gününü  gözləyirdik.  ġeylərimizi  yığıĢdırmıĢ, 

aeroporta gedən avtobusu gözləyirdik. 

Bir gün əvvəl ailəliklə həmiĢə gəzintiyə çıxdığımız 

yerlərə  baĢ  çəkdik.  Aralıq  dənizinin  sahilinə  gəldik. 

HəmiĢə  bu  dənizin  sahilinə  gələndə  və  ona  tamaĢa 



 

 

271 



 

edəndə  Xəzəri  düĢünürdük.  Aralıq  dənizi  ilə  söhbət 

edir və Xəzəri ondan soruĢurduq... 

Dənizə xırda pullar salıb, evə sarı döndük. Bir azca 

getdikdən sonra çevrilib geri baxdıq və: 

 



Əlvida, yad sahil! – dedik və dərhal gözlərimiz 

önündə  bizim  Xəzər  canlandı.  Ġxtiyarsız  olaraq 

dodaqlarımdan: Salam, doğma sahil sözləri qopdu. 

Evimizdə  çoxlu  qonaqlarımız  var  idi.  Ərəb 

qonĢularımız, azərbaycanlı və rus dostlarımız bizimlə 

xudahafizləĢməyə  gəlmiĢdilər.  Adətən  Vətənə  yola 

düĢənlər  evlərində  çay  dəstgahı  düzəldir.  Biz  də 

həmin  ənənəni  pozmadıq.  Çay  dəstgahı  təĢkil  etdik. 

Kafedramızın  laborantı  Əhməd  də  bizə  gəlmiĢdi.  O, 

mənimlə qucaqlaĢaraq dedi: 

       - Cənab Nəsirov, sizsiz darıxacağıq. 

Gözləri  yaĢardı.  Düzü  mən  də  kövrəldim. 

Doğrudan  da  zarafat  iĢ  deyil.  Mən  dörd  il  Əhmədlə 

çiyin-çiyinə  bir  kafedrada  iĢləmiĢdim.  Bir  də  bizim 

tərəflərdə deyildiyi kimi, “dörd il bir igid ömrüdür”. 

Özümü ələ alıb dedim: 

       -  Əhməd,  darıxma.  O  qədər  buraya  mənim 

kimilər  gəlib,  gedib  ki...  Hamısını  unutmusan,  məni 

də unudacaqsan. 

O, etiraz edərək: 

       -  Yox  –  dedi.  Hamısını  unutmamıĢam  və 

unutmayacağam da. 

Avtobuslara doluĢduq. Bizim reysdəki sərniĢinlərin 

hamısı  evə  həmiĢəlik  qayıdanlar  olduğundan, 

Ģeylərimizin bir hissəsini təyyarə qəbul edə bilmədi. 



 

 

272 



 

Əlcəzair  “Huari  Bumediyən”  adına  təyyarə 

meydanından Əlcəzair – Praqa – Moskva marĢrutu ilə 

uçan  “Boinq  747”  markalı  təyyarə  səhər  tezdən 

havaya  qalxdı.  YumĢaq  kürsüdə  yerimi  rahatlayıb 

gözlərimi yumdum. Beynimdən sürətlə bir fikir keçdi: 

“qürbətdə  keçən  dörd  il  sona  yetdi”.  Evə  çatmağa, 

dostlarla,  qohumlarla,  el-oba  ilə  görüĢməyə  tələsdim. 

Gələcək görüĢün Ģirinliyindən məst oldum: 

 

Sizinlə görüĢə, ay əzizlərim, 



ġirin söhbət ilə, sözlə gəlirəm. 

Qət edib həsrəti qucan yolları, 

Səmadan açılan izlə gəlirəm. 

 

Ayrılıq girsə də gündə yüz dona, 



Bu günlər yetirrəm onu mən sona, 

Yolumu gözləyən ay əziz ana, 

Bir az da səbr eylə, gözlə, gəlirəm. 

 

Mənə arxa olan Ana Vətənim, 



Ġlhamıma qanad, çölüm, çəmənim, 

Sizinlə görüĢə, ay elim mənim, 

Açıq alın ilə, üzlə gəlirəm. 

 

Bu  1987-ci ilin iyul  ayı  idi. Bu  həmin  iyul  ayı  idi 



ki,  Əlcəzairin  paytaxtında  ərəb  dünyasının  liderləri 

toplaĢaraq,  Fələstin  problemini  müzakirə  edirdilər. 

DüĢmən  qüvvələrinin  təcavüzündən  ehtiyat  edən 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə