Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə2/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   2   3   4   5   6   7   8   9   ...   101

 

 



 

bütövləĢmiĢdir.  X.ġirvaninin,  N.Gəncəvinin,  Ə.Təbrizinin, 

A.Ərdəbilinin,  Fədainin,  Ağa  Məsih  ġirvaninin,  Məhcur 

ġirvaninin  yaradıcılığında özünü göstərən ənənə  çağdaĢ mühit 

səviyyəsində  V.Nəsir  yaradıcılığında  yeni  boya  və  əlavələrlə 

təkrarlanır. “GörüĢ” poeması isə Azərbaycan xalqının tarixində 

sonsuz  ağrılarla  müĢahidə  olunan  ikinci  dünya  müharibəsinin 

fəlakətlərinin  təsvirinə  həsr  olunmuĢdur.  Müharibə  bir  termin 

olaraq  özündə  ağrıları,  fəlakətləri,  qırğınları  iĢarələyir. 

Azərbaycan  xalqı  bu  gün  də  həmin  müharibələrin  ağrılarını 

yaĢayır. Elə bir nəsil, el-oba, kənd, qəsəbə olmazdı ki, oradan 

müharibəyə gedib qayıtmayan olmasın. V.Nəsirin təsvir etdiyi 

hadisə  həmin  dövrdə  baĢ  verənlərin  mində,  on  mində 

olanlarından  biridir.  “Yay  fəsli  olsa  da  o  yay  deyildi,  o  insan 

ömrünün  xəzan  çağıydı”  deməsiylə  Ģair  bütünlükdə 

müharibənin  gərgin  psixoloji  məqamlarını  təqdim  etmiĢdir. 

Xəlillə 

Abbasın  söhbətləri  həmin  gərginliyin  klassik 

nümunəsidir.  Bu  gün  Azərbaycan  Qarabağ  müharibəsini 

yaĢayır.  

“Doğma  yurda  salam”  poemasının  altında  ġəhriyar 

sayağı ifadəsi yazılmıĢdır. Məlum olduğu kimi, M.ġəhriyar XX 

əsr 

Azərbaycan 



ədəbiyyatının 

ən 


görkəmli 

nümayəndələrindəndir.  Onun  əsərlərinin  təsiri  ilə  qalaq-qalaq 

əsərlər  yazılmıĢdır.  “Heydərbabaya  salam”  poemasını  təsirilə 

yazılanlar  bəlkə  də  kitablar  qədərindədir.  Buradakı  etnoqrafik 

mədəniyyət,  etnosun  əxlaq  kodeksi,  mənəvi  dəyərləri, 

məiĢətinin müxtəlif tərəfləri, zəngin mərasimləri və s. qeyri-adi 

istedadın  nümunəsi  olaraq  reallaĢır.  Azərbaycan  dilinin, 

Azərbaycan  poeziyasının  sonsuz  imkanları  bütün  çalarları  ilə 

ifadəsini  tapır.  V.Nəsir  də  məhz  “Doğma  yurda  salam”ı  eyni 

forma və ruh kontekstində təqdim edir. 

Salam olsun sizə, TalıĢ dağları, 

Elin böyükləri, həm uĢaqları, 

Bol məhsul yetirən geniĢ tarlalar, 

Narıngi, portağal, limon bağları. 




 

 



 

 

Salam olsun sənə, əzizim ViləĢ, 



Üstündə əbədi parlasın GünəĢ! 

Sən mənə dünyada hər Ģeydən əziz, 

Çayım, okeanım, dənizim, ViləĢ! 

Bu 


poema 

Azərbaycandan 

çox-çox  uzaqlarda,  

Əlcəzairdə  yazılmıĢdır.  Vətənin  əsrarəngiz  gözəllikləri, 

insanların  məĢğuliyyəti,  gündəlik  qayğıları,  çal-çağırları,  toy-

düyünləri,  biçar  nəğmələri,  TalıĢ  dağlarının  əzəməti  yüksək 

sənət Ģövqü ilə öz ifadəsini tapır. XVII əsrin görkəmli sənətkarı 

Məsihi “qürbəti firqətdə qalanın haləti məlumdur”. Vaqif Nəsir 

də  məhz  uzun  müddət  qürbət  həyatı  yaĢayarkən  bunu  görmüĢ 

və yazıya gətirmiĢdir.  

V.Nəsir  yaradıcılığında  “Ömrün  qürbət  payı”  əsəri 

mühüm  hadisədir.  Onun  bədii  düĢüncəsinin  imkanlarını 

aydınlaĢdırmaq  baxımından  ciddi  faktlarla  səciyyələnir.    Mən 

deyərdim  ki,  son  dövr  Azərbaycan  ədəbiyyatının  ən  uğurlu 

nümunələrindəndir.  Cilddə  əksini  tapan  “Ömrün  qürbət  payı” 

povesti  özünün  tarixiliyi,  etnoqrafik  materialların  zənginliyi, 

ərəb  dünyasının  flora-faunası,  arxitekturası,  tarixi  abidələrinin 

spesifikası,  insanların  məĢğuliyyəti,  milli-mənəvi  dəyərlərin 

yaĢarlığı  və  s.  baxımından  əvəzsizdi.  Burada  olan  təsvirlər 

müəllifin  Ģəxsi  müĢahidələrinə,  qeydlərinə,  mühiti  bütün 

tərəfləri  ilə  izləyib  öyrənməsinə  və  onları  ümumiləĢdirə  bilmə 

bacarığına  əsaslanır.  Bu  povest  V.Nəsirin  yazıçılıq  və 

tədqiqatçılıq 

bacarığının 

qovuĢuğunda 

yaranmıĢdır. 

Azərbaycan  və  dünya  memuar  ədəbiyyatının  ən  mükəmməl 

nümunələri səviyyəsində duracaq “Ömrün qürbət  payı” nəinki 

bədiilik  baxımından,  həm  də  zəngin  fakt  bolluğu  ilə 

səciyyələnir.  FolklorĢünaslar,  etnoqraflar,  arxeoloqlar  üçün  bu 

əsər  əsaslı  mənbə,  yaradıcılıq  nümunəsidir.  “Ġlk  görüĢ”,  

“Əlcəzairdə  təhsil  sistemi”,  “Əlcəzairli  tələbələrlə  görüĢ”, 

“Qürbətdə həyat”, “Əlcəzairə balaca Paris deyirlər”, “Əlcəzair, 

yoxsa Brazilya”, “Bumerdes gənclik Ģəhəridir”, “Böyük Səhra 




 

 



 

vadisi  boyu  səyahət”,  “Səhra  gözəli  Qardaya”,  “Mzabada 

gəzinti”,  “Uarqla  Əlcəzair  səhrasının  paytaxtıdır”,  “Əl-Ued 

Min günbəzlər Ģəhəridir” və s. baĢlıqlar altında verilən təsvirlər 

bəlkə  də  Əlcəzair  arxeoloqlarının,  etnoqraflarının  təsvir  edib 

çatdıra  bilməyəcəyi  səviyyədədir.  V.Nəsir  bunlara  kənardan 

həm  tədqiqatçı,  həm  də  yaradıcı  (yazıçı)  gözü  ilə  baxmıĢ  və 

onların  ecazkarlığını  yüksək  səviyyədə  təqdim  edə  bilmiĢdir. 

Azərbaycan  oxucusu  və  ya  hər  hansı  bir  oxucu  bu  povest 

vasitəsilə  özündə  Əlcəzair  haqqında  dolğun  təsəvvür 

formalaĢdıra  bilər.  Məsələn,  Əl-Ued  Ģəhəri  haqqında  verilən  

epizodda  deyilir:  “Əsli  Yəməndən  olan  ərəblər  bu  qum 

dənizində  dörd  əsr  bundan  əvvəl  yurd  salmıĢlar.  Xəstəlik  və 

ehtiyac  onları  bu  yerlərə  gətirib  çıxarmıĢdır.  Onlar  əvvəllər 

Ģimali-Ģərqdə,  dəniz  kənarında  Liviyada  və  ya  Tunisdə 

yaĢamıĢlar.  Lakin  böyük  vergilər  onları  Səhraya  qaçmağa 

məcbur etmiĢdir… Geri qayıdarkən təpələr arasındakı çuxurda 

xurma  ağacları  görmüĢlər.  Yeri  qazmıĢ  və  çox  kiçik 

dərinlikdən  su  çıxdığını  müĢahidə  etmiĢlər.  Beləliklə,  Suf 

oazisi  meydana  gəlmiĢ  və  burada  əhalinin  sayı  artmağa 

baĢlamıĢdır”. Bütün  bunlar onu deməyə əsas verir ki,  V.Nəsir 

“Ömrün  qürbət  payı”  sənədli  povesti  ilə  Əlcəzair  və 

Azərbaycan ədəbiyyatına əvəzsiz bir töhfə vermiĢdir.  

 “Seçmələr”in  ikinci  cildində  V.Nəsirin  “Yenə  də 

qatarda” və  “Bir elmi-tədqiqat bölməsində” adlı səhnə əsərləri 

də 


yer  almıĢdır.  Məlum  olduğu  kimi,  Azərbaycan 

dramaturgiyası inkiĢaf tarixi etibarilə son dərəcədə zənginlik və 

rəngarəngliklərlə  xarakterizə  olunur.  Xalq  dramları,  meydan 

tamaĢaları  və  yazılı  ədəbiyyatda  klassiklərin  yaratdığı  səhnə 

əsərləri  xarakterlər  kolliziyası,  situasiyaların  gərginliyi  və 

problemlərin  müxtəlifliyi  ilə  böyük  bir  ənənəni  özündə  ehtiva 

edir.  V.Nəsir  də  məhz        “Yenə  də  qatarda”  və    “Bir  elmi-

tədqiqat  bölməsində”  dram  əsərləri  ilə  mürəkkəb  situasiyaları, 

insan xarakterindəki müxtəliflikləri, cəmiyyətdə baĢ verənlərin 

ümumi  tipologiyasını  təqdim  edə  bilmiĢdir.  Bu  dramlarla 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə