Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə8/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   4   5   6   7   8   9   10   11   ...   101

 

 

36 



 

 

*** 



Balaca Özkana bax, 

Cəmisi dörd yaĢı var; 

Böyüdür ürəyində 

Necə böyük arzular! 

Babasına, mənimçün 

Hərbi paltar al, deyir, 

Qarabağa,döyüĢə 

Məni yola sal deyir. 

Əsla geri qalmayır 

Ondan kiçik qardaĢı, 

Raul da bu istəklə 

Yaman tökür göz yaĢı. 

Məni narahat etdi 

Bu körpə arzuları, 

Sözüm sizədir bu gün  

Ey Vətən oğulları: 

Amandır, gəlin indi 

BaĢa vuraq savaĢı, 

Qoy azad nəfəs alsın 

Vətən torpağı, daĢı.! 

Qələbə həsrətilə 

Nə vaxtdır vurur ürək?! 

Gəlin gələcək nəslə 

Azad Qarabağ verək! 

 

 

2013 



 

 

              



 

 



 

 

37 



 

QƏHRƏMANA 

                         

  75 illik yubileyi münasibətilə 

 

Qəlbindən od verdin dosta-tanıĢa, 



Daim arxa oldun qohum-qardaĢa; 

Bir kəlmən son qoyar ağır savaĢa 

Dərdlərə məlhəmdir, dilin, qardaĢım! 

 

Sən öz zəhmətinlə daim ucaldın, 



Elmin yollarında zəfərlər çaldın... 

YetmiĢ beĢin gəldi, demə qocaldın 

XoĢ müjdəli olsun ilin, qardaĢım! 

 

Ən Ģirin söhbətin, sözün kristal, 



Ürəyin tər-təmiz, özün kristal; 

Süfrəndə duz-çörək halaldan halal

Sən halal oğlusan elin, qardaĢım! 

 

Hamını göynədir Qarabağ dərdi, 



Bu dərdə dözməyin özü hünərdi; 

Bizim mərd oğullar igiddi, ərdi 

Qıracaq düĢmənin belin, qardaĢım! 

 

Sən ey əqidəsi, amalı təmiz, 



Məhəbbəti ümman, ürəyi dəniz! 

Arzumdur Ağdamda qeyd eləyək biz

YetmiĢ altı yaĢın sənin, qardaĢım!  

 

 



 

        


 

 



 

 

38 



 

METRO   HEKAYƏSİ 

 

Cansıxıcı tünlük, möhkəm basa-bas, 



Nə böyük, nə kiçik bilinir burda. 

Özgə haray-həĢir, bir özgə küy-səs, 

Bir an anlamırsan hardasan, harda!? 

 

QonĢusu səsini eĢitsin deyə, 



QıĢqıra-qıĢqıra biri danıĢır, 

Özgənin üstünə aĢmasın deyə 

Kimi tutacaqdan möhkəm yapıĢır. 

 

Birisi əlini qaldırıb göyə, 



Mobil telefonda nəsə oynayır; 

Bir cavan qocanı “görməsin”deyə 

Gözlərini yumub, bərk “xoruldayır”. 

 

Burda abır, həya yerə yıxılır, 



Ġnsanlar iç-içə, çiyin-çiyinə... 

Sıxlıqdan nə bədən, ürək sıxılır, 

Tər iyi qarıĢır, ətir iyinə. 

 

Silkələnir kütlə, hər dayanacaqda 



Bir xaral içində fındıq, qoz kimi. 

Vaqonlar boĢalır, vaqonlar dolur, 

Sifətlər heykəl tək donmuĢ, buz kimi. 

 

Əldən düĢmüĢ çatır mənzil baĢına, 



Bütün sərniĢinlər nəhayət, sonda. 

Bu mənzərə hər gün təkrar olunur 

Sevimli Ģəhərin öz metrosunda... 

                                                                 2012 

 

 

*** 




 

 

39 



 

BU  DÜNYADAN 

        


 Kimlər gəldi, kimlər getdi bu dünyadan. 

Z.Xəlil 

 

Çoxu gəlib, çoxu gedib 

Bu dünyadan, bu dünyadan; 

Kaman qalıb, oxu gedib 

Bu dünyadan, bu dünyadan. 

 

Bilmək olmur qəsdi nədir, 



BaĢdan-baĢa əfsanədir... 

Nədən gələn həzər edir 

Bu dünyadan, bu dünyadan. 

 

Nə ağıla, baĢa baxır, 



Nə ömürə, yaĢa baxır, 

Ġnsan ömrü sel tək axır 

Bu dünyadan, bu dünyadan. 

 

Hər kəs havasını çalır, 



Öz iĢindən ləzzət alır; 

Ġnsan gedir, əməl qalır 

Bu dünyada, bu dünyada. 

                                                            2013 

 

*** 


 

BELƏ  “KİŞİLƏR”  DƏ  VAR 

 

Sənə qardaĢ deyib, arxadan vurar, 



BaĢını qatmaqçün min oyun qurar

Ġt tək gah yallanar, gah da qudurar, 

Necə “kiĢilər” var, Allah dünyada! 



 

 

40 



 

ġan-Ģöhrət  naminə əcdadın satar, 

Namusun, qeyrətin, arvadın satar; 

Əlindən tutduğu ustadın satar 

Necə “kiĢilər” var, Allah dünyada! 

 

Ömrünün mənası bilinməz onun, 



Üzünün ləkəsi silinməz onun, 

Bircə xoĢ əməli görünməz onun 

Necə “kiĢilər” var, Allah dünyada! 

 

Nəsə qapmaq üçün gözü yoldadır, 



Bədəni bayırda, baĢı koldadır; 

Bu bədbəxt özünü özü aldadır, 

Necə “kiĢilər” var, Allah dünyada! 

 

Udduğu havası, nəfəsi yalan



Dediyi hər sözü, kəlməsi yalan, 

GülüĢü saxtadır, kədəri yalan 

Necə “kiĢilər” var, Allah dünyada! 

 

Bilməz bu dünyanın əvvəlin, sonun, 



Qarnında yerləĢir dünyası onun; 

Sərvətçün baĢını kəsər oğlunun 

Necə “kiĢilər” var, Allah dünyada! 

 

                                                           2013 



 

 

       HEÇ ANLAMIRAM 

 

Ürəyə aynadır insanın gözü, 



Süzgəcdən keçirir deyilən sözü; 

Bəzən calaq edib əyriyə düzü

Bəzəkli tikməyi, heç anlamıram. 



 

 

41 



 

 

Ahəngi dəyiĢib ayın, günün də, 



Payız bar gətirir yay mövsümündə, 

Yekə, peyzəvəngin Ģöhrət önündə 

Boynunu bükməyi, heç anlamıram. 

 

Tanrı yaradıbdı Ģəksiz insanı, 



Tanrı göndərənə etiqad hanı?! 

Möcüzə yaradan Məsih Ġsanı 

Çarmıxa çəkməyi, heç anlamıram. 

 

Ġnsanlıq söykənir böyük dəyərə, 



XoĢ əməl ucaldır onu göylərə... 

Naqislik toxumu səpilən yerə 

Ədavət əkməyi, heç anlamıram. 

 

Həyatın mənası qurub, yaratmaq 



Zirvələr fəth edib məqsədə çatmaq. 

Tarix tələb edir onu yaĢatmaq, 

Köhnəni sökməyi, heç anlamıram. 

 

Sınağa çəkilir insan dözümü, 



Cəsarət istəyir demək düzünü, 

Tanrı kəlamını, Haqqın sözünü 

Yalana bükməyi, heç anlamıram. 

 

                                                         2013 



 

               VAR 

 

Həyat döyüĢ, ömür meydan 



Roldan rola girir insan; 

Mərdlərinə canım qurban,  

Namərdilə nə iĢim var?! 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə