Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə11/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   7   8   9   10   11   12   13   14   ...   101

 

 

54 



 

 

Çoxunun yalandı əldə silahı, 



Çoxunun lap çoxdan yoxdu Allahı... 

Bizsə gözləyirik nurlu sabahı 

Bu necə həyatdır, bu necə ömür?! 

                                                   1992 

 

 

ULU   HAQQA 



 

Bu yerləri unutmusan, bilirəm, 

Ağ günləri öz əlimlə silirəm; 

Belə getsə, hüzuruna gəlirəm 

Haqq, bu yerə nə vaxt nəzər salarsan?! 

 

Əsir düĢüb elim mənim, nə vaxtdır! 



Qara gəlir ilim mənim, nə vaxtdır! 

Bağlı qalıb dilim mənim nə vaxtdır, 

Haqq, bu yerə nə vaxt nəzər salarsan?! 

 

Ədalətin qolu bağlı qoyublar, 



Təbələrin haqsızlıqdan doyublar; 

Amansızlar qanı-qanla yuyurlar 

Haqq, bu yerə nə vaxt nəzər salarsan?! 

 

Evdə böyük, oğul, uĢaq lap acdır, 



Yaratdığın duz-çörəyə möhtacdır... 

Lal olmuĢuq, hamı quru ağacdır 

Haqq, bu yerə nə vaxt nəzər salarsan?! 

 

Cana gəldik yaltaqların əlindən, 



Beləsini asmaq gərək dilindən; 

Qurtar bizi yamanların felindən 

Haqq, bu yerə nə vaxt nəzər salarsan?! 



 

 

55 



 

Bəs nə qədər qaraya ağ deyərlər? 

Misə qızıl, pendirə yağ deyərlər?! 

Sısqa Ģama gur çil-çıraq deyərlər? 

Haqq, bu yerə nə vaxt nəzər salarsan?! 

 

Bu yerdə biz hər ahəngi itirdik, 



Tülkü qaldı, Ģir, pələngi itirdik, 

Hər yan qara, yeddi rəngi itirdik 

Haqq, bu yerə nə vaxt nəzər salarsan?! 

 

Gözləyirik intizarda durmuĢuq, 



Özümüzə dərddən bir ev qurmuĢuq; 

Bu həyatdan bezərək yorulmuĢuq 

Haqq, bu yerə nə vaxt nəzər salarsan?! 

Qisasımı zalımlardan alarsan... 

1993 

 

*** 


 “ELOĞLU” 

 

Sən ki, belə kəc baxansan kökünə 



“ġöhrət” gələr “Ģöhrət”inə, “eloğlu”. 

Çiyin verdin özgələrin yükünə, 

Batan olmaz dövlətinə,” eloğlu”. 

 

GünəĢ olsan düĢməninə doğarsan, 



YağıĢ olub bağlarına yağarsan; 

Özgələrə gül-çiçəkli baharsan, 

ġübhəm yoxdur qüvvətinə, “eloğlu”. 

 

Hay-küy edib ağızları bağlama, 



Öz evində yad ölüyə ağlama

Çox sinənə döyüb yasın saxlama, 

Xələl gələr “qüdrətinə”, “eloğlu”. 



 

 

56 



 

Nə namusdan, nə vicdandan danıĢma, 

Qığılcımsız ucuzlaĢıb alıĢma! 

Ruhumuzu dəyiĢməyə çalĢma, 

Çox uymuĢuq söhbətinə, “eloğlu”! 

 

Lazım gəlsə bizə düĢmən deyərsən, 



Diri-diri özümüzü yeyərsən; 

Dadsız olsaq böyüdəni söyərsən, 

Mən bələdəm qeyrətinə, “eloğlu”. 

 

                                                             1990 



 

 

*** 



 

İNAM 

 

Azadlıq əsgəri bir alimə 

 

Ürəkdən sevirsən öz millətini, 



Paksan axar su tək, mən inanıram. 

Qəlbimlə duyaraq fəlakətini, 

Dərdini Kopernik dərdi sanıram. 

 

Mən də sən dərddəyəm, alim qardaĢım, 



Az qala qəm, kədər sındırır məni. 

Havasız kürəyə dönübdür baĢım, 

Cavabsız suallar, yandırır məni. 

 

Ədalət naminə deyilən bir söz, 



Qələm sahibinə nədən gor olur? 

Axı eldən ötrü ağlayan bir göz 

Nə üçün tutulur, niyə kor olur?! 

 



 

 

57 



 

Var-dövlət eĢqinə, mənsəb naminə 

Ġnsan haqsız iĢə necə qol qoyur?! 

Ağılla yüksələn ömrün zilinə, 

Bəmə qayıtmaqçün axı yol qoyur... 

 

Bir gün görüĢəndə GünəĢ ilə sən, 



Səni alqıĢlayıb, əl çalacaqlar. 

“Sevimli övladım” deyəndə Vətən 

Yağılar, düĢmənlər alçalacaqlar. 

 

YetiĢəcək zaman, gələcək saat, 



Haqsızlıq soğan tək soyulacaqdır. 

Qəlbən inanıram sənin də bir vaxt, 

Vətəndə heykəlin qoyulacaqdır! 

                                                                 1995 



*** 

OLAR 

 

Ġlhamsız nə çalsın könül rübabı?! 

Ürəklər dağlayır dünya əzabı; 

Bir dəfə yazılır tale kitabı 

Heç onu yenidən yazmaqmı olar?! 

 

Qanad da taparsan, uça bilərsən



Düyünlər vurarsan, aça bilərsən, 

Kim deyir baxtından qaça bilərsən, 

Tanrı yazısını pozmaqmı olar?! 

 

Nə qədər amansız olub insanlar? 



Biri-birisinə zülm edir onlar... 

Hər Ģeyin öz həddi, öz ölçüsü var 

Bu qədər yolunu azmaqmı olar?!... 

 

                                                           2001 




 

 

58 



 

OLMAZ 

 

Bu nə sirdir, xəyallara dalmısan, 

Ġlan səni, sənmi ilan çalmısan?! 

Gözlərini yaman gücə salmısan, 

Ağlamaqla qəm insandan yan olmaz! 

 

El malını sovuraraq havaya



Güc verirsən təkəbbürə, ədaya; 

“Qanın olsun” söyləsəm də gədaya 

Gədalarda mən dediyim qan olmaz! 

 

Köhnə gəlir təzə gələn ilin də, 



Bəm səslənir necə etsən zilində; 

Ürəyindən ayrı düĢüb dilin də 

Ruhdan ayrı yaĢayan can, can olmaz! 

 

Çoxlarının yaman əsir küləyi, 



Çəkiləri bir sərçənin ləçəyi... 

PeĢə edən fırıldağı, kələyi 

Ġstəsə də qeyrətli insan olmaz! 

 

KiĢiliyin ölçüsüdü vüqarı, 



Vüqarına təpər namusu, arı; 

Bir insanın yalandırsa paltarı, 

O insanda namus, ar, vicdan olmaz! 

2001 


 

* * * 

 

Sinəmə yara gəlir -  



Bayramlar qara gəlir 

Adam lap zara gəlir 

Allah bu nə zülümdür! 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə