Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə19/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   15   16   17   18   19   20   21   22   ...   101

 

 

98 



 

 

 



 

 

 



 

 

 



 

 

 



POEMALAR 

 

 



 

 

 


 

 

99 



 

ANA  ÜRƏYİ 

 

Üzdəniraq 



qonşularımız 

vaxtilə 

oxucularımza təqdim etdikləri “Ana ürəyi” 

əfsanəsində  özünün  xoşbəxtliyi  naminə 

anasının  ürəyini  çıxaran  oğul  surətini 

verməklə bir növ özlərinin nankorluqlarını 

sübut  etmişlər.  Bu  əfsanəni  oxuyaraq  siz 

azəri oğlunun anaya, sevgilisinə saf, təmiz 

məhəbbətinin şahidi olacaqsınız. 

 

Qoy sənə nəql edim bir əfsanəni, 



Oxucum diqqətlə gəl dinlə məni. 

Qədim zamanlarda bir ana varmıĢ, 

Bircə övladıyla o, yaĢayarmıĢ; 

Əzab-əziyyətlə böyüdüb onu, 

Ġstəyirdi xoĢbəxt görsün oğlunu. 

Bir gün dedi: Oğul, gəl evlən barı 

Qırma ürəyimdə sən arzuları. 

Qoy bir çiçək açsın bağım, çəmənim 

Nəvə səsi gəlsin evimdən mənim. 

Oğlan dedi: Ana, nə qədər varam, 

Səndən bircə an da mən ayrılmaram; 

Qoymaram yad qızı gəlsin bu evə, 

BaĢqa birisini ürəyim sevə. 

Mənim məhəbbətim tək sənsən, ana! 

Namusum, qeyrətim tək sənsən, ana! 

Mən sənin tək balan, bircə oğlunam, 

Nə qədər ömrüm var, sadiq qulunam. 



 

 

100 



 

Ana narahatdı tək övladından, 

Oğlan əl çəkmirdi öz inadından. 

Gözaltı etmiĢdi ana bir qızı, 

Bu qız obasının  Ayı, ulduzu; 

Baxan zənn edərdi o bir çiçəkdir, 

Bu qız gözəllikdə dünyada təkdir. 

Yığıldı el-oba, qohum, dost, tamıĢ 

Oğlanı birtəhər gətirdi yola; 

Hələ qız evindən soraq almamıĢ, 

Ana sevinc ilə verdi qol-qola. 

Qızın qapısına elçi salındı, 

NiĢana razılıq qərəz alındı. 

Necə xoĢbəxt idi, necə bəxtəvər, 

Sevincdən bilmirdi nə etsin ana! 

BaĢladı Ģənliyə etsin tədarük, 

Ananın arzusu böyükdür, böyük! 

NiĢan eylədilər oğlanla qıza, 

Toyu saxladılar qızıl payıza. 

Sular axa-axa yaman duruldu

Oğlan görüĢdükcə qıza vuruldu. 

Ortada yarandı pozulmaz ülfət 

Bir də ki... Bir də ki, sevgi, məhəbbət. 

Günlər ötüĢürdü böyük sürətlə, 

Hörmərlə, rəğbətlə, səmimiyyətlə. 

Qızsiz durammırdı oğlan bircə an, 

Canından keçərdi onunçün, inan. 

Bir gün görməsəydi sevdiyi qızı, 

Tufan qoparardı qəlbinin sazı. 

O idi mənası xoĢ saatının, 




 

 

101 



 

O idi mənası gənc həyatının. 

Təbiətdən alıb ən böyük payı 

Bəzən ona qarĢı durur gözəl qız. 

Sevəni incidir, yandırıb-yaxır, 

BaĢında min oyun qurur, gözəl qız. 

Artırır gün-gündən nazı-qəmzəni 

Dinləmək istəmir ürək deyəni; 

Oduna yananı, onu sevəni 

Haldan –hala salır, yorur, gözəl qız. 

Güvənib taledən aldığı paya, 

O meydan oxuyur GünəĢə, Aya; 

Zalımlığı gəlmir ölçüyə, saya, 

Ah, necə amansız olur, gözəl qız. 

Payız baĢlayanda öz dövranına, 

Oğlan bir gün gəldi qızın yanına. 

Dedi: - Gözlərimin nuru, ay mələk, 

Söylə, toyumuzu nə vaxt eyləyək? 

Töküb qaĢ-qabağın dinmirdi qız heç, 

Sanki eĢitmirdi nə söhbət, söz heç. 

Oğlan anlamadı heç bir Ģey əzəl, 

Sandı xəstələnib sevdiyi gözəl. 

Birdən vulkan kimi püskürdü o qız, 

Sanki odlanırdı üz, göz, dil, ağız. 

Söylədi: - Toy nədir, o olmayacaq; 

Toy edə bilərsən bir Ģərtlə, ancaq –  

Ana ürəyini gətirməsən sən

Mənimlə vüsala yetməyəcəksən! 

Mən ərə gedərəm ancaq o kəsə, 

Məni anasından artıq sevərsə. 




 

 

102 



 

Ana ürəyini əgər gətirsən, 

Onda inanaram məni sevirsən. 

Oğlanın bu sözdən nitqi tutuldu, 

Bir anın içindı saraldı, soldu. 

Qalmadı canında halı, haləti 

Bir kamana döndü boyu, qaməti. 

Həyatın eĢqinə, yarın eĢqinə 

Ana ürəyindən heç pay olarmı? 

Əziz anasına əl qaldırana, 

Yəni alçaqlıqda bir tay olarmı?! 

Ana – ömrə bahar, sevən oğlan, qız 

Ömür bağçasında gül ilə bülbül; 

Bütün istəklərin, məhəbbətlərin 

Ana məhəbbəti, özülü deyil? 

Niyə dərk etmirdi qız həqiqəti? 

Üz-üzə qoyurdu cüt məhəbbəti. 

Bu cüt məhəbbətdir ömrün mənası, 

Ġnsan taleyinə qoĢa qanaddır. 

Əsil məhəbbətlə bağlı ürəklər 

Hər cür qısqanclığa yabancı, yaddır... 

Bu qəfil zərbədən tutuldu yaman, 

Nəhayət sözünə baĢladı oğlan: 

 - Ürəkdən sevirəm əzizim, səni, 

Axı nə sınaqdır çəkirsən məni?! 

Ürək istəyirsən, gəl sinəmi yar, 

Götür, o sənindir, gəl götür qopar. 

Qız əl götürmədi öz inadından, 

Oğlanın adı da çıxdı yadından. 

Dedi: - Nə yaradır, həmdəm sandığım, 




 

 

103 



 

Vurursan  qəlbimə sən dönə-dönə?! 

Mənə bu həyatı bəxĢ eyləyənin  

Saçından bir tük də qıymaram sənə! 

Oğlan tərk eylədi hirslə otağı, 

Bir anın içində beli büküldü. 

Onun arxasınca baxaraq o qız, 

Köksünü ötürüb, mənalı güldü. 

Oğlan baĢ götürdü evinə sarı, 

Fəryad qoparırdı saf arzuları. 

Yazıq nə halətdə evinə gəldi?! 

Qəlbinin naləsi göyə yüksəldi. 

Çıxmadı həyətə, bağçaya, bağa, 

Üzüqoylu düĢdü evdə yatağa. 

Gecəni gündüzə beləcə qatdı, 

Yemədən, içmədən yeddi gün yatdı. 

Gizlində saxladı eldən dərdini, 

Ürəyə köçürdü dildən dərdini. 

Ana hiss edirdi tək balasının 

Günbəgün pisləĢir əhvalı, halı; 

Gözünün həm ağı, həm qarasının 

Heyva tək saralır, o gül camalı. 

Sordu: - Əziz balam, de nədir dərdin

Günümü zülmətə niyə döndərdin? 

Oğlan nə dinirdi, nə danıĢırdı, 

Ana odlanırdı, lap alıĢırdı. 

Deyirlər söz çıxdı əgər ağızdan, 

Deyildir sahibi onun danıĢan; 

Qızın dedikləri kəndi dolaĢdı, 

Evdən-evə çatdı, hasarlar aĢdı. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə