Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə27/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   23   24   25   26   27   28   29   30   ...   101

 

 

146 



 

Doğma  yurdum  az  olmayıb  dərd, 

qəmim, 

Bütövüm olsa da, çox olub kəmim. 



Səndən nə gizlədim mən öz sirrimi, 

Sinəndə yazılıb tarixim mənim. 

 

Mənzil uzaq, eldən ayrı-yorğunam, 



Qəriblikdə bir az rəngi solğunam

Dözərəm mən hər həsrətə, bilirsən 

Mən ki sənin Araz dərdli oğlunam. 

                                             

Qızıl gülü niyə qoyduq solmağa? 

Gözlərim də hey baĢlayır dolmağa; 

Araz üstə körpü gərək olarsa,             

Mən hazıram orda körpü olmağa. 

 

Mən həsrətəm nə müddətdir qardaĢa, 



QardaĢ baxtı toxunub qara daĢa; 

Həsrət elə odlayıbdır qəlbimi 

Ġçərəm Arazı inan birbaĢa. 

 

Doğma  yurdum,  səndən  uzaq  olsam 



da, 

Hər xiffəti ürəyimə salsam da,   

Səndən ayrı keçməyibdir bir anım 

Neçə illər dost ölkədə qalsam da. 

 

EĢqin çıxar ayrılığın qəsdinə,



 

 

Qurban olum soyuğuna, istinə   




 

 

147 



 

Mən səmaya atılmıĢ bir daĢ təki     

DüĢəcəyəm yenə sinən üstünə. 

Azərbaycan musiqisi dilimdə, 

DolaĢıram Əlcəzair elində; 

Məclislərdə “Azərbaycan” Ģeirini 

Oxuyuram Səməd Vurğun dilində. 

 

Göy-gölümü gəzdirirəm özümdə, 



Dəli dağı söhbətimdə, sözümdə. 

Hər çıxanda sahilinə dənizin, 

Sanki Xəzər ləpələnir gözümdə. 

 

Xatirimdə Muğan düzü, Mil düzü, 



Qeyrətli el oğlu, igid el qızı, 

Çətinlikdə əllərimdən çox tutub, 

Bizim ataların söhbəti, sözü. 

 

Səndən çoxlu Ģad xəbərlər almıĢam, 



ġirin-Ģəkər xəyallara dalmıĢam; 

Qanadlanıb hünərindən elimin,   

Burda dərdi ağır dərdə salmıĢam. 

 

Vəsf edirəm bəhrəsini düzlərin



Zəhmətini oğulların, qızların; 

Odlar yurdu-qəhrəmanlar ocağı, 

Aləm bilir hünərini bizlərin. 

 

Ana yurdum, adın mənə əzizdir, 



Sinən üstən içdiyim süd təmizdir. 


 

 

148 



 

Hər qarıĢın müqəddəsdir bizlərə, 

Məhəbbətin gur ümmandır, dənizdir. 

 

Doğma 



yurdum, 

kövrəlmiĢəm, 

nədəndir? 

Səndən ayrı ruhum deyil, bədəndir. 

Ruhum səndə, cismim qərib diyarda, 

Çünki sənin əsil adın Vətəndir! 

 

                                                                                        



1986, Əlcəzair 

                               

 

                                      



 

 

 




 

 

149 



 

 

 



 

 

 



 

SƏNƏDLİ  POVEST 

 

 



 

 


 

 

150 



 

ÖMRÜN QÜRBƏT PAYI 

 

Mən  hər  dəfə  səfərə  hazırlaĢanda  (fərqi  yoxdur, 



yaxın  və  ya  uzaq  olsun)  kosmonavtları  xatırlayır  və 

onların  əsəblərinin  möhkəmliyinə  qibtə  edirəm.  Xü-

susilə dünyanın ilk kosmonavtı Y.Qaqarinin kosmosa 

uçuĢ  ərəfəsində təzyiq və ürək döyüntüsünün normal 

olması,  uçuĢdan  qabaqkı  gecə  dərin  yuxuya  getməsi 

məni sadəcə olaraq ona məftun etmiĢdi. Mən isə... Ən 

yaxın  səfərə  gedəndə  belə  həyəcan  keçirir,  bütün 

gecəni  yata  bilmirəm.  Görünür  elə  ona  görə  də  mən 

kosmonavt ola bilməmiĢəm... 

Əlcəzairə yola düĢmək xəbərini aldıqdan sonra ilk 

iki günü tələm-tələsik hazırlıq iĢləri ilə məĢğul oldum. 

Moskvaya uçuĢ gecəsi isə əsla yata bilmədim (bir fikir 

verin,  kosmosa  yox,  Moskvaya).  DüĢüncələr  bir  an 

məni  sakit  buraxmırdı.  Ailəmlə  birlikdə  Əlcəzairə 

uzun müddətli ezamiyyətə yola düĢürdüm. 

Əlcəzair  bir  çox  azərbaycanlı  kimi  mənim  də 

xatirimdə  özünün  qəhrəman  qızı  Cəmilə  ilə  iz  salıb. 

YaxĢı  yadımdadır,  o  vaxt  rayonumuzda  “Cəmilə” 

filmini  nümayiĢ  etdirəndə  kinoklubda  iynə  atsaydın 

yerə  düĢməzdi!  Həmin  film  göstərildikdən  sonra 

kəndimizdə  anadan  olan  əksər  qızların  adını  Cəmilə 

qoydular. 

QarĢıdakı səfər məni Cəmilənin Vətəninə aparırdı. 

Mən  bu  qəhrəman  qızın  ana  torpağına  ayaq  basacaq, 

mərd Əlcəzair xalqı ilə yaxından tanıĢ olacaq, inkiĢaf 

etməkdə  olan  və  inamla  müstəqil  addımlar  atan  bir 




 

 

151 



 

ölkənin  quruculuq  iĢlərində  (daha  dəqiq  desək, 

mütəxəssislər hazırlığı sahəsində) digər mütəxə çiyin-

çiyinə iĢtirak  edəcəkdim. 



 

İLK  GÖRÜŞ 

 

“Boinq-747” Moskvanın “ġeremetyevo-2” təyyarə 

meydanından  birbaĢa  Marselə  uçdu.  Marseldən 

Əlcəzairə  kimi  təyyarə  ilə  50  dəqiqəlik  yoldur. 

Nəhayət,  yerli  vaxtla  saat  24-də  Əlcəzairin  “Huari 

Bumediyən”  adına  təyyarə  meydanına  gəlib  çatdıq. 

Bu,  Moskva  vaxtı  ilə  səhər  saat  3-dür.  Gözəl 

kondisionerlə  təmin  olunmuĢ  təyyarədən  çıxan  kimi 

sanki 

isti 


təndirə 

düĢdük.  Əlcəzairlilərlə  ilk 

tanıĢlığımız  əlbəttə  ki,  kömrükxanadan  baĢladı. 

Kömrükxana  müvəkkili  bütün  Ģeylərin  açılmasını 

tələb edir, yanında duran digər müvəkkillə söhbət edə-

edə  çemodanın  içinə  əl  gəzdirir,  sonra  da  təbaĢirlə 

iĢarə  vurur  ki,  bu  qab  yoxlandı.  Özününkülərlə  çox 

kobud  Ģəkildə,  əcnəbilərlə  isə  nisbətən  mədəni 

davranırlar.  Bizim  növbəmiz  çatanda  kömrükxana 

müvəkkili  hərəsinin  əlində  bir  qutu  olan  mənim  üç 

oğlumu  görüb  gülümsədi.  O,  əvvəlcə  birinci  qutunu 

açdı.  Oradan  nəhəng  bir  ġaxta  baba  çıxdı.  Ġkinci 

uĢağın  əlindəki  qutunu  açanda,  içində  bir  metr 

yarımlıq yolka ağacını gördü. Üçüncü uĢağın əlindəki 

qutunun  üst  hissəsini  aralayıb    Qarqızı  görən  kimi 

bərkdən  güldü  və  “o  key”  dedi.  Sonra  o  biri  qabları 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə