Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə26/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   22   23   24   25   26   27   28   29   ...   101

 

 

140 



 

Atmaz sevən-sevəni

Lap qopsa da qiyamət. 

Yalanlar ağ olanda 

Haqq da əyilmiĢ oğul! 

Səni odlara salan, 

Saf duyğularla dolu 

Sevgi deyilmiĢ, oğul! 

 

Könül verib karıxmaq, 



Görməyəndə darıxmaq; 

Xəyal selində axmaq 

Hələ məhəbbət deyil! 

 

Uymayın hər atəĢə, 



Bənzəsə də GünəĢə... 

Sevda yolu hər nəĢə, 

Hələ məhəbbət deyil 

 

ĠĢıq saçan odlu göz, 



Sinən üstə qızıl köz; 

ġirin söhbət, Ģirin söz 

Hələ məhəbbət deyil! 

 

Küsən kimi barıĢmaq, 



Alovlanıb alıĢmaq, 

Yuxularda danıĢmaq 

Hələ Məhəbbət deyil!!! 

                                                                                     

Bakı, 2002 



 

 

141 



 

DOĞMA YURDA SALAM 

(

Şəhriyar sayağı

                                  

Salam olsun sizə, TalıĢ dağları, 

Elin böyükləri, həm uĢaqları; 

Bol məhsul yetirən geniĢ tarlalar, 

Naringi, portağal, limon bağları. 

 

Salam olsun sənə, əzizim ViləĢ, 



 

Üstündə əbədi parlasın GünəĢ! 

Sən mənə dünyada hər Ģeydən əziz, 

Çayım, okeanım, dənizim ViləĢ! 

 

Salam olsun sənə, balaca kəndim 



Həyatla həmyaĢıd, ay qoca kəndim. 

Sənin ayağınla ölkələr gəzdim,

!  

 

Nəhəng Ģəhərlərdən lap uca kəndim! 



 

 Salam olsun sənə, əzəl daxmamız, 

 Mərmər saraylardan gözəl daxmamız. 

 Ana südü qədər təmizdən təmiz, 



  Zəhmətdən yoğrulan halal loxmamız! 

 

“Qərib” sözü yazılalı adıma  



Ağzım gəlmir öz əvvəlki dadına; 

Xəyallara sirdaĢ oldum burda mən, 

Bilirsənmi nələr düĢür yadıma?! 

 

 




 

 

142 



 

Körpəlikdən itirdim mən atamı, 

Mənimçün dəyiĢdi həyatın tamı,            

Dünyaya gözümü açanda gördüm 

Nənəmi, bacımı, bir də anamı. 

 

Nənəm idi evimizin kiĢisi, 



Onunla ötüĢdü günlərin pisi. 

YaxĢı söyləyiblər bizim atalar: 

 “Aslanın erkəyi, nə ya diĢisi”. 

 

Qadınlardı o vaxt kəndin igidi, 



Qulağımdan getməz nənə öyüdü. 

Elə vaxtda biz gəldik bu dünyaya, 

Mənim kimi çoxu yetim böyüdü. 

 

Yalan desəm, yara çıxsın dilimdən,     



Yaman keçdik kasadlığın selindən. 

O illərdə açıq deyim, çox tutub  

Duzlu balıq, soğan-çörək əlimdən. 

 

Bircə gündə gör biz nələr edərdik- 



Gah çaylığa, gah oduna gedərdik; 

Dərs oxuyar, su daĢıyar, ot biçər 

Gecələrsə, köhnə yunu didərdik. 

 

UĢaq vaxtı xoĢlayardıq yağıĢı, 



YağıĢlıdır bizim yerin yaz-qıĢı; 

Həyət-baca bulaĢardı palçığa 

Nənəm onda yağdırardı qarğıĢı. 



 

 

143 



 

Can atardıq uĢaqlarla meydana, 

Sillə, təpik çevrilərdi leysana. 

YetiĢəndə dava-dalaĢ axıra 

Birgə lənət oxuyardıq Ģeytana. 

 

Ac inəklər səhər-axĢam mələrdi, 



Otlamağa çöldən kəndə gələrdi. 

Naxırçısa gizlənərək yağıĢdan, 

Eldən xəlvət evində dincələrdi. 

 

QıĢ zamanı qar yağardı bir kərə, 



Evə yaxın vardı kiçik bir dərə; 

Hey qurardıq burda cələ quĢlara, 

Fərliləri keçməz idi heç girə. 

 

Gecə gəlib qapını tez döyərdi, 



YaxĢı-yaman hamı isti geyərdi. 

YığıĢardıq yaxın qonĢu evinə 

Əmrə kiĢi bizə nağıl deyərdi... 

 

Amansızdı bizim yerin ilk qarı, 



Qorxusundan əsir limon bağları; 

Azad görmək üçün bağı, bağçanı 

Həsrət ilə gözləyərdik baharı. 

 

Hər Novruzda biz sevincdən uçardıq, 



Dəstələnib evdən-evə qaçardıq; 

Bayram payı almaq üçün, aylarla 

Açılmayan qapıları açardıq. 



 

 

144 



 

Yad qohuma qarıĢardı bayramda,   

Sevən qəlblər alıĢardı, bayramda. 

Çəkilərdi ərĢə bütün ədavət, 

Küsülülər barıĢardı, bayramda. 

 

Cavan, qoca təzə paltar geyərdi, 



Görərdin ki, saralmıĢlar göyərdi. 

Köhnələrin astarını çevirib, 

Yazıq nənəm kasıblığı söyərdi. 

 

Tonqal qalayardı həyətdə hərə, 



Səfər eyləyəndə gecə səhərə. 

Xilas olmaq üçün dərddən, bəladan 

Hoppanardıq üstündən yeddi kərə. 

 

Bayram günü hamı deyib, gülərdi 



Yamanlığı lənətləyib, söyərdi. 

ÇərĢənbə gecəsi hərə evində 

Bir adətdi, balıq-plov yeyərdi. 

                                        

Bazar günü kənd bazara gedərdi

Kasıb, varlı alverini edərdi. 

Çığırsam da, bağırsam da min kərə  

Anam mənə bircə manat verərdi. 

 

Qaldırardım göyə ahu-vayımı, 



Həsrət ilə gözləyərdim dayımı; 

Bir yol aĢkar, bir yol xəlvət anamdan  

Artırardı mənim bazar payımı. 



 

 

145 



 

Əmim tələbəydi, o vaxt tələbə,

 

Uymazdı nə vara, nə də mənsəbə; 



ÇalıĢırdı o tarixçi olmağa, 

 Həkimlik o zaman dönsə də dəbə. 

 

Hamı ona “Geroy Qubad” deyərdi, 



Yaxınları özlərini öyərdi. 

Cavankən yetiĢib o, ada-sana 

Zəhmətiylə halal çörək yeyərdi. 

 

Çəltik idi elimizin sərvəti, 



Qadınların ölçü bilməz zəhməti; 

Fasiləyə çıxan kimi bicardan 

Qırardılar kiĢilərdən qeybəti. 

 

Elə ki, bitərdi yığım ayları, 



Yenə baĢlayardı TalıĢ toyları. 

DolaĢsam ölkələr, dolaĢsam ellər, 

Qulağımdan getməz toy halayları. 

 

O vaxt qızlar dəstə-dəstə süzərdi,    



Saçlarına güldən çələng düzərdi, 

Gözəlləri xəlvət süzən igidlər 

Toyxananın ətrafında gəzərdi. 

 

Gözəllikdə təkdi TalıĢ qızları, 



Solmayan çiçəkdi TalıĢ qızları; 

Hansı evə düĢsə, inanın ora 

Arxadı, bəzəkdi TalıĢ qızları! 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə