152
yoxlamadan iĢarələdi. Böyük oğlumdan fransızca
soruĢdu: Adın nədir? Mən: - Emindir-dedim.
O isə gülə-gülə: - Aha Məhəmmədəmin,
Məhəmmədəmin-deyə təkrar etdi. Sonra isə: - Siz
müsəlmansınız – deyə soruĢdu. Mən: - Bəli biz
Bakıdanıq, Azərbaycandan – dedim. O isə: Çox yaxĢı,
çox yaxĢı – dedi. XoĢ gəlmiĢsiniz.
Təyyarə vağzalında demək olar ki, yükdaĢıyanlar
yoxdur. Bütün Ģeyləri özün daĢımalı olursan. Gözləmə
zalında bizi qarĢılamağa gələn mütəxəssislərimizin
nümayəndələrini gördükdə sevincimizin həddi-
hüdudu yox idi. Sanki uzun illərdi ki, vətəndən
ayrılmıĢdıq və ilk dəfə idi ki, özümüzünküləri
görürdük. Üzünü ilk dəfə gördüyümüz və hətta
adlarını bilmədiyimiz yerlilərimizlə qucaqlaĢıb-
öpüĢdük.
Əlcəzair Milli Yüngül Sənaye Ġnstitutunun xüsusi
avtobusu bizi Bumerdes Ģəhərinə gətirib çıxardı.
Bumerdes 1983-cü ilin sonuna kimi inzibati Ģəhər
sayılırdı. Bu Ģəhərə daxil olmaq üçün xüsusi buraxılıĢ
vərəqi tələb olunurdu. Bumerdes ölkənin paytaxtı
Əlcəzair Ģəhərinin Ģərqində, ondan təxminən 47-48
km məsafədə yerləĢir. 1 yanvar 1984-cü ildən ƏXDR
prezidentinin dekretiylə Bumerdes eyni adlı vilayətin
mərkəzinə çevrilib. Həmin tarixə kimi Bumerdesdə
bir neçə ali məktəb (Neft Ġnstitutu, Yüngül Sənaye
Ġnstitutu, Mexanika və Sənaye Ġnstitutu) və bir də
SONATRAK
neft
Ģirkətinin
laboratoriyaları
yerləĢirdi.
153
Vaxtilə fransız müstəmləkəçilərinin hərbi bazası
yerləĢən və həm də onların istirahət zonası sayılan bu
Ģəhər (Bumerdes Aralıq dənizi sahilindədir və çox
gözəl çimərlikləri vardır) hazırda Əlcəzairin müasir və
ən perspektivli Ģəhərlərindəndir. Əhalisi 5 mindən çox
olan bu Ģəhərdə mindən artıq sovet mütəxəssisi və
onların ailə üzvləri yaĢayırdı.
Bumerdesin mərkəzində bir villa var. Həmin villa
Yüngül
Sənaye
Ġnstitutunda
iĢləyən
sovet
mütəxəssislərinin klubudur. Klubun qarĢısında geniĢ
meydan vardır. Avtobusumuz həmin meydana
yaxınlaĢanda “Ura” səsləri və alqıĢlar bizim
heyrətimizə səbəb oldu. Sən demə bu bir adətdir ki,
hər dəfə yeni sovet mütəxəssisləri Əlcəzairə gələndə
“köhnələr” bu meydana yığıĢır və yeni gələnləri
təntənəylə qarĢılayırlar. Və sonra da köməkləĢib hər
ailəni öz evinə ötürürlər. Ənənəyə görə qarĢılayanların
içərisində hökmən hər bir mütəxəssisin iĢlədiyi
kafedranın bir əməkdaĢı da olmalıdır. Yenə də həmin
ənənəyə görə qarĢılayan səhəri gün yeni gələni ailəsi
ilə öz evinə nahara dəvət edir və Ģəhəri gəzdirir. Çox
gözəl qaydadır. Məhz səni qarĢılayan yeni düĢdüyün
mühitə alıĢmaqda sənə böyük kömək göstərir.
Bizim ailəni qarĢılayan gələcək kafedramızın
əməkdaĢı L.Vaselyova idi. Ġrkutsk Politexnik
Ġnstitutundan gəlmiĢ 45-46 yaĢlı bu qadın o qədər dilli
(hətta mənimlə də arada fransızca danıĢırdı) və qıvraq
idi ki, elə birinci gündən ailəliklə ona heyran
qalmıĢdıq.
154
Gecə saat 3-də (yəni səhər) Bumerdesdə bizim
üçün ayrılmıĢ dörd otaqlı mənzilə gəlib çatdıq.
UĢaqlar ayaq üstə yatırdılar. Mən özüm də elə
yorulmuĢdum ki, yatmaqdan baĢqa heç bir Ģey barədə
düĢünmürdüm.
ġeyləri evə daĢıdıq. Veselyovadan baĢqa bir kiĢi də
bizə kömək edirdi. MaĢını boĢaltdıqdan sonra mən
Veselyovaya, sürücüyə (demə sürücü də mütəxəssis
imiĢ) və həmin kiĢiyə “çox sağ olun” dedim. Və
birdən həmin kiĢi azərbaycanca “dəyməz” dedi. Mən
həyəcanla: - QardaĢ, sən azərbaycanlısan? – deyə
soruĢdum. O isə belə dedi: - Siz yoldan gəlmiĢsiniz,
istirahət edin, hələ çox görüĢəcəyik. Sonralar
yaxından tanıĢ olduq. Bu Bakı Rabitə Texnikumunun
müəllimi Fərman Hüseynov idi. Bumerdesdə Yüngül
Sənaye Ġnstitutunda iĢləyirdi.
ġeylərimizi evin ortasına yığdıq və təzə
mənzilimizi nəzərdən keçirib, öz-özümə düĢündüm:
“Ġlahi, yəni bu mənzildə biz dörd il yaĢaya
biləcəyikmi?”
ƏLCƏZAİRDƏ TƏHSİL SİSTEMİ
Əlcəzairdə milli-azadlıq inqilabının qələbəsindən
sonra, yəni 1965-ci ildə Afrika Neft və Toxuculuq
mərkəzi yaradılmıĢ və sonralar (1975-ci ildə) bu
mərkəz iki müstəqil institutun – Milli Neft və Qaz,
Milli Yüngül Sənaye Ġnstitutunun bazası olmuĢdur.
Milli Yüngül Sənaye Ġnstitutu (MYSĠ) yarandığı
155
vaxtdan indiyə kimi ölkə sənayesi üçün təxminən
4000 texnik və mühəndis hazırlamıĢdır. Ġnstitutda 18
ixtisas üzrə 1700-ə yaxın tələbə təhsil alır. Hər il
institutu 400-ə yaxın tələbə bitirir. Ġnstitutda fəaliyyət
göstərən
26
kafedra,
5
dekanlıq
arasında
bölüĢdürülmüĢdür.
Bizim
fizika
kafedrası
fundamental elmlər fakultəsinə daxildir. Ümumtəhsil
kafedralarında dərslər “Tron-komən” (bu proqramı
fransızlar təklif etmiĢlər) adlanan proqram üzrə
aparılır. Bu proqram 1983-cü ildə ölkənin ali təhsil
nazirliyi tərəfindən bütün ali məktəblər üçün təsdiq
olunmuĢdur. Əlcəzairin bütün ali məktəblərində
tələbələr iki il müddətində eyni proqramla ümumtəhsil
fənləri üzrə dərslər keçirlər. Əgər tələbə həmin
müddətdə öz ixtisasını dəyiĢmək fikrinə düĢsə, deməli
asanlıqla bir institutdan digərinə və ya universitetə
keçə bilər (Proqramın ümumiliyi məhz bundan
ötəridir).
MYSĠ-də tələbələr üç bölmədə təhsil ala bilərlər.
Bunlardan birincisi dövlət mühəndisləri bölməsidir.
Ġkinci bölmə tətbiqi mühəndislər, üçüncüsü isə
texniklər bölməsi adlanır. Birinci bölmədə təhsil
müddəti 5 il, ikincidə 4 il, üçüncüdə isə 2 il yarımdır.
Üçüncü bölmə bəzən də texnikum adlanır.
Birinci bölməyə daxil olmaq üçün abituriyent
hökmən bakalavra malik olmalıdır. Birinci iki
bölmədə abituriyentlər həmiĢə çatıĢmadığından qəbul
imtahanları keçirilmir. Bu bölmələrdə qəbul yalnız
sənədlər əsasında aparılır. Üçüncü bölməyə daxil
Dostları ilə paylaş: |