Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə31/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   27   28   29   30   31   32   33   34   ...   101

 

 

165 



 

Fransız  ĢərqĢünası  Marsel  Eqreto  Bakını  Əlcəzair 

Ģəhərinə  bənzədir.  Mən  onun  bənzətməsinə  Ģərik 

olaram,  bir  Ģərtlə  ki,  Bakı  Əlcəzairə  yox,  Əlcəzair 

Bakıya bənzəyir. 

Əlcəzairlə  ilk  tanıĢlıq  Lunaparkdan  baĢlayır. 

Paytaxta  gələn  səyyahların  demək  olar  ki,  hamısının 

yolu 


buradan 

keçir. 


Buradakı 

attraksionları 

amerikalılar  tikiblər.  Parka  ayaq  basan  kimi  sanki 

yerimizdə  donub  qaldıq.  Parkda  ucadandanıĢanlardan 

Z.Xanlarovanın  səsi  gəlirdi.  Zeynəb  xanım  necə  də 

həzin-həzin oxuyurdu: 

 

Sən MüĢfiqin yanında qal, sənə qurban, 



Ġstəsən bu canımı al, sənə qurban... 

 

Böyük oğlum Emin sevincək: 



 

Ata, Zeynəbdir oxuyan – dedi. 



UĢağın  sevincdən  gözləri  par-par  parıldayırdı. 

Onda  Eminin  9  yaĢı  vardı.  Bu  baxıĢlarda  qəribliyin, 

vətən  həsrətinin  ilk  təzahürləri  özünü  göstərirdi.  Axı 

biz cəmisi üç ay idi ki, vətəndən ayrılmıĢdıq. 

Lunaparkla  tanıĢ  olduqdan  sonra  hədiyyələr 

mağazasına  baxdıq.  Üzərində  Lunaparkın  emblemi 

olan  müxtəlif  əĢyalar  bu  mağazalarda  satılır. 

Ticarətçilərdə qəribə psixologiya  var. Hansı  Ģey  daha 

çox  alınırsa,  onun  qiymətini  dərhal  artırırlar.  Bizdən 

iki  gün  qabaq  buraya  gələn  səyyahların  60  dinara 

aldıqları hədiyyə bizə 80 dinara satılırdı. Bir-iki xırda 

hədiyyə alıb Ģəhəri gəzməyə çıxdıq. 




 

 

166 



 

Ġrəlidə  qeyd  etdiyim  kimi  Əlcəzair  çox  gözəl 

Ģəhərdir.  Onun  doğrudan  da  Parisə  oxĢayan  cəhətləri 

də  vardır.  O,  bir  əlamətə  görə  Parisə  daha  çox 

bənzəyir:  küçələrin  səliqəsizliyi  ilə.  Lakin  Ģəhərə 

gələn  qonaq  bunu  çox  da  qabarıq  surətdə  hiss  etmir. 

Belə  ki,  süpürənlər  ara  vermədən  iĢləyir,  səkiləri  və 

bəzən də lap yolları təmizləyirlər. Xüsusi keçidlərdən 

də yaxĢı istifadə olunmur. Piyadalar istədikləri yerdən 

küçəni    keçir  və  avtomobillərin  hərəkətini 

çətinləĢdirirlər.  Bu  cəhətdən  əlcəzairlilər  bizim 

bakılıları  xatırladırlar.  Bir  dəfə  maraqlanıb  bir 

piyadadan  soruĢdum  ki,  niyə  küçədə  xüsusi  ayrılmıĢ 

keçiddən  istifadə  etmir?  O  dedi  ki,  cənab,  mən  azad 

və  sərbəst  adamam,  haradan  istəsəm,  oradan  da 

keçərəm.  Biz  inqilabı  onunçün  etməmiĢik  ki,  öz 

evimizdə də hərəkətlərimizə sərhəd qoyulsun. Əlbəttə, 

bu  cənabla  mübahisə  etmək  olardı. Ələlxüsus  azadlıq 

barədə,  insan  hüquqları  barədə.  Lakin  buna  ehtiyac 

yox  idi.  Mən  sonralar  da,  dəfələrlə  əmin  oldum  ki, 

bəzi  əlcəzairlilər  bizdə  olduğu  kimi  azadlıq  ilə 

anarxiyanı çalpaĢıq salırlar. 

Əlcəzairli  sürücülər  həddən  artıq  xeyirxahdırlar. 

(Bəlkə  də  nəzakətlidirlər  desəm  daha  çox  yerinə 

düĢər.)  Onlar  həmiĢə  yolu  keçən  piyadaya  üstünlük 

verirlər.  Məsələn,  deyək  ki,  bir  piyada  yolu  keçir  və 

həmin  küçədən  maĢınlar  gəlir.  MaĢınlar  dərhal 

dayanır və piyadaya keçid üçün imkan verirlər. (Bəlkə 

də  piyadaların  intizamsızlığına  səbəb  sürücülərin 

nəzakətliliyidir?!) 




 

 

167 



 

ġəxsi  avtomobillərin  sürücüləri  arasında  qadınlar 

da  az  deyildir.  Hətta  çadralı  və  ağzı  yaĢmaqla 

örtülmüĢ  qadınlar  da  öz  Ģəxsi  maĢınlarını  sürürlər. 

Sürücülər 

bir-birinə 

qarĢı 

həddindən 



artıq 

nəzakətlidirlər.  Deyək  ki,  bir  sürücü  qaydanı 

pozmaqla  manevr  etmək  istəyir.  QarĢıdan  gələn 

maĢının sürücüsünə iĢarə edib o, bu hərəkəti icra edə 

bilər.  Belə  ki,  qarĢıdan  gələn  maĢının  sürücüsü  çox 

böyük  məmnuniyyətlə  öz  yolunu  ona  verir.  Belə 

qaydanı  pozmaq  halları  bu  Ģəhərdə  tez-tez  olur.  Ona 

görə  də  ümumiyyətlə  maĢınların  hərəkətlərində 

ümumi nizamsızlıq vardır. 

Ġstər  Ģəxsi  və  istərsə  də  idarə    maĢını  olsun,  fərqi 

yoxdur, hökmən sığortalanmalıdır. Ölkənin ərazisində 

sığortalanmamıĢ  avtomobildən  istifadə  etmək  qəti 

qadağandır. 

ġəhərdə  maĢınların  hərəkətinə  polis  nəzarət  edir. 

Polis  təkcə  avtomobillərin  deyil,  piyadaların  da 

hərəkətinə  diqqət  yetirir.  Magistral  yollarda  isə 

avtomobillərin  hərəkətinə  jandarm  tərəfindən  nəzarət 

olunur.  Jandarm  idarəsi  səlahiyyətcə  böyük  olub, 

polisə də nəzarət edir. Ġstər polis, istərsə də jandarmlar 

həddindən  artıq  nəzakətli  olub  bir  məqsədə  xidmət 

edirlər: hərəkətin təhlükəsizliyi təmin olunsun, heç bir 

qəza  baĢ  verməsin.  Onlar  küçə  və  Ģosselərin  elə 

yerlərində  dururlar  ki,  orada  hərəkət  mürəkkəbdir  və 

qəza  ola  bilər.  Onlar  sözün  əsil  mənasında  hərəkəti 

nizamlayır, çətin vəziyyətə düĢən sürücülərə köməklik 

göstərirlər.  Mən  hər  dəfə  jandarm  və  polisin  gərgin 




 

 

168 



 

əməyini  görəndə  yadıma  bizim  bəzi  avtomobil 

müfəttiĢləri düĢürdü. O müfəttiĢlər ki, yolun müəyyən 

hissəsində  gizlənib  cərimə  etmək  üçün  sürücülərin 

hərəkət 

qaydalarını 

pozmalarını 

səbirsizliklə 

gözləyirlər.  Əlbəttə  qəzanın  qarĢısını  almaq  üçün 

sürücünü  cərimə  etmək  yox,  hərəkət  qaydalarının 

pozulmaları  ehtimal  olunan  yerdə  dayanıb  həmin 

pozulmaların qarĢısını almaq lazımdır. 

Əlcəzairlilər  çox  mehriban  və  qonaqpərvərdirlər. 

Bir  Ģey  soruĢduqda  gülə-gülə,  mehribancasına  sənə 

izah  edirlər.  Bu  cəhətdən  onlar  fransızlara  daha  çox 

bənzəyirlər (fransızlarda bu gülüĢ çox vaxt üzdə olur). 

Sonralar  dəfələrlə ölkənin  paytaxtında  oldum. Hər 

dəfə  də  əlcəzairlilərdə  yeni  müsbət  keyfiyyətlər 

tapırdım. 

Bir  dəfə  mənim  maĢınımın  təkəri  buraxdı.  Təkəri 

yamamaq üçün təmir emalatxanasına gətirdim. Həyat 

yoldaĢım və bir oğlum da mənimlə idilər. Hava elə isti 

idi  ki,  kölgədə  belə  durmaq  olmurdu.  Təmir 

emalatxanasının  yanındakı  su  köĢkündən  su  alıb 

içirdik.  Su  köĢkünün  yanında  bir  darvaza  vardı  və 

onun yanında bir kiĢi dayanmıĢdı. O, mənə yaxınlaĢıb 

dedi: 

       - Cənab, bir bura gəlin. 



Mən  darvazadan  içəri  girdim.  Qapının  arxa 

tərəfində yekə bir çəllək var idi. 

Qoca mənə: 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə