173
cəmdəklərin birinə yaxınlaĢaraq, onun üzərinə
yapıĢdırılmıĢ kağızı mənə tərəf çevirdi, gülə-gülə
dedi:
- Oxuyun.
Oxudum və heyrətdən donub qaldım (Buzxananın
soyuğu məni dondura bilməmiĢdi). Kağızda bu sözlər
yazılmıĢdı: “Mən Əhməd ibn Abdulla filan tarixdə bu
heyvanı müsəlman qaydası ilə Ġspaniyada kəsdim”.
Yazının altında qəssab öz imzasını atmıĢdı. Mənimsə
ağlım bizdə satılan xarici ətlərə getmiĢdi.
Seyyid üzünü mənə çevirərək dedi:
- Gördünüzmü, ət xarici olsa da təmizdir. “Təmiz”
sözünü xüsusi vurğuyla dedi. Sonra sözünə davam
etdi:
- Siz ki, bu qaydaları belə bilirsiniz, bundan sonra
ət probleminiz olmayacaq. Sizə nə qədər ət
lazımdırsa, buyurun.
Beləliklə, pioner düĢərgəsinin nəinki ət problemi,
həm də bütün ərzaq problemi həll olundu.
Pioner düĢərgəsi ilə bir sıra xatirələr yaddaĢımda
iz buraxıbdır. Onlardan biri heç vaxt yadımdan
çıxmaz.
...Aralıq dənizində böyük təlatüm var idi. Buna
baxmayaraq camaat çimərlikdən əl çəkmək istəmirdi.
Biz öz uĢaqlarımızı nəinki çimməyə, hətta dənizin
kənarına belə buraxmırdıq. Birdən səs-küy qalxdı.
Kimsə dənizdə boğulurdu. 15-20 dəqiqə müddətində
onu sudan çıxardılar. Ürəyim dözmədi, həkimimizə
dedim ki, gedək, bəlkə köməyimiz dəydi. Boğulanın
174
ətrafına toplaĢmıĢ adamlara yaxınlaĢdıq və mən onlara
müraciətlə: Cənablar, həkimdir, qoy baxsın, bəlkə bir
kömək edə bildi – dedim.
Yaxına buraxmaq istəmədilər. Birisi dedi: Cənab,
Allah verib, özü də aparır. Siz Allahın iĢinə
müdaxiləmi etmək istəyirsiniz?
DüĢərgəyə qayıtdıq. Yadıma bizimkilərdən birinin
nəql etdiyi bir hadisə düĢdü. O yoldaĢ nəql edirdi ki,
bir əlcəzairli dənizdə boğulurmuĢ. Bizimkilərdən biri
onu xilas edib. Zərərçəkən xilaskarına “çox sağ ol”
demək əvəzinə onu məzəmmət edib ki, niyə məni
xilas etdin. Allah məni o dünyaya aparmaq istəyirdi,
sən mane oldun.
Bütün günü çimərliyə baxdım. O gün daha altı
nəfər dənizdə boğuldu.
QÜRBƏTDƏ TANIŞLIQ
Azərbaycanda doğulub, boya-baĢa çatsam da,
sevimli müğənnimiz RəĢid Behbudovu yaxından təkcə
bir dəfə görmüĢəm. Özü də 1968-ci ildə. O vaxt
R.Behbudovun yaratdığı Dövlət Mahnı Teatrı “Səni
tərənnüm edirəm, doğma Azərbaycanım” proqramı ilə
ilk dəfə olaraq M.F.Axundov adına Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının binasında
çıxıĢ edirdi. “Canlı Behbudov”u ilk dəfə onda
görmüĢdüm. Sonrakı görüĢlərim (söhbət birtərəfli
görüĢdən gedir) ya televiziya, ya da ki, kino ekranı
vasitəsilə olmuĢdu.
175
Bir neçə konsertdən sonra bu teatrın afiĢaları
yenidən Ģəhərimizdə yoxa çıxdı. Kimi deyirdi ki,
teatrın binası yoxdur və ona görə də Bakıda çıxıĢ
etmir. Kimisi də bunu teatrın qastrol səfərlərinə meyli
ilə izah edirdi. Ancaq onu bilirdim ki, bakılılar bu
teatrın tamaĢalarını səbirsizliklə gözləyirdilər.
Tipaza pioner düĢərgəsində rəis iĢlədiyim zaman
səfirlikdən
mənə
dedilər
ki,
həmyerlimiz
R.Behbudovun teatrı Əlcəzairə dostluq xətti ilə (bu
valyutasız mübadilədir) qastrol səfərinə gəlmiĢdir.
Əgər onunla dil tapa bilsən, pioner düĢərgəsinə dəvət
et. YaĢadığı yeri dedilər. Sidi-əl-Frec mehmanxanası.
Bu mehmanxana paytaxtdan təxminən 15 km-likdə,
dəniz kənarında, çimərlikdən 200-300 metr məsafədə
yerləĢir. Səfirliyin əməkdaĢı, həyat yoldaĢı – sovet
vətəndaĢı və özü sonradan bizim vətəndaĢlığı qəbul
edən, “Canlı Behbudov”u görmək arzusu ilə alıĢıb-
yanan bolqar tərcüməçi və mən Sidi-əl-Frec
mehmanxanasına yollandıq. Biz mehmanxanaya
çatanda R.Behbudov və ansamblın bir qrup üzvü
restoranda nahar edirdi. GörüĢdük. Səfirliyin
əməkdaĢı üzünü R.Behbudova tutub dedi:
RəĢid Məcidoviç, tanıĢ olun, bizim səfirliyin
pioner düĢərgəsinin rəisidir.
O mənim nə adımı dedi, nə də ki, soyadımı.
R.Behbudovla görüĢdük. Yəqin ki, o mənim
azərbaycanlı olduğumu heç zənn etmədi və üzünü öz
yoldaĢlarına tutub Azərbaycan dilində zarafatyana
dedi: - Deyəsən iĢə düĢmüĢük.
176
Mən üzümü R.Behbudova tutub, öz dilimizdə -
RəĢid müəllim, xoĢ gəlmiĢsiniz – dedim.
O özünü itirən kimi oldu və birdən:
- Bay, sən hardan gəldin, qardaĢ – dedi.
Sonra Baba Mirzəyev, Ramiz Quliyev və baĢqaları
ilə görüĢüb, bolqar dostumuzu R.Behbudova təqdim
etdim. O bolqar dostumuzla təzədən görüĢüb, astaca
bolqar dilində bir mahnını zümzümə etdi. Bolqar
dostum özünü saxlaya bilməyib onu qucaqladı və
öpdü.
Mehmanxananın xollunda rahat kreslolarda
oturduq və mən gəliĢimin məqsədini ona söylədim. O
bir qədər fikrə gedib dedi:
Bilirsinizmi, bizim beĢ tonluq rekvizitimiz var.
Onu Blida Ģəhərinə (Blida Tipazanın 40 km-liyində
yerləĢir) yola salmıĢıq. Əgər o rekviziti düĢərgənizə
daĢıtmaq imkanınız varsa, onda mən etiraz etmirəm,
elə sabah (yəni 24 iyun 1984-cü il) əvvəlcə sizin
düĢərgədə, sonra isə Blida Ģəhərində konsert verərik.
Mən ustada dedim ki, bizim RAF markalı
mikroavtobusumuz və “Folsvaqen” markalı minik
maĢınından baĢqa ayrı bir imkanımız yoxdur.
Əlini üzünə çəkərək fikrə getdi və birdən soruĢdu:
Sizin düĢərgədə cəmisi neçə nəfər var?
Mən:
Yüz əlli nəfər – dedim.
O, gülümsəyərək dedi:
Sizə 150 bilet verirəm, pulsuz. Gətirin camaatı
oraya, Blidaya!
Dostları ilə paylaş: |