Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə35/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   31   32   33   34   35   36   37   38   ...   101

 

 

181 



 

da  buna  bənzər  təntənələr  keçirildi.  Mexikoya  dair 

xüsusi mahnılar bəstələnmiĢdi. 

Demək  olar  ki,  hər  gün  qəzetlərdə  milli 

komandanın  həyatından  bəhs  edən  yazılar  verilir, 

komandanın  baĢ  məĢqçisi  Saadani  böyük  futbol 

bilicisi kimi təriflənirdi. 

Afrika  kuboku  yarıĢlarında  zədələnmiĢ  Bellumi 

demək  olar  ki,  bütün  əlcəzairlilərin  sevimlisi  idi.  O, 

dizindən  zədələndikdən  sonra  təcili  surətdə  Fransaya 

müalicəyə  göndərildi.  Hər  gün  qəzetlər  Belluminin 

səhhəti 


barədə 

məlumat 


verirdilər. 

Dünya 


çempionatına  az  qalmıĢ  Bellumi  yenə  yığma 

komandaya 

qayıda 

bildi. 


Lakin 

Meksika 


çempionatında o, Ġspaniyadakı oyunu göstərə bilmədi. 

Meksikada  Əlcəzair  komandasında  yeni  ulduz 

parıldadı. Bu Macer idi. 

Meksika  çempionatı  ramazan  (orucluq)  ayına 

təsadüf  edirdi.  Ramazan  ayında  həmiĢə  iftardan 

(axĢam  yeməyi)  qabaq  televiziya  ilə  ruhani  alim 

moizə edir. Sonra orucluq duası və qurandan bir surə 

oxunur.  Yalnız  bundan  sonra  iftar  baĢlanır.  Bu 

proseduranı  heç  kəs  heç  vaxt  dəyiĢə  bilməz.  Lakin 

bunu futbol etdi. Ramazan ayında yeganə bir gün idi 

ki,  mömin  müsəlmanlar  orucluq  duasını,  quranı 

eĢitmədən  iftar  edirdilər.  Həmin  gün  Braziliyanın 

yığma  komandası  ilə  Əlcəzair  komandası  Dünya 

birinciliyində görüĢürdülər. 

Həmin  matça  baxmaq  üçün  mən  klubumuza 

yollandım.  Elə  bil  Ģəhərdə  heç  kəs  yaĢamırdı. 




 

 

182 



 

Küçələrdə  nə  bir  avtomobil,  nə  bir  adam  var  idi. 

Bütün mağazalar bağlanmıĢdı. Bu oyunu  əlcəzairlilər 

uduzdular.  Səhəri  gün  demək  olar  ki,  heç  kəsin  üzü 

gülmürdü. 

Əlcəzair  televiziyası  Meksika  çempionatından 

bütün  oyunları  translyasiya  edirdi.  Hətta  Əlcəzair 

komandası  növbəti  yarıĢ  mərhələsindən  çıxdıqdan 

sonra  belə  translyasiya  davam  etdirildi.  (Biz 

öyrəĢmiĢik  ki,  komandamız  uduzduqdan  sonra 

translyasiya dayanır). 

Əlcəzairlilər  öz  futbolçularını  çox  sevir,  onlara 

xüsusi  qayğı  ilə  yanaĢırlar.  Komanda  dünya 

birinciliyindən qayıtdıqdan  sonra heç kəs futbolçuları 

tənqid  atəĢinə  tutmadı.  Bütün  idman  icmalçıları  öz 

sevimli  futbolçularını  ruhdan  salmamağa  çalıĢırdılar. 

Lakin 

çempionatdan 



əvvəl 

“futbol 


bilicisi” 

adlandırılan  Saadani  açıq-aĢkar  lənətlənirdi.  Tənqidə 

dözməyən  məĢqçi  istefa  verdi.  Qəzetlər  yığma 

komandanı  Ġspaniya  çempionatına  hazırlayan  sovet 

məĢqçisi  A.Roqovu  tərifləməyə  baĢladılar.  Sonra 

Roqovla  yeni  kontrakt  bağlanmasını  təklif  və  tələb 

etdilər. DanıĢıqdan sonra kontrakt bağlandı. Beləliklə, 

yenidən  Roqov  Əlcəzair  milli  komandasına  məĢqçi 

təyin olundu. 

YaxĢı  yadımdadır,  Roqov  Əlcəzairə  gələn  kimi 

idman jurnalistləri ilə söhbətində dedi ki, komandanın 

texniki  hazırlığından  razıdır.  Komandanın  ən  böyük 

nöqsanı  intizamın  zəif  olmasıdır.  Sonra  yeni  məĢqçi 

bildirdi  ki,  onun  əsas  vəzifəsi  komandada  intizamı 




 

 

183 



 

bərpa etməkdir (Deməli nə vaxtsa komandada intizam 

olub). 

Əlcəzairlilər bizim yığma komandaya (yəni sovet) 



da  azarkeĢlik  edirdilər.  Bizimkilər  macarlara  6:0 

hesabı  ilə  qalib  gəldikdən  sonra  ertəsi  gün  həm  iĢ 

yoldaĢlarımız,  həm  də  tələbələrimiz  bizi  təbrik 

edirdilər.  Komandamız  belçikalılara  uduzanda  hamı 

təəssüflənirdi. 

“Əl-Mücahid” 

qəzeti 

bizim 


komandanın 

məğlubiyyətini  yarıĢ  təĢkilatçılarının  və  hakimlərin 

düĢünülmüĢ,  planlı  bir  oyunu  kimi  qiymətləndirirdi. 

Və  SSRĠ-nin  futbol  komandasının  çempionatın  ən 

güclü komandalarından biri olduğunu qeyd edirdi. 

Əlcəzairdə hamı həm yaxĢı futbol oynayır, hamı da 

yaxĢı  azarkeĢlik  edir.  Ən  baĢlıcası  odur  ki,  futbolu 

baĢa  düĢür  və  qiymətləndirə  bilirlər.  Mən  onların 

futbola  həvəs  və  marağını  görüb  belə  qənaətə  gəldim 

ki,  əlcəzairlilər  futbolu  braziliyalılar  kimi  oynaya 

bilməsələr  də,  onların  futbola  olan  məhəbbəti  heç  də 

braziliyalılardan az deyildir. Bu mənada belə bir sual 

ətrafında  düĢünməyə  dəyər:  Əlcəzair,  yoxsa 

Braziliya?... 

 

ƏLCƏZAİRDƏ   QƏBUL   İMTAHANLARI 

 

Bir  gün  dekanımız  Mövlud  ġıxhi  məni  çağırıb 



bildirdi ki, qəbul  imtahanları üçün  suallar  hazırlamaq 

lazımdır.  Üç  variant  və  hər  variantda  üç  məsələ 

olmalıdır. 



 

 

184 



 

Kafedraya  qayıtdıqdan  sonra  iĢlədiyim  ali 

məktəbdə  qəbul  qaydaları  ilə  tanıĢ  olmağa  baĢladım. 

Deməli, bütün ixtisaslar  üzrə  qəbul imtahanları  yazılı 

Ģəkildə  aparılır  və  bir  gün  ərzində  baĢa  çatdırılır. 

Abituriyentlərin  hamısı  (bütün  ixtisaslar  üzrə)  yalnız 

üç  fəndən  (fizika,  kimya  və  riyaziyyatdan)  qəbul 

imtahanı  verirlər.  Ġmtahanlar  səhər  saat  8-də  baĢlanır 

və  axĢam  saat  17-də  qurtarır.  Qəbul  məsələləri  ilə 

yalnız  qəbul  komissiyası  məĢğul  olur.  Bu 

komissiyanın 

üzvləri 


cavan 

müəllimlər 

və 

aspirantlardır. 



Komissiyaya  ümumtəhsil  fənləri 

fakültəsinin dekanı rəhbərlik edir. Abituriyentlər səhər 

saat  9-dan  üç  saat  müddətində  fizika  və  kimyadan, 

günortadan  sonra  isə  yenə  həmin  müddətdə 

riyaziyyatdan  (hər  variantda  6  məsələ)  imtahan 

verirlər.  Bir  gün  ərzində  abituriyentlər  imtahanları 

verib  evlərinə  qayıdırlar.  Ertəsi  gün  abituriyentlərin 

yazıları kafedralara yoxlanmaq üçün verilir. 

Bizim institut qəbul imtahanlarını təkcə Bumerdes 

Ģəhərində  deyil,  həmçinin  ölkənin  nisbətən  ucqar 

Ģəhərlərində  də  təĢkil  edirdi.  Yerlərdə  bu  imtahanları 

aparmaq üçün oraya  müəllimlər ezam edilirdi. Əvvəl 

ezam olunanlar arasında sovet müəllimləri də olurdu. 

Lakin  son  illər  bu  imtahanları  təĢkil  etmək  üçün 

yalnız  əlcəzairli  müəllimlər  ayrılırdı.  MYSĠ 

Konstantin,  Biskra,  Tlemsen  və  digər  Ģəhərlərdə  bu 

imtahanları  təĢkil  edirdi.  Hər  Ģəhərə  də  bir  ixtisasçı 

müəllim ezam olunurdu. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə