213
Bu bəd xəbər tamam əhvalımı korladı. Mən
Nəriman müəllimin Sara xanımın xəstəliyi ilə bağlı
necə əzab və sarsıntı keçirdiyini bilirdim və bu itkinin
onun üçün nə demək olduğunu yaxĢı baĢa düĢürdüm.
Yorğun halda evə çatdım. BirbaĢa yazı masamın
arxasına keçib, qələm-kağız götürüb yazmağa
baĢladım: “Əziz Nəriman müəllim...”
“SAĞ OL HƏKİM”
Əlcəzairdə həm poliklinikalar və həm də ki,
xəstəxanalar dövlətə məxsusdur. Burada müalicə də
pulsuzdur. Bundan əlavə ölkədə az da olsa xüsusi
xəstəxana və poliklinikalar da vardır. Bu xəstəxana və
poliklinikalarda xidmətin və həkimlərin səviyyəsindən
asılı olaraq müalicə pulludur. Dövlət müalicə
müəssisələrində iĢləyən həkimlər əsasən əlcəzairlilər,
sovet,
bolqar
və
bir
qədər
də
macar
mütəxəssisləridirlər. Xüsusi müalicəxanalarda isə
Avropa və Amerikada təhsil almıĢ əlcəzairli
mütəxəssislər çalıĢırlar.
Xüsusi Ģəfaxanalarda xəstənin müalicəsinə sərf
olunacaq vəsait barədə oxucularda müəyyən təsəvvür
yaratmaq üçün onu deyim ki, ən yaxĢı həkimin bir
qəbulunun qiyməti 100 dinardır (Bazarda qoyun ətinin
bir kiloqramı 100-120 dinardı. Bizim kafedranın
laborantının aylıq əmək haqqı 1700 dinar idi).
Mən hələ pioner düĢərgəsində iĢləyərkən Tipaza
Ģəhərinin yaxınlığında yerləĢən Hadcut Ģəhər
214
xəstəxanasına getmiĢ və az da olsa, ora ilə tanıĢ
olmuĢdum. Həmin xəstəxanada bolqar həkimlər
çalıĢırdılar. Ora getməkdə məqsədim, ilan zəhərinə
qarĢı vaksina almaq idi. Belə ki, mənə qabaqcadan
demiĢdilər ki, düĢərgəmizin ərazisində çoxlu zəhərli
ilanlar vardır. Bolqar həkimlər təmiz rusca danıĢırlar.
Onlar bizi palatalarla tanıĢ etdilər. Palatalara girən
kimi ilk baxıĢdan adamın nəzərini orada hökm sürən
səliqəsizlik, natəmizlik cəlb edir. Nədənsə bu
xəstəxana mənə bir qədər bizim 20 il bundan qabaqkı
kənd
xəstəxanasını
xatırlatdı.
Xəstələr
öz
palatalarında çarpayıların üzərinə uzanmıĢ, hərə öz
ürəyi istəyən Ģeylərdən yeyirdi.
Sonra mən bolqar həkimlərin geydikləri xalatlara
baxanda gördüm ki, yox, elə bu həkimlər də yerli
mühitə artıq öyrəĢiblər.
Vaksinaları alıb təngnəfəs xəstəxanadan çıxdım.
XoĢbəxtlikdən bu vaksinalara ehtiyacımız olmadı (On
bir ilan öldürdük).
Ġkinci dəfə yolum Lakhadariyadakı xəstəxanaya
düĢdü. Dəhlizlərdən keçəndə gözucu palatalara da
nəzər salırdım. Gördüm ki, yox, bu xəstəxana o
birisindən deyil. Hər Ģey öz yerində tər-təmiz və
səliqəlidir.
Üçüncü dəfə isə...Bu dəfə mən artıq bir qonaq kimi
yox, xəstə kimi, daha doğrusu xəstənin valideyni kimi
xəstəxanaya gedirdim.
...AxĢam iĢdən evə gələndə gördüm ki, kiçik
oğlum Tərlan ağlayır. (O vaxt onun səkkiz yaĢı var
215
idi). Səbəbini soruĢduqda dedilər ki, məktəb həyətində
uĢaqlarla oynayanda qolunu sındırıb. Mən uĢağın
qoluna baxdım və gördüm ki, doğrudan da biləkdən
elə bil ki, sümük içəriyə keçib. Dərhal maĢın
axtarmağa getdim. (Orada maĢın məsələsi belədir:
Sovet mütəxəssislərinin müəyyən qisminin öz
maĢınları var idi. Əgər onlarla bir yerə gedirdinsə,
hökmən benzini sən almalı idin). Bizim kafedranın
əməkdaĢı, Qorki Universitetinin dosenti Robert
ġukinin “Reno-16” markalı köhnə bir maĢını var idi.
Onu tapdım. Doğrudan da Robert çox həyəcanlandı və
həyat yoldaĢı ilə birlikdə bizə gəldi (Biz həm də ailəvi
dost idik). FikirləĢdik ki, uĢağı hansı xəstəxanaya
aparaq: Lakhadariya uzaq olar, yaxında Teniyaya
(Bumerdesdən 27 km məsafədə) aparmaq olar, orada
da Sovet həkimləri iĢləyirlər. Mən hətta onların bir
neçəsini tanıyırdım. Çünki onları biz öz yerli
komitəmiz hesabına turist yol vərəqələri ilə təmin
etmiĢdik.
MaĢını birbaĢa Teniyaya sürdük. AxĢam saat 9
olardı ki, biz oraya çatdıq. Darvaza və qapılar
bağlanmıĢdı. ĠĢ elə gətirmiĢdi ki, Sovet həkimlərindən
biri də həmin gün növbətçi düĢməmiĢdi. Qapıçıya
yaxınlaĢıb xeyli dilə tutduqdan sonra darvazanı
açdırdım. Əvvəlcə xəstəni xəstəxana nəzdində olan
poliklinikanın həkiminə göstərmək lazım idi.
Poliklinikanın qapısını bir xeyli döydükdən sonra
açdılar. Dedim:
216
Cənab, kömək edin, uĢağın vəziyyəti ağırdır.
Heç nə demədi. Əli ilə daxil olmaq iĢarəsi verdi.
Ġçəri daxil olan kimi mən ona əhvalatı danıĢdım.
O, çox qısa anket doldurub, bizi dərhal rentgen
kabinetinə göndərdi. Rentgençi beĢ dəqiqə ərzində
sınığı çəkdi və mənə dedi:
Cənab, uĢağın qolu sınıb, amma Ģükür olsun
Allaha ki, sürüĢməyib.
Poliklinikanın növbətçi həkimi tez göndəriĢ yazıb,
bizi
xəstəxananın
növbətçi cərrahının yanına
göndərdi.
Cərrahla tanıĢ olduq. Adı Əli idi. Fransada təhsil
almıĢdı. Üzünü oğluma tutub dedi:
Hə, balaca müsəlman, uzan görək. Sənin əlini
elə düzəldəcəyəm ki, onunla dəmiri qıra biləsən (niyə
məhz dəmiri, baĢa düĢmədim).
UĢağı cərrahiyyə stoluna uzatdılar (həkimin iki
assistenti var idi), gips qoydular. Gipsi qoyan kimi
təzədən rentgendən keçirdilər. Bu dəfə də o
rentgenoqrama baxdı və hər Ģeyin yaxĢı olduğunu
söylədi. Sonra dedi ki, iki həftədən sonra gəlin, gipsi
açaq. Yorğun-arğın evə qayıtdıq. Gecə saat 12-yə
yaxın olardı. Evimizə çatanda gördüm ki, iyirmiyə
yaxın kiĢi evimizin ətrafında gəziĢir. Robert dedi:
Vaqif,
bunlar
azərbaycanlılardır,
sizin
həmyerlilər
.
Sevincdən gözlərim yaĢardı. UĢağın qolunun
sınmaq xəbərini eĢidən bütün azərbaycanlılar bizə
toplaĢmıĢdılar. Qadınlar evdə uĢaqların yanında
Dostları ilə paylaş: |