201
üçün K.Petrova, T.Basik, N.Belov, L.Nozadze dəvət
olunmuĢdular. Bunların hamısı demək olar ki, peĢəkar
qiraətçilər idilər. Hətta T.Basik Qomel televiziyasının
diktoru idi. ġeir oxuyanlar içərisində Y.Markaryan da
var idi. O milliyyətcə rus, əri isə Rostov ermənisi idi.
Gecənin keçirilməsinə bir neçə gün qalmıĢ mənə
dedilər ki, Yelena Markaryan məni görmək istəyir.
GörüĢdük. O bizim Sovet məktəbində iĢləyirdi.
Yelena çox üzrxahlıq eyləyib bildirdi ki, xəstələnib və
bizim gecədə iĢtirak edə bilməyəcək. Lakin o, üz-
gözündən heç də xəstəyə oxĢamırdı.
Mən ona:
Hələ tədbirin keçirilməsinə çox qalır, - dedim.
Bəlkə o vaxta kimi sağaldınız.
O isə ümidsizcəsinə:
Bəlkə də - dedi.
Düzü gecənin təĢkili və keçirilməsi ilə bağlı
hamımız böyük həyəcan keçirirdik. Qadınlarımız
Ģəkərbura, paxlava, Ģirin çörək biĢirmiĢdilər. Səməni,
Ģamlı xonçalar hazırlanırdı.
Dəvətnamələr paylanmıĢ, xüsusi zövq ilə tərtib
olunan elanımız da vurulmuĢdu. Biz dəvətnamələri
müxtəlif
millətlərin
nümayəndələri
arasında
bölüĢdürmüĢdük. Gecənin keçirilməsinə bir gün
qalmıĢ Yerevan Politexnik Ġnstitutunun dosenti
M.Ayvazyan mənə yaxınlaĢıb dedi:
Vaqif, məni bağıĢla, sizin keçirəcəyiniz gecəyə
gələ bilməyəcəyəm. Çünki 24 aprel bizim xalqın
matəm günüdür. Genosid günü.
202
Düzü mən tarixdə belə bir günün olduğunu birinci
dəfə idi ki, eĢidirdim və o saat baĢa düĢdüm ki,
Y.Markayanın da “xəstələnməyi”nin səbəbi və
tezliklə sağalacağına “ümidsizliyi” nədən irəli
gəlirmiĢ.
Elə həmin gün Bumerdesdə yaĢayan sovet
mütəxəssislərinin rəhbəri məni öz yanına çağırdı.
R.ġagiyev Ufadan gəlmiĢdi, milliyyətcə tatar idi.
O üzünü mənə tutub dedi:
- Mənim yanıma erməni yoldaĢlar gəlmiĢdilər.
Onlar deyirlər ki, siz bilərəkdən öz bayram Ģənliyinizi
onların matəm gününə salmıĢsınız.
Mən özümü bilməzliyə vurub soruĢdum:
- Söhbət hansı matəm günündən gedir:
O:
- Genosid günündən, Türk genosidindən söhbət
gedir, - dedi
Mən onun düz gözlərinin içinə baxaraq:
- Rudolf Genduloviç, bizim ölkədə rəsmi olaraq
qəbul edilmiĢ belə bir gün varmı? – soruĢdum.
- Mən bilmirəm – deyə o, cavab verdi. Amma
erməni yoldaĢlar deyirlər ki, YUNESKO rəsmi olaraq
belə bir günü qeydə alıb.
- Yox – dedim - Rudolf Genduloviç, qeyd
olunmuĢ belə bir gün yoxdur (Ayvazyanın
“bəyanatı”ndan sonra mən bununla maraqlanmıĢdım).
Ġstəyirsiniz YUNESKO-ya müraciət edib soruĢun. Bir
də ona and içə bilərəm ki, genosid günü haqqında ilk
203
dəfə, elə burada – Əlcəzairdə bir erməninin özündən
eĢitmiĢəm.
ġagiyev gülümsədi və çox qətiyyətlə:
- Mən sizə inanıram, - dedi. Gedin gecənizi
keçirin. Orada mən də iĢtirak edəcəyəm.
Bayram Ģənliyinin baĢlanmasına hələ yarım saat
qalmıĢ salon ağzına qədər dolmuĢdu. Qapıda duranlar
üzüyumĢaqlıq edib, qonaqlarla yanaĢı dəvətnaməsiz
gələnləri də buraxmıĢdılar. Mübaliğəsiz deyə bilərəm
ki, salonda iynə atsaydın yerə düĢməzdi.
Üzeyir bəyin məĢhur “Koroğlu” uvertürasının
fonoqramı səsləndi. Bu musiqi sona yetən kimi
“Azərbaycan” Ģeri səsləndi:
... “Ayrılarmı könül candan”? –
Vurğun necə gözəl demiĢ!
Mənim ruhum, mənim qəlbim,
Mənim canım səndə imiĢ.
Ġndi bildim, babalarım
Candan əziz balaların
Niyə sənə qurban demiĢ?
Sən namusum, ləyaqətim,
Qeyrətimsən, Azərbaycan!
Tarixlərə zinət olan
ġöhrətimsən, Azərbaycan!
Milli paltarlar geymiĢ oğlan və qızlarımız
“Vağzalı”nın həzin sədaları altında zala daxil oldular.
Qızlar əllərində xonçalar, oğlanlar isə gül-çiçək
204
dəstələri tutmuĢdular. TamaĢaçılar sürəkli alqıĢlarla
konsert iĢtirakçılarını qarĢıladılar.
Mahnı rəqsi, Ģer isə nəğməni əvəz edirdi. Misralar
doğma Vətənimizə, elimizə, obamıza, bayramlarımıza
həsr olunmuĢdu. Gecənin sonunda konsert iĢtirakçıları
birlikdə Q.Qarayevin “Neftçilər marĢı”nı ifa etdilər.
Milli geyimli qızlarımız tamaĢaçıları xonçalara
düzülmüĢ Ģərq Ģirniyyatına qonaq etdilər. Konsert
qurtarmıĢdı. Lakin ayağa qalxmıĢ tamaĢaçıların uzun
sürən alqıĢları kəsilmək bilmirdi. Zaldan “Var olsun
Azərbaycan” səsləri gəlirdi. Hamı bizi təbrik edirdi.
Təbrik edənlərin arasında ġagiyev də var idi.
Bəzilərimizin gözlərində sevinc yaĢları parıldayırdı.
Gecənin tamaĢaçıları arasında sovet vətəndaĢları
ilə yanaĢı əlcəzairlilər və fransızlar da var idi.
Əlcəzairdə iĢləyən bir qrup bolqar mütəxəssis də
bizim Ģənlikdə iĢtirak edirdi.
ġənlik qurtaran kimi bir ərəb mənə yaxınlaĢıb dedi:
Azərbaycan dilində bircə söz də olsun belə
bilmirəm (Əslində, o, düz demir. ġərikli sözlərimiz
çoxdur). Ancaq sizin Azərbaycan dilində söylədiyiniz
Ģerlərin hamısını baĢa düĢdüm. Minnətdaram Sizə.
Sağ olun.
Əlcəzairdə keçirdiyimiz və hamımızın yaddaĢına
həkk olan tədbirlərdən biri S.Vurğunun 80 illiyinə
həsr olunmuĢ poeziya gecəsi idi.
Gecəyə hazırlaĢarkən məlum oldu ki, bizdə rus
dilində S.Vurğunun Ģerləri çox azdır. Bu məqsədlə
ölkənin paytaxtında yerləĢən mədəniyyət mərkəzinə
Dostları ilə paylaş: |