Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə44/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   40   41   42   43   44   45   46   47   ...   101

 

 

217 



 

oturub çay-çörək hazırlamıĢ, kiĢilər isə evin ətrafında 

gəziĢirdilər (belə birlik bizə necə də lazımdır!)... 

Ġki həftədən sonra bir də rentgenə getdik və dedilər 

ki,  hələ  tezdir,  gipsi  açmaq  olmaz.  Yenə  on  gündən 

sonra  gəlməyi  təklif  etdilər.  Nəhayət  həmin  məqam 

yetiĢdi  və  gipsi  açdılar.  Həkim  Əli  üç  ay  müddətinə 

müəyyən müalicələr təyin etdi. 

Biz  evdə  çox  götür-qoy  etdik  ki,  bu  həkimə  nə 

hədiyyə  verək.  (Pul  təklif  edə  bilməzdik.  Belə  ki, 

bizim  azərbaycanlı  mütəxəssislərdən  biri  həmin 

xəstəxanada  onun  həyat  yoldaĢını  müalicə  edən 

həkimə pul təklif etmiĢdi. Həkim də onu elə utandırıb 

puldan  imtina  etmiĢdi  ki,  bizim  azərbaycanlı 

həmkarımız  uzun  müddət  özünə  gələ  bilməmiĢdi). 

Qərara gəldik ki, üzərində Zeynəb Xanlarovanın Ģəkli 

olan  məcməyini  ona  verək.  Həkim  öz  iĢini 

qurtarandan sonra ona yaxınlaĢdım və dedim: 

 

Həkim,  çox  sağ  olun.  Bu  kiçik  hədiyyəni 



bizdən  qəbul  edin.  Bu  Ģəkil  bizim  məĢhur 

müğənnimiz Zeynəb xanımın Ģəklidir. Bəlkə də onun 

haqqında eĢitmisiniz. 

O,  verdiyim  hədiyyəni  əvvəlcə  götürmək  istəmədi 

və sonra nə fikirləĢdisə, siyirməsindən iki nar çıxarıb, 

oğluma tərəf uzadaraq dedi: 

 

Əgər  oğlunuz  bu  narları  götürsə,  mən  də  sizin 



hədiyyəni qəbul edərəm. 

Bizim  uĢaqlar da  valideynlərinin icazəsi olmadan, 

heç  kimdən  bir  Ģey  götürməzlər.  Oğluma  iĢarə 



 

 

218 



 

vurdum  ki,  götür.  Öz-özümə  fikirləĢdim  ki,  bunun 

assistentlərinə də kiçik hədiyyələr verim. 

O,  məcməyini  düz  pəncərənin  üstünə  qoydu  və 

sanki mənim nə düĢündüyümü hiss edirmiĢ kimi dedi: 

 



Cənab,  buradakı  iĢimiz  üçün  biz  dövlətdən 

məvacib  alırıq.  Ondan  əlavə  biz  nəyi  götürsək 

haramdır.  Allaha  Ģükür  ki,  müsəlmansınız,  haram  və 

halalın  nə  olduğunu  yaxĢı  bilirsiniz.  Biz  də 

cəhənnəmə  düĢmək  istəmirik.  Bizim  mükafatımız 

xəstələrin “Çox sağ ol”udur. 

Düzü,  Ģok  vəziyyətinə  düĢmüĢdüm.  Məcməyi 

verməyimə peĢman olmuĢdum. Özümü gözəl bir əkin 

sahəsinə  qanqal  toxumu  səpən  bir  adam  kimi  hiss 

edirdim. 

Hərarətlə  görüĢdük.  Məni  qucaqladı  və  ürəyimdə 

“əhsən belə həkimə” deyə-deyə oradan çıxdım 



 

BAYRAMLAR,   BAYRAMLAR... 

 

Əlcəzairlilər həm milli və həm də dini bayramları 



çox  böyük  təmtəraqla  keçirirlər.  Ümumiyyətlə  bu 

ölkədə çoxlu mərasim vardır. Milli azadlıq hərəkatının 

baĢlandığı (1 noyabr 1954-cü il) və Əlcəzair xalqının 

istiqlaliyyət  qazandığı  (3  iyul  1962-ci  il)  günlər  bu 

xalqın ən böyük bayramları sayılır. Həm milli, həm də 

dini  bayramların  keçirildiyi  günlər  ölkədə  iĢ  günü 

sayılmır.  Əlcəzairlə  bağlanan  kontrakta  əsasən, 

mütəxəssislərimiz  həm  Əlcəzairin,  həm  də  bizim  öz 

bayram  günlərimizdə  iĢləməməlidirlər.  Məsələ 



 

 

219 



 

burasındadır  ki,  hər  iki  ölkənin  bayramlarını 

toplayanda istirahət günlərinin sayı çox alınırdı. Həm 

də  bizim  bayram  günlərimizdə  əlcəzairli  tələbələr  də 

iĢləməməli  olurlar  (müəllimsiz  tələbə  institutda  nə 

etsin?).  Ona  görə  də  biz  öz  bayram  günlərimizdə 

iĢləməli  olurduq.  Lakin  neftçi  və  geoloqlarımız, 

habelə bizim Sovet məktəbimiz həm Əlcəzairin  (dini 

bayramlardan  savayı),  həm  də  bizim  ölkənin 

bayramlarını təntənəli surətdə qeyd edir, həmin günü 

istirahət edirdilər. 

Əlcəzairin  ən  böyük  bayramı  ölkənin  milli 

istiqlaliyyət  qazanması  gününün  ildönümüdür.  Bu 

bayram münasibətilə təntənəli iclaslar, müxtəlif idman 

yarıĢları  keçirilir,  konsertlər  təĢkil  olunur.  Bu 

konsertlərin  bəziləri  ailə  konsertləri  formasında 

keçirilir. Ailə konsertləri deyəndə mən elə bilirdim ki, 

bu konsertlərdə ailə ansamblları çıxıĢ edirlər. Sonralar 

məlum  oldu  ki,  bu  belə  deyildir.  TamaĢaçı  konsertdə 

ailəsi ilə iĢtirak edir. BaĢqa sözlə desək bu konsertlərə 

tamaĢaçı tək yox, yalnız ailəsi ilə buraxılır. Məncə bu 

düĢünülmüĢ  tədbirdir.  Axı  bəzi  müsəlman  kiĢiləri 

arvadları ilə konsertlərə getmirlər. 

Ailə 


konsertlərinə 

bizim  “Raduqa”  vokal-

instrumental  ansamblı  və  “Azərbaycan  təranələri” 

instrumental ansamblını dəvət edirdilər. 

Əlcəzairdə 1 May, 8 MART və Yeni il bayramları 

çox  da  böyük  olmayan  təntənə  ilə  qeyd  olunur.  Bu 

bayramların adətən həm təĢkilatçısı, həm də aparıcısı 

biz  olurduq.  Gecədə  bir  qayda  olaraq  bizim  səfirin 




 

 

220 



 

təbriki oxunur, Əlcəzair tərəfindən bir rəsmi Ģəxs çıxıĢ 

edir  və  konsert  baĢlanırdı.  Bizim  Bumerdesdə 

iĢlədiyimiz ilk illərdə həmin konsertlərdə yalnız bizim 

bədii  özfəaliyyət  kollektivlərimiz  çıxıĢ  edirdilər. 

Sonralar  isə  əlcəzairli  yoldaĢları  da  bu  iĢə  cəlb  etdik. 

Onların  həm  folklor  və  həm  də  estrada  heyətləri  bu 

konsertlərdə iĢtirak edirdilər. 

Əlcəzairdə  dini  bayramlar  çox  böyük  təntənə  ilə 

qeyd  olunur.  Bu  bayramların  ən  səciyyəvisi 

Məhəmməd  peyğəmbərin  anadan  olduğu  günün  qeyd 

olunmasıdır. Bu Mövlud bayramı adlanır. Həmin gün 

sanki  bütün  ölkə  qaynayır.  Adamlar  təzə  paltarlar 

geyinir,  paxlava  və  digər  Ģirniyyat  məmulatları 

biĢirirlər.  Bayram  axĢamı  bütün  evlərdə  rəngbərəng 

Ģamlar  yandırılır  və  eyvanların  kənarlarına  düzülür. 

Evlərdə  ən  ləziz  yeməklər  biĢirilir.  UĢaqlar  isə 

valideynlərinin  mağazalardan  aldıqları  kükürdlü 

əĢyaları  (pitarda)  partladırlar.  Son  illər  ölkənin 

prezidenti  pitardaların  istehsalını  və  satıĢını  qadağan 

etmiĢdi.  Çünkı  bu  təhlükəli  “oyuncaq”dan  nəinki 

balacalar,  hətta  onların  valideynləri  də  istifadə 

etmiĢdilər və böyük bir anbarda yanğın baĢ vermiĢdi. 

Bayram  gecəsi  uĢaqlar  səhərə  kimi,  dəmir  qab 

döyürlər və əsla yatmaq mümkün olmur. 

Qurban  bayramı  da  Əlcəzairdə  əlamətdar  Ģəraitdə 

keçir. Ġmkanı olan ailələr qurban qoyunu kəsir, imkanı 

olmayanlar  isə  bazardan  ət  almaqla  kifayətlənirlər. 

KəsməmiĢdən  qabaq  qurbanlıq  qoyunun  baĢını 

qırmızı  rəngləyir,  boynuna  qırmızı  lent  bağlayır  və 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə