Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə23/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   19   20   21   22   23   24   25   26   ...   101

 

 

122 



 

Ġlahi nə arzu, bu necə ündü?! 

Axı bu qərarı gərək mən verəm, 

Özüm xahiĢ edəm elçi göndərəm. 

Oğlan dedi: Gülüm, gəl yaxĢı dinlə, 

Mənim ürəyimin həzin səsini; 

Axı görməmiĢəm indiyə kimi, 

Mən öz zəhmətimin bir bəhrəsini. 

Gərək mən iĢləyim, gərək qazanam 

Özüm etməliyəm özümə toyu. 

Məgər etməlidir de, atam, anam 

Mənə himayəlik, həyatım boyu. 

Bir də, dəfn etməyə çox tələsirsən

Təmiz məhəbbəti, bu ülvi eĢqi. 

Sanırdım eĢqinçün daim əsirsən. 

Tanrı eĢitməsin sözünü kaĢ ki... 

Oğlan danıĢdıqca yanırdı ağız 

Sarsıntı içində evə düzəldi. 

Bu gün gözlərində kiçilən o qız, 

Allah, bir gün əvvəl necə gözəldi?!... 

Evə çatan kimi telefon zəngi, 

Qəfildən oğlanın dəyiĢdi rəngi. 

Sevdiyi qız idi telefon açan 

Zülmət dünyasına nurunu saçan, 

Yaman iĢlədirdi Ģirin dilini, 

Aqillər duymazdı əsla felini. 

Deyirdi, sadiqəm mən öz eĢqimə, 

Səni dəyiĢmərəm heç vaxt, heç kimə. 

Qız ara vermədən hey danıĢırdı, 

Telefon dəstəyi bilmirəm nədən 




 

 

123 



 

Sanki odlanırdı, lap alıĢırdı. 

Yenə and içirdi əhdə-peymana 

Sözdən böyük qüvvə yoxdur insana! 

Onlar söz verdilər biri-birinə 

Oğlanın ürəyi gəldi yerinə. 

Beləcə ötüĢdü, beləcə keçdi, 

Məhəbbətlə dolu sevdalı günlər. 

Çoxları vüsalın Ģərbətin içdi, 

BaĢladı evlərdə toylar, düyünlər. 

Oğlan anasına açdı qəlbini, 

Dedi: VurulmuĢam ana, bir qıza 

O qızı bənzətdi yanan günəĢə, 

Səma gözəlləri Aya, ulduza. 

Anası söylədi: Tələsmək olmaz. 

Ailə çox ciddi təməldir, oğul! 

Yüz ölçüb, bir biçmək gərəkdir, bu da 

Atalardan qalma məsəldir, oğul! 

Atana söyləyim, görək nə deyir, 

Allah qoy axırın eyləsin xeyir! 

Söhbətin üstünə çıxdı qardaĢı, 

QardaĢ sevgisinə o dəstək verdi. 

QardaĢ danıĢdıqca, 

Hey azalırdı 

Oğlanın dərdi.  

Onun sinəsində bir rübab çaldı, 

NiĢan üzüyünü tələsik aldı. 

Bundan sonra görək ana neylədi? 

Kiçik övladının aĢıq olduğun, 

Onun atasına xəlvət söylədi. 




 

 

124 



 

Ata çox təmkinlə dinlədi onu

Axı çox sevirdi hər üç oğlunu. 

Dedi: Oğlum sevir, nə deyirəm mən 

Gərək soraq tutam onun qəlbindən. 

Sınamaq lazımdır məhəbbətini, 

Məhəbbətə olan sədaqətini. 

Vüsala can atan biri-birirlə

EĢqin sübut edər əməlləriylə. 

Əməl gözləyirəm bilin, xoĢ əməl 

Yeni ailəyə özüdür təməl. 

Atanın sözləri səsləndi qəti, 

Gəncləri sınamaq idi niyyəti. 

 

* * * 

 

Qıza yetirən kimi, 



Oğlan ata qərarın 

Əsəb onun üzündə, 

Tarım çəkdi damarın; 

- Bizim saf məhəbbətə 

ġübhə etməkmi olar?! 

 Məni salır heyrətə -  

Nə düĢünür atalar? 

Qız danıĢır, danıĢır 

Oğlan isə susurdu. 

Qız odlanır, alıĢır 

Oğlan elə susurdu. 

Oğlanla qız gəldilər

Axır qəti qərara: 



 

 

125 



 

Müraciət edilsin 

Dost, tanıĢ, qohumlara! 

Qoy onlar razı salsın, 

Oğlanın atasını. 

Qoy onlar ondan alsın, 

Bu toya razılığı. 

Bu iĢdə baĢ icraçı, 

Yenə ana seçildi. 

Fəndlər də düĢünüldü, 

Planlar da biçildi. 

Planı qurmuĢdu,  

Qızın  anası, 

Ondaydı bu iĢin 

Kökü, əsası. 

 

* * * 

 

Oğlan anasına qəlbini açdı, 



Dərdləri bir anda yox oldu, qaçdı. 

Bilirdi anası nəsə edəcək. 

Oğlunun xətrinə lazım gələrsə, 

Tərəddüd etmədən risqə gedəcək. 

Ana dərdin söylədi 

Yaxın dosta, tanıĢa; 

Az qalırdı bu dərddən 

Yazıq yana, alıĢa. 

Ataya üz tutdu 

Yaxın dost, qohum 

Ata hirsin uddu 



 

 

126 



 

DüĢündü oğlum 

Nədən əməl etmir 

Düz qərarıma?! 

Söhbət bir əĢyanı 

Almaqdan getmir, 

Bir xoĢbəxt ailə 

ġübhəsiz dəyər 

Dünya cəh-cəlalı, 

Dünya varına! 

Ata düĢünürdü gecə və gündüz 

Uğursuz ailə gözü önündə

BaĢında saçları dururdu biz-biz 

Orada öz doğma oğlun görəndə. 

- Yox razı ola bilməm 

DüĢünürdü atası, 

Qoy haqlasın indi qəm, 

Sonra bizə çatası. 

O, yox dedi hamıya –  

Dostlara, qohumlara; 

Fikir, xəyallar onu 

Sanki çəkirdi dara. 

Bələd idi atası, 

Öz əziz balasının 

Kövrək təbiətinə. 

Bələd idi atası, 

Onun cəsarətinə 

Onun Ģücaətinə. 

Amma məhəbbət, sevgi 

Axı özgə aləmdi. 




 

 

127 



 

Onun bir yolu sevinc, 

Bir yolu da ələmdi. 

Hazırdırmı bax buna, 

Həyatın əsil üzün 

Görməyən bu cavanlar?! 

Hazırdırmı bax buna, 

Həyatın ağır yükün 

Kövrək çiyinlərində 

Hələ daĢımayanlar?! 

Hazırdırmı bəs onlar 

Bu həyat savaĢına?! 

DəhĢətli istisinə, 

Boranına, qıĢına?! 

Bax, bu idi məsələ, 

Xırda-para iĢləri 

Saya salmasaq hələ. 

Bu fikirlər içində 

Itib-batmıĢdı ata. 

Dəqiqələr ömrünü  

verirdilər saata... 

 

* * * 

 

Bir gün qızın anası 



Çıxıb evdən tələsik, 

QonĢu evinə qaçdı. 

Öz ərindən xəlvəti 

Oğlanın anasına 

Ordan telefon açdı. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə