Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə7/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   2   3   4   5   6   7   8   9   10   ...   101

 

 

30 



 

 

Leyli-Məcnun eĢqi sanırdın heçdi, 



Onu qısqanırdın divara-daĢa; 

Sizin həyatınız beləcə keçdi, 

Heç bir arzu-kamı vurmadan baĢa. 

 

Bir yarı dünyadan köçdü çox erkən



Beləcə bütövün yarısı qaldı. 

Demək Məcnun oldu dünyadan gedən, 

Fəqət, Leyli adlı qarısı qaldı. 

 

Məhəbbət bölünsə, yox olar heyhat, 



Sevən ürəklərin dövləti,varı; 

Sanırdım səninçün bitdi bu həyat, 

Bəs necə yaĢayar bütövsüz yarı? 

 

Demək gözlərimə bütöv görünən, 



Yalançı hisslərin varisi imiĢ. 

Bütöv görüntüsü yaradan yarı, 

Özgə bir yarının yarısı imiĢ... 

 

 



2010 

 

*** 



 

 

 



XƏCALƏT  ÇƏKİR 

 

Yaman dəyiĢibdi bizim dünyamız, 



Oyuncağa dönüb qeyrət və namus; 

Talana qarıĢıb elə baĢımız, 

Quldur talamağa xəcalət çəkir. 

 



 

 

31 



 

Hər yerdə nadanlıq meydan sulayır, 

Yaltaqlar ətrafda quyruq bulayır; 

MeĢədə pələng var, elə ulayır, 

Çaqqal ulamağa xəcalət çəkir. 

 

Tarixi yaradır, qurur igid, ər, 



Tarixə çevrilir əsil kiĢi, ər; 

Dünyanı tərk edir elə kiĢilər, 

Adam yaĢamağa xəcalət çəkir. 

 

*** 



Sənin məclisinə gələ bilmədim

Ürəyimin hökmü üzürdü məni. 

Sənin taleyinə biganə qalmaq 

Ruhumu sarsıdıb, əzirdi məni. 

 

 

Daim düĢünürdüm, axı necə mən 



Sənə izah edim bu yoxluğumu?... 

Neçə bəhanələr keçdi qəlbimdən, 

Hətta qarıĢdırdım gecə yuxumu. 

 

Ulu Tanrım qıldı bu iĢə çarə, 



Nə dərəyə düĢdüm,  nə də ki, dağa; 

Bəhanə bulmadım bir də dübarə 

O gün Özü saldı məni yatağa. 

 

*** 



 

GƏLİN   KÖÇƏN  QILARIMIZA 

 

Bu gün tərk edirsən ata evini



Qismətinə düĢən ulduza sarı. 

Sabahdan bir evin əziz gəlini, 

BaĢlayır ömrünün yeni baharı. 



 

 

32 



 

Arzular çağlayır, arzular coĢur, 

Toy ömrün ən gözəl vaxtına düĢür; 

Böyük məhəbbətlə yad doğmalaĢır, 

Bir qız bir oğlanın baxtına düĢür. 

 

Sənə doğma olsun, qoy yeni ocaq, 



Qaynını qardaĢ bil, baldızı bacı. 

Ömür-gün yoldaĢın daim tut uca, 

KiĢidir qadının baĢının tacı. 

 

Ata kimi sevsən sən qaynatanı, 



O evdə həmiĢə ucalacaqsan; 

Sev ki, qaynananı,gələcək zaman 

Özün də qaynana bil, olacaqsan. 

 

Məhəbbət yaĢadır insanı inan, 



Onu qoruginən gözlərin üstə. 

Çətinə düĢəndə hər an, hər zaman 

Köməyi bir olan Tanrıdan istə. 

 

Ər evi  səninçün yeni bir ocaq



Zinəti əməlin, əməyin olsun. 

Atanı, ananı eylə üzü ağ, 

O böyük Yaradan köməyin olsun! 

 

 



2012 

*** 


 

ÖLDÜRDÜ 

 

Kiminə son oldu adi bir qəza, 



Kiminə yaman gün verildi cəza; 

Kimi həsrət qaldı çiçəkli yaza, 

Kimini də kədər, qəhər öldürdü. 



 

 

33 



 

 

Qadın var, kiĢinin tacı görmüĢəm, 



QardaĢı qarğıyan bacı görmüĢəm; 

Söz var ki, zəhərdən acı görmüĢəm 

Kimsələr də sanır zəhər öldürdü. 

 

Bülbül daha qonmur güllü budağa, 



EĢqini qanqala etdi sadağa; 

Özgə dərd salsa da  məni yatağa, 

Ölsəm, deyəcəklər Ģəkər öldürdü... 

 

 



2012 

 

                    *** 



 

BAKI-SUMQAYIT YOLUNDA  DÜŞÜNCƏLƏR 

                                           



Sahib və Hədiyyənin əziz xatirəsinə 

 

Bu yola çıxan kimi 



Əlim çatırdı sizə; 

Ġndi bu yolun sonu  

Əsla dəyməyir gözə. 

 

Yollarmı uzanıbdı?! 



Əllərmi qısalıbdı?! 

Ayrılıq görüĢlərdən 

Bəlkə qisas alıbdı?! 

 

Bu vəfasız dünyada 



Hamı ədalət gəzir. 

Axı olmayan Ģeyi 

Ġnsan, nə hacət gəzir?! 

 



 

 

34 



 

Həyatdan uzaqlaĢıb, 

Siz haqqa qovuĢdunuz; 

Çox günahdan, bəladan 

Beləcə sovuĢdunuz. 

 

Varlı-kasıb, nə fərqi 



Hər ömrün sonu bəlli; 

Bir gün gələn getməli- 

Budur mənə təsəlli.  

 

Bizi ayıran yollar 



Yenidən qısalacaq. 

Sizə uzanan əllər 

O zaman uzanacaq. 

 

Bu yolları qısaldan 



Nə qadın, nə kiĢidir 

O, taleyin qisməti

O zamanın iĢidir... 

 

2010 



 

ATADAN, ANADAN  BEZMƏKMİ OLAR 

                        



  “Atadan, anadan bezmişəm” deyən birisi üçün 

  

Ana Ģirin layla, yuxusuz gecə, 



Ata qayğı yükün çəkər gizlicə; 

Övlada ömürdən pay verər onlar, 

Atadan, anadan bezməkmi olar? 

 

Həyat bağbanıdır ata və ana



Dünya bir yanadır, onlar bir yana; 

Atasız gül bitməz, anasız solar 

Atadan, anadan bezməkmi olar? 



 

 

35 



 

Sevinc də, kədər də ata çiynində, 

Ananın duası övlad əynində... 

Onlarsız dünyamız lap yetim qalar 

Atadan, anadan bezməkmi olar? 

 

Yer üzündə Tanrı əlamətidir, 



Ġnsan böyüklüyü, xoĢ ülfətidir... 

Atadan, anadan övlad güc alar 

Atadan, anadan bezməkmi olar?... 

 

2012 



*** 

 

YARADAN  BİLİR 

 

Hava bürolarından 



Hərəsi bir söz deyir; 

Biri isti olacaq

Ġnsanlara döz deyir. 

Birisi yay çağında 

Təcili qıĢ vəd edir, 

Biri buludlu hava, 

Leysan yağıĢ vəd edir. 

Bəzən bu məlumatlar 

Tamam çalpaĢıq düĢür; 

GünəĢ söylənən  yerdə 

Bulud çapır atını, 

YağıĢ söylənən yerdə 

GünəĢ döyür qapını. 

Hər ağızdan bir avaz, 

Hər dildən bir söz gəlir. 

Hava necə olacaq, 

Yalnız Yaradan bilir... 

 

 



2012 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə