26 fevral 1992-ci il. Taleyin və zamanın
Azərbaycan xalqına bəxş etdiyi ən dəhşətli və
amansız bir gün. Elə bil səhərdən bilinirdi bu
günün faciəsi, neçə-neçə günahsız insanın,
qocanın, uşağın, qadının, körpənin, bir sözlə
günahı azərbaycanlı olmaq olan yüzlərlə insa-
nın qətlinə fərman veriləcək. Başqa günlərdən
fərqli olaraq təbiət də öz sərt üzünü göstərirdi,
aramsız yağan qar sürətli küləyin təsiri ilə iti
qılınc kimi adamı kəsir, soyuq ilikləri belə don-
dururdu. Nə bu sərt qış gecəsi, nə də insanlı-
ğın adi məhrəmiyyət hissləri erməni qəzəbini,
kin və nifrətini cilovlaya bilmədi. İnsanların
köməksizliyindən və gecənin səssizliyindən
istifadə edən erməni vəhşiləri, öz hava-
darları olan keçmiş SSRİ-nin Xankəndində
yerləşən 366-cı motoatıcı alayının köməyi ilə
əvvəlcədən hazırladıqları soyqırım planlarını
həyata keçirdilər. O gecə bədii filmlərdə belə
görmədiyimiz dəhşət yaşadı Xocalı. Elə bir
dəhşət ki, yer üzü belə müsibət və vəhşiliyi az
görmüşdü. Evlərə, binalara od vuruldu, torpaq
qana qərq edildi o gecə. Düşmən rəhm diləyən
qocaya, xəstəyə, qadına aman vermədi. Uşaq-
lar valideynlərinin gözləri qarşısında xüsusi
qəddarlıqla qətlə yetirilirdi. Qız-gəlinlər əsir
alındı. Aramsız güllə yağışından qurtulub aya-
ğı yalın, başı açıq halda meşələrə, dağlara üz
tutanların çoxu yolda dondu, qar uçqunları-
na düşdü. O gecə hara gedəcəyini, kimdən
imdad diləyəcəyini bilməyən uşaqların doğ-
malarının meyidləri arasında çaş-baş halda
vurnuxmalarını, ətrafda nə baş verdiyindən
xəbərsiz körpənin gözlərini həyata əbədilik
yummuş anasının buz kimi soyuq döşlərini
əmməsini göz önünə gətirin... Həmin gecə
Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin
hansı birini deyəsən, hansı birini yazasan?
Qələm acizdir, bu vəhşilikləri təsvir etməkdə.
Xocalı faciəsi
şahidlərin dili ilə:
Xocalı sakini Cəlil Hümbətov: “Mənim gö-
zümün qabağında bir gəlinin qucağındakı
körpəyə beş avtomat gülləsi vurub parça-
parça etdilər. Həmin gəlini isə sinəsindən
güllə ilə vurub öldürdülər. Mənim oğlumu,
hamilə gəlinimi, həyat yoldaşımı, 16 yaşında
qızımı gözlərimin qarşısında, Xocalının içində
öldürdülər. Bir mesxeti türkünü 11 nəfər ailəsi
ilə birlikdə evdən çıxmağa qoymadılar, ben-
zin töküb od vurdular, hamısı yandı… Ensiz
taxtalardı, üzərinə mismarlar vurmuşdular.
Qollarıma və əllərimə qoyub çıxdılar üstünə.
Təpiklədikcə mismarlar girdi əlimə-qoluma...
Mən 48 gün əsirlikdə qaldım, qayıdanda
çəkim 72 kq-dan 28 kiloqrama enmişdi”.
Xocalı sakini Əntiqə Qəhrəmanova: "Əsgəran
tərəfdən bir tank, bir BTR gəldi, yoldakı və
yolun kənarındakı adamları qırdılar. Meyitləri
cərgə ilə düzdülər, adamların qulaqlarını, qa-
dınların döşünü kəsirdilər, kiminin gözlərini çı-
xarır, ya da yandırırdılar. Bir neçə hamilə qadı-
nın qarnını yarıb, uşaqlarını çıxardılar, ağacların
üstünə atdılar. Bir erməni yeznəm Təvəkkülün
qulağını kəsib ayağına bir güllə vurdu, son-
ra onu ağaca bağladılar. Ondan tələb etdilər
ki, “de, yer erməninindir”. Təvəkkül də dedi
ki, “adam ölümdən ötəri yerini, Vətənini sat-
maz!”. Sonra ayaqlarına benzin atıb od vur-
dular, xeyli yanandan sonra təkrar dedilər ki,
“de, yer erməninindi”. Təvəkkül eyni cavabı
verəndən sonra başından benzini töküb, diri-
diri yandırdılar".
Ermənilərdən etiraflar
Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin
ən çox sevdiyi ideoloqlarından biri, yazı-
çı –şair Zori Balayan "Ruhumuzun dirçəlişi"
adlı kitabında Xocalıda törətdikləri soyqı-
rım haqqında yazır: "Biz Xaçaturla ələ ke-
çirdiyimiz evə girərkən əsgərlərimiz
13 yaşlı bir türk uşağını pəncərəyə
mismarlamışdılar. Türk uşağı çox
səs-küy salmasın deyə, Xaçatur
uşağın anasının kəsilmiş döşü-
nü onun ağzına soxdu. Daha
sonra 13 yaşındakı türkün ba-
şından, sinəsindən və qarnından
dərisini soydum. Saata baxdım,
türk uşağı 7 dəqiqə sonra qan
itirərək dünyasını dəyişdi. Ru-
hum sevincdən qürurlandı.
Xaçatur daha sonra ölmüş
türk uşağının cəsədini hissə-
hissə doğradı və bu türklə
eyni kökdən olan itlərə
atdı. Axşam eyni şeyi
daha 3 türk uşağına
etdik. Mən bir erməni
kimi öz vəzifəmi
yerinə
yetirdim.
Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə
fəxr duyacaq".
Daha bir erməni müəllif, hazırda Livanda
məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan
müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə
xatırlayır: "Səhərin soyuğunda biz Daşbu-
laq yaxınlığındakı bataqlıqdan keçmək üçün
ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin
üstünə getmək istəmədim. Bunu görən pod-
polkovnik Ohanyan mənə işarə etdi ki, qorx-
mayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin
sinəsinə basıb addımlamağa başladım. Mənim
ayaqlarım və şalvarım qan içində idi. Və mən
beləcə 1200 meyidin üstündən keçdim".
Faciənin dəhşətli
miqyası:
Erməni qoşunlarının vəhşiliyi
nəticəsində Xocalı əhalisindən 613
nəfər öldürülmüş, 487 nəfər şikəst
qalmış, 1275 nəfər dinc sakin - qoca-
lar, uşaqlar, qadınlar əsir götürülərək
ağlasığmaz erməni zülmünə, təhqir
və həqarətlərinə məruz qalmışlar. 150
nəfərin taleyi hələ də məlum de-
yildir. Bu əsl soyqırım idi. Xo-
calıda öldürülmüş 613
nəfərdən 106-sı qadın,
63 nəfəri uşaq, 70 nəfəri qocalar olmuşlar.
Xocalı faciəsində 8 ailə bütövlüklə məhv
edilmiş, 24 uşaq hər iki valideynini, 130
uşaq isə valideyinlərindən birini itirmişdir.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və
amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-di-
ri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi
soyulmuş, körpə uşaqların gözləri çıxarılmış,
süngü ilə hamilə qadınların qarınları yarılmış-
dır. Ermənilər hətta meyitləri də vəhşicəsinə
təhqir etmişdilər…
Qeyd etmək lazımdır ki, Azərbaycan xal-
qı tarix boyu erməni millətçi-şovinistlərinin
davamlı olaraq etnik təmizləmə, soyqırım
siyasətinə məruz qal-
mışdır. Erməni idelo-
loqlarının "dənizdən
dənizə
Ermənistan"
adlı sərsəm bir ide-
yasını reallaşdırmaq
cəhdi
neçə-neçə
kəndlərin, şəhərlərin
dağılması, on minlərə
günahsız
insanın
ölümü, yüz minlərlə
azərbaycanlının
öz
tarixi
torpaqların-
dan didərgin düşməsi ilə nəticələnmişdir. XX
əsrin faciəsi olan Xocalı soyqırımı bu aqres-
siv və cinayətkar erməni siyasətinin növbəti
təzahürüdür. Bu faciə təkcə Azərbaycan xal-
qına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı
yönəlmiş ən ağır cinayətlərdən biri olan əsrin
Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi
dəhşətli faciələri ilə bir sırada dayanır.
Xocalı şəhərini hədəfə almaqda məqsəd
nə idi? Bu, bir tərəfdən Qarabağın dağlıq
hissəsində azərbaycanlılardan ibarət olan,
strateji əhəmiyyətli maneəni aradan qal-
dırmaq idisə, digər tərəfdən ümumiyyətlə
Xocalını yer üzündən birdəfəlik silmək
məqsədi idi. Çünki Xocalı elə bir yaşa-
yış məskəni idi ki, o, Azərbaycan tarixinin
qədim dövrlərindən müasir dövrə qədər ta-
rix və mədəniyyət ənənələrini özündə əks
etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-
Gədəbəy mədəniyyəti kimi düşmüşdür.
Erməni işğalından sonra bütün bu maddi
mədəniyyət abidələrinin məhv edilməsi və
dünyanın ən qədim məzarlıqlarından sayılan
Xocalı qəbiristanlığının texnika vasitəsiylə
darmadağın edilməsi erməni vandalizmi-
nin bariz nümunəsi olmaqla yanaşı, dünya
mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Bu
cinayət
cəzasız
qalmamalı
və
Ermənistanın hərbi-siyasi təcavüzü dünya
ictimaiyyəti tərəfindən ittiham edilməlidir.
Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin
parlamentləri Ermənistan Respublikasının
Azərbaycan torpaqlarında törətdiyi hərbi
cinayətə - Xocalı soyqırımına, əsl soyqı-
rım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi
qiymət verməlidirlər. Azərbaycan xalqı və
onun dövləti isə Xocalı Soyqırımını heç vaxt
unutmur və unutmayacaqdır.
“Mərkəzi Klinika” Ambulatoriyası
Ünvan: Zərifə Əliyeva küç. 5, Az1005
“Mərkəzi Klinika” Xəstəxanası
Ünvan: Parlament pr. 76, Az1006
MƏRKƏZİ KLİNİKA
“Müasir səhiyyə elmi əsaslarla dünyada əldə edilmiş təcrübə əsasında və bir də səhiyyə
sahəsində elmi-texniki tərəqqinin, bu istiqamətdə dünyada yaranmış imkanlar əsasında qurulur”
Heydər Əliyev
BÜLLETEN-4 | FEVRAL 2015
“Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi xidmətin
göstərilməsi üçün bütün imkanlar var!”
İlham Əliyev
Tel: +994 12 492 10 92 | Call center: +994 12 105 | Fax: +994 12 492 41 31 | info@merkeziklinika.az www.merkeziklinika.az www.facebook.com/MerkeziKlinika
XOCALI
- İNSANLIĞIN DƏFN OLUNDUĞU MƏKAN
Mənim gözümün qabağında bir gəlinin
qucağındakı körpəyə beş avtomat gülləsi
vurub parça-parça etdilər. Həmin gəlini isə
sinəsindən güllə ilə vurub öldürdülər.