26 fevral 1992-ci il. Taleyin və zamanın Azərbaycan xalqına bəxş etdiyi ən dəhşətli və



Yüklə 207,22 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix01.12.2017
ölçüsü207,22 Kb.
#13400
1   2   3   4   5

MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-4 | FEVRAL 2015

3

30  yaşından  sonra  hər  beş  nəfərdən  biri 



yuxu zamanı daim xoruldayır. İctimai şüurda 

belə  bir  fikir  formalaşmışdır  ki,  xoruldama 

xoşagəlməz, lakin təhlükəsiz bir səs fenome-

nidir. Lakin az adam bilir ki, "dəhşətli" xorul-

dama  Obstruktiv  Yuxu  Apnoe  kimi  ciddi  bir 

xəstəliyin olmasından xəbər verə bilər.

Bu  qorxunc  xəstəliyin  ilk  şahidləri  yuxu 

apnoe  olanın  yaxınları  olur.  Onlar  narahatlıq 

hissi ilə həmin şəxsin xoruldamasının ani ola-

raq kəsilməsini və nəfəsinin dayanması halını 

qeyd edirlər. Təxminən 30-40 saniyədən son-

ra isə o, əlini-ayağını tərpədərək və bədənini 

çevirərək,  bərkdən  xoruldamağa  və  yenidən 

nəfəs  almağa  başlayır.  Bəzən  gecə  ərzində 

ümumi müddəti 4-5 saat olan, sayı isə 500-

600-ə çatan nəfəsin kəsilməsi epizodları baş 

verir. Bu da qanda kəskin oksigen enmələrinə 

və beyinin xroniki hipoksiyasına səbəb olaraq, 

arterial  hipertenziyanın,  miokard  infarktının, 

beyin insultunun və yuxuda qəfil ölüm riskinin 

ciddi dərəcədə artmasını göstərir.

Yuxuda  tənəffüs  funksiyasının  pozulması 

insanın yuxu keyfiyyətinin kəskin pisləşməsinə 

səbəb  olur.  Baş  ağrısı,  daimi  yuxululuq, 

əsəbilik, diqqət və yaddaş zəifləməsi, poten-

siyanın aşağı enməsi yuxudan davamlı olaraq 

doymayan insanda olan simptomlardan yal-

nız bir hissəsidir.

Avtomobili  idarə  edərkən  ani  yuxuya 

getməyə  səbəb  olan  kəskin  yuxubasmalar 

xüsusilə  təhlükəlidir.  Statistik  məlumatlar 

göstərir ki, Obstruktiv Yuxu Apnoe Sindromu 

xəstələrində avtomobil qəzaları etmə ehtima-

lı, adi qəza göstəricisindən 10 dəfə çoxdur.

Bəs  bu  xəstəliyin  səbəbi  nədir?  Yuxa-

rı  tənəffüs  yollarının  hava  keçiriciliyi  onların 

daxili diametrindən, udlaq əzələlərinin tonu-

sundan  və  nəfəsalma  zamanı  döş  qəfəsində 

yaranan mənfi təzyiqdən asılıdır. Yuxu zamanı 

udlağın  əzələ  tonusunun  ciddi  şəkildə  azal-

ması  tənəffüs  yolların  bağlanmasına  səbəb 

olur. Bu hal adətən nəfəsalma fazasında baş 

verir, çünki mənfi təzyiq hava divarlarını bir-

birinə yaxınlaşdıran bir qüvvə yaradır.

Boğulma  xarakterli  nəfəsalmanın  dayan-

ması qanda kəskin oksigen defisitinə gətirib 

çıxarır və həmin anda bu təhlükədən sovuş-

maq üçün beyinin oyanması baş verir. Beyinin 

aktivləşməsi  nəticəsində  udlaq  əzələlərərinə 

təkanverici impuls göndərilir və tənəffüs yol-

ları açılır. Tənəffüs funksiyası bərpa olunandan 

sonra qanda və bütövlükdə orqanizmdə oksi-

gen balansı bərpa olunur, beyin sakitləşir və 

yenidən yuxuya gedir, ancaq 1-2 dəqiqədən 

sonra apnoe yenidən təkrarlanır.

Yuxuda  tez-tez  baş  verən  uzun  müddətli 

nəfəs pozulmaları qanın oksigenlə doyumlulu-

ğunun kəskin azalmasına səbəb olur. Belə hallar 

ilk  növbədə  oksigenə  böyük  həcmdə  tələbatı 

olan daxili orqanlara - beyinə və ürəyə təsir edir. 

Mütəmadı  təkrarlanan  səhər  başağrıları  gecə 

yuxusu  zamanı  yaranmış  beyin  hipoksiyasının 

bir  təzahürüdür.  Ürəyin  işemik  xəstəliyi  olan 

şəxslərdə  qanın  oksigenlə  doyumluluğunun 

pozulması  halları  ciddi  ürək  aritmiyalarına  və 

miokard  infarktına  gətirib  çıxara  bilər.  Arterial 

Hipertenziyası olan xəstələrdə isə yuxu apnoe 

farmakorezistentliyi (dərmanın təsirsizliyi) yara-

daraq, beyin insultu riskini artırır. Bundan əlavə, 

hipoksemiya mədəaltı vəzdə sintez olunan insu-

linin bioloji aktivliyini zəiflədərək, şəkərli diabeti 

və metabolik sindromu yarada bilər. 

Hər  bir  nəfəs  dayanması  orqanizm  üçün 

stressdir.  Hər  bir  belə  stress  sistolik  arteri-

al  təzyiqinin  200-250  mm  c.s.-dək  yüksəldir. 

Gecə  mütamadi  olaraq  baş  verən  arterial 

təzyiqin yüksəlməsi hipertenziv krizlərə səbəb 

olur.  Bu  kateqoriya  pasiyentlərdə  beyin  in-

sultu riskinin artması ehtimalı məhz bununla 

izah  edilə  bilər.  Belə  hallarda  Arterial  Hiper-

tenziyanı  hətta  ən  muasir  dərman  preparat-

larla da nəzarətdə saxlamaq mümkün olmur. 

Hipoksemiya (qanda oksigen çatışmazlığı) 

və dərin yuxu mərhələlərinin olmaması, insan 

orqanizmində  yağ  mübadiləsini  tənzimləyən 

somatotrop  hormonunun  (STH)  sintezinin 

azalmasına  səbəb  olur.  Məlum  olduğu  kimi, 

qəbul  etdiyimiz  qida  məsullarının  bir  hissəsi 

enerjiyə  çevrilir,  bir  hissəsi  isə  yağ  şəklində 

ehtiyatda saxlanılır. Qida çatışmazlığı zamanı 

yağ  enerjiyə  çevrilir  və  orqanizm  tərəfindən 

sərf  olunur.  STH  yağın  enerjiyə  çevrilməsini 

təmin  edir.  Bəs  bu  hormonun  sintezi  pozul-

duqda  nələr  baş  verir?  Orqanizmdə  enerji 

defisitinin olmasına baxmayaraq, piy enerjiyə 

çevrilə bilmir. Beləliklə, insan enerji tələbatının 

təmin edilməsi üçün qida qəbulunu artırmaq 

məcburiyyətində  qalır.  Bu  halda  bütün  artıq 

kalorilər "ölü çəki"yə çevrilir və insanın bədən 

çəkisi qısa zamanda artır. Belə hallarda arıqla-

mağa yönəlmiş pəhriz və farma-

koterapiya  kimi  səylər  nəticəsiz 

qalır.

Bundan 


başqa, 

boyun 


nahiyyəsində  piy  qatının  əmələ 

gəlməsi  tənəffüs  yollarının  daha 

da  daralmasına  və  xəstəliyin 

inkişafına  yol  açır.  Bu  da  öz 

növbəsində,  STH-nın  çatışmazlı-

ğını  dərinləşdirir.  Beləliklə,  xüsu-

si  müalicəsiz  qırılması  mümkün 

olmayan  sonsuz  bir  dairə  yara-

nır.  Bununla  yanaşı  olaraq,  yuxu 

apnoe-nin ağır formaları kişilərdə 

libido və potensiyanın enməsinə 

səbəb  olan  testosteron  hormo-

nun sintezini azaldır.

Diaqnostika

İnsanda Yuxu Apnoe sindromunun olma-

sından necə şübhələnmək olar? Bu xəstəlikdən 

əziyyət  çəkən  şəxslər  adətən  xüsusi  xarici 

görünüşə malikdirlər. Bu halı Çarlz Dikkensin 

“Pikvik Klubunun meyarları” əsərinin Co adlı 

personajında daha dəqiq təsvir edilmişdir: “O 

həmişə yersiz hallarda yuxuya gedən və xorul-

damağa başlayan qısa boyunlu, qırmızı sifətli 

kök adam idi...”

İlkin diaqnozu qoymaq üçün aşağıda qeyd 

olunmuş  xüsusiyyətlərdən  üçü  (və  ya  yalnız 

birincisi)  olduqda,  dərinləşmiş  müayinələrin 

aparılması zəruridir:

•  yuxuda nəfəs kəsilməsinin olması

•  yüksək səsli və ya ara verən (fasiləli) gecə 

xoruldamaları

•  gecə ən azı 1 dəfə sidiyə çıxma

•  gecə yuxusunun uzun müdətli pozulması 

(> 6 ay)

•  gündüz saatlarında yuxululuğun artması

•  piylənmə

•  arterial  hipertenziya  (xüsusilə  gecə  və 

erkən səhər saatlarında baş verən)

Yuxu  apnoe-ni  müəyyən  etməyin  ən 

asan  yolu  yuxuda  olan  insanın  müşahidə 

edilməsidir.  Adətən  yuxuya  gedən  kimi  o, 

xoruldamağa  başlayır,  tezliklə  xoruldamanın 

səsi  birdən  kəsilir,  lakin  sinə  və  qarın  divarı-

nın hərəkəti göstərir ki, o, nəfəs almağa çalışır. 

Təxminən  20-40  saniyə  sonra  bərpa  olunan 

xoruldamanın  və  bir  neçə  dərin  nəfəsalma-

vermələrin  möhkəm  səsi  eşidilir.  Adətən 

həmin şəxsin yuxusu çox narahat olur. O, ya-

taqda tez-tez çevrilir, bəzən isə öz özünə nəsə 

danışır.

Xəstəliyin  ağır  formasında  tsiklik  apnoe-

lər  insanın  yuxuya  getdikdən  sonra  bədənin 

istənilən  vəziyyətində  baş  verir.  Xəstəliyin 

yüngül və orta-ağır formalarında apnoe epi-

zodları  yalnız  yuxunun  dərin  mərhələsində 

və  ya  insan  kürəküstü  vəziyyətdə  yatarkən 

müşahidə  edilir.  Tənəffüs  funksiyasının  po-

zulması çox hallarda spirtli içkilərin qəbulu ilə 

bağlıdır. Yuxuya 3-4 saat qalmış yüksək doza-

da  alkoqolun  qəbulundan  sonra  xoruldama 

və apnoe baş verir.

Yuxu  apnoe-nin  diaqnostikasının  qızıl 

standartı  polisomnografiya  (PSG)  adlanan 

yuxu testidir. Yuxu testi laboratoriya şəraitində 

xüsusi  avadanlığın  istifadəsi  ilə  bir  gecə 

ərzində aparılır. PSG zamanı beyinin potensi-

alları, ürəyin fəaliyyəti, əzələ tonusu, tənəffüs 

funksiyası  və  qanın  oksigenlə  təminatı 

monitorizə  edilir.  Yuxu  apnoe-nin  ağırlıq 

dərəcəsi  xəstədə  bir  saat  ərzində  neçə  dəfə 

nəfəs dayanması baş verməsindən asılı olaraq 

müəyyən olunur. Ağır apnoiklərdə yuxuda hər 

1-2 dəqiqədən bir nəfəs dayanır. Ciddi yuxu 

fraqmentasiyası və intermitə edən hipoksemi-

yası simpato-adrenal sistemin aktivləşməsinə, 

hipotalamus-hipofis  çatışmazlığına,  insulinin 

rezistentliyinə,  oksidativ  stressə,  qanın  qatı-

laşmasına, iltihab mediatorların aktivləməsinə 

gətirərək,  ürək  işemik  xəstəliyinin,  arterial 

hipertenziyanın,  şəkərli  diabetin,  metabolik 

sindromun,  piylənmənin,  aritmiyaların  riskini 

ciddi dərəcədə artırır. Avropa və ABŞ-də apa-

rılan  tədqiqatlar  göstərmişdir  ki,  Obstruktiv 

Yuxu Apnoe olanlarda yuxarıda qeyd olunan 

xəstəliklərin yaranma ehtimalı 10-12 dəfə (!) 

yüksəkdir.

Müalicə


Mərkəzi Klinikada 2010-cu ildən etibarən 

bu  xəstəliklərin  müalicəsi  ilə  məşğul  olan 

Azərbaycanda ilk Yuxu Laboratoriyası fəaliyyət 

göstərir.  Almaniya  mütəxəssislərinin  köməyi 

ilə  qısa  zamanda  laboratioriyamız  Yuxu 

Mərkəzinə  çevrilərək  müayinə  və  müalicələr 

tibb  elmləri  doktorunun  rəhbərliyi  altında 

ekspert səviyyəsində aparılır. Obstruktiv Yuxu 

Apnoe-nın  müalicəsi  yuxu  zamanı  xüsusi  ci-

haz  və  maska  istifadəsindən  ibarətdir.  Bu 

müalicə  metodu  CPAP  (Continues  Positive 

Airway Pressure) adlanır. Cihaz insanın yuxa-

rı  tənəffüs  yollarında  mənfi  təzyiqin  qarsını 

alaraq, nəfəs yollarını açıq vəziyyətdə saxlayır. 

Müalicə  alan  xəstələr  qısa  zamanda  normal 

həyata qayıdır, xroniki xəstəliklərinin gedişatı 

yaxşılaşır,  ciddi  kardio-vaskular  risklər  azalır, 

hətta bədən çəkisi belə azalmağa başlayır.



Son 

illərdə 

beynəlxalq 

kardiolo-

ji  konqresslərdə  Obstruktiv  Yuxu  Ap-

noe  probleminə  seksiyalar  ayrılır,  ge-

niş  müzakirələr  aparılır.  Düşünürəm  ki, 

bu  xəstəlik  kardio-vaskulyar  riskini  ciddi 

dərəcədə yüksəltdiyinə görə, ölkəmizin kardi-

oloqlarının diqqət mərkəzində yer almalıdır!

Prof. Dr. Yusif Nağıyev

XORULDAMA



Obstruktiv yuxu apnoe 

sindromunun əsas əlamətlərindəndir

Xoruldama səhhətiniz üçün təhlükəlidir!

Mərkəzi Klinikada 2010-cu ildən etibarən 

bu xəstəliklərin müalicəsi ilə məşğul olan 

Azərbaycanda ilk Yuxu Laboratoriyası fəaliyyət 

göstərir. Almaniya mütəxəssislərinin köməyi 

ilə qısa zamanda laboratioriyamız Yuxu 

Mərkəzinə çevrilərək müayinə və müalicələr 

tibb elmləri doktorunun rəhbərliyi altında 

ekspert səviyyəsində aparılır. 



Yüklə 207,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə