26 fevral 1992-ci il. Taleyin və zamanın Azərbaycan xalqına bəxş etdiyi ən dəhşətli və



Yüklə 207,22 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix01.12.2017
ölçüsü207,22 Kb.
#13400
1   2   3   4   5

Məlumdur  ki,  qış  fəslinin  ən  soyuq 

və  havanın  qeyri-sabit  keçdiyi  ayların-

dan  biri  fevraldır.  Bu  ayda  soyuq  hava 

şəraiti və bununla əlaqədar olaraq qapalı 

məkanlarda (evlərdə, iş yerlərində və s.) 

daha çox vaxt keçirmək məcburiyyətində 

qalmağımız bir çox xəstəliklərin meyda-

na gəlməsinə və yayılmasına səbəb olur. 

Xüsusilə də, zökəm, qrip, faringit, laringit, 

sinusit,  otit,  bronxit,  pnevmoniya  kimi 

infeksion  xəstəliklərə  rastgəlmə  tezliyi 

artır. Əsasən  yaşlılar, hamilələr və xronik 

xəstəliyi olan şəxslər bu kimi xəstəliklərə 

qarşı daha həssas olur. 

Bəs, nə üçün mikrobların yaşamasına 

mane olan soyuq hava bizi xəstələndirir? 

Qış  mövsümündə  soyuq  havaya  uy-

ğunlaşmaq  üçün  orqanizmin  daha  çox 

enerji sərfinə ehtiyacı yaranır. Bu ehtiyac 

ödənmədikdə  orqanizmin  müqaviməti 

düşür  və  infeksiyaya  yoluxma  təhlükəsi 

artır.  Orqanizmin  müqavimətini    aşağı 

salan  amillərə  həddən  artıq  yorğunluq, 

stress, qidalanma  pozğunluqları aiddir.

Digər  tərəfdən  də  məlumdur  ki, 

mikroorqanizmlər  soyuqda  deyil,  istidə 

daha çox inkişaf edərək artır və sonda da 

məhv olurlar. Məhz qış fəslində vaxtımı-

zın çox hissəsini qapalı və isti məkanlarda 

keçirdiyimizdən  bu  da  mikrobların  və 

virusların  yayılması  üçün  münbit  şərait 

yaradır  və  beləliklə,  xəstəliklər  insandan 

insana  yoluxma  yolları  ilə  daha  sürətlə 

yayılr.


Yoluxma Yolları

Viruslarin  yol  açdığı  infeksion 

xəstəliklər asqırma, öskürmə nəticəsində 

içərisində  xəstəliyə  səbəb  olan  canlı  vi-

rusları  daşıyan  damcıların  ətrafa  saçıl-

ması ilə yayılır. Bu damcılar bir neçə saat 

ərzində  havada  qala  bilir  və  insanlara 

xəstəliyi  keçirir.  Buna  görə  də  məktəb, 

bağça, xəstəxana kimi insanların sıx top-

landığı  yerlərdə  olanlar  xüsusilə  risk  al-

tındadırlar.  Əl  ilə  görüşmə,  öpüşmə,  bir 

mertdən  qısa  məsafədə  yaxınlaşaraq 

danışmaq əsas yoluxma yollarıdır. Möv-

süm  xəstəliklərinin  səbəbi  əksər  hallar-

da viruslardır. Simptomları oxşar olduğu 

üçün bu xəstəiklər cəmiyyətdə qrip adıy-

la tanınır, halbuki sadəcə İnfulenza viru-

sunun  törətdiyi  xəstəlik  qrip  adlanır.  Bu 

xəstəliklər arasında ən çox təsadüf edilən 

və  insanların  gündəlik  fəaliyyətlərinə 

nəzərəçarpacaq dərəcədə təsir göstərən 

və  sürətli  yayılması  ilə  xarakterizə  olu-

nanlar qrip və zökəm xəstəlikləridir.

Qrip və Zökəm eyni xəstəlikdirmi?

Qrip və Zökəm əlamətləri tez-tez qa-

rışdırılan  iki  fərqli  xəstəlikdir.  Zökəmə 

səbəb  olan  100-dən  çox  virus  vardır  və 

buna  görə  də  dəfələrlə  zökəm  olmaq 

mümkündür. Qrip və zökəmin əsas fərqi 

qripdə  temperaturun  yüksəlməsidir.  Ay-

rıca  zökəm  əsasən  “ayaq  üstə  keçirilən” 

bir  xəstəlik  olduğu  halda  qrip  xəstələrin 

günlük  işlərini  görməsiniə  mane  ola-

caq  halsızlığa  gətirib  çıxara  bilər.  Hər  iki 

xəstəlikdə  də  burun  axıntısı  və  ya  tıxa-

nıqlığı, boğaz ağrısı və öskürək ola bilər. 

Qrip  xəstəliyində  əlamətlər  1-2  günlük 

gizli  dövrdən  sonra  birdən-birə  başlayır. 

Ən çox görünən əlamətlər 38-41C tempe-

ratur, baş ağrısı, yorğunluq, quru öskürək

boğaz ağrısı, burun axıntısı, əzələ ağrıla-

rıdır.  Yüksək  temperatur  adətən  3-5  gün 

davam edir. Əlavə və gizli xəstəlikləri, im-

mun  çatışmazlığı  olan  şəxslərdə,  uşaqlar 

və yaşlılarda ciddi ağırlaşmalara səbəb ola 

bilər.


Qrip hər il dünyada 600 milyon insa-

na təsir edən, xüsusilə uşaqlarda və yaş-

lılarda ciddi xəstəliklərə səbəb ola  bilən 

tibbi problemdir. Qriplə əlaqədar olaraq 

yaranan  pnevmoniya  və  meningit  kimi 

xəstəliklər  hər  il  təqribən  500  min  in-

sanın  ölümünə  səbəb  olur.  Qrip,  həm 

də  xüsusilə  qış  aylarında  məktəb  və  iş 

həyatımızı  məhdudlaşdıran  ciddi  sosial 

problemdir.

Qripin  əlamətləri

•  Halsızlıq, iştahsızlıq, əzginlik, titrətmə

ilə  temperaturun  yüksəlməsi,  baş  və

əzələ ağrısı, fotofobiya, gözlərdə yan-

ma hissi və yaşarma;

•  Asqırma, göz və burun axıntısı, burun

tutulması, baş, boğaz və qulaq ağrısı,

udmanın  çətinləşməsi,  səsin  batması,

quru  öskürək,  döş  qəfəsində  və  beldə

ağrılar;

•  Toksikoz  kəskin  olan  xəstələrdə

ürəkbulanma və qusma qeyd olunur

•  Hərarətin  5  gündən  artıq  çox  yüksək

qalması fəsadların inkişaf etməsindən

xəbər verir.

Müalicə 


İstər qrip, istərsə də zökəm özbaşına 

sağalan  xəstəliklərdir.  Sağalma  müddəti 

qrip üçün bir az daha uzun olub, 3-10 gün 

davam edir. Zökəmin müalicəsi üçün hər 

hansı  bir  dərmandan  istifadə  olunmur. 

Qripin  müalicəsində  antibiotiklər  təsirli 

deyildir  və  çox  zaman  ehtiyac  olmadan 

istifadə  olunur.  Antibiotiklər  ancaq  qrip 

zamanı ikincili olaraq rast gəlinən bakte-

rial infeksiyalar (sinusit, pnevmoniya, otit) 

inkişaf  etdiyi  halda  istifadə  edilməlidir. 

Qripin  müalicəsində  istirahət,  bol  su 

istifadəsi,  ağrı  kəsici  və  temperatur  sa-

lıcı  dərmanlar  ilə  simptomatik  müalicə 

tövsiyyə olunur.

Qorunma tədbirləri

Qripdən  qorunmaq  üçün  ilk  öncə 

güclü immunitetə sahib olmalıyıq. Bunun 

üçün isə, bizə sağlam həyat tərzi lazımdır. 

Gigiyena,  düzgün  qidalanma,  yuxu  reji-

mi və zərərli vərdişlərdən uzaq  durmaq 

sağlam həyat tərzinin təməlidir. Qripdən 

qorunmaq üçün: 

•  Əllər  tez  tez  yuyulmalıdır.  Bol  su  və 

sabun  ilə  minimum  iki  dəqiqəlik 

yuma,  mikrobların  yoluxma  riskini 

əhəmiyyətli dərəcədə azaldır.

•  Əllər  bir  müddət  yuyulmayıbsa  üzə, 

gözlərə, ağıza toxundurmaq olmaz. 

•  Qrip  keçirən  insanlar  və  istifadə 

etdikləri  əşyalarla  təmasdan  qaçmaq 

lazımdır.

•  Enerji  sərfiyyatı  çox  olduğu  üçün 

düzgün  qidalanmaq  lazımdır,  amma 

həddən  artıq  yağlı  yemək  və  az 

hərəkət  artıq  çəkiyə  səbəb  ola  bilər. 

Ona  görə  də  enerji  verəcək  qidala-

ra,  meyvə  və  tərəvəzlərə  üstünlük 

verilməlidir.  Tərkibində  bol  miqdar-

da  A,C,E  vitaminləri  ilə  zəngin  olan 

qidalardan  faydalanmaq,  günboyu 

bol  maye  qəbul  etmək  lazımdır.  La-

zımi  qədər  meyvə-tərəvəz  qəbul 

etməyən  insanlar  isə,  immun  siste-

mini  gücləndirən  D  və  B  vitaminləri 

daxil  olan  multivitamin  dəstəyi  ala 

bilər.  Lakin  yüksək  miqdarda  vita-

min  qəbulunun  faydadan  çox  zərər  

verəcəyi də unudulmamalıdır. 

•  Geyimə xüsusi yanaşılmalı, soyuqdan 

qorunacaq tərzdə geyinməklə yanaşı, 

həddən  artiq  tərləməməyə  də  çalış-

maq lazımdır. 

•  Orqanizmin  müqavimətini  artırmaq 

üçün insana normal yuxu da lazımdır.

Yetkin bir insan gün ərzində 7-9 saat 

yatmalıdır.  Ürək  döyüntülərinin  sayı, 

qan təzyiqi və tənəffüs sayı yuxu za-

manı azalır. Həmçinin, orqanizmə fay-

dalı hormon  sekresiyası yuxu zamanı 

artır. Yuxu da qidalanma kimi düzgün 

rejimlə olmalıdır. Yuxu üçün ən ideal 

saatlar gecə 23:00 ilə səhər 07:00 ara-

sınadır.


•  Zərərli vərdişlərdən, xüsusilə də siqa-

ret,  digər  tütün  məhsulları  və  spirtli 

içkilərdən  uzaq  durmaq  da  orqaniz-

mimizi möhkəmləndirmək və qripdən 

qorunmaq  üçün əhəmiyyətlidir.

Peyvənd


Mövsümi  xəstəliklər  içərisində  Qrip, 

peyvənd  ilə  qorunması  mümkün  olan 

xəstəlikdir.  Qrip  peyvəndi  kimlərə  olun-

malıdır?


•  50 yaşdan yuxarı insanlara

•  Xroniki ağciyər və ürək xəstələrinə

•  Uzun  müddətli  aspirin  müalicəsi

verilən 6 ay – 18 yaş arası uşaqlara

•  Xroniki böyrək xəstəliyi olanlara

•  Şəkərli diabet xəstəliyi olanlara

•  İmmun sistemi çatışmazlığı olanlara

•  Həkimlər,  tibb  işçiləri  və  xəstəxanada

çalışan digər personala

Bu  risk  qrupundan  əlavə  yaşı  6  ay-

dan yuxarı hər kəs peyvənd oluna bilər. 

Hər  il  mövsüm  xəstəlikləri  yayılmazdan 

öncə oktyabr, noyabr aylarında peyvənd 

almaq  lazımdır.  Qeyd  etmək  istəyirəm 

ki,  Mərkəzi  Klinikada  yüksək  keyfiyyətli 

qripə qarşı peyvənd oluna bilərsiniz. 

Unutmayın  ki,  sağlamlığınız  öz 

əlinizdədir!



Dr. Yaqut Qarayeva

MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-4 | FEVRAL 2015

2

Qış mövsümünün xəstəliklərindən qorunaq



Yüklə 207,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə