Azərbaycan xalqının tarixinə
qanlı Yanvar faciəsi kimi da-
xil olan 1990-cı il 20 Yanvar
hadisələrindən 25 il keçir. Keçmiş
sovet dövlətinin hərb maşınının həmin gün
Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi
terror aktı insanlığa qarşı törədilmiş ən ağır
cinayətlərdən biri kimi bəşər tarixində qara
səhifə olaraq qaldı. Milli azadlığı, ölkəsinin
ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış
dinc əhaliyə divan tutulması, kütləvi terror
nəticəsində yüzlərlə günahsız insanın qətlə
yetirilməsi və yaralanması totalitar sovet re-
jiminin süqutu ərəfəsində onun cinayətkar
mahiyyətini bütün dünyaya bir daha nümayiş
etdirdi.
Həmin vaxt Azərbaycan qonşu Ermənistanın
da təcavüzünə məruz qalmışdı. Belə bir
şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin
qarşısını almaq üçün qəti tədbirlər görməmiş,
əksinə,
Azərbaycana
yeridilən
ordu
hissələrinin tərkibinə Stavropol, Krasnodar və
Rostovdan səfərbərliyə alınan erməni əsgər
və zabitləri, sovet hərbi hissələrində xidmət
edən ermənilər, hətta erməni kursantlar da
daxil edilmişdi.
Bakıya yeridilən qoşun kontingentinə, - bəzi
məlumata görə, onun sayı 60 min nəfərə
çatırdı, - “doyüş tapşırığını” yerinə yetirmək
üçün möhkəm psixoloji hazırlıq keçmişdilər.
Mixail Qorbaçov başda olmaqla sovet impe-
riyasının rəhbərliyi Bakıda “rus və erməni kar-
tından” məharətlə istifadə etdi. Guya Bakıya
qoşun onları, hərbi qulluqçuların ailələrini
qorumaq, “millətçi ekstremistlər” tərəfindən
hakimiyyətin zorakılıqla ələ keçirilməsinin
qarşısını almaq üçün yeridilmişdi. Əslində isə
bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet
rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın
olsaydı belə, Bakıya təpədən-dırnağadək si-
lahlandırılmış qoşun göndərməyə ehtiyac
yox idi. Ona görə ki, həmin vaxt burada da-
xili qoşunların 11 min 500 əsgəri, Müdafiə
Nazirliyinə tabe olan Bakı qarnizonunun
çoxsaylı hərbi hissələri, hava hücumundan
müdafiə qüvvələri var idi. 4-cü ordunun ko-
mandanlığı da Bakıda yerləşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanva-
rın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiya-
sının 119-cu, Azərbaycan SSR Konstitusiyası-
nın 71-ci maddələrini kobud şəkildə pozaraq,
yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət
elan edilməsi haqqında fərman imzaladı. La-
kin SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-
da saat 19.27-də Azərbaycan televiziyasının
enerji blokunu partlatdı, respublikada tele-
viziya verilişləri dayandırıldı. Gecə isə qo-
şun fövqəladə vəziyyət elan edilməsindən
xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə
divan tutmağa başladı. Qorbaçovun fərmanı
qüvvəyə minənədək - yanvarın 20-də saat
00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda
fövqəladə vəziyyətin elan olunması haqqın-
da məlumat isə əhaliyə yalnız yanvarın 20-də
səhər saat 7-də respublika radiosu ilə çatdırıl-
dı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə
çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana
ezam etdiyi yüksək vəzifəli emissarlar saxta-
karlıqla bəyan edirdilər ki, Bakıda fövqəladə
vəziyyət elan olunmayacaqdır.
Tanklar,
zirehli
transportyorlar
Bakı
küçələrində qarşılarına çıxan hər şeyi əzir,
hərbçilər hər tərəfi amansız atəşə tuturdular.
Yaralıları aparmağa gələn “təcili yardım” ma-
şınlarını və tibb işçilərini də atəşə tuturdular.
Bir neçə gün ərzində 137 nəfər öldürüldü,
700-dək adam yaralandı, 800-dən çox adam
qanunsuz həbs edildi. Həlak olanlar arasında
yetkinlik yaşına çatmayanlar, qadınlar, qoca-
lar, şikəstlər də var idi.
“Şit” təşkilatı ekspertlərinin hesabatı real
mənzərənin nə qədər faciəli olduğunu əks
etdirir: “Adamları xüsusi qəddarlıqla və ya-
xın məsafədən güllələmişlər. Məsələn,
Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan
çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;
Xəstəxanalar, “təcili yardım” maşınları atəşə
tutulmuş, həkimlər öldürülmüşdür; Adamlar
süngü-bıçaqla qətlə yetirilmişdir…”
Həkimlərin fədakarlığı
Qanlı yanvarda ölkəmizin tibb işçiləri bö-
yük fədakarlıq göstərdilər. Onlar həyatlarını
təhlükəyə, od-alovun qarşısına ataraq yaralı-
ları xilas etməyə çalışdılar. Onların fədakarlığı
ölçüyəgəlməzdir.
Keçmişdə tibb işçisi olan, jurnalist Şirin
Manafov həmkarlarının və “qara Yanvar”
şahidlərinin xatirələrini toplayıb.
Kliniki Eksperimental Cərrahiyyə İnstitutunun
həkim anestezioloqu E.Əliyev qanlı Yanvarda
tibb işçilərinin böyük fədakarlıq göstərdiyini
qeyd edib: “Şəhərdə güllə səsi eşidilən kimi
xəstəxanamızın bir çox həkimləri özlərini
xəstəxanaya çatdırdılar. Yaralılar gecə saat 1
radələrindən sonra xəstəxanaya daxil olma-
ğa başladı və ilk əməliyyat gecə saat 2-də
oldu. Əməliyyatlar bir-birinin arxasınca ke-
çirilirdi. Səhərə yaxın xəbər tutduq ki başqa
xəstəxanalarda da vəziyyət oxşar olub”.
Mirqasımov adına klinik xəstəxanasının həkimi
C. Atakişiyev: “Güllə yarası alanlardan sava-
yı, qazla zəhərlənmə ilə bir çox vətəndaşlar
qəbul etdik. Bizim şöbəyə 38 belə xəstə daxil
olmuşdu ki, onlardan 6-sı əməliyyata çatma-
mış dünyalarını dəyişmişdilər”.
1990-cı ildə Respublika Xəstəxanasının
baş həkimi olan M.Qasımov 21 yanvarda
xəstəxanada artıq sarğı və ağrıkəsicilərin
tükəndiyini xatırlayıb: “Yalnız qan ehtiyatımız
vardı. Yüzlərlə şəhər sakini qan vermışdi. Ağsu,
Beylaqan, Şamaxı sonradan isə digər rayonlar
dərman ləvazimatları və tikiş materialları ilə
köməyimizə qoşulmuşdu”.
1 saylı klinik xəstəxananın həkimi
V.Yusifzadənin xatirəsindən: “20 Yanvar gecəsi
mən “Salyan kazarması” tərəfdə idim. Hərbi
məktəbin həyətindən üstü silahlılarla dolu
tanklar çıxdı. Biz yerə otu-
raraq onların çıxışına əngəl
törətmək istədik. Onda biz
tərəfə bir neçə tüstü qumbarası atdılar. Tüs-
tü dağıldıqdan sonra üzərimizə atəşlə hü-
cum edən əsgərləri gördüm. Mən kolluqda
gizlənmişdim və gördüklərimə inana bilmir-
dim. Tanklar yaralı və ölüləri əzərək onların
üzərindən keçib getdi”.
Təcili tibbi yardım stansiyasının baş həkimi
C.Hüseynov: “22 yanvarda bizim xəstəxanada
176 yaralı var idi. İlk gün isə 30 cəsəd
gətirmişdilər. Hər gün
yaralılardan kimsə vəfat
edirdi. Sonradan mərkəzi
qəzetdən oxudum ki,
Bakıya ordu yeridilməsi
nəticəsində 40 nəfər in-
san yaralanıb. Bu yalan
məni şoka saldı”.
Ələsgər Əkbərov küçəsi,
97 saylı evin sakini Emilya
Ağayevanın xatirəsindən:
“Yanvarın 20-də səhər
çağı bir hərbi maşın
yüksəldici səslə evdən çölə çıxmamaq üçün
elan verirdi. Bundan bir neçə saat keçdikdən
sonra iki zirehli maşın gələrək lülələrini yaşa-
yış binası istiqamətinə qaldırdı və atəş açma-
ğa başladı. Biz özümüzü dəhlizə ataraq xilas
olduq”.
Mübarizlik
simvolu
Yanvarın 20-də artıq bütün dünya Bakıda
törədilmiş dəhşətli qırğından xəbər tutdu.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa
da, Azərbaycan xalqının iradəsini, milli azad-
lıq uğrunda mübarizə əzmini qıra bilmədi.
Həmin müdhiş gecədə həlak olan vətən oğul-
ları Azərbaycanın tarixinə parlaq səhifə yazdı-
lar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol
açdılar...
20 Yanvar 1990-cı il faciəsi azərbaycanlıların
tarixinə öz həyatlarını azadlıq və müstəqillik
üçün qurban vermiş şəhidlərin anım günü
kimi həkk olundu. Artıq o hadisələrin 25-ci il
dönümünü qeyd edirik. Xalqımızın yaddaşın-
da bu faciə eyni zamanda, mübarizlik simvolu
kimi yaşayır. Yanvar hadisələri xalqımıza azad-
lıq hissi və seçim verdi. Bu azadlıq və seçimin
ali nöqtəsi müstəqil Azərbaycanın yaradılması
oldu.
Bu gün Bakının ən yüksək nöqtələrindən
birində hər bir azərbaycanlı üçün müqəddəs
and yerinə çevrilmiş bir ünvan var: bu, 20
Yanvar qurbanlarının və Ermənistanın hərbi
təcavüzünə qarşı döyüşlərdə həlak olanların
dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yan-
varın 20-də minlərlə insan bu xiyabanı ziyarət
edir, Vətənin azadlığı və suverenliyi uğrunda
canlarından keçmiş Azərbaycan oğul və qızla-
rının əziz xatirəsini ehtiramla yad edir. Nəsillər
dəyişəcək, lakin Vətən oğullarının xatirəsi
ürəklərdə əbədi yaşayacaqdır.
“Mərkəzi Klinika” Ambulatoriyası
Ünvan: Zərifə Əliyeva küç. 5, Az1005
“Mərkəzi Klinika” Xəstəxanası
Ünvan: Parlament pr. 76, Az1006
MƏRKƏZİ KLİNİKA
“Müasir səhiyyə elmi əsaslarla dünyada əldə edilmiş təcrübə əsasında və bir də səhiyyə
sahəsində elmi-texniki tərəqqinin, bu istiqamətdə dünyada yaranmış imkanlar əsasında qurulur”
Heydər Əliyev
BÜLLETEN-3 | YANVAR 2015
“Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi xidmətin
göstərilməsi üçün bütün imkanlar var!”
İlham Əliyev
Tel: +994 12 492 10 92 | Call center: +994 12 105 | Fax: +994 12 492 41 31 | info@merkeziklinika.az www.merkeziklinika.az www.facebook.com/MerkeziKlinika
20 YANVAR - MÜSTƏQİLLİYƏ APARAN YOL
1990-cı ilin yanvar qırğını nə qədər
faciəli olsa da, Azərbaycan xalqının
iradəsini, milli azadlıq uğrunda mübarizə
əzmini qıra bilmədi.