Azərbaycan xalqının tarixinə qanlı Yanvar faciəsi kimi da



Yüklə 207,56 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix12.03.2018
ölçüsü207,56 Kb.
#31257
1   2   3   4   5

MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-3 | YANVAR 2015

3

Hər  gün  daha  sürətlə  inkişaf  edən 



Azərbaycan səhiyyəsinin ugurları, nailiyyətlərini 

sadalamaqla  bitməz.Belə  uğurlardan  biri  kimi, 

31  oktyabr  2014  tarixində  Mərkəzi  Klinikada 

keçirilən  skolioz  xəstəliyinin  ən  müasir  metod 

və  implantlar  vasitəsilə  "cərrahi  korreksiyası" 

əməliyyatını göstərə bilərik. Bu əməliyyat nəinki 

Azərbaycanda, eləcə də dünyada ağır və nadir 

sayılır.  Əməliyyat Mərkəzi Klinikanın Ortopedi-

ya və Travmatologiya  şöbəsinin müdiri t.e.n., Dr.  

Elviz Qasımov və komandası tərəfindən həyata 

keçirilmişdir.

Skolioz  xəstəliyi  ölkəmizdə  kifayət  qədər  ya-

yılmış və son dərəcə ağır proqnoza malikdir. Son 

illərdə ölkəmizdə skolioz müalicəsi  üzrə  Ortope-

diya və Travmatologiya  cərrahiyyəsi  uğurla inkişaf 

etmiş, bu sahədə ciddi naliyyətlər əldə edilmişdir.

Skolioz  xəstəliyinin  müalicəsində  ən  mü-

asir  nailiyyət  fəqərə  ayaqcıqlarından  keçirilən 

vintləri  titan metalla fiksasiya edərək onurğa-

nın düzləndirilməsidir. Bu metallar uzun müddət  

onurğada qaldığı üçün daha möhkəm və pas-

lanmayan materialdan olmalıdır.

  Skolioz  cərrahiyyəsində  13    illik  təcrübəsi 

olan  t.e.n.,  Dr.    Elviz  Qasımovun  verdiyi  

məlumata görə ”PVA“ (Posterior Vertebral Art-

rodez) adlanan bu  əməliyyat  dünyanın ən qa-

baqcıl ölkələrində son 15-20  ildə tətbiq olun-

mağa  başlayıb.  Bu  metod  ciddi  onurğa  əyriliyi 

olan  xəstələrdə  ümidverici,  həyat  qurtarıcı  bir 

əməliyyatdır.

“Bizim  xəstəmiz  16  yaşında  qadın  xəstə 

idi.  Xəstə  poliklinikamıza  ciddi  kosmetik    gö-

rünüş,  tənəffüs  pozğunluğu,  çox  ayaqda  qa-

lan  zaman  ağrı  şikayətləri  ilə  daxil  olmuşdur. 

Aparılan  müayinələr  nəticəsində  xəstənin  döş 

fəqərələrində  42  %  əyrilik  ölçülərək  “skoli-

oz”  diaqnozu  qoyuldu.  Xəstə  yaxınlarına    və 

xəstəyə cərrahi əməliyyat  olunmasının vacibli-

yi bildirildi. Xəstə əməliyyat öncəsi müayinələr 

edildikdən sonra  əməliyyat otağına alındı.  4 

saatlıq əməliyyat  qan itkisi minimum olmaq-

la uğurla icra edildi, onurğa əyriliyi düzəldildi. 

Xəstə bir gün sonra ayağa qaldırılaraq yeridil-

di. Onu qeyd etmək istəyirəm ki,  bu əməliyyat 

üçün ciddi infrastruktur və kadr hazırlığı olma-

lıdır. Skolioz əməliyyatı tam bir komanda işidir" 

- deyə t.e.n., Dr.  Elviz Qasımov qeyd etmişdir.

Elm və texnologiyanın müasir dövrdə 

bizə  verdiyi  zövqlə  yanaşı,  o  qədər  də 

zərərli olduğunu unutmamalıyıq. Texno-

logiya  inkişaf  etdikcə  fiziki  fəallıq  mini-

mum  həddə  çatır.  Günün  çox  hissəsini 

masa,  kompüter  arxasında  otururuq. 

Evdən  işə,  qonaqlığa,  görüşlərə  piyada 

deyil, avtomobillə gedirik. Bütün bunlar 

insana  gözəllik,  yaraşıq  verən  qamətin 

əyri  olmasına  gətirib  çıxarır.  Normal 

qamətə  sahib  olmaq  üçün  uşaq  yaşın-

dan düzgün yerimə, oturma qaydalarına 

əməl  etmək  lazımdır.  Məsələn,  beli  əyri 

tutaraq gündəlik yerimə vəziyyəti, kom-

püter  qarşısında  boynu  əyri  vəziyyətdə 

saatlarla oturma, ağır çantaları yalnız bir 

çiyində saxlama, zəif fiziki bədən onurğa 

əyriliklərinə  gətirib  çıxarır.  Bu  səbəbdən 

ən  ciddi  xəstəliklərdən  olan  skoliozdan 

bəhs etmək yerinə düşər...

Hal-hazırda  50-80  %  uşaqlar-

da  qamətin  bu  və  ya  digər  əyrilikləri 

müşahidə  olunur.  5-9  %  uşaqlarda  isə, 

onurğa  sütununun  ən  ağır  formalı  de-

formasiyalarından  hesab  edilən  və  son 

nəticədə  hətta  əlilliyə  səbəb  ola  bilən 

skolioz xəstəliyi aşkar edilir.  Məhz buna 

görə ortoped həkimlər əbəs yerə  “sağ-

lam  onurğa  -  sağlam  insan  deməkdir” 

ifadəsini işlətmirlər.

Skolioz  (yunan  dilindən  tərcumədə 

"skoliosis"-  əyrilik)  -  onurğa  sütünu-

nun  yanlara  əyilməsi  olub,  daxili  or-

qanların  funksiyasının  və  kosmetik 

görünü¬şünün  pozulması  ilə  müşahidə 

olunan xəstəlikdir. 

Təsnifatı:

•  İdiopatik  skolioz  (70-80  %)  qızlar-

da  adətən  12  yaşında,  oğlanlarda 

isə  14  yaşında  inkişaf  etməyə  baş-

layır.  Xəstəlik  məktəbdə  profilaktik 

müayinələr  zamanı  aşkarlanır.  Bu 

zaman  onurğa  deformasiyasından 

başqa,  qabırğalarda  dəyişiklik  və 

nəfəsalmada  pozğunluqlar  yaranır. 

Diaqnozun  vaxtında  qoyulması  üçün 

profilaktik  tədbirlərin  görülməsi  çox 

vacibdir. 

•  Anadangəlmə  skolioz  onurğa  struk-

turlarının  malformasiyası  nəticəsində 

meydana çıxır. Anadangəlmə onurğa 

xəstəliklərinə,  adətən  digər  orqanla-

rın  da  anomaliyaları  ilə  birlikdə  rast 

gəlinir.  Bunlara  isə  sinir  sistemi  və 

ürək daxildir.

•  Sinir-əzələ mənşəli skolioz sinir sistemi-

nin pozğunluqları ilə əlaqədar meydana 

çıxan bir növüdür. Məsələn, uşaq sereb-

ral iflici, onurğa fəqərələrinin çatı, əzələ 

distrofiyası, kürək nahiyəsinin travması, 

onurğa şişləri, neyrofibromatoz.

Xəstənin şikayətləri

•  Ağrı (uşaq və gənclərdə çox vaxt ağrı 

olmur)

•  Kosmetik görünüş



•  Tənəffüs  pozulması  (ciddi  əyrilikdə 

60-70%)


•  Nevroloji (Uyuşma, güc zəifləməsi)

Diaqnostikasında  klinik  və  radiolo-

ji  dəyərləndirmədən  istifadə  edilir.  Sü-

mük inkişafı tamamlanmamış xəstələrdə 

əyrilik  20%  -  gimnastika+təqib,  əyrilik 

20-40%    -  gimnastika  +korset+təqib, 

əyrilik 40%-dən çox olduğu halda mütləq 

cərrahi  əməliyyat  tətbiq  edilməklə  ara-

dan qaldırılır.

Azərbaycanda  təxminən  hər  1000 

nəfərdən 10-da bu və ya digər dərəcədə 

skolioz müşahidə edilir. Adətən xəstəliyin 

üstünə vaxtında düşülmür, insanın vücu-

du əyilir və donqarlıq əmələ gəlir. Bu da 

yalnız  cərrahi  əməliyyatla  müalicə  edi-

lir. Skolioz cərrahiyyəsi dünyada ən ağır 

əməliyyatlardan  biridir.  5-6  saatdan  12 

saatadək  davam  edir.  Odur  ki,  ən  kiçik 

yaşlardan  belə  valideynlər  körpələrini 

nəzarətdə saxlamalıdır.



Məsləhət: 

Profilaktik  olaraq  uşağı  ildə  bir  dəfə 

həkim-ortopedə göstərmək lazımdır.

Erkən  yaşlarda  keçirilmiş  raxit 

xəstəliyi  onurğa  sütunu  əyriliklərinin  ən 

çox təsadüf edilən səbəblərindən biri he-

sab edilir. Körpələrdə raxitin profilaktika-

sı - düzgün qidalanma, günəş vannaları, 

müalicəvi  idman  və  masajdan  ibarətdir. 

Raxit  xəstəliyinin  əsas  əlamətləri  – 

tərləmə, uşaqda olan narahatlıq hissi və 

s.-lə müşahidə edilir.

Kiçik yaşlı uşaqlarda onurğa sütunu-

nun  sağa  və  sola  əyilməsi  bir  çox  baş-

qa  hallarda  da  baş  verə  bilər.  Məsələn, 

uşağı  həmişə  qucağınızda  eyni  tərəfdə 

gəzdirirsinizsə,  uşaq  hələ  sərbəst  otur-

mağı bacarmadığı zaman onu yastıqlara 

söykədib  oturdursunuzsa,  uşağı  erkən 

olaraq  ayaq  üstə  dayandıraraq  onu 

gəzdirməyə  çalışırsınızsa,  gəzinti  zama-

nı  hər  dəfə  onun  eyni  əlindən  tutursu-

nuzsa,  yumşaq  yataqda  yatırdırsınızsa 

və s. İməkləmə bel əzələlərini çox yaxşı 

möhkəmləndirir, bununla da yuxarı yaş-

larda onurğa sütununun əyilməsinə qar-

şı profilaktik tədbir görülmüş olar. Buna 

görə də, valideynlər hər vasitə ilə uşağı 

iməkləməyə meylləndirməlidirlər.

Məktəb  yaşlı  uşaqlarda  düzgün 

oturma  bacarığı  olmadığından,  onla-

rın  onurğa  sütunu  bir  çox  hallarda  de-

formasiyalara  məruz  qalır.  Ona  görə  də 

uşağın çantanı çiyində simmetrik asma-

sına, stolda düzgün oturmasına nəzarət 

edilməlidir. 

Uşağın  düzgün  fiziki  inkişafı  -  onur-

ğa  sütunu  əyriliyinin  gözəl  profilakti-

kasıdır.  Bunun  üçün  uşaq  təmiz  havada 

çox  olmalı,  qaçmalı,  hərəkətli  oyunlar-

da, gəzintilərdə iştirak etməlidir. Hər bir 

uşaq  hər  gün  səhər  idmanı  etməlidir. 

Bu,  bədənin  müxtəlif  əzələ  qrupları-

nın kifayət qədər möhkəmlənməsinə və 

qamətin şux olmasına kömək edir. 

Uşağın  yatağı  da  rahat  olmalıdır.  Bu 

zaman yataq çox yumşaq deyil, bir qədər 

bərk  olmalıdır.  Bu  baxımdan  müasir  or-

topedik  döşəklərə  üstünlük  verilməlidir. 

Uşağın  yastığı  həddən  artıq  hündür  və 

yumşaq  olmamalıdır.  Onun  yastığının 

nazik və düzbucaq şəklində olması daha 

məsləhətlidir.

Skolioz xəstəliyin ən müasir metod və implantlar vasitəsilə 

“cərrahi korreksiyası” əməliyyatı uğurla həyata keçirilmişdir

Skolioz



Yüklə 207,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə