Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə4/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   2   3   4   5   6   7   8   9   ...   101

 

 

13 



 

 

Yerində od tutur, əsir dağlarım, 



Öz yurdunda yada əsir dağlarım; 

Halına yanaraq yesir dağların, 

Bulud haray çəkir, duman oynayır. 

 

                         Əvvəl zövqü vardı adi toyun da, 



Özgə həzz verərdi toyda oyun da, 

QardaĢ oynamazdı bacı toyunda, 

Ġndi doymaq bilmir, yaman oynayır. 

 

2008 

 

 

*** 



 

                              

 

ÇÖRƏYİ  DİZİ  ÜSTƏ  OLAN 

 

Nə dostluq, ünsiyyət bilər 



Nə saflıq, ülviyyət bilər, 

Nə söhbət, Ģəriyyət bilər 

Çörəyi dizi üstə olan. 

 

Yad kölgədə daim yatar, 



Uydurması qatar-qatar; 

Bərkə düĢsə dostu satar, 

Çörəyi dizi üstə olan. 

 

KeçmiĢini əsla anmaz, 



Nə deyirsan de ki, qanmaz. 

Bəd əməllərdən usanmaz. 

Çörəyi dizi üstə olan. 

 



 

 

14 



 

Böhtanı lap dağa deyər

Böyüyə, uĢağa deyər, 

Yaxına, uzağa deyər, 

Çörəyi dizi üstə olan. 

 

                              Özünü uca dağ sanar, 



Nə ərinər, nə utanar; 

Bərkə düĢcək dostu danar 

Çörəyi dizi üstə olan. 

 

Qulluğu da xəyanətdi, 



Düz söz dilinə qəhətdi; 

Tamah əlində alətdi 

Çörəyi dizi üstə olan. 

 

2008 

 

*** 


 

                                             İNDİ 

 

Bizim zəmanədə tərəzi hanı? 



Dəyib bir-birinə satıb-alanı; 

Zalımın vəd dolu quru yalanı, 

Nəinki doy durur, yeriyir indi. 

 

Unutduq sevdanı, eĢqi, sevməyi, 



Adi daĢa dönüb insan ürəyi

Halal kiĢilərin halal çörəyi 

Haramın içində əriyir indi. 

 

                             Yeri tərs salınıb güclü, gücsüzün, 



Dəyəri qalmayıb əsla düz sözün; 

Anbardar bağlayıb açınca gözün, 

Sıçan piĢikləri sürüyür indi. 



 

 

15 



 

Namərdin əliylə ocaqlar sönür, 

Ağıllı sandığım Ģeytana dönür; 

Ġfritə mələk tək gözə görünür 

Ġnan dəhĢət məni bürüyür indi. 

 

2007 

 

 

BİR DOSTA 



 

Sordum: nədən qəfil gəldin? 

Mənə baxıb, baxıb güldün. 

Dedin: “qədrini bilmiĢəm, 

Sənə dövlət gətirmiĢəm” 

Dedim: “lazım deyil mənə, 

Sən gətirən mal-dövlət, var 

Mənim kömək diləməkçün 

Güvəndiyim Allahım var. 

Ġstəyimi o yetirib, 

Ehtiyacım özgəyə yox; 

Sən Allahı olmayana 

Kömək eylə, istərsən çox”. 

 

2008 

                                               * * * 

                                             

                                            TƏBRİZİM 

 

Yolun haqq yolu



Tarixin ulu; 

Məhəbbət dolu 

Nurlu bənizim, 

Gözüm Təbrizim. 

 



 

 

16 



 

Həsrətli sözüm, 

Gecəm, gündüzüm; 

Məndə var dözüm 

Qəlbi təmizim, 

Gözəl Təbrizim. 

 

Vüqarlı dağım, 



Çiçəkli bağım, 

Ana torpağım, 

EĢqi dənizim 

Canım Təbrizim. 

 

Ətirim, qoxum, 



Narahat ruhum; 

Ən Ģirin yuxum 

Candan əzizim, 

Anam Təbrizim. 



2007 

 

 



*** 

 

 

QUBAD ƏMİNİN ƏZİZ XATİRƏSİNƏ 

 

 HəmiĢə fəxr etdik əməllərinlə, 



Saflıq, düzlük oldu müqəddəs andın; 

Zəhmətdən süzülən alın tərinlə, 

Əmək Qəhrəmanı adı qazandın. 

 

Uymayıb dünyanın dövlət-varına, 



Ağızlarda özgə dad qoyub getdin. 

Halal çörək verib övladlarına, 

Halal insan kimi ad qoyub getdin. 

 



 

 

17 



 

Ey müdrik, mehriban əzmkar insan, 

Daim el-obanın qeyrətin çəkdin. 

Halal zəhmətindən heç usanmadan, 

Yurda xeyirxahlıq toxumu əkdin. 

 

2007 

 

 

*** 



QARŞIDADIR GÖZƏL GÜNLƏRİN 

 

Dostum Akif Əliyevin  



60 illik yubileyi münasibətilə 

 

Həyat yolu kələ-kötür, daĢlısan, 



Sən alimsən, düĢüncəli, baĢlısan; 

Kim deyir ki, qocalmısan, yaĢlısan? 

Ağarsa da baĢda qara tellərin. 

 

XoĢ ümidlə üz tuturuq sabaha, 



Düz deyilən batırammaz günaha; 

Ġnamımız tək Yaradan Allaha

Açılacaq açılmayan güllərin. 

 

Həyat budur: xeyir də var, Ģər də var 



Can sağ olsa, qanadlanar arzular, 

Zəmanəmiz eĢitməsə, olsa kar 

EĢidilər bir gün sənin zillərin. 

 

Qələmində azad fikir, azad söz, 



Çiynindəki yük ağırdı dayan, döz; 

Bu dünyanın dərd-qəmini özün çöz, 

Fəxr eləsin əməlinlə ellərin. 

 

 




 

 

18 



 

Sən həyatdan kiĢi kimi bac aldın, 

Zəhmətinlə ucaldıqca ucaldın; 

Varmı deyən altımıĢda qocaldın?! 

QarĢıdadı neçə-neçə illərin

QarĢıdadı gözəl-gözəl günlərin... 

 

2008 

 

 



*** 

 

                           XƏBƏRİ YOXDU 

 

Bu yerin Allahdan xəbəri yoxdu. 

Ayaz Arabaçı 

 

Meydan qarıĢdırır namərdin əli, 



Bu əməl qoyubdu əyri təməli, 

Hər yerdə iĢləyir Ģeytan əməli 

Allahın bu yerdən xəbəri yoxdu. 

 

Haram halal kimi basıb yeyilir, 



Tanrı ünvanına böhtan deyilir; 

Haqsız Ģux yeriyir, haqlı əyilir 

Allahın bu yerdən xəbəri yoxdu. 

 

Dünyanın bir iĢi tərsinə çönür, 



Ürəklər tamahla vurub döyünür; 

Bəzən kiĢilər də qadına dönür 

Allahın bu yerdən xəbəri yoxdu. 

 

Yalandı ən uca yerdə padiĢah, 



Puldur həm öldürən, həm yıxan silah, 

Belə haqsızlığa dözməzdi Allah 

Allahın bu yerdən xəbəri yoxdu. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə