Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə3/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   2   3   4   5   6   7   8   9   ...   101

 

 



 

V.Nəsirin yaradıcı qabiliyyətinin digər bir tərəfi, tipik Ģəraitdə, 

tipik  xarakterlər  yaratmaq  bacarığı  ortaya  çıxmıĢdır.  Məsələn, 

“Yenə  də  qatarda”  pyesində  təsərüfat  baĢçılarının  həyatı, 

onların  iĢlərindəki  əyintilərdən  qaynaqlanan  narahatçılıqları 

real  boyalar,  ricətlər,  dramatik  situasiyalar  vasitəsilə  mətnə 

gətirilir.  Hadisələr  qatarda  olan  tipik  Ģəraitə  uyğun  təsvir 

olunur.  Üç  dost,  üç  yoldaĢın  (Əsəd,  ġiroğlan  və  Babalı) 

Ģəxsində  V.Nəsir  Azərbaycan  təsərrüfatında  və  Azərbaycan 

Ģəraitində  baĢ  verənləri,  onların  daxilən  hansı  qorxu  ilə 

yaĢadıqlarını,  eyni  zamanda  milli  psixoloji  düĢüncədə 

formalaĢdırılanların  genetikasını  ortaya  qoyur.  “Bir  elmi-

tədqiqat  bölməsində”  pyesində  isə  insan  psixologiyasının  bir 

baĢqa tərəfi Azərbaycan reallığı timsalında təhlil olunur. Elmi-

tədqiqat  laboratoriyasında  baĢ  verənlər  hansısa  təsadüfün  və 

yaxud da yaradıcı təxəyyülünün məhsulu olmadan çox reallığa 

hesablanır.  Daha  doğrusu,  sırf  real  faktların,  hadisələrin 

ümumiləĢdirməsidir.  Belə  nə  qədər  hadisələri,  haqsızlıqları 

Azərbaycan  elmi  yaĢamıĢdır.  Nə  qədər  istedadların,  yüksək 

qabiliyyət sahiblərinin yoluna Çin səddi çəkilmiĢdir. Bu gün bu 

tip  hadisələr  daha  ifrat  Ģəkil  almıĢdır.  “Bir  elmi-tədqiqat 

bölməsində”  pyesi  ilə  müəllif  baĢ  verənlərə  etiraz  səsini 

qaldırır,  onlara  ibrət  dərsi  verir.  Gəncliyə,  istedadı  olanlara 

qapıları açmağın gərəkliyini bildirir. 

Vaqif  Nəsir  yaradıcılığında  mühüm  bir  hissəni  onun 

publisistik  məqalələri  tutur.  Dövrün,  ictimai-mədəni  mühitin 

problemlərinə fəal münasibət, ayrı-ayrı elm adamları haqqında 

dəyərləndirmələr  istedadlı  ədibin  yaradıcılığında  kifayət  qədər 

güclü  görünən  tərəflərdəndir.  “Ləyaqətli  insan”,  “Mənalı 

ömürdən  məqamlar”, “Elm cəfakeĢi”, “Görkəmli alim, səmimi 

dost”,  “Nurlu  insan”,  “Fədəkar  alim,  görkəmli  pedaqoq”, 

“Dərddən  süzülən  misralar”,  “Mənalı  insan  ömrü”,  “Nisgilli 

ürəyin  üsyanı”  və  s.  sözün  həqiqi  mənasında  bir  bütövü, 

V.Nəsirin 

mühitə, 

ictimai-mədəni 

sferada 

olanlara 

münasibətini təqdim edir.  V.Nəsir original düĢüncəyə, orijinal 



 

 



 

ifadə  qabiliyyətinə  malik  olan  istedad  sahiblərindəndir. 

Azərbaycan 

dilinin 


imkanlarından 

necə 


istifadənin 

nümunəsidir.  Bütün  bunlar  istedadlı  Ģair,  nasir,  dramaturq, 

görkəmli  fizik  Vaqif  Nəsirin  çağdaĢ  ədəbi  mühitdə  yerini 

müəyyənləĢdirir  və  bu  yerin  ancaq  və  ancaq  ucalıq  olduğunu 

düĢünməyə əsas verir.  

 

Mahmud ALLAHMANLI 



filologiya üzrə elmlər doktoru, professor 

 

 



 

 


 

 

10 



 

DÜNYA   FIRLANIR 

 

 

DÜNYA FIRLANIR 

 

                                                 Rəhmət sənə Bəxtiyar müəllim! 

 

Nə təəccüb, nə filan 



Bu boĢalan, bu dolan

Olmayan olur olan; 

Söndürən su odlanır 

Demə, dünya fırlanır. 

 

Son gəlib əvvəl olur, 



Cılız mükəmməl olur, 

Üst alta təməl olur

Gedən gələn calanır 

Axı dünya fırlanır. 

 

Vəzifələr dəyiĢir, 



Əqidələr dəyiĢir, 

Daha nələr dəyiĢir... 

                                 Haramın keĢiyində 

Ġndi halal dayanır, 

Yəni dünya fırlanır?! 

 

QıĢ çıxmamıĢ yaz gəlir, 



Baharda payız gəlir; 

Fəlakətlər, bəlalar 

Hesabsız, saysız gəlir. 

Xoruz da yuxusundan 

Gün batanda oyanır 

Dünya necə fırlanır? 

 



 

 

11 



 

Güclü gücsüzü əzir, 

Cani cəzasız gəzir, 

Yer üzünün əĢrəfi. 

Ġnsan pula müntəzir

Zora, qola müntəzir... 

Nahaq haqqa güc gəlir, 

Səsi göyə yüksəlir, 

Meydan sulayır nadan, 

Seyr eyləyir Yaradan. 

Sanki gördüyüm aləm 

Bir yalana boyanır, 

Bu an dünya bilirəm 

Fırlanmaqdan dayanır... 

 

2009 

 

 



*** 

                                     



                                                BİRİSİNƏ 

 

Əziz dostu, sirdaĢı da, 



Bacısı da, qardaĢı da 

sevmir onu. 

Həm yaxını, həm uzağı, 

Həm arvadı, həm uĢağı 

sevmir onu. 

Bir qüvvə yoxdur ayılda 

DüĢünürəm Əzrayıl da 

sevmir onu. 

 

2008 

 

 



 

 



 

 

12 



 

 

BİR QƏPİKLİK ÖPÜŞ 

 

                                        Mərhum dostumun “dostuna” 

 

Onu hər görəndə gələrdin cana



Boynuna sarılıb üzün öpərdin. 

Yaman bağlanmıĢdın sən bu insana, 

O idi çarəsi sənçün hər dərdin. 

 

Sanaraq əzizdi sənə canından, 



Sağına keçərək solunu tutdun. 

Bir an çəkilməyib onun yanından, 

Sən öz ünvanını belə unutdun. 

 

Hər Ģey yaddan çıxdı öləndən sonra, 



Oğlunun toyuna gəlmədin o gün. 

Qəti əmin oldum mən bundan sonra

Bir qəpiyə dəyməz sənin öpüĢün. 

 

2008 



                                                  *** 

 

                                                OYNAYIR 

 

Deyən namərdliyin gəlib zamanı, 



Vermir mərd olana əsla amanı; 

Yadlar dilləndirir indi kamanı, 

Özgə havasına kaman oynayır. 

 

Əqidə satılır vara-dövlətə, 



Düzlük bu dünyada düĢüb zillətə; 

Zaman bizi salıb gör nə halətə

Ġmansız fit çalır, iman oynayır. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə