Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə10/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   6   7   8   9   10   11   12   13   ...   101

 

 

48 



 

AYRILIQ  VƏ  GÖRÜŞ 

 

Gecə-gündüz, bacı-qardaĢ, 



ġirin-acı, yaxın sirdaĢ. 

Bu həyatda əyri, düz var, 

Yalan söz var, doğru söz var. 

Cavanlıq var, qocalıq var, 

Alçaqlıq var, ucalıq var. 

Bu dünyanın bütövü var, 

Bu dünyanın kəmi vardır, 

Bu dünyanın sevinci var, 

Bu dünyanın qəmi vardır. 

Onun bütövü olmasa, 

Ġnan ki, kəmi bilinməz. 

Ürəyə sevinc dolmasa, 

Həyatın qəmi bilinməz! 

Yalan var ki, doğru da var, 

Düzlük var ki, oğru da var. 

Ağlamaq var, gülüĢ də var, 

Ayrılıq var, görüĢ də var.  

Dərk etdikcə  bu dünyanı, 

Dərd, qəmindən yan düĢərik , 

            Ayrılırıq, bir gün yenə 

Əminəm ki, görüĢərik. 

Kədər qəmlə görüĢməsə, 

ġairin ilhamı olmaz! 

Ayrılmasaq bu görüĢün 

Dadı olmaz, tamı olmaz. 

 

2013 



 

 

 



 


 

 

49 



 

ƏLİFBA  BAYRAMIN  MÜBARƏK 

 

Üzünə açıldı bilik qapısı, 



Əlifba bayramın mübarək, oğlum! 

Bütün biliklərin odur binası, 

Böyük zəfərlər çal,  biz görək, oğlum! 

 

Qüvvət elmdədir, deyib babalar



Mən səni qüvvəli görmək istərərəm; 

Bilikli insana tərif yaraĢar, 

Misralar çələngi hörmək istərəm. 

 

Bilikdir Vətənə sevgi, məhəbbət, 



Ġnsan biliylə kamala yetir. 

Onunla mənalı olur bu həyat, 

Bilik baxçasında gül-çiçək bitir. 

 

Əlifba-açarı alıb əlinə, 



Sirli qapıları öz ağlınla aç; 

Daim gərəkli ol doğma elinə

Ağıl, kamalınla daim iĢıq saç. 

 

Səni təbrik edir nənə, babalar 



Qoy mənalı olsun səninçün hər an. 

Səndə həm istedad, həm bacarıq var, 

Ağılla, zəkayla böyü sən, Özkan! 

                                                              2014 

 

 

 




 

 

50 



 

SƏN  ELƏ  BAĞLISAN 

 

               Milli Məclisin deputatı E.Axundovaya 

 

Sən elə bağlısan Elmira xanım, 



Bu torpaq öz yuvan, doğma evindir; 

Hünərin mat qoyur bütün dünyanı, 

Xarüqələr yarat, bizi sevindir. 

 

Sən eli sevirsən, el səni sevir, 



Həqiqət carçısı, haqq aĢığısan. 

HəmiĢə üzünü xalqına çevir, 

Sən Milli Məclisin yaraĢığısan. 

 

“Aslanın erkəyi, diĢisi olmaz”, 



Bəli, aslan sanır, el bu gün səni; 

Sən öz əməlinlə sübut eylədin, 

Əsrlərdən gələn  el məsəlini. 

 

Dözüb çətinliyə, hər cür ağrıya, 



Elin qayğısıyla keçir hər anın. 

Min Ģükürlər olsun Ulu Tanrıya: 

Sənin tək qızı var Azərbaycanın. 

 

 

2010 

 

 



 


 

 

51 



 

DUA 

Xalidənin  bir  yaşına 

 

ġükür olsun sənə Tanrım, 



Bu göy, bu yer, torpaq üçün! 

Ağaclara ilham verən 

YaĢıl budaq,  yarpaq üçün! 

 

ġükür olsun sənə Tanrım, 



Haqqın yolu silahımdır. 

Çətin gündə, çətin anda 

Öz dərgahım, pənahımdır. 

 

ġükür olsun sənə Tanrım, 



Ətrafımda qohum, dost var. 

Sənin böyük kərəminlə 

Çiçəkənir saf arzular. 

 

ġükür olsun sənə Tanrım, 



Mənə nübar bəxĢ eylədin. 

Ömrümün bahar çağında 

Güllü bahar bəxĢ eylədin. 

 

ġükür olsun sənə Tanrım, 



ġükür, Ģükür, min-min Ģükür... 

Bir arzunun qarĢısında 

Arzularım dizin bükür. 

 

Tanrım, səndən istəyim bu: 



Körpəm xoĢbəxt yaĢa dolsun! 

Xalidələr cütdür bizdə, 

Vaqiflər də qoĢa olsun! 

                                          1998 




 

 

52 



 

İSTƏK 

 

Səndən uzaq, yuxum darda 



Sən hardasan, özüm harda? 

Göydə sönən ulduz kimi 

Öz yerimdə sürüĢürəm, 

Ġndi yalnız xəyallarda 

Mən səninlə görüĢürəm. 

 

Ömrümdən ötsə də günlər 



Qoy zamanın budağından 

Yarpaqlar tez tökülsünlər! 

Həyatın zaman varından  

Hər ili bir ana verim, 

Bu həsrəti sona verim. 

2000 


 

 

*** 



 

TƏSƏLLİ 

Bəxtiyat müəllimə 

 

Bütün Ģənliklərin yaraĢığı sən, 



Gözəl məclislərin gur iĢığı sən; 

Ruhunla bağlısan doğma Vətənə 

Elin həm vurğunu, həm aĢiqi sən! 

 

Fələyin gərdiĢi ağ olmasaydı, 



Bağçada bir gülün tez solmasaydı 

Sanardım müəllim, sən bəxtiyarsan 

Sinənə çəkilən dağ olmasaydı! 

 

 




 

 

53 



 

Yox! Belini bükmə, bir ayağa qalx, 

Sən gərək dözəsən çəkilən dağa! 

Əmanət etmisən əziz balanı, 

Candan çox sevdiyin ana torpağa! 

 

Çox gözəl bilirsən bu həyat nədir, -  



Sonu görünməyən bir əfsanədir. 

Hərəkət olmasa varlıqmı olar? 

Hey gələni gəlir, gedəni gedir... 

                                                               1995 

 

*** 


 

BU NECƏ HƏYATDIR 

 

Dağı dağ eyləyən düzlər dəyiĢir, 



Rəngdən rəngə düĢüb üzlər dəyiĢir, 

Bərkə düĢən kimi sözlər dəyiĢir 

Bu necə həyatdır, bu necə ömür?! 

 

Taleyin vaxtına, vədəsinə bax, 



Oğulun ataya hədəsinə bax... 

Bu gün bəy, dünənin gədəsinə bax 

Bu necə həyatdır, bu necə ömür?! 

 

Ġnsanın insana çatmır köməyi, 



Qazanca çevrilib uĢaq əməyi; 

Yaddan çıxarmıĢıq deyib, gülməyi 

Bu necə həyatdır, bu necə ömür?! 

 

Elm də, alim də düĢüb qiymətdən, 



Aqillər salınıb əsil hörmətdən; 

Təsəlli alırıq indi qeybətdən 

Bu necə həyatdır, bu necə ömür?! 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə