Вагиф
Султанлы. Щечлик вадиси
108
hənir dəymədi. Daha gözləmədi, yumruğu ilə qapını bərk-bərk
dəyməyə başladı. Zərbələrini necə gəldi endirirdi. Yumruğunun
səsi bütün binanı başına götürmüşdü. Qışqıra-qışqıra Süsəni
çağırırdı:
– Aç qapını, Süsən, aç, aç... Qurban olum, aç qapını, aç,
aç...
Ona elə gəlirdi ki, Süsən yuxudadı, yatıb, bu saat oya-
nacaq, yuxulu-yuxulu qapını açacaq. Ancaq heç nə deməyəcək,
təkcə məzəmmətli baxışlarıyla astanadan asılqanadək izləyəcək
onu. Sonra baxışlar yumşalacaq, həlimləşəcək. Və bu baxışlar
deyəcək ki, axı niyə gec gəlirsən evə, ay insafsız, bəs mən adam
deyiləmmi... Nə vaxta kimi yalın divarlara keşik çəkəcəyəm. Nə
vaxta qədər... Bəs sonra nə deyəcək Süsənin baxışları...
Get-gedə qolları boşalırdı, sərxoş bədəni tabını-təpərini
itirirdi. Elə hey Süsəni səsləyirdi, yalvarırdı, yaxarırdı:
– Aç qapını, Süsən, aç qapını... Qurban olum, Süsən, aç
qapını, aç, aç...
Yorulmuş, keyimiş qolları sustaldı. Əlləri qapının dəstə-
yindən üzüldü, dizləri yavaş-yavaş büküldü, daş kimi qapının
kandarına düşdü.
...Əslində bu yuxuya bənzəmirdi, sanki nə isə qəribə,
heyrətamiz bir sehrə düşmüşdü. Hayana dönürdüsə, bağlı qa-
pıyla üzləşirdi. Qəribə burasıydı ki, bu qapılar çox möhkəm
bağlanmışdı, nə illah eləyirdisə, aça bilmirdi. Bu qapılar ona
tanış idi, doğmaydı, haçansa, hardasa bu qapıları açmışdı, ancaq
haçan, harda açdığını xatırlaya bilmirdi. Və görürdü ki, dün-
yanın tanıdığı, bildiyi bütün qapıları büsbütün bağlanıb üzünə...
Özünə gələndə səhərə az qalırdı. Daş döşəmənin buz kimi
soyuğu sərxoş bədənini ayıltmışdı. Əlləri, ayaqları donub əl
ağacına dönmüşdü. Titrəyən əllərilə qapının açarını çıxardı,
ancaq aça bilmədi, açmağa əli gəlmədi. Qaytarıb açarı cibinə
qoydu. Bu sayaq gecədən sonra evdə rahatlıq tapa bilməyə-
cəkdi.
Yavaş-yavaş pillələri düşməyə başladı. Aclıq hiss elə-
mirdi, ancaq susuzluqdan ciyəri yanırdı. Həyətə enib dodaq-
larını kranın dəmir lüləsinə dayayaraq buz kimi soyuq sudan
bəs deyincə içdi.
Вагиф
Султанлы. Щечлик вадиси
109
Həyətdəki səkinin üstündə oturdu. Pencəyini əynindən
çıxardı; əzik-üzük, toza-torpağa bulanıq idi. İşə bu sayaq get-
mək olmazdı, mütləq təmizləmək lazımdı. Pencəyinin toza,
ə
həngə bulanmış yerlərini su ilə təmizlədi, ancaq əyninə gey-
mədi, əyinə geyinməli halı yox idi, tamam su içərisindəydi.
Göyün üzünə baxdı. Bir vaxt Süsənlə burda, həyətdə
dayanıb ulduzlu gecələrə saatlarla tamaşa eləyərdi. İndi də ul-
duzluydu səma. Ancaq uzaqda soyuq-soyuq işaran ulduzlar ya-
vaş-yavaş işığını itirirdi.
Səhər açılırdı.
1981, Bakı
Вагиф
Султанлы. Щечлик вадиси
110
MÜQƏVVA
Yaddaşında nə vardısa pərən-pərən düşmüşdü, ən adi
ş
eyləri belə heç cür xatırına salammırdı. Elə bil bütün bunlar
yuxuda baş verirdi; həyatla, insanlarla əlaqəsini büsbütün itir-
mişdi.
Hər tərəf zülmət kimi qaranlıq idi. Elə bil qaranlıq dün-
yaya düşmüşdü, çünki belə zülmət, belə qaranlıq ancaq nağıl-
larda ola bilərdi. Səmada ulduzlar görünmürdü, təkcə günəş var
idi, ancaq günəş dünyanı işıqlandırmırdı, işığı, istiliyi tükən-
diyindən ulduz kimi soyuq-soyuq közərirdi.
Adamlar qaranlığa məhəl qoymadan tələsə-tələsə keçib
gedirdilər, ancaq hara getdikləri bilinmirdi. O, insanların qarış-
qa kimi qaynaşdığı qaranlıqda çaş-baş qalmışdı, hayana gedə-
cəyini bilmirdi. Dörd bir tərəf qaranlıq idi, hansı səmtə çev-
rilirdisə, zülmət keçilməz sədd kimi, divar kimi qabağını kəsir-
di. Sanki dünya elə belə yaranmışdı; yer üzü başdan-binadan
işıq, aydınlıq tanımırdı. Yadını-yaddaşının ən dərin qatlarında
bu dünya, bu insanlar, bu rəng ona tanış, doğma gəlirdi, təkcə
harda gördüyünü xatırlayammırdı.
Böyük şəhərin küçələri ilə addımlayırdı. Hayana gedə-
cəyini bilmirdi, hər yan qaranlıq idi. Və hayana gedəcəyindən
asılı olmayaraq onu zülmət və qaranlıq gözləyirdi. Getdikcə
daha artıq əmin olurdu ki, ömrünün hansı ilindəsə özünə doğma
bildiyi bu böyük şəhərdə işıq və aydınlıq axtarmaq əbəsdi.
Onun təsəvvüründə qara rəng dünyanın sonuydu və
fəhmlə bilirdi ki, haçansa dünyanın əvvəli də beləcə zülmət
olub; dünyada əbədi bir rəng var – zülmət. Qalan bütün rənglər
təsəllidi, yalandı, aldanışdı.
Dəniz vağzalındakı qəhvəxanaya girdi. Keçib küncdə boş
stullardan birində oturdu. Qəhvəxanaya girməklə dünyanın
qaranlıq olduğunu birdəncə unutdu.
«–Yenə gəldin?.. ».
Qəhvəxanaya ayaq basan kimi hər dəfə bu sualı
eşidəcəyindən qorxurdu. Ona elə gəlirdi ki, günlərin birində
hamının gözü qabağındaca qovub qəhvəxanadan çıxaracaqlar,
Вагиф
Султанлы. Щечлик вадиси
111
bir də buralara ayaq basammayacaq. Bu qorxunun içərisinə nə
vaxtdan dolduğunu bilmirdi. Bu qorxu qəlbinə, varlığına elə
hopmuşdu ki, hər dəfə içəri ayaq basandan keçib adamlara qarı-
ş
anacan, yarım litr şirin çaxırı qurtum-qurtum içib qurtaranacan
gözünü təkərli podnosunu sürə-sürə stolların arasında vurnuxan
xidmətçidən ayırmırdı.
Zəif, tutqun divar lampalarının işığında çalınan caz hava-
sına sanki divarlar, boş stullar, stolların üstündəki büllur qədəh-
lər rəqs edirdi. Caz havası elə oynaq idi ki, ondan başqa bircə
nəfər də olsun oturmamışdı.
Bu qəhvəxanada o heç vaxt başqaları kimi arın-arxayın
oturub yeyib-içməmişdi. Hərdən ömrünün ağır dəqiqələrində
içib unutmaq üçün, hərdən də sərxoş çağlarında caz havasına
qulaq asmaq üçün gəlib burada oturardı. Qışın soyuğunda şaxta
nəfəsini kəsəndə canını isitmək üçün bura gəldiyi günlər də
olurdu.
«–Dur, cəhənnəm ol burdan!».
Ürəyinə dammışdı ki, gec-tez bu hökmü eşidəcək. Ona
görə də elə bil qor üstündə otururdu. Xidmətçinin üstünə atı-
lacağını, yağlı əllərilə qolundan tutub sürüyə-sürüyə bayıra çı-
xaracağını hər dəqiqə gözləyirdi; adam seyrək olanda içəri gir-
məyə cəsarət eləmirdi.
Qəhvəxanadan çıxıb evə getmək üçün avtobus dayana-
cağına gəldi. Dayanacaqda bir qız bir oğlanla qolboyun olub
öpüşürdülər. Qız barmaqlarını daraq kimi oğlanın saçlarına
keçirmişdi, oğlanın əlləri kor-kor qızın kürəyində gəzirdi. Qızın
ə
l sumkası, oğlanın dəftər-kitabı yerdə ayaqlarının altındaydı.
Hər şeyi unudub bir-birinə sarmaşmışdılar. Elə bil dünya bunlar
üçün qaralmışdı.
Avtobusa minib arxa pilləkəndəcə dayanıb durdu. Tün-
lükdən içəri ayaq basmaq olmurdu. Qaranlıqda göz-gözü gör-
mür, adamların sir-sifəti seçilmirdi. Dayanacaqları elan edirdilər
ki, sərnişinlər nə vaxt düşmək lazım olduğunu unutmasınlar.
Sonuncu dayanacaqda avtobusdan düşüb evə yollandı. Qaldığı
evlə dayanacağın arası dörd-beş dəqiqəlik yoldu. Avtobusdan
düşəndən sonra az qala qaça-qaça özünü evə çatdırdı. Qa-
Dostları ilə paylaş: |