Вагиф
Султанлы. Щечлик вадиси
136
Ata ələyi küncdən alıb taxta tabaqda un ələməyə başladı.
Bu çağa kimi uşaqlar elə bilirdilər ki, un ələməyi təkcə anaları
bacarır və bütün bu sayaq işləri yalnız o bacardığı üçün o da
eləyir.
Unu ələdikcə kişinin bədəni yırğalanırdı, çırağın işığında
onun kölgəsi divarda eybəcər bir mənzərə yaradırdı və bu
mənzərə böyüyüb kiçildikcə sanki otağa qəribə bir vahimə
dolurdu.
Sonra qazança gətirib quymaq çalmağa başladı.Uşaqlar
atanın xörək bişirməyinə heyrətlə tamaşa eləyirdilər.
Ata xörəyi bişirib bir nimçə arvadına içirəndən sonra
sobaya iri bir yarma atıb yatağına girdi.
...Səhər uşaqlar yuxudan qalxanda günorta üstüydü. Qar
düzü-dünyanı tutmuşdu. Ana yerinin içində mütəkkəyə dirsək-
lənib gözünü pəncərəyə zilləmişdi. Üz-gözündən narahatlıq tö-
külürdü. Uşaqlar yerindən qalxan kimi əlilə sobanın altını bö-
yük qıza göstərib:
– Götür o murdarı ordan rədd elə! - dedi. - Sonra da
acıqla əlavə etdi. -Vaxt tapdı o da...
Qız sobaya yaxınlaşdı. Xallı pişik doğmuşdu. Dörd dənə
balası bir-birnə elə sarmaşıb durmuşdu ki, elə bil bir can idi.
Hələ gözlərini aça bilmirdilər.
Ananın pişikdən zənd-zəhləsi gedirdi: Xallını da əlacsız-
lıqdan evə buraxmışdılar, çünki siçan göz verib işıq vermirdi.
Nənəsi danışırdı bunu: bir kişinin züryəti olmadığından
gecə-gündüz oturub allaha dua eləyirmiş ki, ona övlad versin.
Kişinin həyətində iti və pişiyi də varmış; bunlar da öz heyvan
dillərində sahiblərinə övlad diləyirmiş. Guya it deyirmiş ki, kaş
sahibimin yeddi igid oğlu olsun, hərəsi mənə bir parça əppək
versə, şad-xürrəm ömür sürərəm. Pişik isə yalvarırmış ki, allah
sahibimə yeddi kor qız qismət eləsin, hərəsinin əlindən bir tikə
çörək qapıb yesəm, bəsimdi... Doğruydumu, yalanıydımı, bu-
nun fərqinə varmaan ta zamandan pişiyi görən gözü yox idi.
Qız bir söz demədən pişiyin balalarını torbaya yığıb töv-
ləyə getdi. Çölə atsaydı, o saat donub ölərdilər. Hər tərəf bəm-
bəyaz qar idi. Tövlənin samanlığında bir yer düzəldib balaları
ora qoydu. Xallı pişik miyoldaya-miyoldaya qarabaqara qızın
Вагиф
Султанлы. Щечлик вадиси
137
dalınca gəlirdi. Qız bütün günü pişiyin yanından əl çəkmədi.
Hərdən anasının gözünü oğurlayıb pişiyə çörək, ət parçası apar-
dı, balaların altına əski döşədi.
O gün ata işdən ertə qayıtdı. Qucağında meyvə, konfet və
başqa bahalı hədiyyəlrlə dolu kağız torba vardı. Gözləri gülür,
körpə uşaq kimi sevinirdi. Bu neçə ildə ilk dəfəydi onu sevinən
görürdülər. Alnının qırışları itmiş, gözləri yollardan yığılmışdı –
oğlu olmuşdu – dörd qızdan sonra birinci oğlu. Ana da gülüm-
səyirdi. Gözləri ərinə dikilib qalmışdı, heyran-heyran baxırdı.
Ata iştahla papirosunu sümürürdü, Üz-gözündən elə bir
öyüngənlik tökülürdü ki, sanki körpəni arvadı yox, özü doğ-
muşdu. Yerindən qalxıb uşağı qucağına aldı, əlilə üzünü açdı,
xeylaq gözlərinə baxıb:
– Yaxşı oğul dayısına çəkər deyiblər, - dedi, - elə bil bir
almadı yarı bölüblər.
Gecə ər-arvad xeyli pıçıldaşdılar. Ata əzəlki kimi zəhmli,
ə
səbi səslə danışmırdı, körpə doğulandan yumşalıb piləyə dön-
müşdü.
Ana:
– Pişik də vaxt tapdı doğmağa. Qorxuram uşağın başına
bir iş gələ:
– Eh,- dedi əri, - sən də fanatik olub getmisən.
Səhər böyük qız anasının səsinə oyandı, yuxulu-yuxulu
sobaya tərəf baxdı. Xallı pişiyin balaları sobanın altında idi.
Qəribəydi, pişik balalarını bu qarda-çovğunda tövlədən evə ne-
cə gətirmişdi? Hardan yol tapıb evə girə bilmişdi? Pişiyə yazığı
gəldi, istədi anasına yalvarsın ki...
– O murdar olmuş götür çırp qarın içinə, - arvadın acıqlı
səsi eşidildi.
Ağzını açıb bir söz deyə bilmədi. Sakitcə balaları torbaya
yığıb yenə tövləyə apardı, samanlıqda düzəltdiyi yuvacığa qoy-
du. Xeylaq onlarda əyləndikdn sonra evə qayıtdı ki, anasından
gizli bir qədər çörək də gətirib pişiyə versin. Anası onu odun
dalınca göndərdi, sonra sobanı yandırmağı tapşırdı. Yalnız bun-
dan sonra bir qırıq çörək götürüb tövləyə qaça bildi.
İ
çəri girəndə heyrətindən yerində dondu: Xallı pişik bala-
larını yeyirdi.
Вагиф
Султанлы. Щечлик вадиси
138
Ağacı götürüb pişiyin üstünə cumdu. Xallı quyruğunu ox
kimi dikəltdi, tüklərini qabardıb vəhşi səslə miyoldadı. Gözləri
pişiyin qan çanağına dönmüş gözlrinə sataşınca əti ürpəşdi.
Ağacı atıb evə qaçdı:
– Məmə, ay məmə, gəl qoyma, pişik balalarını yeyir!
Ana diksindi. Qəfildən körpə də qışqıra-qışqıra ağlamağa
başladı. Ana körpəni ovutmaq üçün qucağına aldı. Qız anasını
gözləməyib tövləyə qaçdı.
Xallı pişik balasının üçünü yemişdi. Əlinə keçən kərpic
parasını götürüb pişiyə sarı tolazladı. Kərpic pişiyin yanından
ötdü. Pişik axırıncı balasını dişinə alıb göz qırpımında tövlənin
damına sıçradı.
... O gündən pişiyin ayağı evdən kəsildi. Ana tutduğu
işdən peşman olmuşdu, ancaq peşmançılığını üzə vrumurdu.
Bacılar axşama kimi körpə qardaşlarının yanından əl
çəkmirdilər, pərvanə olub başına dolanırdılar. Ana körpənin
biləyinə gözümüncuğu taxdı. Evə yad adam gələndə başına duz
dolayırdı ki, gözə gəlmsin, yatıranda yastığı altına çörəkotu
qoyurdu ki, qorxmasın.
Xallı pişik yavaş-yavaş unudulurdu.
Bir səhər ana malları sulayıb tövləyə salandan sonra bö-
yük qızı səslədi. Qız baldırlarına kimi uzanan rezin kişi çəkmə-
lərini geyib həyətə düşdü. Ana sakit səslə:
–Xallı tövlədədir, samanlıqda yatıb, - dedi.
Qız sevindi, iri çəkmələri sürüyə-sürüyə tövləyə getdi.
İ
çəri qaranlıq idi. Divardan tuta-tuta irəlilədi. Yavaş-yavaş göz-
ləri qaranlığa alışdı. Samanlığa çatanda birdən yerində dondu.
Xallı pişik samanlıqda, balaları üçün düzəldilmiş yuvada ölmüş-
dü. Hıçqırıq qızı boğdu.
Handan-hana özünə gələrək bayıra çıxdı.
Qar havasıydı. Soyuqdan adamın bəbəkləri donurdu.
Külək evin novçalarınan sallanan sırsıraları qırıb tökürdü.
1986, Bakı
Dostları ilə paylaş: |