Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə51/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   47   48   49   50   51   52   53   54   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
162
Dostunun  ölkəni  tərk  etməsindən  bir  neçə  gün  sonra  xə-
bər tutdu. Anası xəstələndiyi üçün ona baş çəkməyə getdiyindən 
şə
hərdə  deyildi.  Əvvəlcə  bu  xəbərdən  sarsılan  kimi  oldu,  daha 
doğrusu, uzun illərdən bəri tanıdığı, bağlandığı yaxın bir dostu-
nu, simsarını əbədi olaraq itiribmiş kimi içinə bir qəriblik duy-
ğ
usu çökdü. Ancaq bu hiss çox çəkmədi, bir az sonra özünün də 
çıxıb gedəcəyini düşünərək bir qədər sakitləşən kimi oldu. 
O,  bu  görüşü  belə  təsəvvür  eləmirdi;  sanki  onun  gəlişi 
dostunu  qətiyyən  maraqlandırmırdı.  Elə  bil  ki,  yanında  otur-
duğu  yad  bir  insan  idi;  söhbətə  təşəbbüs  etməməsi,  dinib-da-
nışmaması,  tanış-bilişlərdən  hal-əhval  tutmaması,  ölkədəki  və-
ziyyətlə maraqlanmaması onu təəccübləndirirdi. 
Vətəndən  çıxıb  gedənlərə  yalnız  ona  görə  haqq  qazan-
dırırdı  ki,  onlar  əqidəsini,  məsləyini  qorumaq  üçün  bu  addımı 
atmağa  məcburdular.  Ancaq  insan  vətəndən  ayrılıb  getdiyi 
yurdda da əqidəsini, məsləyini qoruyub saxlaya  bilmirsə, onda 
bu addımı atmağın mənası nə idi? 
Dostunun ailəsini  də  özüylə  gətirdiyini  bilirdi,  ancaq ya-
ranmış  soyuqluqdan  onların  hal-əhvalını  soruşmağa  cəsarət 
eləmir, necə olsa, evə yetişəndə hər şeyi öyrənəcəyini düşünür-
dü. 
Nəhayət,  maşın  beşmərtəbəli  bir  binanın  qarşısında  da-
yandı.  
Dostu: 
– Çatdıq, - dedi, - gördüyün bu evdə yaşayıram. 
Hər  ikisi  tələsmədən  maşından  endilər,  o,  baqajı  açaraq 
əş
yalarını götürdü, sonra birlikdə bloka daxil oldular. Liftlə dör-
düncü mərtəbəyə qalxana qədər heç biri danışmadı. 
İ
ki  otaqlı  kiçik  mənzilə  daxil  olanda  o,  içəridəki  ab-ha-
vadan dostunun tənha yaşadığını hiss elədi, ancaq hisslərini bü-
ruzə  verməmək  üçün  başını  aşağı  salıb  ayaqqabılarının  qıyını 
açmağa başladı. 
Yerbəyer  olandan  sonra  duş  qəbul  elədi,  sonra  birlikdə 
çay  içdilər  və  çaydan  sonra  dostu  evin  açarının  birini  ona 
verərək vacib iş üçün gedəcəyini söylədi. Çıxanda isə ürəyi bir 
ş
ey  istəyən  zaman  soyuducudan  götürüb  yeyə  biləcəyini  söy-
lədi. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
163
...O  gedəndən  sonra  uzun  müddət  pəncərənin  qarşısında 
dayandı,  ətrafı  bürüyən  yaşıllıqları  tələsmədən  gözdən  keçirdi. 
Sonra  divara  vurulmuş  böyük  xəritənin  qarşısında  dayanaraq 
gəldiyi şəhəri axtarıb tapdı. Bu gün səhər evdən çıxmışdı; cəmi 
bir neçə saata bu qədər yol qət elədiyinə heyrətləndi. 
Bu ölkə haqqında çox oxumuşdu, tarixini, mədəniyyətini, 
ə
dəbiyyatını  burda  yaşayanların  bir  çoxundan  yaxşı  bilirdi. 
Ancaq bu ölkədə yaşaya bilərdimi? Taleyini birdəfəlik bu yurda 
bağlaya bilərdimi? Bunu heç cür təsəvvür eləyə bilmirdi. 
Sonra qonaq otağına göz gəzdirdi. Son dərəcə sadə döşən-
miş  otağın  divar  boyaları,  uyğun  seçilmiş  rahat  mebelləri  bir 
tamlıq yaradır, insanın əsəblərinə sığal çəkirdi. 
...Dostu evə axşamdan xeyli keçəndən sonra qayıtdı. İçəri 
girən  kimi  onu  tənha  buraxdığı  üçün  üzrxahlıq  elədi,  bir  daha 
işlərinin çox olduğunu xatırlatdı: 
–  Ağlın  başqa  yerlərə  getməsin,  -  dedi,  -  burda  yaşamaq 
üçün gecə-gündüz çalışmalısan. 
O  heç  bir  cavab  vermədi  və  birgə  masanın  arxasına 
oturdular.  
Dostu: 
–  Mən  yeməyəcəyəm,  ac  deyiləm,-  dedi.  –  indi  sənə  bir 
ş
ey hazırlayaram. 
Gözləmədiyi bu təklifdən narahat olduğundan: 
–  Yox,  yox,  lazım  deyil,  zəhmət  çəkməyin,  -  deyə  qəti 
şə
kildə etirazını bildirərək iştahının olmadığını söylədi.  
Ə
slində  bu  gün  təyyarədə  yediyinin  üstündəydi  və  o  ye-
məyin  ürəkbulandıran  qoxusu  hələ  burnundan  çəkilib  getmə-
mişdi.  Bəlkə  aradan  bu  qədər  vaxt  keçəndən  sonra  iştahının 
olmaması da elə onunla bağlıyıdı. 
– Yaxşı, onda sərin pivə içərik. - Dostu soyuducudan iki 
ş
üşə pivə çıxararaq açıb qədəhlərə süzdü. 
Bütün  günü  bir  şey  yemədiyi  üçün  pivə  ona  yüngül 
məstlik gətirdi, əhval-ruhiyyəsi bir qədər dəyişdi. 
– Xanım, uşaqlar hardadır,- nəhayət soruşa bildi. 
Dostu bircə kəlmə ilə: 
– Ayrılmışıq, - dedi. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
164
Və  bu  bircə  kəlməni  elə  etinasız  tərzdə  söylədi  ki,  daha 
ayrılmaqlarının səbəbini soruşmağa cəsarət eləmədi. 
Ancaq  dostunun  onun  nigarançılığına  son  qoyması  çox 
çəkmədi: 
– Biri-birimizi anlaya bilmədik, - dedi. 
–  İndi  hardadırlar,  barı  uşağını  görə  bilirsənmi?  –  deyə 
soruşdu. 
Dostu başını bulayaraq: 
– Onlar daha məni maraqlandırmır, - dedi. 
Hiss etdi ki, dostu ailə mövzusunda danışmaq istəmir, ona 
görə də söhbəti dəyişərək işin üstünə gətirdi: 
Dostu: 
–  Bir  şirkətdə  çalışıram,  -  dedi.-  mazut  alveri  ilə  məşğul 
oluram. 
Gözləmədiyi bu cavabdan sarsılan kimi oldu, çünki dostu 
siyasət  adamı  idi,  onun  siyasətdən  uzaqlaşaraq  başqa  işdə 
çalışmasını ağlına, təsəvvürünə gətirə bilmirdi. 
– Bəs siyasi işlərə  necə, vaxtınız qalırmı? 
Dostu eynən bayaqkı əsəbiliklə: 
– Daha məni siyasət maraqlandırmır, ömrümün o illərinə 
təəssüf eləyirəm- dedi və bununla da söhbəti biryolluq kəsmək 
istədiyni bildirdi. 
Bir  azdan  dostu  sabah  erkən  qalxacağı  üçün  tez  yatmalı 
olduğunu söyləyərək onu qonaq otağında tənha buraxdı. 
 
* * * 
...O isə yata bilmədi. 
Gündüzdən seçilməyən qütb gecəsinin aydınlığında səhə-
rə  qədər  gözlərinə  yuxu  getmədi  və  həyatında  ilk  dəfə  olaraq 
tələsmədən yaşadığı ömrün yaddaşına hopmuş səhifələrini aşa-
ğ
ı-yuxarı vərəqləyə bildi. 
Zaman hiss olunmadan axıb gedirdi. 
Yaddaşında qarışmış vaxt duyğusunu sahmanlamaq üçün 
qalxıb  pəncərənin  önünə  gəldi  və  qütb  gecəsinin  süd  kimi  ay-
dınlığında  yuyunan  şəhərə,  şəhərin  üstünə  yeriyən  səssizlik  və 
kimsəsizliyin  cansıxıcı  mənzərəsinə  tamaşa  eləməyə  başladı. 
Göy qübbəsinin ortasında fırlanan günəş seyrək buludlarla əhatə 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə