Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə50/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   47   48   49   50   51   52   53   54   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
158
ş
eylə  maraqlanır,  cürbəcür  suallar  verirdi.  Qonaqlar  axşamdan 
xeyli keçənə qədər oturmuşdular. 
 Gündüzlər elektrik qurğusunu söndürür, yalnız axşamlar 
işə salırdılar, ona görə də işıq yalnız axşamlar olurdu. Nə qədər 
ki,  bu  iki  əcnəbi  mağarada  işləyirdi,  işıq  sarıdan  korluqları 
olmayacaqdı. 
 Mağarada  qazıntı  başlanandan  əvvəllər  hər  şeyə  qarşı 
biganə olan uşağın gördüklərinə münasibəti dəyişmişdi, indi o, 
atasını sorğu-suala tutmaqdan yorulmurdu: 
– Ata, onlar  kimdirlər, nə axtarırlar orda?  
–  Arxeoloqdular.  Qazıntı  aparırlar,  keçmişin    izlərini 
axtarırlar. 
Səhəri gün başqa suallar doğurdu: 
– O gün uşaqlar danışırdılar ki, onlar qızıl izinə düşüblər. 
– Ola bilər... 
– Bəs biz nə üçün  evimizdə qazıntı aparmırıq? 
–  Evdə  qazıntı  aparmazlar,  quzu.  Qazıntını  mağarada 
apararlar. 
– Axı, anam deyir ki, bura mağaradı... 
– O zarafatla belə deyir, – kişi ürəyində arvadını qınadı. 
Bir axşam isə uşaq qətiyyətlə: 
  –  Ata,  böyüyəndə  mən  də  arxeoloq  olacağam,  –  dedi.– 
Sonra da qürurla:– Qədim tariximizi öyrənəcəyəm, – əlavə etdi. 
– ...  
Kişi  cavab  vermədiyindən  uşağa  elə  gəldi  ki,  atası  onun 
son sözlərini eşitmədi. 
Uşaq səhər yatağından həvəslə qalxıb hər günkü kimi bir 
fincan  südlə  çörəyini  yeyərək  mağaradan  baxanda  sac  kimi 
dəyirmi  görünən  qaçqın  düşərgəsindəki  məktəbə  yollandı.  Bu 
gün özünü başqa bir aləmdə hiss eləyirdi; o, arxeoloq olacaqdı – 
qəti  qərara  gəlmişdi.  Uşağa  elə  gəlirdi  ki,  məktəbdə  hər  kəs 
onun bu  gizli arzusundan xəbərdardı. 
Dərsdən sonra atası onu iş dalınca göndərdi. Atasının tap-
ş
ırığını həmişəkindən daha həvəslə yerinə yetirdi. Evə dönəndə 
hava qaralmaq üzrəydi. 
...Həmişəki  kimi,  arxeoloqların  mavi  rəngli  çadırından 
musiqi səsi gəlirdi. O iki nəfər beli, külüngü bir tərəfə atıb yor-


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
159
ğ
unluqlarını  almaq  üçün  yaylı  çarpayıya  uzanmışdı.  Bəlkə  də 
yaylı  çarpayıya  uzanmaq  yorğunluqdan  deyildi,  sadəcə  onları 
gözləyən  şöhrətin  xəyallarında  əsən  havasından  sərxoş  olmuş-
dular. 
...Uşaq isə qazmanın ətrafında dayanıb sabahkı dərslərini 
hazırlamaq  üçün  elektrik  qurğusunun  nə  zaman  işə  düşəcəyini 
gözləyirdi.  Axı  o  böyüyəndə  arxeoloq  olacaqdı,  dərsə    hazır-
lıqsız  gedə bilməzdi. 
 
2004, Bakı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
160
QÜTB GECƏSİ 
 
 
– Mən əvvəlki adam deyiləm. – Altı illik ayrılıqdan sonra 
sonsuz bir həyəcanla gözlədiyi ilk görüşdəcə hal-əhval sorarkən 
aldığı  bu  gözlənilməz  cavab  onu  diksindirən  kimi  oldu  və  ayrı 
yaşadıqları bu illər ərzində xəyalında qurduğu dünyasını birdən-
cə yerlə-yeksan etdi. 
Onun  idarə  etdiyi  maşın  ətrafı  qranit  qayalar  və  seyrək 
ormanla  örtülü  yolla  şütüdükcə  gözləri  ilk  dəfə  gördüyü  qeyri-
adi mənzərələrə dikilsə də, insanın bu qədər dəyişə biləcəyinin 
heyrətləri içərisində fikrini bir səmtə cəmləşdirə bilmirdi. 
O  inanılmaz  dərəcədə  yadlaşmış,  ifrat  soyuqqanlı  və 
qaradinməz bir adama çevrilmişdi. Xeyli cavanlaşmış vücudun-
da,  çöhrəsinin  hansısa  bir  cizgisində  birgə  yaşadıqları  o  əzablı 
illərin, dözülməz sıxıntılar içərisində keçən günlərin ötəri nişa-
nələrini belə tapmaq mümkün deyildi. 
Aldığı  ilk  cavabdan  sonra  onu  düşündürən  məsələ  iki 
həftəni bu adamla bir mənzildə necə keçirəcəyi idi. 
Maşın  ormanların arası ilə  irəlilədikcə  insanın  əsəblərinə 
sığal  çəkən  yaşıllığın  və  yabanı  gözəlliyin  arxasında  gizlənən 
qəribliyi və tənhalığı bütün vücudu ilə duyurdu. 
Eşitdiyi  o  sözlərdən  sonra  onun  ardınca  bu  ölkəyə  gəl-
məyinin  peşmançılıq  duyğusu  içini  bürüməyə  başladı  və  ötən 
aylar ərzində büsbütün başqa ovqata köklənmiş yaddaşı biri-bi-
rinə qarışdı. 
«İndi  nə  etsin,  hayana  getsin?»  –  öz-özü  ilə  söhbət  edir-
miş kimi düşünür, qərar qəbul etməkdə çətinlik çəkirdi. 
«Bəs onda niyə gəlib qarşıladı? Niyə telefon zənglərində 
həmişə görüşməyə həvəsləndirirdi, onun üçün darıxdığını söylə-
yirdi? Axı, hərəkətlər deyilənlərlə qətiyyən uyğun gəlmirdi». 
Hava  limanından  şəhərə  aparan  yol  boyu  biri-birini  əvəz 
eləyən  yaşıl  mənzərələr  seyrək  tikililərlə  əvəz  olunanda  nara-
hatlığı  biz  az  da  artmağa  başladı.  Evlər  biri-birindən  aralı  idi, 
ancaq  ins-cins  gözə  dəymirdi,  sanki  bu  binalarda  insan  yaşa-
mırdı  və  burda  həyat,  gözəllik  tənhalıq  örtüyünə  bürünmüşdü, 
insan xoşbəxtliyi yalnız təklik və tənhalıq cildindəydi. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
161
Ə
slində  son  illər  hər  dəfə  hansı  məqsədləsə  ölkədən  çı-
xanda  bir  daha  geri  dönməyəcəyini  düşündüyündən  zəruri  sə-
nədlərini  və  əşyalarını  özüylə  götürürdü.  Çünki  daha  öz  ölkə-
sində  yaşaya  bilmədiyini,  həyatının  yarıdan  çoxunun  keçdiyi 
vətənin onunçün əsil cəhənnəmə çevrildiyini bütün əzasıyla hiss 
eləyirdi.  Bir  zamanlar  bağlı  olduğu  insanların  əqidəsini,  məs-
ləyini  dəyişib  tanınmaz  dərəcədə  başqalaşdıqlarını  heç  cür  an-
laya  bilmir,  özünü  bu  insanların  çevrəsində  büsbütün  yad  hiss 
eləyirdi. 
–  Deyəsən,  mənim  sözlərim  xətrinə  dəydi,  ancaq  yalan 
danışmağı sevmirəm. – O, gözlərini yoldan ayırmadan bir daha 
bayaq söylədiklərini təkrar elədi: – Mən əvvəlki adam deyiləm. 
Sadəcə bunu bilməyini istədim. 
Həbsxanada bir il  sərasər  eyni  kamerada  yatmış,  məhbəs 
həyatının  dözülməz  çətinliklərini,  ağrılı-acılı  günlərini  birgə 
yaşamışdılar.  O  çıxılmazlıqda  dostunun  iradəsinə  heyran  qal-
mışdı.  Dırnaqlarını  çəkib  çıxarsalar da,  elektrik  cərəyanına qo-
ş
araq  dözülməz  işgəncələrə  məruz  qoysalar  da,  heç  bir  günahı 
olmadığı  halda,  min  cür  ləkə  və  iftiralar  atsalar  da,  onu  sın-
dırmaq mümkün olmamışdı. 
İ
ndi qeyri-ixtiyari olaraq məhbəsdə keçən o dəhşətli gün-
ləri  gözlərinin  önünə  gətirir,  maşında  yanaşı  oturduğu  insanın 
həmin adam olduğuna inanmağı gəlmirdi. 
O günlər məhbəs həyatının ağırlığı onları biri-birinə daha 
da yaxınlaşdırmışdı. Bəzən gecələr kameranın kiçik nəfəsliyin-
dən  içəri axan  ay  işığının solğun  şəfəqləri  altında  baş-başa  ve-
rərək gələcək üçün xəyallar qurardılar. Əlbəttə, o zaman ən çox 
arzuladıqları  azadlığa  qovuşmaq  idi;  ancaq  ümidsiz  də  deyil-
dilər.  Məhbəs  həyatı  nə  qədər  ağır  keçsə  də,  hər  an  azadlığın 
nəfəsini  duyur,  o  günün  yaxında  olduğunu  anladıqlarından  ruh 
yüksəkliyi içindəydilər.  
Məhbəsdə olanda daha bu ölkədə yaşamayacaqlarına qəti 
şə
kildə  qərar  vermişdilər.  Həbsdən  çıxarkən  ölkəni  birgə  tərk 
eləməyi düşünürdülər, ancaq iş elə gətirdi ki, o, uşaqlıq dostuna 
yoldaşlıq eləyə bilmədi. İradəsimi çatmadı, yoxsa yaşlı ata-ana-
sını taleyin ümidinə qoyub getməyimi vicdanına sığışdırmadı, - 
bunun səbəbləri özünə də aydın deyildi. 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə