Вагиф
Султанлы. Щечлик вадиси
148
boynunu qucaqladı. Sonra geriyə baxmadan dayanıb onu göz-
ləyən maşına oturdu.
Maşında qocanın oğluyla əsəbi tərzdə danışa-danışa ona
tərəf baxmasından söhbətin onun haqqında getdiyini hiss elə-
yirdi. Elə bil sahibi onu özüylə götürmək istəyir, oğlu isə etiraz
eləyirdi. Hətta oğlu maşından düşmək istəyən atasının qolundan
dartaraq:
– Gəl gedək, sən allah, bizi xalqa güldürmə, - dedi və qa-
pını çəkib hirslə bağladı. Maşın düzənliyin genişliyində kiçilib
gözdən itənə kimi it dayanıb sahibinin arxasınca baxdı. Sonra
qayıdıb həyətə girdi. Bu, ömrünün ən yalqız və ümidsiz çağla-
rıydı.
Sahibi kəndin sayılan-seçilən adamlarındandı. Onun ge-
dişindən sonra kənd yavaş-yavaş boşalmağa başladı. Kimin şə-
hərdə tanışı-bilişi, simsarı vardısa, ev-eşiyinin qapısını bağlayıb
kənddən çıxdı. Sonra kəndi gecələr ermənilər atəşə tutmağa
başladılar. Bəzən atışma səsləri səhərəcən kəsmək bilmirdi. O,
gecələr silahlı ermənilərin kəndin ətəyinəcən yaxınlaşdığını,
adamları qorxutmaq üçün cürbəcür oyunlar çıxardığını görür,
ancaq insan dilini bilmədiyi üçün bir şey eləyə bilmirdi.
Payıza doğru kənd düşmən əlinə keçdi.
İ
t kəndi ən sonda tərk elədi.
Güllə dəymiş ayağının ağrısından huşunu itirə-itirə ge-
cəni gündüzə qatıb şəhərə gəldi. Bilirdi ki, sahibi şəhərdədi və
hər gün yeni bir ümidlə şəhərə çıxırdı ki, bəlkə sahibini görə,
sahibinin rəhmi gələ, saxlaya. İt bilirdi ki, şəhər evlərinin kənd-
dəki kimi keşikçiyə ehtiyacı yoxdu, ancaq bununla belə ümidini
üzməmişdi.
İ
stəyirdi ki, kimsə onu itliyə götürsün, evini-eşiyini, hə-
yətini-bacasını tapşırsın. İstəyirdi ki, sahibi olsun, ancaq özünə
ağa, sahib tapammırdı, itlik eləyə bilmirdi, beləcə ömür-gün ke-
çib gedirdi.
İ
tin bütün ömrü beləcə böyük şəhərin küçələrində keç-
miş, ancaq sahibindən bir xəbər çıxmamışdı. İt bilməmişdi ki,
sahibi əsirlikdə olan yurdunun xiffətini çəkə-çəkə dünyadan
köçüb. İt indi də sahibinin şəhərin kənarındakı qəbiristanlıqda
uyuyan ot basmış qəbrindən xəbərsiz idi. Neçə illərdi ki, kəndin
Вагиф
Султанлы. Щечлик вадиси
149
düşmənlərdən geri alınacağı barədə söhbət gedirdi. Ancaq bu
quruca söhbət idi, kəndin hansı yolla qaytarılacağını bir kimsə
bilmirdi.
İ
t kənd üçün darıxır, yurd-yuvasını itirmiş insanlar kimi
şə
hərin küçələrində ölmək istəmirdi. Doğma kəndi, doğulduğu,
küçüklük illərini keçirdiyi, böyüyüb ərsəyə gəldiyi yerlər üçün
burnunun ucu göynəyirdi. Ancaq nədənsə kəndə dönmək in-
sanları onun qədər narahat eləmirdi.
Və nəhayət, bir gün kəndə dönməyi qərara aldı.
İ
ndi bütün bu əhvalatlardan sonra kəndə dönmüşdü.
Havanın rəngi get-gedə solurdu. Dağdan əsən axşam kü-
ləyi vələs meşələrinin acıtəhər ətrini qovub kəndə gətirirdi. Bu,
itə tanış idi, doğma idi, küləkli gecələrdə damın qənşərində uza-
nıb mürgüləyəndə bu ətir onu bihuş eləyərdi.
Qapı aralı idi, həyətdə kimsə gözə dəymirdi. Ayaqlarının
ucunda sivişib içəri keçdi. Evin qənşərindəki ağacların arasında
göy yoncalıqda uzandı. Hündür qurşağa qədər qalxan yon-
calıqda onu görən olmazdı. Bir vaxt sərin yay gecələrində burda
göy otluqda boz qancıqla səhərə kimi mazaqlaşardı. Səhər ala-
qaranlıqlı sahibi qalxmamışdan boz qancığı ötürər, özü isə hə-
yətdə, damın qənşərində uzanıb gecənin yuxusunu alardı.
Qulağına dəyən ayaq səsləri iti xəyaldan ayırdı. Başını
cəld pəncəsi üstündən qaldırıb arxaya qanrılanda saqqallı bir
kişinin əlində tüfəng ehtiyatla ona sarı gəldiyini gördü. Ac,
taqətsiz bədəninə uyuşmayan bir cəldliklə yerindən sıçrayıb
çəpər boyu götürüldü.
Saqqallı kişinin yad dildə söyüş söyə-söyə arxasınca yü-
yürdüyünü hiss elədiyindən çəpərin üstündən atılmaqdan başqa
bir çarə qalmırdı. Ancaq gərək bağın ayağınacan qaça... Orda
çəpər bir qədər alçaqdı, atılmaq asan olardı...
Çəpərin üstündən atılmaq istəyəndə güllə açıldı. İtin
bədəninə ilıq bir hərarət yayıldı. Ulaya-ulaya vələs meşələrinin
ə
təklərinə kimi qaçdı, sonra taqətsiz halda torpağa sərildi.
Qürub çağıydı.
Axşam günəşinin tünd qızılı şəfəqləri itin yarıyumulu,
işığını itirməkdə olan gözlərində solurdu. İt o həyəti, o evi, evin
Вагиф
Султанлы. Щечлик вадиси
150
bacasından çıxan ağ tüstü burumlarını son dəfə görmək üçün
başını torpaqdan aralamaq istədi, ancaq bacarmadı.
2000, Bakı
Вагиф
Султанлы. Щечлик вадиси
151
DƏRVİŞ
Alim Qasımova
Bu yola nə zaman çıxdığını xatırlamırdı, elə bil onu apa-
ran ağlı, şüuru deyildi, hansısa görünməz, bilinməz bir duyğu-
nun, fəhmin, qeybdən gələn ilahi bir çağırışın səsinə, sehrinə,
cazibəsinə qoşulub gedirdi.
Bu, yol deyildi, buna yol demək olmazdı; ayaqlarının al-
tında axan qumdan səhrada addımladığını duysa da, ancaq bu
yolun hardan başladığını, hayana apardığını, nədən bu yolun
yolçusu olduğunu, mənzil başına nə zaman yetişəcəyini bil-
mirdi.
Səhra heç zaman ona bu qədər sirli-sehrli gəlməmişdi. Bu
qum dənizində onu məftun eləyən nə idi belə?.. Ətrafında
gözlərinə toxunan hər şey sanki ilk dəfə görürmüş kimi onu
qəribə, ecazkar sehrinə salır, duyğulandırır, özündən alıb apa-
rırdı.
Yola çıxmaq istəyini qəlbində çoxdan gəzdirirdi və bu
istək içində zərrə-zərrə böyüdükcə ona dinclik, rahatlıq ver-
mirdi; hiss eləyirdi ki, daha əvvəlki kimi yaşamaq istəmir, ət-
rafında gözlərinə toxunan hər şey onu hədsiz dərəcədə darıx-
dırır, həyatın dözülməz adiliyindən xəbər verirdi. Bu yolçuluq
isə nəyəsə can atmaq, nəyəsə qovuşmaq üçün deyil, ömrün
yorucu, dözülməz yeknəsəkliyinə etirazı idi.
İ
ndi bütün bunları xatırladıqca həyatının pərakəndə
lövhələri gözləri önündən gəlib keçir, ömrünün hədər keçən
illərinə təəssüflənirdi.
Birdən ayaq saxlayıb başını qaldırdı; səhra yamyaşıl
rəngə boyanmışdı. Dalğalanan qum dənizi əzəli rəngini itirərək
birdən-birə yaşıla bürünmüş, bomboz qumun üstünə sanki yam-
yaşıl məxmər çəkilmişdi; daha qumun ayaqlarının altında ax-
dığını hiss eləmirdi.
Ayaq saxlayıb bir andaca yaşıla bürünən səhraya tamaşa
elədi; dünyanın bir göz qırpımındaca belə möcüzə yarada
biləcəyini heç cür dərk eləyəmmirdi.
Dostları ilə paylaş: |