Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə47/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   43   44   45   46   47   48   49   50   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
148
boynunu  qucaqladı.  Sonra  geriyə  baxmadan  dayanıb  onu  göz-
ləyən maşına oturdu. 
Maşında  qocanın  oğluyla  əsəbi  tərzdə  danışa-danışa  ona 
tərəf  baxmasından  söhbətin  onun  haqqında  getdiyini  hiss  elə-
yirdi. Elə bil sahibi onu özüylə götürmək istəyir, oğlu isə etiraz 
eləyirdi. Hətta oğlu maşından düşmək istəyən atasının qolundan 
dartaraq: 
– Gəl gedək, sən allah, bizi xalqa güldürmə, - dedi və qa-
pını  çəkib  hirslə  bağladı. Maşın  düzənliyin  genişliyində  kiçilib 
gözdən  itənə  kimi  it  dayanıb  sahibinin  arxasınca  baxdı.  Sonra 
qayıdıb həyətə girdi. Bu, ömrünün ən yalqız və ümidsiz çağla-
rıydı. 
Sahibi  kəndin  sayılan-seçilən  adamlarındandı.  Onun  ge-
dişindən sonra kənd yavaş-yavaş boşalmağa başladı. Kimin şə-
hərdə tanışı-bilişi, simsarı vardısa, ev-eşiyinin qapısını bağlayıb 
kənddən  çıxdı.  Sonra  kəndi  gecələr  ermənilər  atəşə  tutmağa 
başladılar.  Bəzən  atışma  səsləri  səhərəcən  kəsmək  bilmirdi.  O, 
gecələr  silahlı  ermənilərin  kəndin  ətəyinəcən  yaxınlaşdığını, 
adamları  qorxutmaq  üçün  cürbəcür  oyunlar  çıxardığını  görür, 
ancaq insan dilini bilmədiyi üçün bir şey eləyə bilmirdi. 
Payıza doğru kənd düşmən əlinə keçdi. 
İ
t kəndi ən sonda tərk elədi. 
Güllə  dəymiş  ayağının  ağrısından  huşunu  itirə-itirə  ge-
cəni  gündüzə  qatıb şəhərə gəldi.  Bilirdi  ki,  sahibi şəhərdədi  və 
hər  gün  yeni  bir  ümidlə  şəhərə  çıxırdı  ki,  bəlkə  sahibini  görə, 
sahibinin rəhmi gələ, saxlaya. İt bilirdi ki, şəhər evlərinin kənd-
dəki kimi keşikçiyə ehtiyacı yoxdu, ancaq bununla belə ümidini 
üzməmişdi. 
İ
stəyirdi  ki,  kimsə  onu  itliyə  götürsün,  evini-eşiyini,  hə-
yətini-bacasını tapşırsın. İstəyirdi ki, sahibi olsun, ancaq özünə 
ağa, sahib tapammırdı, itlik eləyə bilmirdi, beləcə ömür-gün ke-
çib gedirdi. 
İ
tin  bütün  ömrü  beləcə  böyük  şəhərin  küçələrində  keç-
miş,  ancaq  sahibindən  bir  xəbər  çıxmamışdı.  İt  bilməmişdi  ki, 
sahibi  əsirlikdə  olan  yurdunun  xiffətini  çəkə-çəkə  dünyadan 
köçüb.  İt  indi  də  sahibinin  şəhərin  kənarındakı  qəbiristanlıqda 
uyuyan ot basmış qəbrindən xəbərsiz idi. Neçə illərdi ki, kəndin 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
149
düşmənlərdən  geri  alınacağı  barədə  söhbət  gedirdi.  Ancaq  bu 
quruca  söhbət  idi,  kəndin  hansı  yolla  qaytarılacağını  bir  kimsə 
bilmirdi. 
İ
t  kənd  üçün  darıxır,  yurd-yuvasını  itirmiş  insanlar  kimi 
şə
hərin küçələrində ölmək istəmirdi. Doğma kəndi, doğulduğu, 
küçüklük  illərini  keçirdiyi,  böyüyüb  ərsəyə  gəldiyi  yerlər  üçün 
burnunun  ucu  göynəyirdi.  Ancaq  nədənsə  kəndə  dönmək  in-
sanları onun qədər narahat eləmirdi. 
Və nəhayət, bir gün kəndə dönməyi qərara aldı.  
İ
ndi bütün bu əhvalatlardan sonra kəndə dönmüşdü. 
Havanın rəngi get-gedə solurdu. Dağdan əsən axşam kü-
ləyi vələs meşələrinin acıtəhər ətrini qovub kəndə gətirirdi. Bu, 
itə tanış idi, doğma idi, küləkli gecələrdə damın qənşərində uza-
nıb mürgüləyəndə bu ətir onu bihuş eləyərdi. 
Qapı aralı idi, həyətdə kimsə gözə dəymirdi. Ayaqlarının 
ucunda sivişib içəri keçdi. Evin qənşərindəki ağacların arasında 
göy  yoncalıqda  uzandı.  Hündür  qurşağa  qədər  qalxan  yon-
calıqda onu görən olmazdı. Bir vaxt sərin yay gecələrində burda 
göy  otluqda boz  qancıqla səhərə  kimi  mazaqlaşardı.  Səhər  ala-
qaranlıqlı  sahibi  qalxmamışdan  boz  qancığı  ötürər,  özü  isə  hə-
yətdə, damın qənşərində uzanıb gecənin yuxusunu alardı. 
Qulağına  dəyən  ayaq  səsləri  iti  xəyaldan  ayırdı.  Başını 
cəld  pəncəsi  üstündən  qaldırıb  arxaya  qanrılanda  saqqallı  bir 
kişinin  əlində  tüfəng  ehtiyatla  ona  sarı  gəldiyini  gördü.  Ac, 
taqətsiz  bədəninə  uyuşmayan  bir  cəldliklə  yerindən  sıçrayıb 
çəpər boyu götürüldü. 
Saqqallı kişinin yad dildə söyüş söyə-söyə arxasınca yü-
yürdüyünü hiss elədiyindən çəpərin üstündən atılmaqdan başqa 
bir  çarə  qalmırdı.  Ancaq  gərək  bağın  ayağınacan  qaça...  Orda 
çəpər bir qədər alçaqdı, atılmaq asan olardı... 
Çəpərin  üstündən  atılmaq  istəyəndə  güllə  açıldı.  İtin 
bədəninə ilıq bir hərarət yayıldı. Ulaya-ulaya vələs meşələrinin 
ə
təklərinə kimi qaçdı, sonra taqətsiz halda torpağa sərildi. 
Qürub çağıydı. 
Axşam  günəşinin  tünd  qızılı  şəfəqləri  itin  yarıyumulu, 
işığını itirməkdə olan gözlərində solurdu. İt o həyəti, o evi, evin 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
150
bacasından  çıxan  ağ  tüstü  burumlarını  son  dəfə  görmək  üçün 
başını torpaqdan aralamaq istədi, ancaq bacarmadı. 
 
2000, Bakı 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
151
DƏRVİŞ 
 
Alim Qasımova 
 
Bu yola nə zaman çıxdığını xatırlamırdı, elə bil onu apa-
ran  ağlı,  şüuru  deyildi,  hansısa  görünməz,  bilinməz  bir  duyğu-
nun,  fəhmin,  qeybdən  gələn  ilahi  bir  çağırışın  səsinə,  sehrinə, 
cazibəsinə qoşulub gedirdi.  
Bu, yol deyildi, buna yol demək olmazdı; ayaqlarının al-
tında  axan  qumdan  səhrada  addımladığını  duysa  da,  ancaq  bu 
yolun  hardan  başladığını,  hayana  apardığını,  nədən  bu  yolun 
yolçusu  olduğunu,  mənzil  başına  nə  zaman  yetişəcəyini  bil-
mirdi. 
Səhra heç zaman ona bu qədər sirli-sehrli gəlməmişdi. Bu 
qum  dənizində  onu  məftun  eləyən  nə  idi  belə?..  Ətrafında 
gözlərinə  toxunan  hər  şey  sanki  ilk  dəfə  görürmüş  kimi  onu 
qəribə,  ecazkar  sehrinə  salır,  duyğulandırır,  özündən  alıb  apa-
rırdı.  
Yola  çıxmaq  istəyini  qəlbində  çoxdan  gəzdirirdi  və  bu 
istək  içində  zərrə-zərrə  böyüdükcə  ona  dinclik,  rahatlıq  ver-
mirdi;  hiss  eləyirdi  ki,  daha  əvvəlki  kimi  yaşamaq  istəmir,  ət-
rafında  gözlərinə  toxunan  hər  şey  onu  hədsiz  dərəcədə  darıx-
dırır, həyatın  dözülməz adiliyindən xəbər verirdi. Bu yolçuluq 
isə  nəyəsə  can  atmaq,  nəyəsə  qovuşmaq  üçün  deyil,  ömrün 
yorucu, dözülməz yeknəsəkliyinə etirazı idi. 
İ
ndi  bütün  bunları  xatırladıqca  həyatının  pərakəndə 
lövhələri  gözləri  önündən  gəlib  keçir,  ömrünün  hədər  keçən 
illərinə təəssüflənirdi. 
Birdən  ayaq  saxlayıb  başını  qaldırdı;  səhra  yamyaşıl 
rəngə boyanmışdı. Dalğalanan qum dənizi əzəli rəngini itirərək 
birdən-birə yaşıla bürünmüş, bomboz qumun üstünə sanki yam-
yaşıl  məxmər  çəkilmişdi;  daha  qumun  ayaqlarının  altında  ax-
dığını hiss eləmirdi. 
Ayaq  saxlayıb  bir  andaca  yaşıla  bürünən  səhraya  tamaşa 
elədi;  dünyanın  bir  göz  qırpımındaca  belə  möcüzə  yarada 
biləcəyini heç cür dərk eləyəmmirdi. 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə