Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə49/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   45   46   47   48   49   50   51   52   ...   55

Вагиф__Султанлы._Щечлик_вадиси__156_MAĞARA'>Вагиф__Султанлы._Щечлик_вадиси'>Вагиф
 Султанлы. Щечлик вадиси 
 
155
ə
zaları korşalmış, onu ardınca çəkib aparan o ilahi duyğudan sa-
vayı hər şeyə biganə olmuşdu. 
Bütün  gecəni  beləcə  üzü  yoxuşa  dırmandı.  Hərdən  daya-
nır, bir anlığa nəfəsini dərir, sonra yenidən yoluna davam edirdi. 
Dan  yeri  söküləndə  özünü  dağın  zirvəsində  gördü  və  günəşin 
doğuşuna tamaşa eləyə-eləyə rahat nəfəs aldı. 
Yol  dağın  zirvəsində  bəmbəyaz  qar  örtüyünə  bürünərək 
bitirdi və yolun bitdiyi dağın bəyazlığa bürünən zirvəsindən ba-
xanda arxada qoyub gəldiyi dünya ovcunun içərisindəymiş kimi 
apaydın görünürdü. 
Dərviş  bir  müddət  dayanıb  dünyaya  tamaşa  elədi.  O, 
indiyədək  dünyanın  bu  qədər  gözəl,  bü  qədər  əsrarəngiz  oldu-
ğ
unu  duymamışdı,  ancaq  dünya  nə  qədər  gözəl  olsa  da,  daha 
geri dönmək istəmirdi. İndi onun üçün geri dönməkdən çətin və 
ə
zablı heç nə olammazdı. «Bəs neyləməlidi, hayana getməlidi… 
Həyatının bundan sonrası necə olacaqdı… Hansı duyğunun sə-
silə buraya gəlib çıxdı… Bu nə iş idi, nə qismətdi belə…». 
Ə
vvəlki kimi nə isə onu irəli çəkir, sirli, dumanlı bir alə-
mə doğru səsləyirdi, ancaq daha taqəti qalmamışdı; halsızlıqdan 
ayaq  üstə  dayana  bilmirdi,  bəri-bədəni,  beli-buxunu  elə  ağrı-
yırdı ki, deyirdin bu saat sümükləri qırılıb yerə tökülcək. Ağrı-
larının səsini eşidirdi; get-gedə qollarnıa, çiyinlərinə yığılan ağ-
rılar daha dözülməz  olur, huşunu başından alıb aparırdı.  
Müvazinətini itirməmək üçün yavaşca daşın üstünə çökdü 
və  nə  zaman  huşunu  itirdiyindən  xəbəri  olmadı.  Handan-hana 
gözlərini  açanda  bayaqkı  ağrı-acılardan  əsər-əlamət  qalmamış-
dı, özünü quş kimi yüngül hiss eləyirdi. 
Oturduğu  yerdən  qalxaraq  yenidən  ətrafa  göz  gəzdirdi; 
bayaq  dağın  zirvəsindən  apaydın  görünən  dünya  indi  dumana, 
bozluğa bürünmüşdü. Təkcə səma aydın idi. Qəfildən gözləri çi-
yinlərindən  göyərib  qalxan  qanadlara  sataşdı.  Dəli  bir  ehtiras 
onu səmalara doğru çəkir, ayaqlarını yerdən üzürdü. 
Qarşıda  onu  göy  üzünün  ucsuz-bucaqsız  ənginliyi  göz-
ləyirdi. 
2003, Bakı  


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
156
MAĞARA 
 
 
Onlar iki  nəfər  idilər;  biri  cod  sarışın  saçlı,  o  biri  isə  çal 
saqqallı  ucaboylu  adamdı,  əllərində  bel-külüng  daş  mağarada 
qazıntı  aparırdılar.  Neçə  gündən  bəriydi  ki,  qeyri-adi  tapıntılar 
bu  iki  əcnəbi  alimi  büsbütün  ovsunlamışdı;  özgə  heç  nəyin 
fərqində deyildilər. Söylədiklərinə görə, onların mağaradan tap-
dıqları  əşyalarla  tarixin  yaşını  ən  azı  min  il  qədimlərə  çəkmək 
olacaqdı. Miladdan bir neçə yüz il öncə bu ərazidə qədim mədə-
niyyətin  izlərinin  olması  ilə  bağlı  inandırıcı  dəlillər  tapılmışdı. 
Ancaq  onlar  istədiklərini  əldə  etsələr  də,  yorulub  usanmadan 
qazıntı işlərini davam etdirirdilər. 
–  Bir  baxın,  bu  qalıqlar  çox  qədim  bir  sivilizasiyadan 
xəbər  verir,-  bunu  əlindəki  sümük  parçasının  torpağını  təmiz-
ləyib ehtiyatla ağ kətanın üzərinə qoyan sarışın saçlı dedi. 
Çal saqqallı yoldaşına sarı dönmədən: 
–  Bunları  üzə  çıxara  bilsək,  bütün  dünya  arxeologiyasını 
heyrətdə qoyacağıq, - deyə cavab verdi. 
...Bir  qədər  aralıda  mağaranı  xatırladan  qazma  daxmada 
qaçqın  ailəsi  yaşayırdı.  Ailə  ər,  arvad,  bir  də  on  bir  yaşlarında 
oğlan uşağından ibarətdi. Uşaq ailənin kiçiyiydi, böyüyü erməni 
ə
sirliyindəydi. 
 Ailənin  başçısı  bu  qazmanı  iki    il  əvvəl  mənzilə  çevir-
mişdi.  Əvvəlcə  bu  yerdən  bir  qədər  aşağıda  yerləşən  qaçqınlar 
üçün  salınmış  çadır  şəhərciyində  yaşayırdılar.  Onların  çadır 
evciyi  olduqca  darısqaldı  və  darısqallıq  bir  yana,  qışda  soyuq-
dan,  yayda  bürküdən  içəridə  durmaq  olmurdu.  Yağış  yağanda 
isə çadırı su basır, torpağın rütubəti həftələrlə çəkilib getmirdi. 
Qazmanın  şəraiti isə  çadırla  müqayisədə xeyli əlverişli  idi.  Ai-
lənin  başçısı  bu  qazmadan  öncə  indi  əcnəbi  arxeoloqların  işlə-
diyi mağaraya düşmək istəyirdi. Ancaq mağaranın genişliyi, də-
rinliyi, sür-sümüklə dolu olması onu fikrindən daşındırmış, ey-
nən həmin mağaraya bənzəyən bu qazmada məskunlaşmağı qə-
rara almışdı. Düz bir həftə çalışıb-çabalayaraq uzaqdan təpəciyi 
xatırladan bu mağaranı yaşayış üçün yararlı hala salmışdılar. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
157
Qazmanın bir qapısı, bir pəncərəsi vardı. Pəncərəni sella-
fonla  örtmüşdülər,  qapını  isə  köhnə,  cırıq  brezent  parçası  əvəz 
eləyirdi. 
Qaçqınlığın  ilk  dövründə  gündə  bir  yer  dəyişdiklərindən 
uşaq məktəbə gedə bilməmişdi. Sonra çarəsizlikdən çadır şəhər-
ciyinə üz tutmuşdular. Yaxınlıqda məktəb olmadığı üçün o, dər-
sə çadır şəhərciyi ilə qonşuluqda yerləşən kəndə getməli olurdu. 
Ə
vvəlcə uşaq məktəbə getmək istəmir, yaşıdları ondan üç sinif 
yuxarıda  oxuduğu  üçün  utanıb  sıxılırdı.  Bir  yandan  da  yolun 
uzaqlığı  onu  yorurdu.  Bir  neçə  gün  davamlı  dərsə  getməyəndə 
sinif  rəhbəri  dalınca  gəlirdi.  Bəlkə  də  dərs  oxumaq  istəyindən 
deyil,  müəlliminin  bu  uzaq  yolu  dalınca  gəlməsinə  narahat  ol-
duğundan dərsdən qalmaq istəmirdi. 
Ötən  ildənsə  cadır  şəhərciyində  köhnə  yük  vaqonunda 
məktəb  açılmışdı,  daha  oxumaq  üçün  bu  qədər  yolu gedib-gəl-
məyə ehtiyac yox idi. 
Bu  iki  əcnəbi  alimin  yaxınlıqdakı  daş  mağarada  qazıntı 
aparması  uşağın  marağına  səbəb  olmuşdu.  Onların  mağaranın 
girəcəyində qurduqları mavi rəngli çadır, çadırdan gələn cürbə-
cür  musiqi  səsləri,  uzun  antennalı,  qara  şüşəli  «Cip»  markalı 
avtomobil,  ətrafa  səpələnmiş  boş  konserv  qutuları,  gecələr  ça-
dırı  işıqlandırmaq  üçün  gurultuyla  işləyən  elektrik  qurğusu  – 
hər şey, hər şey onu cəlb edirdi. 
Ə
n çox xoşlandığı isə əcnəbi arxeoloqların gurultuyla iş-
ləyən elektrik qurğusundan onların torpaq qazmasına işıq çəkil-
məsiydi. 
Bura  gəldikləri  ilk  günün  axşamı  o  iki  arxeoloqu  qonaq 
çağırmışdılar.  Atası  qonaqpərvərdi,  qaçqınlıq  illərindən  qabaq 
axşamları bircə dəfə olsun belə qonaqsız-qarasız keçməzdi, ana-
sı  isə  arxeoloqları  qərib  adam  gözündə  görür,  hansısa  köməyə 
ehtiyacı olub-olmadığını düşünürdü. 
Qonaqlar  gəlmiş,  ancaq  içəri  qaranlıq  olduğu  üçün  tezcə 
də  qayıdıb  bir  top  məftil  gətirərək  gurultuyla  işləyən  elektrik 
qurğusundan  daxmaya  işıq  çəkmişdilər.  O  iki  qonaq  anasının 
saca  saldığı  isti  yuxa  ilə  toyuq  qızartmasını  yeyə-yeyə  heyrətli 
baxışlarla  qazmanı  süzür,  onların  həyatı,  yaşayışı  ilə  bağlı  hər 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə