Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə48/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   44   45   46   47   48   49   50   51   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
152
Sonra  heybəsini  götürüb  səhranı  örtən  yaşıl  çəmənin  üs-
tüylə  yoluna  davam  elədi.  Çiynindəki  heybə  ağır  idi,  ancaq  
düşdüyü sehrin cazibəsindən bu ağırlığı hiss eləmirdi.  
Bir azdan səhranı bürüyən  yaşıl  otluq bomboz qum dəni-
zinin içərisində görünməz oldu. 
Oynamağı  gəlirdi;  bu  ucu-bucağı  bilinməyən  səhranın 
ortasında yoruluncaya, oynamaq istəyini içərisindən çıxarıncaya 
qədər oynamaq istəyirdi. 
 Birdən dərviş dayandı, heybəsini  çiynindən çıxarıb yerə 
qoydu.  «Axı,  hayana  gedirdi,  onu  çəkib  aparan  nə  idi,  niyə  bir 
anlığa  da  olsa  dayanmaq,  yorğunluğunu  almaq  üçün  bir  hovur 
dincəlmək istəmirdi?»  
Qarşıda  onu  gözləyən  taledən  xəbərsizdi,  ancaq  bu  onu 
qorxutmur,  getdikcə  xəyalını  ovsunlayan  o  sehrli  dünyanın 
cazibəsi duman kimi ruhuna, varlığına hopurdu. 
Dərvişin  yaddaşında  keçmişlə  gələcək  biri-birinə  qarış-
mışdı.  «Nə  idi  həyatının  axarını  tamam  başqa  bir  səmtə    çe-
virən, onu özündən, varlığından alıb apararaq dünyayla, zaman-
la  qarşı-qarşıya  qoyan?  Bəs  taleyə,  gələcəyə,  olacağa  üsyan 
edən  nə  idi?  Bu  nə  qədər  davam  eləyəcəkdi?  Bir  gün  bu  izti-
rabların sonu olmayacaqdımı?». 
O, bu suallara cavab tapa bilmirdi, bəlkə cavab tapmaq da 
istəmirdi; can atdığı mənzilin nagümanlığı o qədər cazibədar, o 
qədər  çəkici  idi  ki,  onu  gözləyən  təhlükələrə  baxmayaraq    bu 
nagümanlığa təslim olurdu. 
  Küləyin  kəsik-kəsik  çəkib  gətirdiyi  zınqırov  səsləri 
hardasa  yaxınlıqda,  bir  səs  mənzilində  karvan  yolçuluğundan 
xəbər  verirdi.  Bu  səs  nə  qədər  doğma,  məhrəm  olsa  belə,  yo-
lundan dönmək, karvana qoşulmaq istəmir, karvana qoşulmaqla 
taledən, qismətdən qaçmış olacağını düşünürdü. 
Qulaqlarına  su  şırıltısı  dəydi;  qeyri-ixtiyari  ayaq  saxla-
yaraq vücuduna sərinlik gətirən bu səsi dinşədi. Şırıltı səsindən 
suyun  o  qədər  də  uzaqda  olmadığı  aşkar  duyulurdu.  Ancaq 
hayandan  gəlirdi  bu  səs?  Səhranın  ortasında  su  şırıltısının  bu 
aydınlıqda  eşidilməsi    mümkün  idimi?  Və  qəribə  burası  idi  ki, 
su səsi addım-addım böyüyür, apaydın eşidilirdi. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
153
Suya  yetişmək  üçün  addımlarını  bir  qədər  yeyinlətdi. Və 
birdən  gözləri  önündə  açılan  mənzərədən  onu  heyrət  bürüdü; 
səhranın sinəsi boyunca mavi  dəniz uzanırdı. Nəhəng su aram-
aram qumlu sahilə yayılır, sonra xəfif şırıltı ilə çəkilib gedirdi. 
Dərviş  sahildə  dayanıb  uzun-uzadı  mavi  dənizə  tamaşa 
elədi;  ömründə  bu  mavilikdə,  bu  duruluqda  dəniz  görməmişdi. 
Daha  susuzluğunu  hiss  eləmirdi,  sanki  dənizin  sərinliyi,  duru-
luğu,  maviliyi  içərisinə  axaraq  suya  təşnəliyini    büsbütün  sön-
dürmüşdü. 
Gözlərini yumdu. 
Çarıqlarını çıxarıb suya girdi. Suyun sərinliyi vücüdu bo-
yu  yayılaraq  ruhuna,  varlığına  bir  dinclik  gətirdi.  Bir  müddət 
sahil  boyu  islanmış  qum  üzərində  iz  sala-  sala  yeridi.  «Bəs, 
bundan  belə  hansı  səmti  tutub  getməliydi?»  Hansısa  qeyri-adi 
bir  istək  onu  dənizin  qucağına  səsləyir,  durmağa,  dayanmağa, 
dincəlməyə qoymurdu. 
 Elə  bu  istəklə  də  özünü  dənizə  vuraraq  suyun  üstüylə 
yeriməyə  başladı.  Yeridikcə  dəniz  ayaqlarının  altında  çalxala-
nır, ətrafa sıçrayan ləpələr böyüyərək iri dalğalara çevrilirdi. 
Bir  azdan  leysan  başladı,  göz  qırpımında  səmayla  dəniz 
biri-birinə qovuşdu, dünya sel-su ilə örtüldü. 
Dənizin  üstüylə  nə  qədər  getdiyini  xatırlamırdı;  sel-su 
bitmək bilmirdi ki, bilmirdi. Onu ovsunlayan o səsin sehrinə dü-
ş
üb yola çıxdığı üçün özünə, taleyinə qarğıyır, lənət oxuyurdu. 
Gözlərini açanda özünü yenidən səhrada gördü. 
Uzaqda  üfüqlər  boyu  sıralanan  yastı  təpələr  qarşıda  ta-
mam özgə bir dünyanın başlayacağından xəbər verirdi. Getdik-
cə  təpələr  böyüyərək    az  qala  göy  qübbəsilə  qovuşan  sıldırım 
qayalara çevrilirdi. 
Yoxuşu  qalxmaq  üçün  canında  güc,  taqət  tapacaqdımı? 
Bunu bilmirdi, bildiyi təkcə o idi ki, nə olursa olsun, bu yoxuşu 
qalxmalıdı,  hər  şey,  hər  şey  bundan  sonra  başlayacaqdı,  çünki 
yoxuşu  qalxmasaydı,  bu  qədər  məsafə  qət  eləməsinin  heç  bir 
faydası olmayacaqdı. 
  Ayaqlarına  dəniz  suyu  toxunandan  yorğunluğunu  unut-
muşdu, sakit addımlarla yoluna davam eləyirdi, ancaq bu, daha 
ə
vvəlki  yola  bənzəmirdi.  İndiyədək  keçib  gəldiyi  yolun  bu 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
154
sayaq  yoxuşu  olmamışdı;  yoxuş  sərtləşdikcə,  nəfəsi  təngiyir, 
addımları  seyrəlirdi,  ancaq  dayanmırdı,  elə  bil  dayanıb  bir  an-
lığa nəfəsini dərsəydi, hər şey bitər, qurtarardı. 
Ancaq  dayandı  və  çevrilib  arxaya,  keçib  gəldiyi  upuzun 
yola  baxdı:  dağın  köksüylə  burula-burula  ağappaq  cığır  uza-
nırdı.  Bu  uzunluqda  yoxuşu  necə  qət  elədiyini  ağlına,  təsəv-
vürünə gətirəmmirdi. 
Təkrar  yoluna  davam  elədi.  Yolun  ətrafını  dərin,  dibsiz, 
sərt  uçurumlar  kəsirdi,  cığır  getdikcə  daralır,  yerimək  çətin-
ləşirdi,  gah  sağından,  gah  da  solundan  vəhşi  ehtirası  ilə  ağzını 
açan uçuruma  baxanda gözləri qaralırdı. 
Hava qaranlıqlaşdığından ayaqlarının altını güclə seçirdi. 
Daha  əvvəlki  kimi  yeriyə  bilmir,  addımlarını  ehtiyatla  atır, 
uçuruma  yuvarlanmaqdan  qorxurdu.  Bir  yandan  da  ürəyindən 
cığırdan çıxıb, uçuruma yuvarlanmaq xofunu içərisindən qova-
raq  daşa-kəsəyə,  kola-kosa    məhəl  qoymadan  yoxuşu  qalxmaq 
istəyi keçirdi. 
«Bu cığırı kim salmışdı, nə zaman salmışdı? Kimlər keç-
mişdi  bu  cığırın  üstündən?  Onun  bu  cığırla  getməyə  haqqı 
vardımı?  Vardısa,  bu  haqqı  kim  vermişdi  ona?  Nə  üçün  o 
başqalarının açdığı cığırla addımlamalıdı…». 
Hiss  etmədən  cığırdan  çıxaraq  özünü  qaranlığa  vurdu. 
İ
ndi  hara  getdiyinin  fərqində  olmasa  da,  özünü  bayaqkından 
daha  rahat  hiss  eləyirdi.  Elə  bil  üstündən  ağır  bir  yük  götü-
rülmüşdü, indi onu nə ayaqlarını əzən, dırnaqlarını qanadan daş-
kəsək, nə də hər an yuvarlana biləcəyi dibi görünməyən uçurum 
qorxudurdu,  elə  rahat  addımlayırdı  ki,  sanki  yoxuşa  qalxmır, 
hamar, düppədüz yolla yeriyirdi. 
Hava  əməlli-başlı  soyumuşdu,  ancaq  soyuğa,  sazağa 
baxmayaraq  yoxuşa  qalxdığından  qan-tər  onu  yuyub  aparırdı, 
bircə anlığa ayaq saxlayan kimi  bədəni soyuyur, əli-qolu buza 
dönürdü;  özünü  soyuğa  verməmək  üçün  gücü  çatdığı  qədər 
addımlayır, necə olur-olsun mənzil başına yetişmək istəyirdi. 
Yolun  isə sonu görünmür, yoxuş uzandıqca uzanırdı. Əl-
qolunu kol-kos çızıb qanatmış, ayaqlarını daş-kəsək qançır elə-
mişdi,  ancaq  bədənində  heç  bir  ağrı  hiss  eləmirdi,  sanki  bütün 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə