Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə44/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

Вагиф__Султанлы._Щечлик_вадиси'>Вагиф__Султанлы._Щечлик_вадиси__139_İ_LAN_ƏFSANƏSİ'>Вагиф
 Султанлы. Щечлик вадиси 
 
139
İ
LAN ƏFSANƏSİ 
 
 
İ
sti səhra küləyi qalxdı. Qum dənizi dalğalandı. Dəli bo-
ğ
anaq göz qırpımında pul kimi qızarmış qum zərrələrini havaya 
sovurdu.  İlan  dayandı.  Küləyin  üstünə  tökdüyü  isti  qumun 
altından sürünüb çıxdı. Boğanağın yatmasını gözlədi. 
Handan-hana külək öləzidi. Səhra küləyin qaldırdığı qum 
dumanından təmizləndi. 
Günəş  od  püskürürdü.  Hava  təndir  içi  kimi  bürküydü. 
Nəfəs alanda ilanın ciyərləri qarsır ani, hərarətdən beyninin yağı 
qaynayırdı. 
Qarşıda  bomboz  səhra  uzanırdı.  Bu  yolun  nə  sonu,  nə 
səmti  bəlliydi.  Bu  yol  həyatamı  aparırdı,  məzarımı,  suyamı 
aparırdı, təşnəliyəmi? İlan bunu bilmirdi. 
Birdən  ilan  dayandı.  Başını  yerdən  qaldırıb  ətrafını  din-
şə
di.  Səs-səmir  eşidilmirdi,  ağır  səhra  sükutu  çökmüşdü.  Dilin 
çıxarıb  qərib-qərib  mələdi.  Hardasa  yaxınlıqda  ilanın  səsinə 
hürküşüb  yuvalarına  dürtüşən  yekəpər  səhra  siçovullarının  ci-
yiltisi eşidildi. Sonra yenə səssizlik ətrafı bürüdü. İlan bir də, bir 
də mələdi. 
Səhra  uzanırdı.  Dayanmadan  sürünmək  artıq  ilanı  yor-
muşdu. İsti qum bədənini sürtüb qançır eləmişdi. Qabıqdan çıx-
maq istəyirdi. Köhnə qabıq bədənini qıdıqlayır, əziyyət verirdi. 
Qumun üstündə yumaq kimi bükülüb açıldı, sonra özünü 
qısıb  yavaş-yavaş  irəli  dartındı.  İlanın  bozumtul,  köhnə  naxışlı 
qabığı  sürüşüb  yağlı  bədənindən  çıxdı.  İlan  bir  müddət  köhnə 
qabağını süzdü, süzdü. Kim bilir, neçənci dəfəydi ki, beləcə do-
nunu  dəyişirdi.  Deyəsən, bu sonuncusuydu.  İlan bunu hiss elə-
mişdi. Sonuncu don, sonuncu qabıq. 
İ
lanın başından tüstü qalxdı. Qıvrıldı. Günün işığında ba-
lıq pulunu xatırladan təzə dərisi parıldadı. İlan bir də, bir də qıv-
rıldı. Sonra taqətsiz halda yenidən sürünməyə başladı. 
İ
lan səhra rəngindəydi. Səhra da ilan rəngində. İlanla səh-
ranı  bir-birindən  ayırmaq  olmurdu.  Səhra  da  bozuydu,  ilan  da. 
Hava  da  bombozuydu,  ağ  karvan  buludlar  bulanıb  səmanı  boz 
rəngə boyamışdılar. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
140
Təzə  qabığı  istiyə  dözmürdü.  Dərisi  göynəyirdi.  Səhra 
yolu isə uzanırdı. İlan qət eləmişdi ki, bu yolun sonu yoxdu, bu 
yol sonsuzluğa, intəhasızlığa aparır. 
Hərdən dayanıb nəfəsini dərirdi. Sonra yenə qançır olmuş 
bədəni taqətdən düşənə kimi sürünürü. 
Günəş sürətlə qüruba enirdi. Qarşıda ilanı yuxusuz səhra 
gecəsi  gözləyirdi.  İlan  bilirdi  ki,  bu  gecədən  sonra  yenə  səhər 
açılacaq, yenə səhranı odlara qalayan günəş doğacaq, yenə onun 
ə
zabları başlayacaq. Yenə səhra uzandıqca sürünəcək. 
Artıq  ilan  insansız  bir  yer  tapmağa  ümidini  itirmişdi. 
Ötən  həftə  səhrada  qoşa  palma  ağacının  dibindəki  dəvəni  və 
kölgədə  uzanıb  yatmış  ağ  çalmalı  adamı  görəndən  sonra.  İlan 
bilirdi ki, insan onun ağına da lənət deyib, qarasına da. Oydu ki, 
ilan  baş  götürüb  insanlardan  qaçırdı.  Çalmalı  adam  ilanın  qar-
daşlarının qatilinə necə də bənzəyirdi. Ax! İlanın qəlbi insanlara 
sonsuz  nifrət  hissiylə  doluydu.  Bu  nifrət  onun  nazik  quyru-
ğ
undan  tutmuş  xəncər  dişlərinə  qədər  bütün  vücudunu  bürü-
müşdü. Bu nifrət ilanın xırda, duru gözlərində oynayırdı, zəhə-
rinə  qarışıb  qaynayrıdı.  Bu  nifrətin  ağırlığı  bir  özünə  bəlliydi, 
bir allahına. 
Neçə  gün,  neçə  gecəydi  dayanmadan  sürünürdü.  Daha 
dözümü,  taqəti  qalmamışdı.  Bütün  vücudu  ağlamaq  üçün  dol-
muşdu,  ancaq  ağlayammırdı.  Nə  illah  eləyirdisə,  gözlərindən 
yaş çıxmırdı, gözlərindən yaş qalmamışdı. 
İ
lan  qorxdu.  Belə  ağlamaq  olmazdı,  belə  ağlamaq  ol-
murdu. İlanın bəbəkləri quruyurdu, gözləri yaş üçün göynəyirdi. 
Hiss  eləmişdi  ki,  bu  gecə  onun  ömrünün  son  gecəsidir. 
Bu  gecədən  sonra  daha  bir  də  gecə  üzü  görməyəcək,  gecələrə 
ə
bədi həsrət qalacaq. İndi neyləsin? Bu gecəni yatsınmı,  yoxsa 
gecənin qaranlığına, sərinliyinə, ulduzlarına tamaşa eləsin? İlan 
ömrünün son gecəsi bildiyi bu gecəni yatmaq istəmirdi. 
...  Ancaq  yatdı.  Yuxuda  yenə  səhranı  gördü.  Uzaqda 
qumun  səthində  kiçik  nöqtə  boyda  nə  isə  qaralırdı.  O,  qara 
nöqtəni tutub sürünməyə başladı. Qara nöqtə qara daşıydı; daşı 
yalamağa başladı. Daş su təmi verirdi. İlan yaladıqca yalayırdı. 
Birdən  yaladığı  yerdən  su  fışqırdı.  İlan  dəli  kimi  suyu  içməyə 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
141
başladı. ...Ancaq doymurdu, içdikcə içirdi. İlan gördü ki, içmək-
lə doyası deyil, sürünüb bulağın gözünə girdi. 
Yuxudan  ayılanda  gün  yenicə  üfüqdən  boylanırdı. 
Gecənin sərinliyi hələ səhranın canından çıxmamışdı. 
İ
lan neçə günüydü nə bir insan həniri, nə bir zınqrov səsi 
eşidirdi.  Səs  üçün  qəribsəmişdi,  yaman  qəribsəmişdi.  Səhranın 
dəli sükutu qulağını dəlirdi. 
Aclığını  büsbütün  unutmuşdu.  Susuzluq  onu  əldən  salır-
dı. Səhranınsa sonu görünmürdü. Elə he sürünürdü. 
İ
lanın  gözləri  iri,  boz  səhra  siçovulunu  qumdan  zorla 
seçdi. Bütün gücünün toplayıb siçovulun üstünə sıçradı. Xəncər 
kimi  dişlərini  siçovulun  piyli  hulqumuna  yeritdi.  Siçovul  xeyli 
çırpındı,  ancaq  hulqumunu  ilanın  xəncər  dişlərindən  xilas  edə 
bilmədi. 
İ
lan  ağzını  siçovulun  hulqumundan  fışqıran  qanın  altına 
tutdu.  Qanı  su  yernə  içməyə  başladı.  Susuzluğunu  qanla  sön-
dürmək istədi. Qan istiydi, ürəkbulandıran qoxusu vardı, ancaq 
ilanın  susuzluqdan  zəban  çəkən  ciyəri  bu  qoxunu,  bu  istiliyi 
hiss eləmirdi. 
İ
lan siçovulun bütün qanını içdi. Sonra özü də siçovulun 
meyiti  yanında  süst  düşdü.  İlanın  qarnı  köpmüşdü.  İçdiyi  qan 
ona əziyyət  verirdi, mədəsi az qala ağzına gəlirdi. Öyüdü, qıv-
rıldı, qusmağa başladı. Qusduqca köpüklü qan ağzından tökülüb 
isti quma hopurdu. Sonra ilan taqətsiz halda uzanıb qaldı. Gün 
bədənini yandırırdı. Dayanıb qalsa isti qumda bişib kababa dö-
nərdi. Yenə sürünməyə başladı. 
Səhra  bozarırdı.  Alçaq-hündür  qum  təpələrindən  başqa 
gözə dəyəsi bir şey yox idi. 
Ancaq görürdü ki, daha sürünə bilmir. Bədənini sürüyüb 
aparmağa  qüvvəsi  qalmamışdı.  Get-gedə  günəş  daha  şiddətlə 
yandırırdı.  İlan  əzablardan qurtarmaq  istəyirdi,  rahatlanmaq  is-
təyirdi. İndi nə irəli getməyə ümidi, nə geri dönməyə taqəti var-
dı. Bəs necə qurtaracaqdı bu əzablardan, işgəncələrdən? 
Birdən  ağlına  qəribə  bir  fikir  gəldi.  Bəlkə  öz  zəhərini 
udsun...  O  zəhər  ki  tökdüyü  bütün  canlılara  əbədi  bir  rahatlıq 
verirdi,  nədən  özünə  verməsin...  Ağlına  gələn  bu  fikirdən  bir 
qədər yüngüllük duydu. Və öz zəhərini udmağa başladı. 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə