Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə42/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   38   39   40   41   42   43   44   45   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
133
Bəzən  bizi  də  tələbə  yoldaşlarımız  bu  sayaq  çağırırdılar. 
Bilirdik ki, məsələn, filan oğlan kitab üçün gəlib, ya bir başqası 
imtahan  biletlərinin  suallarını  tapıb  gətirib.  Onda  bizdən  hansı 
birimiz olsa, düşərdik. Ancaq bu, ona bənzəmirdi. 
Yataqxananın  həyətində  qapıdan  xeyli  aralı  cavan  bir 
akasiya  ağacı  vardı.  Həmişə  onun  altına  çəkilib  söhbət  edər-
dilər.  Qapıçı  qadın  da  onları  tanıyırdı.  Gecə  yataqxanının  bağ-
lanmasına bir az qalmış onları özü səsləyərdi. 
Beləcə aylar, günlər ötüşürdü. Bir gün oğlan gəlməyəndə 
darıxardıq,  hətta  ürəyimizdə  qınayardıq  da  onu.  Ta  ki,  saat  on 
iki olub yataqxana bağlanana qədər qulağımız səsdə olardı. Qal-
xıb qarşıdakı oğlanlar yataqxanasına boylanardıq. Öyrənmişdik 
ki, hər gün o qızı çağıran qarayanız oğlan qarşıdakı yataqxanada 
yaşayır. Otağının pəncərəsini də tanıyırdıq. 
Bir ara daha həmin vaxtlar yataqxananın uzun dəhlizi bo-
yu yayılan o çağırışı eşitmədik. Fikirləşdik ki, ya oğlan xəstədir, 
ya da qızla aralarında nə isə olub – ürəyimizə min cür fikir gə-
lirdi. 
Günlər ötürdü, ancaq oğlandan səs-soraq çıxmırdı. Oğla-
nın gəlişi üçün həsrət çəkirdik. Çünki onun gəlişi də, çağırışı da, 
o  qızın  xurmayı  saçları  da,  həyətdəki  tənha  akasiya  ağacı  da 
bizim nəzərimizdə qeyri-adiydi. 
Hər gün həmin vaxtlar pəncərədən akasiya ağacının altına 
baxırdıq.  Orda  onları  görməyəndə  kövrəlirdik,  qəribsəyirdik. 
Nədənsə, onların taleyini öz taleyimizdən ayrı tuta bilmirdik. 
Qapıçı  qadın  da  hər  gecə  yataqxananın  qapısını  bağla-
mazdan qabaq akasiya ağacının altına baxırdı. Hiss edirdik ki, o 
da  hər  gün  qapını  bağlamamışdan  qabaq  onları  səsləməyə  adət 
edib.  İndi  orda  olmasalar  da  gecə  saat  on  ikiyə  qalmış  onların 
bir vaxt üzbəüz dayanıb pıçıldaşdıqları yerə baxır. Onu da hiss 
edirdik ki, bu adətini tərgitmək onunçün də çətindi. 
Ancaq  bir  müddət  sonra  müxtəlif  vaxtlarda  həmin  otaq-
dan xurmayı saçlı qızı adıyla çağırmağa başladılar. Bu çağırışa 
alışmamışdıq  deyin,  bizə  elə  gəlirdi  ki,  adıyla  çağırmaq  ona 
yaraşmır. O qızı adsız çağırmaq gözəl idi. Adıyla çağıranda elə 
bil o xurmayı saçların gözəlliyi, qəribəliyi itirdi. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
134
Bu  oğlan  tələbəyə  oxşamırdı.  Ucaboylu,  şıq  geyimli  bir 
adam  idi.  Daha  xeyli  aralıda  akasiya  ağacının  altına  çəkil-
məzdilər.  Oğlanın  eynən  qızın  saçları  kimi  xurmayı  rəngli  ma-
ş
ını var idi. Ertədən minib gedər, bir də yataqxana bağlanmağa 
az  qalmış  qayıdardılar.  Çox  vaxt  da  qayıtmaz,  hardasa  gecə-
ləyərdilər. 
Qarayanız oğlanın gedişi ilə elə bil hər şey sirrini-sehrini 
itirmişdi.  Akasiya  ağacının  altında  başqa  sakinlər  görünməyə 
başlamışdılar.  Ancaq  akasiya  ağacı  elə  bil  qarayanız  oğlanla 
xurmayı  saçlı  qızın  boyuna  biçilmişdi,  başqa  heç  kəsə  yara-
ş
mırdı.  Akasiya  gecələr  onların  pıçıltılarını  çox  dinləmişdi.  Və 
adama  elə  gəlirdi  ki,  özgə  səslərə  qulaq  asmaq  indi  onunçün 
ağırdı, yaman ağırdı. 
...Sonra  mühazirələr,  imtahan  qayğıları.  Özgə  şeyləri 
fikirləşməyə  vaxt  qalmırdı.  Olub  keçənlər  yaddaşın  mübhəm 
qaranlıqlarında unudulmaq üzrəydi. Ancaq... 
...Ancaq  bir  gecə  gözlənilmədən  o  qızı  həmin  vaxtda, 
həmin  çağırışla  çağırdılar.  Elə  bil  sakit  dənizdə  qəfil  qasırğa 
qopdu.  Qulaqlarımıza  inanmadıq.  Pəncərənin  qarşısına  yüyür-
dük. Həmin qarayanız oğlan idi, yenə akasiya ağacının altında, 
həmişəki  yerində  dayanmışdı.  Bu  vaxt  ərzində  xeyli  dəyişmiş, 
arıqlamışdı, güclə tanımaq olurdu. Elə bil uzun sürən ağır xəs-
təlikdən sonra yataqdan qalxmışdı. 
Gözləyirdik  ki,  indicə  qız həyətə  enəcək,  heç  bir  şey  ol-
mayıbmış kimi yenə akasiya ağacının altına çəkiləcəklər. Yenə 
qapıçı qadın saat on ikiyə qalmış onları səsləyəck. Yenə... 
...Ancaq  qız  aşağı  düşmədi.  Oğlan  yataqxana  bağlanana 
kimi gözlədi, sonra ağır addımlarla çıxıb getdi. 
Daha bir də həmin vaxtlar o çağırışı eşitmədik. 
 
1982, Bakı 
 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
135
XALLI 
 
 
Ananın sonbeşiyi doğulanda qışın oğlan çağıydı. Bayırda 
qar  əlçim-əlçim  ələyirdi.  Külək  həyət-bacanın  qarını  sovurub 
evin buz bağlamış pəncərələrinə çırpırdı. 
Körpənin  çığırtısına  hamısı  ayılmışdı.  Otağın  zülmət 
qaranlığında göz-gözü görmürdü. Ata qaranlıqda o yan bu yana 
vurnuxur,  kibriti  axtarırdı,  elə  bil  kibrit  yağlı  tikə  olub  göyə 
çəkilmişdi, tapılmaq bilmirdi ki, bilmirdi. 
Ev  soyuq  olduğundan  uşaqlar  yalın  köynəkçədə  tir-tir 
ə
sirdilər,  ancaq  qorxularından  nəfəslərini  içəri  çəkib  durmuş-
dular. Axır ki, ata kibriti tapıb çırağı yandırdı. Otaq çırağın tit-
rək alovuyla alayarımçıq işıqlandı. 
–  Niyə  xəbər  vermədin,  gedib  Nazlını  çağırardım,  –  ata 
üstündən ağır  yük  götürülübmüş  kimi  deyir  və  qan  içində olan 
körpəni ağ mələfəyə büküb ananın qoynuna salır. 
–  Bu  qarda-çovğunda  əziyyət  vermək  istəmədim,  –  ana 
yorğun-yorğun dillənir. Ancaq əsl səbəbini özü də bilmir. 
– Oğlandı! – ikisi də birdən deyir. 
Ortancıl  qız,  hələ  nə  baş  verdiyini  anlamamışdı.  Əskiyə 
bükülmüş  körpəni  görəndə  uşaq  marağını  öldürə  bilmədi, 
yatağın üstünü kəsdirdi. Anası acıqla: 
– Yeri, yıxıl yat, - dedi, - bu nə vaxtın durmağıdı... 
Qız  anasının  hirslənəcəyindən  çəkindiyindənmi,  yoxsa 
gecənin bu vədəsi baş vermiş bu gözlənilməz hadisənin vahimə-
sindənmi, səsini çıxarmadı. 
Gecə  yarıdan  keçmişdi.  Külək  get-gedə  güclənirdi.  Ata 
odun  dalınca  çıxdı  və  çox  keçmədən  qucağında  qarı  çırpılmış 
bir  neçə  yarma  ilə  qayıtdı.  Az  sonra  dəmir  soba  gurhugurla 
yanmağa  başladı.  Sobanın  istisi  otağı  isitdi,  pəncərələrin  çirkli 
ş
üşələri tərdən dumanlandı. 
Uşaqlar alt paltarında ananın yastığının üstünü kəsdirmiş-
dilər. Ata acıqlanıb onları yatağa girməyə məcbur elədi. Uşaqlar 
yerlərinə  girsələr  də,  heç  biri  yatmaq  istəmirdi,  qorxu  qarışıq 
maraq hissi onları bürümüşdü. 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə