Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə40/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   36   37   38   39   40   41   42   43   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
126
yırdılar.  Qız:  «Götür,  hara  istəyirsən  apar  məni,  –  o  əclafın 
sifətini görmək istəmirəm. Bu yaxınlarda toyumuz olasıdı. Gö-
tür  qaç  məni,  üçcə  gün  saxla,  sonra  ürəyin  necə  istəyir,  o  cür 
elə, özgə heç nə istəmirəm». 
Qıza yazığı  gəlsə də kömək eləyəmməmişdi. Sonrakı ta-
leyindən  də  xəbəri  yoxdu. Tək  bircə  dəfə qucağında körpə  kü-
çədə  rast  gəlmişdi.  Onda  da  yaxınlaşmamışdı.  İstəməmişdi  ki, 
xoş-naxoş  taleyi  ilə  barışmış  bu  qadını  uzaq,  unudulmuş  gün-
lərin xatirələri ilə bu günündən ayıra. 
Bu  da  mətbəənin  binası  –  arvadının  keçmiş  iş  yeri.  Hər 
axşam  bu  binanın  qabağından  keçəndə  adamların  işdən  çıxan 
vaxtı  olur.  Arvadını  səhər-axşam  işə  aparıb-gətirdiyindən  onu 
burda tanımayan yoxdu. İndi isə o adamlardan heç birisiylə üz-
üzə gəlmək istəmir. 
Ötən  həftə  arvadının  rəfiqəsi  Zəmişlə  rastlaşdı.  Salam 
verib  keçmək  istədi.  Ancaq  Zəriş  onu  saxladı,  hal-əhval  tutdu, 
uşağı  soruşdu.  O  isə  dinmədi,  ağzını  açıb  bir  kəlmə  də  danış-
madı. 
Bir  vaxtlar  Zəmiş  tez-tez  onlara  baş  çəkərdi;  bayramları 
bir  yerdə  keçirərdilər.  Arvadının  ölümündən  sonra  isə  Zəmiş 
bircə  dəfə  də  olsun  onlara gəlməmişdi.  Eləcə  hərdən bu  yolda, 
işdən  çıxan  zaman  üz-üzə  gəlirdilər.  Çox  vaxt  da  başını  aşağı 
salıb keçmək istəyirdi. Keçmişlə bağlı heç nəyi xatırlamaq, heç 
kəslə üz-üzə gəlmək istəmirdi. 
Ancaq  olmurdu.  Hərdən  lap  tanımadığı,  ancaq  sifətinin 
hansı  cizgisisə tanış  olan bir  kəslə  rastlaşanda  da qeyri-ixtiyari 
ötən  illərə  qayıdırdı,  arvadıyla  birgə  yaşadığı  günləri  xatırla-
yırdı. 
Bu da doğum evi... Hər dəfə o məşum ölümü yaddaşında 
təzələyən doğum eviydi, tərs kimi də işə gedib-qayıdanda yolu 
burdan keçirdi. 
İ
lki doğulanda bərk qar yağmışdı. Səhər obaşdannan gə-
lib  kəsdirmişdi  xəstəxananın  qabağını.  Qızı  olduğunu  eşidəndə 
dilxor  olmuşdusa  da,  bir  elə  fərqinə  varmamışdı.  Ömrün  hələ 
erkən çağlarını yaşadıqlarını, həyatın acılı-şirinli günlərinin qa-
baqda olduğunu düşünməklə təsəlli tapmışdı. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
127
Hər  gün  gətirdiklərini  məktubla  birlikdə  qapaçıya  verir, 
qapıçı da arvadından cavab gətirirdi; beləcə məktublaşırdılar. 
Ötən  həftə  kağız-kuğuzlarının  arasından  arvadının  qay-
ğ
ıyla  qoruyub  saxladığı  o  məktubları  tapmışdı.  Arvadı  yazırdı 
ki,  pul  göndərsin,  bəri  başdan  tibb  bacılarına  versin  ki,  uşağın 
göbəyini sağalmamış qoparıb muştuluğa gəlməsinlər. O da pul-
suzluğunu bəhanə gətirərək yazırdı ki, həkimə pul vermə, ən çə-
tini uşaq oluncadı, uşaq doğulub qurtarandan sonra day nə pul, 
nə filan, mən lap söküldüm-dağıldım ki... 
Uşaq  doğulanda  bayırda  dayanıb  gözləməmişdi.  Doğuş-
dan  sonra  arvadı  o  qədər  qan  itiribmiş  ki,  təcili  qan  vurmalı 
olublar.  Tərslikdən  xəstəxanada  həmin  qrupdan  qan  yox  imiş. 
Qapıya  çıxıb  onu  axtarıblar,  tapa  bilməyiblər.  Sonra hansı  tibb 
bacısısa  insafa  gəlib  öz  qanından  xəstəyə  vurulmasına  razılıq 
verib. «Görəsən, o tibb bacısı yenə işləyirmi?.. Yadına düşürmü 
ki, bir vaxt ölüm ayağında kiməsə qan verib, həyat verib...». 
Arvadı  sonralar  bütün  bunları  –  həmin  gün  onu xəstəxa-
naya  atıb  qayıtdığını,  gecə  heç  olmasa,  bir telefon  zəngilə  hal-
ə
hval tutmamasını üzünə vurmamışdı. 
İ
kinci  uşaq  doğulanda  arvadını  kəsib  doğramışdılar.  Ge-
cənin bir vaxtı doğum evindən maşınla gəlib onu aparmışdılar. 
Həkim  uşağı  (özü  də  oğlan  uşağı  imiş)  çıxarmaq  üçün  cər-
rahiyyə  əməliyyatı  aparmış  və  iş  bitməmiş  arvadı  keçinmişdi. 
Onda da nə illah eləmişdisə, onu doğum evinə buraxmamışdılar. 
Meyiti xərəkdəcə gətirib maşına qoymuşdular. 
Bu  xəbər  elə  qəfil,  elə  gözlənilməz  idi  ki,  inanmağı 
gəlməmişdi. Xərəkdəcə gətirilib maşının bir küncünə qoyulmuş 
meyitə  baxdıqca,  ona  elə  gəlirdi  ki,  dəhşətli,  amansız  bir  yuxu 
görür.  Çünki  ölüm  bu  cür  qəfil,  gözlənilməz  şəkildə  insan 
ömrünə daxil olammazdı, insan ölümə hazırlanmamış təslim ola 
bilməzdi. Ona elə gəlirdi ki, indicə arvadının həmişə düşüncəli 
olan  göz  qapaqları  aralanacaq,  o,  qüssəli  baxışlarıyla  heyran-
heyran  onu  –  öz  ərini  süzəcək.  Bu  baxışlarda  həmişəki  hey-
ranlıqla  yanaşı,  yüngül  məzəmmət  sezilsə  də,  o  bunu  heç  vaxt 
dilinə  gətirməyəcək,  üzə  vurmayacaq,  əksinə  böyük  bir  günah 
işləyibmiş kimi üzrxahlıq eləyəcək. Deyəcək ki, «...bağışla mə-
ni,  sənə  oğlan  doğmaq  istəyirdim.  Bacarmadım,  neyləyim  ki, 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
128
bacarmadım... Elə bilirsən sənin nə düşündüyünü, nə istədiyini 
bilmirdim?..  Dedim,  çox  yalvardım  ki,  uşağı  nə  yollasa  xilas 
eləsinlər.  Ancaq  eşitmədilər  mənim  sözümü.  Gözümün  qaba-
ğ
ındaca tikə-tikə doğradılar. Məni baxmağa qoymurdular. Göz-
lərimin qabağına pərdə,ağ pərdə çəkmişdilər. Sonra o pərdə dö-
nüb  qıpqırmızı  oldu.  Ancaq  pərdədən  də  görürdüm.  Görürdüm 
və bütün bədənimlə körpənin başına nə gətirdiklərini duyurdum. 
Qollarını  kəsəndə  qollarım  tabdan  düşdü,  ayaqlarını  kəsəndə 
gördüm ayaqlarım buza dönüb. Kəsib tikə-tikə buz kimi ləyənə 
tullayırdılar.  Elə  bil  körpənin  ürəyinə  damıbmış.  Həkim  bıçağı 
ə
linə  götürən  kmi  elə  qısıldı  bətnimə  ki,  huşum  başımdan 
çıxdı... Sonra körpənin qışqırığından başqa heç nə eşitmirdim». 
Elə  bil  ölüm  ürəyinə  dammışdı,  uşaq  boynuna  düşəndən 
qəlbiə qara bir vahimə dolmaqdaydı. 
– Deyəcəm, məni on üçüncü plataya salsınlar. Keçən dəfə 
də  o  palatada  yatmışam,  –  arvadı  doğum  evinə  getməmiş  belə 
deyirdi. 
Bu dəfə də on üçüncü palataya düşmüşdü. 
Bu bina onunçün sirr idi. 
Bir vaxt arvadı bu binanın dəniz səmtindəki (arvadı pən-
cərədən görünən dəniz barədə heyranlıqla danışardı) on üçüncü 
palatada yatmış, nəfəsini bu otağın havasına qatmışdı. Hər dəfə 
doğum  evinin  qabağından  keçəndə  içəri  girmək,  bir  vaxt 
arvadının qaldığı o palatanı, yatdığı çarpayını, şeylərini yığdığı 
balaca yemək dolabını, üstündə gəzdiyi döşəməni görmək istəyi 
dalğa kimi içərisində kükrəyib qalxır, ona əzab verirdi. 
Qeyr-ixtiyari  doğum  evinin  qabağında  dayanıb  durmuş-
du. Yenə əvvəlki kimi qapılar bağlıydı. Xəstələrə görüşmək is-
təyənlər  ora-bura  vurnuxur,  doğum  evinin  başına  fırlanırdılar. 
Aşağıda,  səkinin  kənarında  yaşıl  rəngli bir  maşın  dayanıb  göz-
ləyirdi. Maşının yarıaçıq pəncərəsindən içəridə oturmuş qadının 
həyəcanlı  sifəti  ayın  seçilirdi.  İlki  doğulanda  o  da  beləcə  yol 
maşını  tutub  arvadıyla  uşağını  doğum  evindən  çıxarana  qədər 
burdaca gözlətmişdi. 
Başını qaldıranda özünü giriş qapısıyla üzbəüz dayanmış 
gördü.  Elə  bil  hansısa  gizli  bir  qüvvə  onu  özündən  alıb  aparır, 
özgə heç nə barədə düşünəmmirdi. 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə