Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə45/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   41   42   43   44   45   46   47   48   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
142
Zəhər  bağırsaqlarını  yandıra-yandıra  gedirdi.  Mədəsinə 
çatanda  sancısı  qalxdı.  Sancının  ağrısından  ilan  qıvrılırdı.  Elə 
qıvrılırdı, sanki içərisini didim-didim eləyir, içalatını dəmir qar-
maqla çəkib ağzından çıxarırdılar. İlan qıvrıldıqca sanki bu ağrı 
öləziyirdi,  azalırdı.  Sonra  zəhər  mədəsindən  damarlarına  keçib 
vücudu boyu axdı. 
İ
lkindi  vaxtıydı.  İlanın  gözləri  saralmış,  duruluğunu  itir-
mişdi. Ancaq hələ ölməmişdi. Axşam gözləyirdi. Ulduzunu gör-
məmiş ölə bilməzdi. 
...  Gecə  səmada  iri-iri  ulduzlar  doğdu.  İlan  axtarıb  bəxt 
ulduzunu  tapdı.  İşıqsız  gözlərilə  öz  ulduzunu  süzdü,  süzdü. 
Sonra yavaşca başını isti qumun üstünə qoyub gözlərini yumdu. 
 
1985, Kürdəmir-Bakı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
143
ADA  
 
 
...Çəpik səslərinə diksinib gözlərini açdı.  
...Alnını, gicgahlarını soyuq tər basmışdı.  
...Qulaqları uğultudan gizildəyirdi.  
...Harda olduğunu, səsin hayandan gəldiyini kəsdirənəcən 
xeylaq çəkdi. Səs yenə o səmtdən, prezident sarayından gəlirdi.  
...Qaranlığın  düşməyindən  xəbəri  olmamışdı.  Pəncərənin  o 
tayından,  zülmət  boşluqdan  hər  gün  təkrar    olunan    o    uzun,  
yorucu  gecənin  əzabları  boylanırdı.  
...Çəpik  səsləri  yuxularına  dolandan  axşamın  düşməyini 
istəmirdi. Yatıb o dəhşətli yuxuların girdabına düşməkdən qor-
xurdu.  Ən  çox  da  o  yuxuların  get-gedə  artan  səs-küyündən 
hövllənirdi.  
...Ancaq  heç  cürə  bunlardan  qaça  bilmirdi.  Yorğanı  atıb 
yatağına  uzanan  kimi  yuxu  onu  elə  yaxalayırdı  ki,  xəbəri  də 
olmurdu.  Yuxuya  getdiyini  əsəblərini  əzən  o  şaraqqaşaraqdan 
duyurdu.  Sonra  o  səslər  get-gedə  böyüyür,  beyni  dəmir  çu-
buqların çalındığı zindan kimi guruldayırdı. Belə əzablı gecələr-
dən sonra bir az da səbirsiz olurdu. Elə bil gecələrin ömrü get-
gedə artır, uzanırdı. Və ona elə gəlirdi ki, günlər get-gedə qısa-
lacaq  və  bir  zaman  gələcək  ki,  həyat  yalnız  gecələrdən  ibarət 
olacaq. Bu çəpik səsli yuxular addımbaaddım gücünü, qüdrətini 
ə
ridərək  yaxınlaşan  ölümün  sirli,  mübhəm  kabusu  kimi  görü-
nürdü gözlərinə. Ölüm xofu içərisinə yeriyirdi.  
...İnsan  ömrü  nə  iləsə  tənzim  olunandısa,  bəs  tale  fərq-
liliyi nədəndi, bir qisminin taleyinə dünya şöhrətinin, o biri qis-
mininkinəsə  izsiz-tozsuz  yaşayıb  ölməyin  yazılması  nə  ilə 
bağlıdı? Nədən birisi doğulduğu yurddan ayrılmağı özünə dərd 
bilir, o birisi isə dünyaya sığmır?  
...Ömür məhduddursa, bəs onda insanın dünyanın gələcək 
taleyindən narahatlığı nədəndi? Axı o, gələcəkdə yaşamayacaq, 
o  illəri  görməyəcək,  yeri,  məqamı  şöhrəti  ilə  birgə  dünyanı 
kimlərəsə tərk edib gedəcək. Və bunu bilir, yaxşı bilir. Bilirsə, 
bəs niyə belə tezcə də unudur?  


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
144
Onun  düşüncəsində  insanın  ömrü  boyu  eləyə  biləcəklə-
rinin ən dəyərsizi ölümdü. Bəlkə adi bir axarıyla gəlsəydi, ölüm 
bu  sayaq  qorxudammazdı  onu.  Çünki  o,  qismətindən  artıq  ya-
ş
amaq istəmirdi.  
İ
pəkqurdu kəpənəyə çevrilən kimi insanın da ölümündən 
sonra  hansısa  canlıya  çevrilib  yenidən  həyata  qayıdacağından, 
yenidən  dünyanın  zülmünə,  zəlalətinə  qatlaşacağından  qorxur-
du.  
...O,  taleyini  bir  dəfə  yaşamışdı.  Bir  daha  o  günlərə 
qayıtmaq,  ona  verilən  ömrü  təkrar  yaşamaq  istəmirdi.  Keçmi-
ş
ini  xatırlayanda  həyəcandan  içi  quruyurdu.  Yaşadığı  ömrün 
irili-xırdalı  keşməkeşlərini  bir  daha  dəf  etməyə  özündə  güc, 
qüdrət  tapammazdı.  Bir  zamanlar  doğma  bildiyi  keçmişi  indi 
ona  qorxulu,  vahiməli  görünürdü.  Bəlkə  buna  görəydi  ki,  o, 
yaşadığı,  itirdiyi  ömrü,  istisi,  soyuğu,  acısı,  şirini,  xəyanəti  ilə 
birgə elə keçmişdəcə görmək istəyirdi.  
...Su  səsi,  külək  səsi,  yovşan  ətri,  hətta  göy  üzündə  asılıb 
qalan  bir  əlçim  ağ  bulud  onu  ixtiyarsız  olaraq  bugünündən  alıb 
keçmişə  aparırdı.  Ömrünün  hansısa  səhifəsinə  oxşar  anlar,  də-
qiqələr  yaşayanda    yaddaşı  gizildəyir,  sanki  keçmişə  döndüyünü 
düşünürdü.  Ancaq  bu,  bir  anlıq  çəkir,  sonra  hər  şey  yaddaşında 
yerbəyer olurdu. Hərdən də yuxularında ömrünün yaşanmış illərinə 
qayıdırdı. Qayıdır və dərhal səksənib oyanırdı.  
Çəpik  səsləri  yuxularına  dolandan  isə  həyatı  adi  axa-
rından  çıxmış,  hər  şey  dəyişib  bambaşqa  olmuşdu.  Yuxuların 
xofu təkcə gecələr deyil, gündüzlər də tərk etmirdi onu.  
...!!! 
...Elə  bil  çağırıldı.  Adının  səslənişindən  diksindi.  Çünki  bu 
səslənişdə onu keçmişə bağlayan ilmələr vardı.  
...Keçmişə qayıdacağından qorxduğundan qulaqlarını səs 
səmtindən yayındırdı.  
...Kəndə  döndüyü  zaman  uşaqkən  oynadıqları  meydanın 
ə
kin-biçin  yerinə  çevrilməsini  görəndə  hafizəsində  keçmişi, 
xatirələri alt-üst olsa belə narahat olmur, əksinə, bu dəyişikliyə 
sevinirdi. Bir qədər uzaqda yulğunla yovşandan savayı özgə bir 
ş
ey bitirməyən aran düzünü kəsib keçən çınqıllı yol da təzəydi, 
onun yaddaşına toxunmurdu.  


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə